Month: May 2020

  • Bakının tramvay keçəcək ünvanları məlum oldu – SİYAHI – RƏSMİ

    Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri də tramvay xətlərinin bərpa olunmasıdır.

    Ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu bildirmişdi.

    Hazırda vəziyyət nə yerdədir? Suala cavab tapmaq üçün Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirdilər ki, hazırda məsələ ilə bağlı müzakirələr aparılır.

    “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakı şəhərinin Baş planında nəzərdə tutulan tramvay xətləri ilə bağlı aidiyyətli qurumlarla razılaşma və müzakirələr aparılır”, – deyə bildirilib.

    Qeyd edək ki, hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsi hansı quruma həvalə olunması da müzakirə obyektidir.

    Xatırladaq ki, Cavid Qurbanov açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu bildirmişdi:

    “Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.

    Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, – o qeyd edib.

    Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.

  • Azərbaycanda koronavirusdan ölən şəxslər – SİYAHI

    Azərbaycanda bu günə qədər 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2055 nəfər müalicə olunaraq sağalmış, 40 nəfər vəfat etmiş, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Azərbaycanda koronavirusa yoluxanlar daha çox 50-59 yaşlı insanlardır. Ümumi yoluxma üzrə yaş bölgüsü isə belədir: 0-9 yaş 5%, 10-19 yaş 16%, 20-29 yaş 14%, 30-39 yaş 18%, 40-49 yaş 16%, 50-59 yaş 22%, 60-69 yaş 13%, 70-79 yaş 4% və 80 yaşdan yuxarı 2%.

    Ölkədə COVID-19 virusuna yoluxanlar arasında qadınlar 57%, kişilər isə 43% təşkil edir.

    Vəfat edən 40 nəfər arasında yaş bölgüsü isə belədir: 40-49 yaş 6%, 50-59 yaş 22%, 60-69 yaş 36%, 70-79 yaş 25%, 80 yaşdan yuxarı 11%.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı rəsmi rəqəmlərə görə, bu günə kimi ölkə ərazisində koronavirusdan vəfat edənlərin siyahısı belədir: 1961-ci il, 1932-ci il, 1956-cı il, 1965-ci il, 1977-ci il, 1949-cu il, 1961-ci il, 1943-cü il, 1949-cu il, 1942-ci il, 1944-cü il, 1956-cı il, 1958-ci il, 1969-cu il, 1969-cu il, 1957-ci il, 1951-ci il, 1944-cü il, 1960-cı il, 1935-ci il, 1963-cü il, 1940-cı il, 1946-cı il, 1961-ci il, 1933-cü il, 1955-ci il, 1935-ci il, 1960-cı il, 1949-cu il, 1953-cü il, 1956-cı il, 1957-ci il, 1951-ci il, 1961-ci il.

    Qeyd edək ki, koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, vətəndaşlar diqqətli olmalı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməli, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar və müəyyənləşdirdiyi qaydalara tam əməl etməlidir.

    //Baku.ws

  • Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi

    Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmiş, Şirkətə müvəqqəti inzibatçı təyin edilmiş, habelə Şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.

    Bu barədə Banker.az-a Mərkəzi Bankdan daxil olan məlumatda deyilir.

    Qanunvericiliyə uyğun olaraq ASC “Standard Insurance” Sığorta Şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılmış və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilmişdir.

    ASC “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlamışdır. Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilmiş və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılmışdır. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməmişdir. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurmuşdur.

    Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılmışdır. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarmışdır.

    Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlmişdir.

  • İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi – Foto

    İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.

    Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.

    Əmrə əsasən, Sahir Məmmədxanov İqtisadiyyat nazirinin müşaviri təyin olunub.

    Qeyd edək ki, S.Məmmədxanov Vergilər nazirinin birinci müavini olub.

  • Azərbaycanda saxlanılan şəxs polis bölməsindən qaçdı

    Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

    Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.

    Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.

  • Bakıda DƏHŞƏT: Adamı öldürüb, parkda basdırdılar – FOTO

    Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.

    Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Tapılan skeletin şəxsiyyəti araşdırılır.

  • В Баку 45-летний мужчина пропал без вести

    В Баку пропал без вести 45-летний мужчина.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, проживающий в Хатаинском районе столицы С.Гаджиев (1975 г.р.) вышел из дома и не вернулся.

    Отмечается, что он страдал от психического расстройства.

    По данному факту проводится расследование.

  • Bakıda psixoloji problemləri olan kişi itkin düşdü

    Bakıda 45 yaşlı kişi itkin düşüb.

    Paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində yaşayan 1975-ci il təvəllüdlü S.Hacıyev evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Məlumata görə, onun ciddi psixoloji problemləri olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ

    Birinci sinfə şagird qəbulu üçün valideyn (qanuni nümayəndə) sənədləri məktəbə təqdim etməlidir.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, həmin sənədlər Azərbaycan vətəndaşları üçün – valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti, Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi, xarici ölkə vətəndaşları üçün – valideynin xarici pasportu, Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti, digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) “www.mektebeqebul.edu.az” saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”dir.

  • Vilyam Hacıyevin şikayəti təmin edilmədi

    Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətinə baxılıb.

    APA-nın məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, onun şikayəti təmin edilməyib və Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də, ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

    2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

    Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək, götürülüb.

    İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

    Həmçinin, Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək, almasına dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin qanunsuz əməlləri ilə bağlı istintaq davam edir.

    Xatırladaq ki, mayın 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.