Month: May 2020

  • Азербайджан стал примером для других стран в борьбе с коронавирусом

    Модель Азербайджана в борьбе с пандемией коронавируса является одной из самых успешных в мире.

    Как сообщает oxu.az, об этом заявил руководитель Аппарата Министерства здравоохранения страны Надир Зейналов во время выступления на передаче “Diqqət mərkəzində” (“В центре внимания”), транслируемой по Общественному телевидению страны.

    По его словам, это стало возможно благодаря своевременным мерам, предпринятым государством.

    “Предупредительные меры, обследование и лечение заразившихся, просвещение населения, социально-экономическая поддержка, производство дезинфицирующих средств и медицинских масок, контроль над эпидемическими показателями – все это отличало Азербайджан от многих государств. Успешные меры, предпринятые государством в этом направлении, вызвали большой интерес у других стран, а также оказали положительное влияние на внутренний и международный имидж Азербайджана”, – добавил он.

  • Vilayət Eyvazovdan DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə TƏYİNAT

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev vəzifədən azad edilib.

    “Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Y.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

    Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

    Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

  • Sabunçuda mühafizəçini bıçaqladılar

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

    1982-ci il təvəllüdlü Fərəcov Taleh Ağabala oğlu mühafizəçi kimi çalışdığı obyektin qarşısında naməlum şəraitdə qarnının ön divarından bıçaq xəsarətləri alıb.

    Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

  • Əfqan Nağıyev DSX rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edildi – SƏRƏNCAM

    Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyev vəzifəsindən azad edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev mayın 15-də sərəncam imzalayıb.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

    Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

  • Nazirlər Kabineti rəsmisindən Rusiya ilə sərhədə toplaşan həmvətənlərimizlə bağlı AÇIQLAMA

    “Rusiyadan gələnlər, sadəcə, “evəgedirəm” portalında qeydiyyatdan keçməlidir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O, Dağıstanda qalan azərbaycanlıların sərhəddə toplaşması, polislə aralarında mübahisə yaranması məsələsinə də münasibət bildirib:

    “Orada olan vətəndaşlara xəbərdarlıq edilmişdi. Sərhəddə toplaşmaq lazım deyildi. Yalnız və yalnız “evəgedirəm” portalından qeydiyyatdan keçmək lazımdır”.

  • Moskvada azərbaycanlıların çoxluq təşkil etdiyi bazarda aksiya: İcarə haqqına etiraz edirlər – VİDEO

    Moskvada əsasını miqrantların təşkil etdiyi “Fud Siti” ticarət mərkəzində aksiya olub.

    “Baza” “Telegram” kanalının məlumatına görə, polislər aksiya iştirakçılarını sakitləşdirməyə və toplantını dağıtmağa çalışırlar.

    Etirazçı kütlənin əsas tələbi isə icarə haqlarının artırılması olub. Belə ki, daha əvvəl bazarda icarə haqqı beş min rubl idisə, bundan sonra qiymət iki min rubl artaraq yeddi minə çatıb.

    Maraqlıdır ki, etirazçılar rəhbərliyin ofisinə icarə haqlarının azaldılması tələbi ilə gəlsələr də, əksinə qiymətlərin qalxması faktı ilə qarşılaşıblar.

    Yüzlərlə kişi rəhbərliyin ofisinin qarşısına toplaşaraq artıma etiraz ediblər.

    Qeyd edək ki, bu bazarda işləyənlərin böyük hissəsini azərbaycanlı miqrantlar təşkil edir.

  • Növbəti qadağaların aradan qaldırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Qadağaların aradan götürülməsi və ya saxlanılması epidemioloji statistik göstəricilərin təhlilindən asılıdır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    “İrəlidəki dövrdə hansı növbəti qadağaların aradan qaldırılması buna əsaslanacaq”.

  • Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu – VİDEO

    Lənkəranda koronavirusla mübarizə çərçivəsində fəaliyyət göstərən tibb işçiləri onlara üç aya görə cəmi 190 manat əlavə ödənilməsinə etiraz ediblər.

    Bununla bağlı videogörüntülər yayılıb.

    Görüntülərdən aydın olur ki, Lənkəran Mərkəzi Xəstəxanasının baş həkiminin müavini etiraz edən tibb işçilərini təhqir edərək qovub.

    TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb:

    “Bununla bağlı baş həkimin müavininin izahatı alınıb, ona müvafiq qaydada xəbərdarlıq edilib”.

  • Скончался брат Полада Бюльбюльоглу

    Скончался Чингиз Мамедов – старший сын основоположника азербайджанского профессионального вокального искусства и выдающегося оперного певца Бюльбюля, брат певца и композитора, посла Азербайджана в России Полада Бюльбюльоглу.

    Данный факт подтвердили Oxu.Az в пресс-службе Министерства культуры.

    О причине смерти не сообщается.

    Ч. Мамедов родился 12 декабря 1938 года в Тифлисе. Несколько лет назад он ушел на пенсию с должности завотделом аппарата Милли Меджлиса (парламента).

  • Polad Bülbüloğlunun qardaşı vəfat etdi

    Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov vəfat edib.

    Mədəniyyət Nazirliyinin mətbuat xidməti Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib.

    Qeyd edək ki, 12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.

    O, bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri vəzifəsindən təqaüdə çıxıb.