Month: May 2020

  • ABŞ ştatında 28 May “Azərbaycan Milli Günü” elan edilib

    ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 Mayı “Azərbaycan Milli Günü” elan edib.

    Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, bununla bağlı şəhər meri Keyt Qayeqo tərəfindən bəyannamə imzalanıb.

    Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanıb.

    Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

    Bəyannamədə bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 May tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və ölkəmizin azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilib.

    Bəyannamənin sonunda mer K.Qayeqo 28 May tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edib və şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırıb.
    Qeyd edək ki, 1,6 milyonluq əhalisi olan Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci ən böyük şəhərdir.

  • Sürücülərin NƏZƏRİNƏ: Biləcəridə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    Mayın 20-dən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir. Təmir işləri aparılan müddət ərzində sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

    Bu barədə məlumatı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi yayıb. 

    “Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik”, – deyə məlumatda bildirilir.

  • “Bazarstore”da lift şaxtasına düşən qız öldü

    Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan 23 yaşlı qız xəstəxanada ölüb.

    Unikal.org-un məlumatına görə, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində fəaliyyət göstərən “Bazarstire”a aid mağazada satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Mübariz qızı Əliyeva ehtiyatsızlıqdan marketin yük liftinin şaxtasına düşərək ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən A.Əliyeva orada ölüb.

    Fakta bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

  • Baş prokuror özünə yeni köməkçilər təyin etdi – RƏSMİ

    Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

    “Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.

    Bildirib ki, Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanıb.

    O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

    Beynəlxalq ekspert qismində BMT-nin, Avropa Şurasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) monitorinq mexanizmlərində 14 ölkənin, o cümlədən Meksika, Norvec, Polşa, Rumıniya, Serbiya, Ukrayna və digər ölkələrin monitorinqini həyata keçirmişdir. Avropa Şurasının çirkli pulların yuyulması sahəsində Moneyval mexanizmi çərçivəsində Xorvatiya üzrə montorinq eksperti seçilmişdir. Avropa Birliyinin Tvinninq layihəsinin əlaqələndicisi olmuş, Avropa Şurasının bir neçə beynəlxalq layihəsini həyata keçirib.

    Peşəkar fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə dövlət təltiflərinə layiq görülmüşdür. İngilis, fransız və rus dillərini sərbəst bilir.

    Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.

    Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil alıb.

    O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

    Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində İtaliyanın məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə üzrə təcrübənin öyrənilməsi, Avropa İttifaqının Əmlakın bərpası üzrə Qurumların Platforması tərəfindən təşkil edilən virtual valyutalar üzrə təlimlərdə, habelə bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak edib.

    Hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında Antikorrupsiya Təlimləri üzrə magistr proqramı üzrə təhsilini davam etdirir. İngilis və rus dillərini sərbəst bilir.

  • Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb

    Bakının Qaradağ rayonunda bir nəfər bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

    1999-cu il təvəllüdlü Mehdiyev İlqar Müşfiq oğlu tanışı tərəfindən bıçaq xəsarəti alıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

  • Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən avtoqəza olub

    Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Binəqədi şossesində qeydə alınıb.

    1956-cı il təvəllüdlü Məmmədov Zahid İlyas oğlunu minik avtomobili vurub.

    Yaralı xəstəxanaya yerləşdirilib.

  • Pensiya ilə bağlı yeniliklər olacaq – Video

    Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırıla bilər.

    Median.Az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçot nəzarəti şöbəsinin müdri Elnur Abbasov deyib ki, bu dəyişiklik pensiya ilə bağlı yeni qanun layihəsində nəzərdə tutulub. Hazırda qüvvədə olan ”Əmək pensiyaları haqqında” qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.

    Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.

    Qeyd edək ki, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü özünün digər növ pensiya və ya müavinət hüququ yarandıqda payına düşən pensiya məbləğini digər ailə üzvləri arasında bölüşdürəcək. Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir və bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək hər birinə 140 manat verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə hər birinə 70 manat olmaqla əlavə ediləcək. Elnur Abbasov deyir ki, qulluq stajına görə verilən pensiyalar da artırıla bilər.

    Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir. Əgər qanun layihəsi təsdiq edilərsə, bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Abşeronda qadın 21 yaşlı gənci bıçaqladı

    Abşeronda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1999-cu il təvəllüdlü Abdullayev Musa Rasim oğlu adı hələ məlum olmayan xanım tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Жертвами коронавируса в Италии за сутки стали 99 человек

    Число скончавшихся вследствие заражения коронавирусом в Италии за сутки составило 99 и достигло 32 007 человек.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом следует из сводки службы гражданской обороны. Этот показатель под бьет рекорд по минимальному числу летальных исходов с введения карантина 11 марта.

    С понедельника Италия сняла почти все ограничения, введенные из-за распространения коронавируса в начале и середине марта. Открылись магазины розничной торговли, рестораны и бары, парикмахерские. Разрешено передвижение в границах одного региона без подтверждающих необходимость поездки документов.

    Общее число случаев заражения COVID-19, включая выздоровевших и скончавшихся, возросло на 451 до 225 886. Это также является рекордно низким показателем прироста с начала эпидемии. Накануне рост числа случаев составил 675.

    Число выздоровевших от коронавируса в Италии увеличилось на 2 150 человек, их число достигло 125 176.

    Зараженными COVID-19 на данный момент считаются 66 553 человек, за сутки это число сократилось на 1 798 случаев, свидетельствует документ. Накануне сообщалось о снижении числа инфицированных на 1 836 человека. Сразу четыре области страны сообщили о отсутствии новых случаев заражения. 84% зараженных находятся в условиях домашней изоляции без симптомов или с легкими признаками заболевания.

  • İtaliyada son iki ayda ən az ölüm qeydə alındı

    İtaliyada son 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən 99 nəfər dünyasını dəyişib. Son gündə müşahidə edilən ölüm sayı martın əvvəlindən bəri ən aşağı göstəricidir.

    Median.Az xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin xülasəsində qeyd edilib. Qeyd olunub ki, ümumilikdə koronavirusdan ölənlərin sayı 32 007-ə çatıb.

    Son sutkada müalicə alan 2 150 xəstə sağalsa da, 451 yeni yoluxma qeydə alınıb.

    Bildirilib ki, infeksiyaya yoluxan 225 886 nəfərin 127 326-sı sağalıb.

    Qeyd edək ki, İtaliya iyunun 3-dən etibarən sərhədləri Avropa İttifaqı ölkələrindən gələn hər kəs üçün açıq elan edib. Ölkəyə bütün yollarla giriş-çıxış sərbəst olacaq və karantin rejimi tətbiq edilməyəcək. Ölkə daxilində də gediş-gəliş tam sərbəst olacaq.

    Mayın 18-dən isə İtaliyanın regionları daxilində sərbəst hərəkətə icazə veriləcək. Həmçinin bütün ticarət, iaşə, xidmət obyektləri fəaliyyətini bərpa edəcək.