Month: May 2020

  • “Milli səhiyyəyə inamın qaytarılması üçün mühüm işlər görülüb” – Nazirliyin aparat rəhbəri

    “Həkimlərimizin xaricə getməsi əhalidə ölkədəki səhiyyə sisteminə ümumi inamsızlıq yaradıb”.

    Median.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov “İctimai TV” telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində yaranmış iqtisadi böhran ölkənin digər sahələri ilə yanaşı səhiyyə sisteminə də təsirsiz keçməyib: “Təmirsiz xəstəxana və poliklinikalar, antisanitariya şəraiti, ciddi dərman qıtlığı, yaxşı həkimlərin xaricə üz tutub getməsi əhalidə səhiyyə sisteminə ümumi inamsızlıq yaratdı. Əhali müayinə və müalicə üçün daha çox Rusiya, Türkiyə, İran və Almaniyaya üz tutdu. İllər keçdikcə bu, gəlirli biznesə çevrildi və tibbi turizmin reklamı oldu”.

    N.Zeynalov onu da qeyd edib ki, bu gün Azərbaycan səhiyyə sistemi çox fərqli mərhələdədir: “Dövlətimiz səhiyyə sisteminin bərpası və inkişafı üçün mühüm işlər gördü. Son illər ərzində 750-dən çox tibb müəssisəsi əsaslı təmir olunub və ya yenidən tikilib. Mərkəzlər müasir avadanlıq və dərmanla təchiz olunub. Kadr hazırlanması sahəsində vacib islahatlar aparılıb. Ümumiyyətlə, milli səhiyyəyə inamın qaytarılması üçün mühüm işlər görülüb və istiqamətdə tədbirlər davam etdirilir”.//oxu.az

  • В Азербайджане возобновлена деятельность всех судов

    В Азербайджане полностью сняты ограничения на деятельность судов, введенные в связи с особым режимом карантина.

    Об этом Oxu.Az сообщили в Верховном суде Азербайджана.

    Согласно информации, по решению оперативного штаба при Кабинете министров Азербайджана всем судам на административной территории Баку, Сумгайыта, Гянджи, Лянкярана и Абшеронского района рекомендовано полностью возобновить прием и рассмотрение дел с 00:00 18 мая 2020 года.

    Рекомендуется осуществлять судебную деятельность в соответствии с установленными оперштабом при Кабмине Азербайджана правилами социального поведения и санитарно-эпидемиологическими требованиями.

    “В ходе процессов в судебных залах, а также в административных зданиях запрещено совместное нахождение более чем 10 человек. Также суды должны обеспечить использование гражданами в судебных зданиях защитных масок, соблюдение ими правил личной гигиены и медико-профилактических требований, а также социальной дистанции. В административных зданиях судов следует регулярно проводить дезинфекционные работы”, – говорится в сообщении.

    Также рекомендуется решить другие вопросы в связи с рабочим графиком судей и сотрудников судебных аппаратов. Кроме того, рекомендуется во всех судах приостановить прием граждан, и осуществить данный процесс посредством телефонной, мобильной и интернет-связи.

    Отметим, что деятельность судов, за исключением действующих на административных территориях Баку, Сумгайыта, Гянджи, Лянкярана и Абшеронского района, была возобновлена в начале этого месяца.

  • Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötdü

    Dünyada koronavirusdan 304 mindən çox insan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

    Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4,5 milyonu ötüb.

    “Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4 500 476 təşkil edir. COVID-19 yoluxmadan sonra 304 631 insan öldü”, – deyə xəbərdə bildirilir.

    Ayrı-ayrı ölkələrdə koronavirusdan sağalanların ümumi sayı 1,6 milyon nəfəri ötüb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • МВД Азербайджана обратилось к гражданам – ВИДЕО

    Учитывая санитарно-эпидемиологическую ситуацию в стране в связи с новым типом коронавирусной инфекци оперативный штаб при Кабинете Министров принял решение с 00:00 18 мая 2020 года ослабить некоторые ограничения, установленные в рамках особого карантинного режима.

    Как сообщает oxu.az, об этом говорится в сообщении пресс-службы Министерства внутренних дел(МВД) Азербайджана.

    В этой связи ведомство информирует граждан о том, что профилактические меры, имеющие большое значение в борьбе с коронавирусом, должны стать частью повседневной жизни каждого человека, в частности в соответствии с текущей санитарно-эпидемиологической ситуацией.

    Следует строго соблюдать медицинские и профилактические требования, использовать средства индивидуальной защиты органов дыхания – маски, респираторы, соблюдать социальную дистанцию.

    Лицам старше 65 лет, входящим в группу риска, следует выходить из дома только в случае крайней необходимости, а также не посещать места массового скопления людей и пользоваться защитными средствами.

    В то же время необходимо учитывать сохранение запрета на въезд и выезд в Баку, Гянджу, Сумгайыт, Лянкяран и Апшеронский район.

  • Nazirlik rəsmisi: “Koronavirus pandemiyası sərhədlər açılandan sonra da davam edəcək”

    Koronavirus pandemiyası sərhədlər açılandan sonra da davam edəcək.

    Median.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov “İctimai TV” telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində çıxışı zamanı deyib.

    N.Zeynalov xaricə müalicəyə getmək üçün sərhədlərin açılmasını gözləyən pasiyentlərə səslənib:

    “Karantin müddətində vaxt itkisi ağırlaşmalara, xəstləliklərin xronikləşməsinə gətirə bilər. Lakin koronavirus pandemiyası sərhədlər açılandan sonra da davam edəcək. Çünki xəstə insanın xaricə müalicə üçün gedərək koronavirusa yoluxma riski ölkə daxilindən daha çoxdur”.//oxu.az

  • Qazaxda avtomobil körpüdən aşıb, xəsarət alan var

    Qazax rayonunda baş verən avtomobil qəzası nəticəsində 1 nəfər xəsarət alıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Fərəhli kənd ərazisində hərəkətdə olan “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

    Qəza nəticəsində avtomobilin sürücüsü Nəriman Məmmədov müxtəlif bədən xəsarətləri alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. N.Məmmədovun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Milli Məclisin Sədri: “Qanunların icrasına nəzarət gücləndirilməlidir”

    “Hazırda Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır”.

    Median.Az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

    Spikerin sözlərinə görə, 2018-ci ilin Prezident seçkilərindən sonra dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən struktur və kadr islahatları geniş vüsət alıb: “Ölkəmizin qanunvericilik orqanı da bu islahatlardan kənarda qala bilməzdi. Bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər nəticəsində parlamentin yeni tərkibi formalaşıb və altıncı çağırış Milli Məclis fəaliyyətə başlayıb. Prezident İlham Əliyev Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində digər məsələlərlə yanaşı, qanunvericilik orqanı qarşısında dayanan vəzifələri də müəyyən edib. Bizim fəaliyyətimizin yol xəritəsi olan bu nitqində cənab İlham Əliyev dövlətin və cəmiyyətin parlamentdən gözləntilərini ifadə edib.

    Bu gözləntilərin nədən ibarət olması barədə Spiker deyib ki, ilk növbədə, qanunvericilik fəaliyyəti təkmilləşdirilməli, yeni qanunların hazırlanması zamanı daha çox keyfiyyətə fikir verilməlidir: “Qanunların qəbulu ilə yanaşı, onların icrasına nəzarət də gücləndirilməlidir”.

  • В Азербайджане проведено свыше 220 тыс. тестов на COVID-19

    В Азербайджане названо количество проведенных тестов на выявление коронавируса.

    Сегодня сделано 6 072 тестов на COVID-19.

    Об этом Report сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    За прошедший период было проведено 220 363 тестов на выявление новых случаев заражения.

  • Bu gün Azərbaycanda koronavirusa görə 6 072 test aparılıb

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 15-nə olan statistik göstəriciləri açıqlayıb.

    “Report” xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 072 test edildiyi bildirilib.

    Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 220 363 test aparılıb.

  • Ramazan ayının 22-ci gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 22-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 16-da imsak vaxtı saat 03:37-də, iftar vaxtı isə 20:06-dadır.

    22-ci günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Bismillahir-Rahmənir-Rahim. Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil ələyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!”.

    Tərcüməsi: “İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”

    Allah orucunuzu qəbul etsin!