Month: May 2020

  • На кассах в супермаркетах существует высокий риск заражения коронавирусом – ВИДЕО

    Особый карантинный режим на территории Азербайджана ослабляется, но маркеты и магазины функционировали даже во время ограничений, введенных в связи с особым режимом.

    В эти дни увеличилось количество людей, отправляющихся за покупками. Это означает, что социальная дистанция и правила гигиены должны соблюдаться больше. Государство не может осуществлять контроль за этим в одиночку.

    Официальные лица подчеркивают важность общественного обсуждения в этом вопросе.

    Представляем вниманию читателей подробный видеорепортаж Baku.Tv на эту тему:

  • DİN vətəndaşlara müraciət etdi – VİDEO

    Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin 2020-ci il may ayının 18-i saat 00:00-dan etibarən yumşaldılmasına qərar verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, nazirlik bununla əlaqədar vətəndaşların diqqətinə çatdırır ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən – maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir.

    Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən yalnız zəruri hallarda çıxmaları, insanların sıx toplaşdığı məkanlara getməmələri və qoruyucu vasitələrdən istifadə etmələri tələb olunur.

    Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış qadağasının davam etməsi nəzərə alınmalı, bütövlükdə qüvvədə saxlanılmış məhdudiyyətlərə riayət olunmalıdır.

  • Яшар Алиев назначен заместителем Магеррама Алиева

    Назначен заместитель заведующего отделом по военным вопросам Администрации президента Азербайджана.

    Как сообщает АПА, на указанную должность назначен Яшар Алиев. Он также принят на действительную военную службу и ему присвоено звание генерал-лейтенанта.

    Напомним, что заведующим отделом по военным вопросам Администрации президента является Магеррам Алиев.

    Отметим, что до назначения Яшар Алиев занимал должность начальника Главного управления охраны МВД.

  • General Yaşar Əliyevə Prezident Adminstrasiyasında vəzifə verildi

    Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

    APA-nın məlumatına görə, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

    Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

    Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • Dövlət başçısı: “Bəzi hallarda Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir”

    “Hesab edirəm ki, bugünkü müzakirəmiz olduqca vacib və ümidverici idi. Bu təşəbbüslərin tərəfinizdən dəstəklənməsinə görə sizə bir daha təşəkkür edirəm. Biz ölkəni müasirləşdirmək arzusunda olduğumuzla bağlı çoxlu müzakirələr aparmışıq və hər kəs anlayır ki, müasir texnologiyalar olmadan bu, mümkün deyil. Bu səbəbdən, zənnimcə, bu gün müzakirə etdiklərimiz icra olunacaq, çünki əvvəl planlaşdırdığımız bütün təşəbbüslər artıq həyata keçirilib”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

    Dövlət başçısı bildirib: “Su ehtiyatlarının idarə edilməsi məsələsinə qayıdaraq, siz su itkisi məsələsini düzgün qeyd etdiniz və bizdə də belə problem var. Bəzi hallarda Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir. Biz yalnız su itirmirik, biz həm də torpağa ziyan vururuq, çünki torpaq yuyulur və daha sonra kənd təsərrüfatı üçün yararsız olur. Düşünürəm ki, səylərimizi birləşdirərək və sizin təcrübənizdən faydalanaraq biz məhsuldarlığı artırmaqla böyük uğura nail ola bilərik.

    Bizim münbit torpaq ehtiyatımız məhduddur. Kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etmək və ixrac qabiliyyətimizi gücləndirmək üçün biz məhsuldarlığı artırmalıyıq. Bu isə yalnız müasir texnologiyaların tətbiqi nəticəsində mümkündür”.

  • Marketlərdəki kassalarda koronavirusa yoluxmaq riski yüksəkdir – VİDEO

    Karantin qaydaları yumşaldılır, amma elə ən sərt qadağaların olduğu xüsusi rejimdə belə market və mağazalar işləyirdi.

    Bu günlərdə isə küçəyə, alış-verişə çıxan insanların sayı çoxalıb. Bu, o deməkdir ki, sosial məsafə və gigiyenik qaydalara daha çox əməl edilməlidir. Buna isə yalnız dövlətin nəzarət etməsi mümkünsüzdür.

    Rəsmilər bu məsələdə ictimai qınaq amilinin önə çıxmasının vacibliyini vurğulayırlar.

    Ətraflı Baku.Tv-nin videosunu təqdim edirik:

  • “Neftçi”nin koronavirus testinin nəticəsi açıqlandı

    “Neftçi”nin kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus (COVİD-19) testi verib.

    Median.Az klubun saytına istinadən məlumat verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb.

    Kollektivin heç bir üzvündə testin nəticəsi pozitiv çıxmayıb.

    Qeyd edək ki, “Neftçi”nin bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.

  • Prezident: “Koronavirusun 2-ci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur”

    Səhiyyəyə gəldikdə, hər kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir. Bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır. Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

    Dövlət başçısı bildirib: “Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”.

  • Azərbaycanda bütün məhkəmələrin fəaliyyəti bərpa olundu

    Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət ləğv edilib.

    Bu barədə Ali Məhkəmədən məlumat verilib.

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may 2020-ci il tarixli qərarı nəzərə alınaraq məhkəmələrə işlərə baxılması ilə bağlı tövsiyə edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə mayın 18-i sat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.

    Məhkəmə fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.

    Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın.

    Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

    Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

    Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

    Bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.

    Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr istisna olmaqla, digər məhkəmələrdə proseslər bu ayın əvvəlindən bərpa olunmuşdu.

  • Pandemiya dövründə Azərbaycanda qeydə alınan nikahların və doğulan uşaqların sayı açıqlandı

    Pandemiya dövründə ölkədə 23 min 400-dən çox vətəndaş vəziyyəti aktları rəsmiləşdirilib.

    Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, nazirliyin qeydiyyat orqanları tərəfindən bu günədək rəsmiləşdirilmiş aktların 2.478-i nikah, 12.566-sı isə doğumun qeydiyyatı ilə bağlıdır.

    Uşaqların 6.793 nəfəri oğlan, 5.773-ü qız, 140-ı əkiz, 6-sı isə üçəm olub.

    Qeyd edək ki, ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar nazirliyin qeydiyyat şöbələri xüsusi karantin rejiminə uyğun fəaliyyətini davam etdirib. Əhalinin bəzi vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına olan ehtiyacını nəzərə alaraq, onlara yalnız təxirəsalınmaz hallarda qeydiyyat şöbələrinə müraciət etmək, digər hallarda isə müvafiq xidmətlərdən elektron qaydada yararlanmaq tövsiyə olunub.