Month: May 2020

  • Şadlıq saraylarında işləyənlərin aqibəti necə olacaq? – VİDEO

    Şadlıq evlərində mart ayının 15-dən başlayan fəaliyyətsizliyin hələ nə qədər davam edəcəyi sual altındadır. Mart və aprel aylarına nəzərdə tutulmuş toy məclisləri iyun ayına təxirə salınsa da, bunun da baş tutacağı qeyri-müəyyəndir. Sahibkarların isə gözləməkdən başqa çarələri yoxdur.

    Baku.Tv-nin hazırladığı reportajda restoran inzibatçıları bildirir ki, gələn qonaqlar ancaq beh verərək gedirlər.

    “Mart ayını atmışıq aprel ayına, apreli atmışıq iyuna, iyun ayına da hələ bir cavab deyilməyib” – inzibatçı bildirir.

    “Demək olar ki, müflisləşmə dərəcəsinə gəlib çıxırıq” – digər inzibatçı qeyd edir.

    Toyların olmaması təkcə sakibkarlar yox, buradan evinə çörək aparan onlarla işçini də çətin vəziyyətdə qoyub. Nəzərə alsaq ki, bu müəssisələrdə çalışanların əksəriyyəti muzdlu işçi sayılır, ona görə də həmin şəxslərə iki ay ərzində heç bir maaş verilməyib.

    İqtisadçı ekspertlərin sözlərinə görə, şadlıq saraylarında işləyənlərin maddi təminatı pandemiya dövründə bir neçə istiqamət üzrə tənzimlənir. Ya əmək müqaviləsi əsasında, ya vergi ödəyicisi kimi, ya da işsiz kimi qeydiyyatdan keçməklə… Qeydiyyatdan keçib rəsmi fəaliyyət göstərirlərsə və onların işçiləri əmək müqaviləsi ilə çalışırlarsa, onlara aprel,may aylarında İqtisadiyyat Nazirliyinin xətti ilə yardım olunub.

    Düzdür, bu müəssisələrin fəaliyyətinin nə zaman bərpa olunacağı hələ dəqiq deyil. Amma nəzərə almaq lazımdır ki, bu bəla təkcə ölkəmizdə yox, bütün dünyada davam edir. Bununla belə, pandemiyadan ən az ziyan görən ölkələrdən biriyik. Ümid edək ki, bu müvəqqəti problemlərin də tez bir zamanda həllinə nail olacağıq.

  • Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 20-ə olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 389 test edildiyi bildirilib.

    Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 245 609 test aparılıb.

    Qeyd edək ki, Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

  • Rusiyada doqquz yaşlı uşaq koronavirusdan öldü

    Rusiyanın paytaxtı Moskva şəhərində doqquz yaşlı uşaq koronavirusdan ölüb.

    “Mash” Telegram kanalı xəbər verir ki, azyaşlı Rusiyanın bölgələrinin birindən federal xəstəxanaya gətirilib.

    Uşağa COVID-19-a yoluxma ilə yanaşı, qaraciyərdə sirroz, qan laxtalanmasının pozulması, ağciyər və tənəffüs yollarının ciddi xəstəliyi diaqnozları qoyulub.

    Demək olar ki, üç həftə tibb mərkəzində qalan azyaşlıda qaraciyərin köçürülməsi aparılıb, qarın və bağırsaqlarda əməliyyatlar keçirilib. Həkimlər əllərindən gələni etsələr də, xəstənin həyatını xilas edə bilməyiblər. O, mayın 19-da ikitərəfli sətəlcəm və ümumi böyrək çatışmazlığından ölüb.

  • Putin vətəndaşların Rusiya və Azərbaycan sərhədini keçməsi üçün mexanizm hazırlanmasını tapşırıb

    Rusiya Prezidenti Vladimir Putin ölkənin müvafiq orqanlarına 31 maya qədər operativ şəkildə Azərbaycanın səlahiyyətli orqanları ilə iki dövlətin vətəndaşlarının koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, V.Putin Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra belə bir tapşırıq verib. Tapşırığa əsasən, Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rospotrebnadzor Dağıstan Respublikası hökumətinin iştirakı ilə Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmalıdırlar. Bu zaman Rusiya əhalisinin sanitar-epidemioloji sağlamlığının qorunması təmin edilməlidir.

  • Türkiyədə son sutkada koronavirusdan 23 nəfər ölüb

    Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

    Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 222 nəfərə çatıb.

    Onun sözlərinə görə, ölkədə 972 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 152 587 nəfərə çatıb.

    Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 092 olmaqla 113 987 nəfər təşkil edir.

    Son sutka ərzində koronavirusla bağlı 20 838 test aparılıb.

  • “Space” telekanalının yayımı daha üç saat dayandırılacaq

    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

    İclasda 11-17 may tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

    13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23:00 – 00:00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

    Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq, “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının üç saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

    Qeyd edək ki, mayın 5-də MTRŞ-nin iclasında “Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının bir saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdi.

  • Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək.

    Bu barədə qurumdan bildirilib.

    Məlumata görə, “Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

    “Koronavirus pandemiyası ilə əlaqədar olaraq “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar”, – məlumatda bildirilir.

    “Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda baş tutacaq:

    Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (“Space” TV-nin yanı)

    Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (İnqilab kinoteatrının yanı)

    Nərimanov rayonu, “Gənclik” metro stansiyasının yanı

    Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.

  • Sumqayıtda zibil poliqonu yanır – VİDEO

    Sumqayıtda geniş ərazidə məişət tullantıları yanır.

    Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər gedir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı Oxu.Az-a təsdiq ediblər.

    Bildirilib ki, yanğın şəhərin məişət tullantıları poliqonunda qeydə alınıb:

    “Qaynar xəttə daxil olan müraciət əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş davam etdirilir”.

  • Baş Prokurorluqdan DSX zabitinin həbsi xəbəri ilə bağlı AÇIQLAMA

    Bəzi kütləvi informasiya vasitələrində “Dövlət Sərhəd Xidmətinin polkovniki” Abdullayev Arif Cəfər oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilməsi barədə reallığı əks etdirməyən məlumatlar yayılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

    Onun sözlərinə görə, həmin şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil, lakin DSX-nin vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanının təqdimatı əsasında qeyd edilən məhkəmə tərəfindən həbs edilib:

    “Kütləvi informasiya vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən, Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmələri xahiş olunur.

    Həmin cinayət işi üzrə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

  • Дорожная полиция Азербайджана предупредила водителей

    Граждане, у которых истек срок действия водительских удостоверений, должны будут заменить их до 31 мая. Об этом сообщили 20 мая в Главном управлении Государственной дорожной полиции.

    В связи с тем, что ранее в Азербайджане было разрешено покидать место жительства только в случае крайней необходимости из-за применения особого карантинного режима, лица, срок действия водительского удостоверения которых истек в данный период, не привлекались к ответственности.

    Отмечается, что с 27 апреля в центрах ASAN Xidmət и ASAN Kommunal был возобновлен прием граждан для выдачи и замены соответствующих документов.