Month: May 2020

  • Sürücülük vəsiqəsinin müddəti bitən şəxslərə XƏBƏRDARLIQ

    Ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyilə aşkar edildiyi hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri barədə məlumat verilib.

    Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 27 aprel 2020-ci ildən etibarən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilib rayon və şəhərlərin ərazilərində yerləşən “ASAN xidmət” mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, 31 may 2020-ci ildən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq.

    Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.

  • Bakıda gizli fəaliyyət göstərən restoranın sahibi və 24 müştərisi cərimələndi – FOTO/VİDEO

    Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib.

    Qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. Amma bəzi restoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sonuncu belə tədbir zamanı Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən, paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranının saat 18:00-dan sonra da işlədiyi məlum olub.

    Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post-Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilərin qəbul edildiyi müəyyən olunub.

    Həmçinin, restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri müəyyənləşib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

    Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.








  • В Баку мужчина поджег себя перед офисом компании

    В Сураханском районе Баку мужчина совершил демонстративный акт самосожжения.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Инцидент произошел 19 мая в поселке Бюльбюля, во дворе головного офиса одной из компаний.

    Местный житель Заур Асадов (1981 г.р.) облил себя бензином и поджег. Очевидцы происшествия потушили огонь.

    Пострадавший госпитализирован в ожоговый центр при Городской клинической больнице № 5, его состояние оценивается как тяжелое.

    По предварительным данным, акт самосожжения явился протестом З.Асадова против действий компании. Последняя пытается снести незаконные жилые постройки, возведенные на промысловых территориях. В связи с этим в полицию неоднократно поступали жалобы как со стороны самих работников компании, так и местных жителей.

    По факту попытки суицида ведется расследование районной прокуратурой.

  • Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı

    Bakının Suraxanı rayonunda bir kişi özünü yandırıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Hadisə mayın 19-da Bülbülə qəsəbəsində, Bakıdakı şirkətlərdən birinin baş ofisinin həyətində qeydə alınıb.

    1981-ci il təvəllüdlü yerli sakin Zaur Əsədov üstünə benzin tökərək, özünü yandırıb. Hadisə şahidləri alovu söndürüblər.

    Zərərçəkən 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

    İlkin məlumatlara görə, Z.Əsədov özünü yandırmaqla şirkətin hərəkətlərinə etirazını bildirib.

    İntihar cəhdi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

  • Мубариз Гурбанлы: Есть определенные правила захоронения скончавшихся от коронавируса

    В оперативном штабе при Кабинете министров обсуждался порядок захоронения граждан, скончавшихся от коронавируса. Есть рекомендации и документы, согласованные с Управлением мусульман Кавказа.

    Об этом в эфире Yeni TV 20 мая сказал председатель Госкомитета по работе с религиозными структурами Мубариз Гурбанлы.

    По его словам, есть определенные правила захоронения скончавшихся от коронавируса.

    “Этих людей хоронят по нормам ислама, и совершаются все соответствующие религиозные обряды. В похоронах должны участвовать только близкие члены семьи”, – отметил М.Гурбанлы.

  • Azərbaycanda koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Azərbaycanda koronavirusdan vəfat edən şəxslərin dəfni ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahda müzakirələr aparılıb. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələri və razılaşdığı sənədlər var”.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni” TV-nin canlı yayımında bildirib.

    Onun sözlərinə görə, həmin razılaşmaya əsasən, vəfat edən şəxslərin dəfn edilməsində müəyyən tibbi qaydalar var:

    “Koronavirusdan ölən şəxs islami qaydalara uyğun olaraq dəfn olunur, imam iştirak edir və bütün ayinlər icra olunur. Dəfn mərasimində yalnız ailə üzvlərinin iştirakı nəzərdə tutulur”.

    Komitə sədri qeyd edib ki, virusdan vəfat edən şəxslərin dəfni ilə məşğul olması üçün imamların siyahıları yerlərdəki məscidlərə göndərilib:

    “Həmin imamlar dəfn mərasiminə çağırılır. Məscidlərin hamısında lazımi siyahı üzrə imamlar var”.

  • DSX-nin daha bir zabiti həbs edildi

    Dövlət Sərhəd Xidmətinin daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb.

    “Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən polkovnik Abdullayev Arif Cəfər oğlu barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında həbs-qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

    Mayın 15-də isə Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

    Bunlar DSX-nin rəis müavini, general Əfqan Vəli oğlu Nağıyev, zabitlər Vəliyev Elçin Vaqif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğlu və Quliyev Xalis Xudamurad oğludur.

  • İki dövlət rüsumu ləğv edilir – YENİLİK

    ​Azərbaycanda şərabçılıq məhsullarına görə müəyyən olunan bəzi dövlət rüsumlarının ləğv edilməsi gözlənilir.

    Bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 18.62.2 və 18.62.3-cü maddələrinin ləğvi təklif edilir.

    Bu, o deməkdir ki, adlar verilən şərabçılıq məhsullarına görə dövlət reyestrində qeydiyyata alınma üçün müəyyən edilən dövlət rüsumu ləğv olunur. Həmçinin, bu tip şərabçılıq məhsullarının attestasiyası üçün də rüsum aradan qaldırılır.

    Bildirək ki, mövcud qanuna əsasən, hər iki halda şərabçılıq məhsullarına 10 manat rüsum tətbiq edilir.

    Qeyd edək ki, adlar verilən şərabçılıq məhsullarına ekspertiza üçün rüsum 25 manat olaraq qalacaq.

    Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

  • Nazirlikdən ov mövsümünün başlayacağı tarixlə bağlı AÇIQLAMA

    Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iclasda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində 2020-2021-ci illərin ov mövsümünün açılıb-açılmaması məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 31 may 2020-ci il tarixində veriləcək növbəti qərardan sonra baxılması razılığına gəlinib.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova qeyd edib ki, hər il may ayının sonunda, ov mövsümü başlamazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilir və ov obyekti olan vəhşi heyvan, quş növlərinin ovlanma müddətləri, normaları, həmçinin onların ovlanması üçün nəzərdə tutulan ov icazələrinin sayı müəyyənləşdirilir.

    Şurada Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri təmsil olunurlar.

  • Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi

    Azərbaycanda dövlət strukturlarının əhalinin sağlamlığının qorunması və aidiyyəti sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırmalar aparılmaqla qanunamüvafiq tədbirlər həyata keçirilir.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək, vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq, pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

    Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.