Month: May 2020

  • Календарь и молитва двадцать первого дня месяца Рамазан

    Завтра двадцать первый день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа, время имсака 15 мая – в 03:38, а время ифтара – в 20:05.

    Молитва, читаемая после имсака:

    “Аллахуммадж’аль ли фихи иля мардатикя далиля уа ля тадж’аль лишшайтани фихи алейа сабиля уа дж’алиль джанната ли манзилян уа макыля йа кадийа хава́иджит талибин”

    Перевод:

    “О, мой Аллах! Укажи мне в этот день дорогу к деяниям, заслуживающим Твоего согласия! И отврати меня от пути, желательного для Сатаны! И определи райские куши моим пристанищем!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”
    Да примет Аллах ваш пост!

  • Ramazan ayının 21-ci gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 21-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 15-də imsak vaxtı saat 03:38-də, iftar vaxtı isə 20:05-dədir.

    21-ci günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!”.

    Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!”
    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”

    Allah orucunuzu qəbul etsin!

  • DTX-nin saxladığı general kimdir? – FOTO

    Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb.

    “Qafqazinfo” xəbər verir ki, Əfqan Nağıyev barəsində dövrü mətbuatda yetərli məlumat olmasa da, onun uzun illərdir Sahil Mühafizəsinə nəzarət etdiyi dəqiqdir.

    O, bu sahədə polkovnik-leytenant rütbəsindən general-leytanant rütbəsinə qədər yüksəlib. Ə. Nağıyev 2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

    Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev, Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

    Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü mü­na­sibətilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

    2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib. 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

    2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb.

    Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb.

  • В Азербайджане больным коронавирусом трансплантирована иммунная плазма

    В Азербайджане девяти пациентам с коронавирусом, находящимся в критическом состоянии, трансплантирована иммунная плазма.

    Как сообщает Median.Az, об этом заявил исполнительный директор Национального центра гематологии и трансфузиологии Азербайджана Валех Гусейнов.

    По его словам, данная плазма была взята у шести доноров, которые ранее излечились от инфекции.

    “Плазма трансплантирована пожилым больным, а также пациентам страдающим от других заболеваний и тем, кто подключен к аппаратам искусственного дыхания. Они находятся под строгим наблюдением врачей. Если будет необходимость, им в очередной раз может быть трансплантирована иммунная плазма”, – отметил В.Гусейнов.

    По его словам, плазма вылечившихся от коронавируса может ускорить выздоровление тех, кто находится в тяжелом состоянии.//oxu.az

  • Azərbaycanda kritik vəziyyətdə olan koronavirus xəstələrinə immun plazma köçürülməsinə başlanıldı

    “Azərbaycanda kritik vəziyyətdə olan doqquz nəfər koronavirus xəstəsinə immun plazma köçürülüb”.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Valeh Hüseynov “Xəzər Xəbər”ə açıqlamasında deyib.

    O bildirib ki, koronavirus xəstələrinin qan plazması ilə müalicəsi çərçivəsində altı donordan immun plazma alınıb: “Bu günə qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzində koronavirus infeskiyasından sağalan altı nəfər donordan immun plazma toplanıb. Bu plazmalar kritik-ağır vəziyyətdə olan doqquz nəfər koronavirus xəstəsinə köçürülüb. Onlar yaşlı, paralel xəstəlikləri olan və süni tənəffüs aparatına qoşulan xəstələrdir. Həmin insanlar ciddi həkim nəzarətində saxlanılır, ehtiyac olarsa, onlara yenidən immun plazma köçürülə bilər”.

    V.Hüseynov donorların anonimliyinin qorunduğunu bildirib: “Koronavirus infeksiyasından sağalan şəxslərin qan plazmaları verməsinə ehtiyac var. Donorların anonimliyi mütləq şəkildə qorunur. Onların plazma nümunələri ağır vəziyyətdə olan COVİD-19 xəstələrinin sağalmasını sürətləndirə bilər. Müalicə metodu səmərəli olarsa, gələcəkdə koronavirusa yoluxan şəxslərin müalicəsinin ilkin mərhələsində də bu üsul tətbiq olunacaq”.

    Xatırladaq ki, bu gün Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər isə sağalıb. Hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.//oxu.az

  • ABŞ-da koronavirusa yoluxanların sayı 1,4 milyonu ötdü

    Pandemiya ərzində ABŞ-da koronavirusdan ümumilikdə 85 mindən çox insan ölüb.

    Median.Az
    xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

    Universitetin məlumatlarına görə, ABŞ ərazisində koronavirusa 1 milyon 405 min yoluxma qeydə alınıb. Ölkədə COVID-19-dan ölənlərin sayı 84 min 985 nəfər təşkil edir. ABŞ hər iki göstərici üzrə dünyada liderliyini saxlayır.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Zaqatalada məktəbli tələbəni qətlə yetirib

    Zaqatalada yuxarı sinif şagirdi 1-ci kurs tələbəsini bıçaqlayaraq qətlə yetirib.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında baş verib.

    Mosul kənd sakinləri olan 16 yaşlı Əli Arzuman oğlu Əliməmmədovla 18 yaşlı İlyas Teymur oğlu İlyasov arasında şəxsi münasibətlər zəminində dava düşüb. Dava zamanı Əli Əliməmmədov üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyas İlyasov hadisə yerində ölüb. Meyit müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

    Qeyd edək ki, hadisəni törətməkdə şübhəli sayılan Əli Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qətlə yetirilən İ.İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidir.

    Faktla bağlı araşdırma aparılır.

  • Mirşahin Ağayevdən “Real TV”nin lisenziyasının ləğv olunması ilə bağlı AÇIQLAMA

    “MTRŞ-nın “REAL TV” ilə bağlı qərarı ilə əlaqədar çoxlu zənglər, suallar gəlir. Bəzi saytların əməkdaşları qərarı tam oxumadıqlarından və ya oxuduqlarından düzgün nəticə çıxara bilmədiklərindən bunu “REAL TV”nin guya bağlandığı barədə yalan xəbərlər yayırlar”.

    Median.Az xəbər verir ki, bunu “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev “Facebook” səhifəsindəki paylaşımında deyib.

    M.Ağayev MTRŞ-nın məlum qərarını xatırladaraq bildirib:

    “Hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarmışdır.

    Yəni “REAL TV”yə 23 aprel 2019-cu il tarixdə verilən lisenziya həm də peyk yayımı üçün icazədir. İki lisenziya peyk yayımı hissəsində bir-birini təkrarladığı üçün onlardan daha məhdud olanı ləğv edilib. Bu isə o deməkdir ki, “REAL TV” həm yerüstü yayımda, həm də peyk yayımında fəaliyyətini davam etdirir”.//oxu.az

  • Dünyada koronavirusdan ölənlərin sayı 300 mini ötüb

    Dünyada yeni növ koronavirusdan ölənlərin sayı 300 749 nəfərə çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə koronavirus üzrə statistikanı izləyən “Worldometers” portalında bildirilib.

    Məlumata əsasən, saat 21:17 (GMT+4) üçün koronavirusa yoluxanların sayı 4 487 691 nəfərə, koronavirusdan sağalanların sayı isə 1 688 631 nəfərə çatıb.

    Qeyd edilir ki, ən çox yoluxma və ölüm halları ABŞ-da qeydə alınıb (1 439 498 yoluxma və 85 754 ölüm halı).

  • “Real TV”nin peyk yayım lisenziyası ləğv edildi

    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

    Median.Az xəbər verir ki, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı lisenziyasına xitam verilməsi haqqında müraciətinə baxılıb.

    Hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarıb.//oxu.az