Month: May 2020

  • Həbib Nurməhəmmədovun atasını süni tənəffüs aparatına qoşdular – Vəziyyəti kritikdir

    Koronavirus infeksiyası diaqnozu qoyulan Həbib Nurməhəmmədovun atası, məşqçi Abdulmanapın vəziyyəti daha da ağırlaşıb.

    Median.Az xəbər verir ki, “Telegram” sosial şəbəkəsində “Mash” xəbər kanalının yaydığı məlumata görə, Həbibin atasının ciyərlərinə su dolub. Hazırda məşqçi süni tənəffüs aparatına qoşulub.

    O, sətəlcəmdən sonra yaranan fəsadlar səbəbi ilə insult da keçirib.//oxu.az

  • 8 günlük bayram tətilində xüsusi rejim tətbiq oluna bilər

    “Qonşu Türkiyədə belə bir təcrübə var ki, həftəsonu xüsusi rejim tətbiq olunur. Ramazan bayramında Azərbaycanda rejim necə olacaq, hələlik bunu bilmirik, müzakirə olunur”.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bayram günlərində tətbiq oluna biləcək xüsusi rejimi şərh edərkən bildirib.

    Onun sözlərinə görə, qərarlar statistikaya əsaslanır:

    “Ramazan bayramında rejimin necə olacağı ictimiayyətə bildiriləcək. Ola bilər ki, bəzi qaydalar tətbiq edilsin. Müvəqqəti olaraq bəzi sərtləşmələr olsun. İş günləri başlayandan sonra bunlar aradan qaldırıla bilər. Hər şey görəcəyimiz dinamikadan asılıdır. Biz addım-addım yumşalmağa gedirik. Görsək ki, rəqəmlər idarə olunacaq səviyyədədir, o zaman heç bir problem olmayacaq. Gözlənilmədən ciddi artım olsa, məcburən məhdudiyyətlərə gedəcəyik”.

  • Эльмар Мамедъяров обсудил с посредниками карабахское урегулирование

    Министр иностранных дел Эльмар Мамедъяров провел в понедельник встречу в формате видеоконференции с сопредседателями Минской группы ОБСЕ Игорем Поповым (Россия), Стефаном Висконти (Франция), Эндрю Шафером (США) и личным представителем действующего председателя ОБСЕ Анжеем Каспшиком.

    Об этом Report сообщили в МИД.

    На встрече также приняли участие помощники сопредседателей от Франции и США.

    Стороны обсудили текущее состояние процесса урегулирования армяно-азербайджанского нагорно-карабахского конфликта, а также шаги, которые будут предприняты в ближайшие месяцы после глобальной пандемии.

    “Стороны договорились об определении времени и места проведения очередной встречи министров иностранных дел Азербайджана и Армении при посредничестве сопредседателей Минской группы после ослабления пандемии”, – говорится в сообщении.

  • Baş prokurordan yeni təyinatlar

    Baş prokuror Kamran Əliyev özünə yeni köməkçilər təyin edib.

    Sabah.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları Emin Nəsibov və Elnur Musayev Baş prokurorun köməkçisi vəzifəsinə təyin olunublar.

    Xatırladaq ki, yeni Baş prokuror daha öncə verdiyi əmrlə bütün köməkçilərini vəzifədən azad etmişdi.

  • Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ

    AZAL Azərbaycanın Polşadakı səfirliyinə təxliyyə üçün müraciət etmiş bu ölkədə olan vətəndaşlarımıza müraciət edib.

    Bu barədə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən Oxu.Az verilən məlumatda deyilir.

    AZAL-dan yazılı olaraq bildirilmiş məlumata əsasən, bu yaxınlarda həyata keçirilməsi nəzərdə tutulan təxliyyə üçün Varşava-Bakı reysi üzrə uçuş biletinin məbləği 350 ABŞ dolları təşkil edəcək.

  • В Турции ввели 4-дневный комендантский час на период празднования Рамазана

    Запрет на выход из дома будет введен 24-27 мая в связи с праздником Рамазан в 81 крупном городе Турции.

    Об этом сообщил в понедельник президент Турции Реджеп Тайип Эрдоган по итогам заседания Кабинета министров республики.

    По его словам, после 29 мая некоторые мечети откроются для богослужения.

  • В Канаде число заразившихся коронавирусом превысило 77 тысяч

    Количество подтвержденных случаев заражения коронавирусом в Канаде превысило 77 тысяч, скончались более 5,8 тысячи человек.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает министерство здравоохранения страны.

    Днем ранее сообщалось о 76 193 зараженных. За последние сутки было зафиксировано 1 113 новых случаев, общее число заражений достигло 77 306.

    Количество летальных исходов за сутки увеличилось на 103 и достигло 5 805. Наибольшее число зараженных выявлено в провинциях Квебек (42 920) и Онтарио (22 957).

  • Kanadada koronavirus 5 805 nəfərin ölümünə səbəb oldu

    Kanadada 1 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, 77 306 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

    Son 24 saat ərzində müalicə alan 103 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ümumilikdə 5 805 xəstə koronavirus infeksiyasının yaratdığı xəstəlikdən vəfat edib.

    Ən çox yoluxma halı Kvebek (42 920) və Ontario (22 957) əyalətində qeydə alınıb.

  • “Instagram”ın işində yenidən problem yaranıb

    Bu gün bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin işində problem yaranıb.

    Median.Az xəbər verir ki, bu barədə “Downdetector” xidməti məlumat yayıb.

    Sosial şəbəkədəki problemlərdən daha çox ABŞ, Böyük Britaniya, Türkiyə, Suriya, Hindistan, Rusiya və Malayziyada rast gəlinib.

    Sözügedən regionlardakı istifadəçilərin əksəriyyəti (təqribən 50%) xəbər lentini yeniləyə bilmir, 14% öz hesabına daxil ola bilmir, daha 13% isə “Stories”ə baxmaqda çətinlik çəkir.

  • Число заболевших COVID-19 в Турции превысило 150 тысяч

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки на 1 158, общее число заразившихся превысило 150 тысяч.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня выявлены 1 158 новых случаев, всего заразившихся – 150 593. Мы потеряли сегодня 31 пациента, всего умерших – 4 171. Вылечились сегодня 1 615 пациентов, всего – 111 577”, – написал Коджа в Twitter.