Month: May 2020

  • В Баку потушили пожар на рынке стройматериалов – ФОТО/ВИДЕО

    В Наримановском районе Баку произошел пожар на рынке строительных материалов (“Тахта базары”), расположенном на пересечении улицы Ахмеда Раджабли и проспекта Зии Буниятова.

    На место прибыли бригады Государственной службы пожарной охраны МЧС.

    Сообщается, что сгорели древесные стройматериалы на участке площадью 75 квадратных метров и будка сторожа.

    Пожар удалось потушить в кратчайшие сроки, предотвращено дальнейшее распространение огня.

    В результате инцидента никто не пострадал.

    Причины возгорания станут известны после проведения соответствующего расследования.







  • Bakıda “Taxta bazarı”nda yanğın – FOTO/VİDEO

    Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

    Hadisə Dərnəgül yolunda, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən “Taxta bazarı”nda qeydə alınıb.

    Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib.

    Ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

    Alov qısa zamanda söndürülüb. Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb.

    Hadisə zamanı xəsarət alan olmayıb.

    Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.







  • Ləki – Qəbələ dəmir yolu xəttinin tikintisində son vəziyyət – VİDEO

    Ləki – Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Artıq tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb. Dəmir yolu xətti ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km-dir.

    Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə, torpaq yatağı 90 metrlik yüksək qazma və 12 metrlik tökmələrdən keçir. Ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23,3 km dəmir yolunun üst quruluşunun tikinti-quraşdırma işləri yekunlaşıb.

    Layihə üzrə yeddi körpü, bir yolötürücü, altı ədəd avtomobil alt keçidi, iki ədəd heyvan keçidi və 106 ədəd suötürücü boru olmaqla, ümumilikdə 122 ədəd süni mühəndisi qurğuları var. Altı ədəd avtomobil alt keçidinin, iki ədəd heyvan keçidinin və 103 ədəd suötürücü borunun inşası tamamlanıb.

    Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi üzrə işlər davam etdirilir. Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi başa çatıb. Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri, həmçinin Hacıalı yarımstansiyasının təmiri üzrə işlər davam etdirilir.

    Yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədi ilə layihədə 13.300 paqonmetr beton qanov nəzərdə tutulub. 2200 paqonmetr hissəsinin tikintisi isə tamamlanıb. Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə layihə üzrə uzunluqları 150 və 127 paqonmetr olan iki istinad divarı nəzərdə tutulub ki, onlardan 127 paqonmetr olan istinad divarının tikintisi tamamlanıb.

    Lahiyəyə uyğun olaraq yeddi körpüdən ən uzun körpünün tikintisi aparılır. Qeyd edək ki, 10 kV-lıq sərbəst yan qidalandırıcı elektirik xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir. Sürət qatarının təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84,600 paqonmetr uzunluğunda metal hasarın çəkilməsi planlaşdırılır.

  • Azərbaycanda vəzifəli şəxs bıçaqlandı

    Bərdədə bıçaqlanma hadisəsi olub.

    APA-nın məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb.

    Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova üç bıçaq zərbəsi endirib.

    Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

    Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

    Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.

    Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.

  • Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? – VİDEO

    Kimsə bəlkə də uşaqlıq arzularını gerçəkləşdirir, kimsə isə fürsətdən istifadə edərək, geyindikləri forma ilə dələduzluq edir.

    Söhbət son günlərdə sürətlə yayılan “qəhrəmanlardan” gedir. Məsuliyyətə cəlb olunduqları zaman isə müxtəlif bəhanələr gətirirlər.

    Bəzisi bu formaları mağazalardan aldığını, bəzisi isə onlayn sifariş etdiyini bildirir. Hərbi formaların satışı Bakı Tekstil fabrikində də həyata keçirilir.

    Amma necə? Xüsusi xidməti vəsiqə ilə?

    Elə bu suallara cavab tapmaq üçün onlarla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

    Sosial şəbəkələrdə, saytlarda da bu formaların satışı ilə məşğul olan şəxslər var. Onlar isə adi mağazalardan fərqli olaraq, rahatlıqla, heç bir problem olmadan hərbi formaların sifarişinin qəbul olunduğunu bildirirlər.

    Hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı bunları deyib:

    “Düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada söhbət məsələnin mənəvi tərəfindən gedir. Bununla belə müəyyən məhdudiyyətlər də var. Belə ki, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə iyirmi beş manatdan qırx manatadək cərimə edilir”.

    Ekspertlər onu da bildirirlər ki, hərbi formaların satılması ilə bağlı bəzi addımlar atılmalıdır. Həmin satış mərkəzlərinə ciddi xəbərdarlıq edilməli, qadağa qoyulmalı, sənəd təqdim edilmədən hərbi forma satan kəslər isə cəzalandırılmalıdır.

  • İmişlidə yelləncək kəndiri boğazına ilişən yeniyetmə öldü

    İmişli rayonunun Qızılkənd kəndində ölüm hadisəsi verib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yaşadığı evin həyətində yelləncəkdə yellənən 2006-cı il təvəllüdlü Şıxəliyev Rövşən Rubail oğlunun boğazına ilişən kəndir onun ölümünə səbəb olub.

    R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub.

    Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

    Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazasına satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.

    Faktla bağlı RPŞ-də araşdırma aparılır.

  • Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

    Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri,

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

    Pakistan və Azərbaycan arasında ortaq inanc, irs və mədəni yaxınlıq kimi möhkəm təməllərə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Cəmmu və Kəşmir, həmçinin Dağlıq Qarabağ məsələlərində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yaxın strateji tərəfdaşlığımızın təzahürüdür. Mövcud mükəmməl qardaşlıq əlaqələrini daha da dərinləşdirmək və gücləndirmək üçün gələcək illərdə də Zati-alinizlə əməkdaşlığı davam etdirməyi arzulayıram.

    Yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı sülh, inkişaf və tərəqqi diləyirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Qanınızın qatı və laxtalı olduğunu göstərən 5 əlamət – Mütləq yoxlayın

    Alimlər qanın normadan artıq laxtalanmasının və qatı olmasının göstəricisi olan zahiri işarətləri açıqlayıblar.

    Əgər qan qatıdırsa, o kiçik damarlara, xırda kapilyarlara az daxil olur, orqanizm oksigen aclığı yaşayır. Bu isə bir sıra orqan və sistemlərin işini pozur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, insan istənilən xəstəliyin müalicə və müayinəsinə qanın vəziyyətini düzəltməkdən başlamalıdır.

    Melburn universitetinin alimləri elmi araşdırmalarının nəticəsi olaraq, qatı qan diaqnozu qoyulmuş xəstələrin ən çox bu simptomlardan əziyyət çəkdiyini aşkarlayıblar.

    Siz də siyahıya diqqət yetirin, əgər eyni əlamətlər varsa, deməli, qanınız qatıdır.

    1. Ayaqlarda iynəbatırma, uyuşma, keyimə hissi

    Zaman-zaman əl-ayağın istər gündüz, istər yuxuda quruması, keyiməsi, yanması, iynə batırma hissi, uzun müddət eyni vəziyyətdə oturduqdan sonra ayağa qalxdıqda ayaqların uyuşması kapilyar sistemdə qan dövranının çox pis olduğunu göstərir. Bu zaman xəstənin əl ayağında venoz damarlar üzə çıxır, qabarır, bərkiyir, damarlar göyərir.

    2. Görmənin, eşitmənin zəifləməsi

    Qulaqda küy, gözlərdə bulanma bu orqanların qanla təchizatının pozulması deməkdir.

    3. Həyəcan, narahatlıq, əsəb, yuxululuq

    Qan qatı olduqda, sinir ucları qidalanmır. Bu isə baş beynin finksiyalarına neqativ təsir edir. İnsan heç nədən zövq almır, hər şeyə əsəbləşir. Gündüzlər yuxusu gəlir, daim sanki yarıyuxulu gəzir, gecələr isə yata bilmir.

    4. Yara, kəsik zamanı qan yavaş axır

    Əgər kəsik zamanı qan yaradan asta, qatı, tünd bordo rəngində axarsa, deməli, qanınız qatıdır.

    5. Təngnəfəslik, nəfəs darlığı

    Tənəffüs səthi, tezləşmiş, qırıq-qırıq olur. Ürək qatı qanı yaxşı qova bilmir, ona görə ağciyərlər az oksigenlə çalışmağa məcbur olur.

    Bu simptomlar varsa, mütləq qanın koaluqamma analizini verin və yoxlanın.

  • Rayonlara gediş-gəliş niyə bərpa edilmədi? – SƏBƏB AÇIQLANDI

    “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb”.

    Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.