Month: May 2020

  • Оглашен перечень оплачиваемых общественных работ в Азербайджане

    Министерство труда и социальной защиты населения Азербайджана огласило перечень общественных работ, предлагаемых безработным лицам, передает Median.Az со ссылкой на Trend.

    Общественные работы охватывают такие сферы как проведение дезинфекционных работ, благоустройство территорий городов и районов, улиц, парков и площадей, работы по озеленению, уход за парками, работа в учреждениях по оказанию социальных услуг пожилым и лицам с инвалидностью, строительные и ремонтные работы в населенных пунктах, больницах, школах, пансионатах, дошкольных учреждениях, общежитиях, других объектах социальной сферы, ремонт и строительство дорог и мостов, отопительных и котельных систем, работы по оказанию помощи в сельскохозяйственных предприятиях, по устранению последствий стихийных бедствий, другие работы социального значения.

    В минтруда подчеркнули, что с каждым лицом, привлеченным к оплачиваемым общественным работам, заключается трудовой договор: “Для обеспечения временной занятости лиц, лишившихся работы и дохода в период особого карантинного режима, посредством Центра работы DOST минтруда и социальной защиты населения планируется создание 90 тысяч оплачиваемых общественных рабочих мест. Число привлеченных к этим работам уже превысило 61 тысячу человек”.

  • İşsizlərə təklif edilən ictimai işlər açıqlandı – SİYAHI

    İşsizlərə təklif edilən ictimai işlər açıqlanıb.

    Bunu Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

    Nazirlikdən bildirib ki, ictimai iş yerləri əsasən bu sahələri əhatə edir:

    dezinfeksiya işlərinin aparılması,

    şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, yaşıllaşdırma, parklara qulluq,

    yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri,

    yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi,

    kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər,

    təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri,

    tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi,

    digər sosial əhəmiyyətli işlər.

    Qeyd olunub ki, haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır:

    “Xüsusi karantin rejimi dövründə işini və qazancını itirmiş şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub. Həmin işlərə cəlb edilənlərin sayı artıq 61 mini ötüb”.

  • В Азербайджане завтра будет до 31 градуса тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 16 мая.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, ночью и утром – местами туман, умеренный юго-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 13-16, днем – 21-26, в Баку ночью – 14-16, днем – 23-25 градусов тепла.

    Атмосферное давление снизится с 762 до 758 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 40-45%.

    В ряде районов Азербайджана завтра прогнозируется погода без осадков, в горах – грозы, дожди, град, ночью и утром – туман, порывистый западный ветер.

    Температура воздуха составит ночью 12-17, днем – 26-31, в горах ночью – 6-11, днем – 16-21 градус тепла.

  • Sabahın havası: 31 dərəcə isti gözlənilir

    Azərbaycanda mayın 15-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Mayın 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoz

    Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Birdəfəlik əlcəklər koronavirusdan qorumur, əksinə… – Alman həkimləri

    Koronavirusun toxunulan səthdən əllərə, ordan da ağız və buruna keçməsinin qaşrısını almaq üçün birdəfəlik rezin, tibbi və s. əkcəklərin istifadəsi faydalı deyil. Alman həkimləri əlcəklərin qoruma effektini şübhə altına alıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, alman həkim Mark Hanefeld gündəlik həyatda və məişətdə birdəfəlik əlcəklərdən istifadə etməməyə çağırıb. Onun sözlərinə görə, isti və nəm, rütubətli mühitdə əlcəklərin altında bakteriyalar daha sürətlə çoxalır. Bu əlcəklərin yayındırıcı və aldadıcı qoruma effekti insanı daha gigiyenik olmaqdan uzaqlaşdırır.
    Əlcək taxmaqdansa, yalın əllə gəzib, iş görüb,əlləri tez-tez isti su və sabunla yumaq daha effektiv qorunma metodudur.

    Əlcəkdən tibb işçiləri istifadə etməlidir, çünki onlar hər prosedurdan sonra əlcəkləri çıxarıb atır.

  • Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR

    Nazirlər Kabineti “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nı təsdiq edib.

    APA-nın məlumatına görə, Qaydaya əsasən, özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

    Həmçinin, özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

    – özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

    – əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

    – özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;

    – seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında

    verilməsi;

    – özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.

    Qaydaya əsasən, özünəməşğulluğun təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsizkimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Eyni zamanda özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər vəməlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri ( Mərkəz) tərəfindən verilir.

    Qaydaya əsasən, məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

    İşsiz şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə təlimlərə cəlb olunurlar. İşsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. İşsiz şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir. Qiymətləndirmə Agentliyin yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar tərəfindən həyata keçirilir. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər. Komissiya Agentliyin yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:

    – özünüməşğulluğa cəlb edilir;

    – özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ var.

    İşsiz şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin yerli qurumları və ya Mərkəz arasında 2 il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan

    keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 iş günü müddətində elektron kabinetində yerləşdirməlidir. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 iş günü müddətində Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

    Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən 2 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

    Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 ay əvvəl eyni (analoji) əmlak üçün sı Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

  • Kamran Əliyev bu rayonların prokurorlarını təqaüdə göndərdi

    Baş Prokurorluqda növbəti kadr dəyişiklikləri olub.

    Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmrləri Baş prokuror Kamran Əliyev imzalayıb.

    Əmrlərə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Nəsimi rayon prokuroru Salman Məmmədli və Yevlax rayon prokuroru Elxan Pənahov xidmətdə olmanın son yaş həddi ilə təqaüdə göndəriliblər.

    Qeyd edək ki, E.Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşıdır.

  • Эльданиз Гулиев ушел из Национального совета

    Член координационного центра Национального совета Эльданиз Гулиев подал в отставку.

    Как передает Report, об этом Э.Гулиев написал на своей странице в социальной сети.

    “С чувством сожаления заявляю, что с этого момента наши пути с Национальным советом расходятся. Я подаю в отставку”, – написал он.

  • Eldəniz Quliyev Milli Şuradan istefa verdi

    Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev istefa verib.

    “Report” xəbər verir ki, bu barədə E.Quliyev sosial şəbəkə hesabında bildirib.

    “Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm”, – deyə o vurğulayıb.

  • Kürdəmirdə qaynanası ilə mübahisə edən kişi özünü yandırdı

    Kürdəmirdə intihara cəhd hadisəsi baş verib.

    “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsində qeydə alınıb.

    Belə ki, 37 yaşlı Cəbrayıl rayon sakini Baxışov Anar Qurban oğlu qaynanası, Kürdəmir rayon Ərşəli kənd sakini İsgəndərova Şəlalə Dostumalı qızı ilə mübahisə edib. Bu zaman Anar Baxışov qəsd məqsədilə üzərinə benzin tökərək özünü yandırıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər A.Baxışova bədənin çoxsaylı termiki yanığı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.