Month: May 2020

  • В Баку автомобиль насмерть сбил мужчину

    В поселке Говсан Сураханского района Баку произошло ДТП со смертельным исходом.

    Как передает АПА, автомобиль ВАЗ-2114, за рулем которого находился Шемистан Гасымов (1994 г.р.), сбил мужчину.

    Пешеход, которому на вид 50-55 лет, скончался на месте происшествия.

    По данному факту возбуждено уголовное дело по статье 263.2 (нарушение правил дорожного движения и эксплуатации транспортных средств, повлекшее по неосторожности смерть потерпевшего) УК АР.

  • Bakıda kişini avtomobil vurub öldürdü

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

    Şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmistan Qasımov idarə etdiyi “VAZ 2114” markalı avtomobillə 50-55 yaşlarında kişini vurub.

    Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

  • Ötən il küçələrdə dilənçilik edən uşaqların sayı açıqlandı – 180 valideynə xəbərdarlıq edildi

    Ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji, ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.

    Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik hesabatında yazılıb.

    Aparılmış yoxlamalarla həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması müəyyənləşib.

    Digər hallar üzrə isə cinayət tərkibi müəyyən olunmayıb. Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərlərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

    Bildirək ki, hesabatı Milli Məclisin mayın 19-da keçiriləcək iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.

  • Liftdə köməksiz qalanlar xilas edildi

    Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı iki müraciət daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən üç nəfərin liftdən çıxarılması təmin edilib.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 15 мая, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 4 526 934.

    Из них выздоровели 1 705 678 человек, скончались – 303 407.

    В первую десятку стран по уровню заболеваемости коронавирусом входят США (1 457 593 случая заражения), Испания (272 646), Россия (252 245), Великобритания (233 151), Италия (223 096), Бразилия (203 165), Франция (178 870), Германия (174 975), Турция (144 749) и Иран (114 533).

    В Китае, где впервые произошла вспышка коронавирусной эпидемии, на данный момент зафиксировано всего 82 933 случая инфицирования.

    В Азербайджане COVID-19 выявлен у 2 879 человек, 1 833 из них вылечились, 35 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 4 526 934 nəfər koronavirusa yoluxub.

    Virusdan 303 407 nəfər ölüb, 1 705 678 nəfər sağalıb.

    Dünyada koronavirusa ən çox yoluxma halı ardıcıl olaraq ABŞ (1 457 593 nəfər), İspaniya (272 646 nəfər), Rusiya (252 245 nəfər), Böyük Britaniya (233 151 nəfər), İtaliya (223 096 nəfər), Braziliya (203 165 nəfər), Fransa (178 870 nəfər), Almaniya (174 975 nəfər), Türkiyə (144 749 nəfər), İrandadır (114 533 nəfər).

    Koronavirusun ilk yayıldığı dövlət olan Çin ilk onluğa daxil deyil. Bu ölkədə indiyə qədər 82 933 nəfər koronavirusa yoluxub.

    Azərbaycanda 2879 nəfərdə koronavirus aşkar edilib. Virusa yoluxanlardan 1833 nəfəri müalicə olunaraq sağalıb.

  • Исландия планирует в июне открыть границу для туристов

    Власти Исландии планируют открыть страну для туристов через месяц. Об этом сообщает Gazeta.Ru со ссылкой на Forbes.

    В Исландии всего 15 выявленных случаев заражения коронавирусом, при этом за пять минувших дней не было выявлено новых. Отмечается, что в стране проводится активное тестирование граждан.

    По словам исландского премьер-министра Катрин Якобсдоуттир, открытие границы для иностранных туристов произойдет не позднее 15 июня.

    Кроме того, путешественникам не нужно будет сидеть на двухнедельном карантине, однако им придется сдать тест, результаты которого станут известны в тот же день.

    Премьер отметила, что главной проблемой для туристов станет дорога, многие авиакомпании прекратили полеты и планируют возобновить их не раньше июля. Пока в Исландию можно будет добраться из Лондона, Стокгольма и Бостона.

  • Daha bir ölkə sərhədlərini turistlərin üzünə açır

    İslandiya hökuməti növbəti aydan ölkə sərhədlərini turistlərin üzünə açmağa hazırlaşır.

    Bu barədə “Forbes” məlumat yayıb.

    İslandiyada bu günə qədər yalnız 15 nəfərin koronavirus testi müsbət çıxıb, son beş gündə isə yeni yoluxma halı qeydə alınmayıb.

    İslandiyanın Baş naziri Katrin Yakobsdottir bildirib ki, ölkə öz sərhədlərini iyunun 15-dən gec olmayaraq xarici turistlərin üzünə açacaq.

    İslandiyaya səyahət edən şəxslər iki həftəlik karantinə alınmayacaq, amma onlar nəticəsi bir neçə saat sonra məlum olan COVID-19 testini vermək məcburiyyətindədirlər.

    Hazırda İslandiyaya uçuşlar ancaq Boston, London və Stokholm şəhərlərindən yerinə yetirilir.

  • Bakıda dələduzluğa məruz qalan qadın intihara cəhd etdi

    Bakı şəhəri, Sabunçu rayonunun 14-cü polis bölməsinin əməkdaşları Maştağa kənd sakininin intihara cəhd etməsinin səbəbini aşkarlayıblar.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Əntiqə Rzayeva intihar etmək üçün çox sayda dərman həbləri qəbul edib. Təcili şəkildə 1 saylı Klinik Tibbi Mərkəzə gətirilən qadının həyatını xilas etmək mümkün olub.

    İntiharın səbəbi isə Fərrux adlı şəxs olub. Belə ki, qadının mənzil almaq adı ilə 18 min manat pulunu mənimsəyən şəxs onun özünü öldürmək cəhdinə səbəb olub.

    Hazırda faktla bağlı araşdırma aparılır. Dələduzluq şübhəsi ilə axtarışda olan şəxs isə hələlik yaxalanmayıb.

  • Səfirlik Polşada qalmış Azərbaycan vətəndaşlarına müraciət edib

    Azərbaycan Respublikasının Polşadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlara müraciət edib.

    Müraciətdə bildirilib ki, qlobal pandemiya dövründə Polşa ərazisindəki Azərbaycan vətəndaşlarının etibarlılıq müddəti bitmiş və bitməkdə olan pasportlarının yenisi ilə əvəz edilməsində qarşılaşdıqları çətinlikləri nəzərə alaraq aşağıdakı məlumatları vətəndaşların diqqətinə çatdırılıb:

    “Polşa ərazisindəki Azərbaycan vətənadşlarının qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərinin hüquqi tənzimlənməsi üçün etibarlılıq müddəti 1 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan ümumvətəndaş pasportlarının etibarlılıq müddəti 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab edilir.

    Polşada pasportlarının etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşları Vətənə qayıtmaq istədikləri təqdirdə Səfirlik tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin olunacaqlar”.