Month: May 2020

  • Bakıda yeni tikilinin divarı uçdu, üç ailə evsiz qaldı – VİDEO

    Bakının Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 115 ünvanında yerləşən bina altı ildir ki, qəzalı vəziyyətdədir.

    Hazırda binada üç ailə çətin şəraitdə yaşayır.

    Belə ki, 2014-cü ildə “Azər Gür” tikinti şirkətinin qonşuluqda inşa etdiyi çoxmərtəbəli binanın divarı uçaraq, bu sakinlərin yaşadığı ikimərtəbəli binanın üzərinə düşüb.

    Dağıntılar altında qalan beş ailə üzvünü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar.

    Sakinlər bədbəxt hadisədən sağ çıxsalar da, bina yararsız vəziyyətə düşüb.

    Bundan sonra tikinti şirkəti bir ilə yeni tikilən binada zərərçəkmişləri evlə təmin edəcəyi ilə bağlı onlarla müqavilə imzalayıb. Lakin illərdir ki, bu sakinlərin problemlərini həll edən yoxdur.

    Məsələ ilə bağlı tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Tələbələrin hansı halda təqaüddən məhrum olunacağı bilindi – AÇIQLAMA

    “Əgər tələbənin yay imtahan sessiyasında üç fəndən akademik borcu yaranırsa, sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməsə, yəni kəsildiyi fənlərdən yenidən imtahan verməsə, o halda həmin tələbə təqaüddən məhrum olunacaq”.

    Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

    Onun sözlərinə görə, sentyabrın 15-dək tələbə kəsildiyi fəndən imtahan verib nəticəsini düzəldə bilərsə, təqaüd almaq müsabiqəsində iştirak edə biləcək:

    “Lakin əvvəl belə şans verilmirdi. Bu, o demək deyil ki, o təqaüd alacaq. Bilirik ki, təqaüd almaq üçün müəyyən limit var”.

  • Названо число нелегальных мигрантов в Азербайджане

    В Азербайджане в центре содержания незаконных мигрантов находятся 42 человека.

    Об этом на онлайн-брифинге 20 мая сказал начальник Государственной миграционной службы (ГМС) Вусал Гусейнов.

    По его словам, обеспечена относительная изоляция этого центра.

    “Условия содержания там соответствуют всем принятым нормам”, – сказал В.Гусейнов.

  • Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı açıqlandı – RƏSMİ

    “Qanunsuz miqrantların saxlanma mərkəzində 42 nəfər var”.

    Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, mərkəzin nisbətən qapalı olması təmin edilib:

    “Həmin 42 nəfərin saxlanma şəraiti yüksək səviyyədədir”.

    V.Hüseynov qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizdə qaçqın statusu olan əcnəbilərin müraciətinə baxmaq və statusun verilməsi barədə qərar verməkdir:

    “Pandemiya dövründə ölkəmizdə olan bir qrup şəxslərə yardım edilib”.

  • Əməkdaşı koronavirusa yoluxan ATV-dən AÇIQLAMA

    “Əməkdaşımız hərarəti olduğu üçün həkimə müraciət edib. Bu zaman ondan test götürülüb. Testin ilkin nəticəsi pozitiv çıxıb”.

    Bunu “Azad Azərbaycan”ın icraçı direktoru İsmayıl Həsənov kanalın Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlunun koronavirusa yoluxması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

    O bildirib ki, jurnalist hazırda karantin şəraitindədir.

    “Bildiyiniz kimi, test bir neçə dəfə aparılır. Hazırda karantinə götürülüb. Vəziyyəti normaldır. Danışmışıq, səhhətində hər hansı bir ağırlaşma yoxdur. Testin ikinci cavabını gözləyirik və ümid edirik ki, əməkdaşımızın testinin ikinci nəticəsi neqativ çıxacaq.

    Virusa hansı şəraitdə yoluxduğu bilinmir. İnsanlar tək işdə olmur, şəhərdə, müxtəlif yerlərdə olur. Demək olmaz ki, iş başında yoluxub”.

    İsmayıl Həsənov “Azad Azərbaycan” şirkətində pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparıldığını da qeyd edib:

    “Əməkdaşlarımızın sosial izolyasiya qaydalarına əməl olunmasına diqqət edirik. KİV əməkdaşları da risk qrupunda fəaliyyət göstərənlərdəndir”.

  • ГМС: Из-за пандемии коронавируса процесс депортации приостановлен

    В связи с коронавирусной пандемией все страны закрыли границы, из-за чего процесс депортации приостановлен.

    Об этом на онлайн-брифинге 20 мая сказал начальник Государственной миграционной службы (ГМС) Вусал Гусейнов.

    По его словам, лица, в отношении которых принято соответствующее решение, ожидают депортации.

    “И в Азербайджане есть группа лиц, ожидающих этого, так как все государства приостановили процесс депортации”, – отметил В.Гусейнов.

  • Deportasiya olunmuş şəxslərin ölkəyə gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə sərhədlər bağlanıb və deportasiya məsələləri dayandırılıb”.

    Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, barələrində belə qərar qəbul edilmiş şəxslər deportasiyanı gözləyirlər:

    “Azərbaycanda da bir qrup şəxs var ki, bunu gözləyir. Bütün dövlətlər deportasiyanı saxlayıb. Bunun dəqiq sayı barədə məlumat yoxdur”.

  • Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu keçdi – STATİSTİKA

    Dünyada 5 000 280 nəfər koronavirusa yoluxub.

    Virusdan 325 151 nəfər ölüb, 1 970 887 nəfər sağalıb.

    Ölkələr arasında koronavirusa ən çox yoluxma 1 570 583 nəfərlə ABŞ-da müşahidə edilir.

    Rusiya bu siyahıda 308 705 nəfərlə ikinci yerdədir. Üçüncü yerdə isə 278 803 nəfərlə İspaniyadır.

    Virusa qonşu ölkələrdən Türkiyədə 151 615, İranda 124 603, Ermənistanda 5 271, Gürcüstanda 713 nəfər yoluxub.

    Azərbaycanda koronavirusa 3 518 nəfər yoluxub, bunlardan 41-i ölüb, 2 198-i isə sağalıb.

  • Глава ГМС рассказал об использовании электронных услуг после пандемии

    Электронные услуги Государственной миграционной службы (ГМС) Азербайджана в достаточной степени усовершенствованы, на сегодняшний день с ними проблем нет.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на онлайн-брифинге 20 мая сказал начальник ГМС Вусал Гусейнов.

    “Гражданину не нужно тратить время, чтобы приносить документы в нашу службу. Ему достаточно отсканировать их и перевести в электронную форму.

    Мы будем стремиться к тому, чтобы и в постпандемический период был высокий уровень использования электронных услуг”, – сказал В.Гусейнов.

  • Koronavirus dönəmindən sonra miqrasiya xidmətlərinə müraciət necə təşkil ediləcək? – RƏSMİ

    “Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri kifayət qədər təkmildir və bu gün üçün problem yoxdur”.

    Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

    O qeyd edib ki, gələcək üçün xidmətlərə müraciətin elektron şəkildə qalmasına çalışılacaq:

    “İdarə daxilində fəaliyyət elektronlaşdırılıb. Şəxsin sənədlərini fiziki olaraq gətirməsi vaxt alır.

    Şəxs sənədlərini skan edib, elektron formaya salarsa, problem olmaz. Çalışacağıq ki, postpandemiya dövründə elektron xidmətlərdən istifadə yenə də yüksək olsun”.