Month: May 2020

  • Baku City Circuit о приобретенных билетах на Гран-При Азербайджана Формулы-1

    Билеты, приобретенные на Гран-При Азербайджана Формулы-1, который был перенесен в связи с пандемией коронавируса, остаются в силе.

    Как передает Median.Az, об этом сообщили Trend в Baku City Circuit.

    Несмотря на это, по желанию их можно вернуть, обратившись по почте bilet@bakugp.az.

    Отметим, что дата проведения гонок в этом году пока не определена. Формула-1 пока не объявила новый календарь на 2020 год. В случае появления новой информации о дате проведения гонок все будут осведомлены.

    В структуре добавили, что в данный момент в Баку не осуществляется никаких строительных работ в связи с гонками, но они могут начаться после объявления даты соревнований.

    Напомним, что гонки Гран-При Азербайджана Формулы-1 планировалось провести 5-7 июня, но они были отложены в связи с пандемией коронавируса.

  • Milyonlarla büdcə pulu talan edilib – Nazir niyə susur? – FAKTLAR

    Nazir Əbülfəs Qarayev susur, izlər isə məsuliyyəti həm də onun üzərinə aparır…

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra bütün diqqət nazir Əbülfəs Qarayevə yönəlib. Nazir isə istefa vermir və susur. Sanki baş verənlərin onunla heç bir əlaqəsi yoxdur. Ortalıqda olan videolar, şahid ifadələri onu deməyə əsas verir ki, Ə.Qarayev nazirlikdəki korrupsiya bataqlığının içərisində olub.

    Ortada olan məlumatlardan isə belə aydın olur ki, DTX əməliyyat keçirdiyi anlarda Mədəniyyət Nazirliyinin mühasibatlığında 2 sifariş üzrə büdcədən yarım milyon manatdan artıq pulun bölgüsü aparılırmış.

    Bu haqda jurnalist Rüstəm Əbülfətoğlu maraqlı araşdırma aparıb. Onun yazdığına görə, nazirlik qərara alıb ki, təşkilatda 1 ildən çox istifadə edilən kompüter proqramlarına (yalnız) texniki dəstək üçün 269 min 999 manat xərclənib (ilin sonuna 7 ay qalır bu hesabla 1 aya 38570,00 manat). Yerdə qalan vəsait isə “Birinci İslam Ölkələri Xalq Çalğı Alətləri və III Beynəlxalq Aşıq Festivallarının və Elmi simpoziumun təşkili”nə sərf olunub. DTX-nın əməliyyatı mühasibatlıqdan hələlik yan keçdiyi üçün proses birtəhər başa çatdırılıb.


    Bununla belə, indi nazirlikdə bəzi vəzifəlilər daha çox narahat görünürlər. Deyilənə görə, buna səbəb ölkədə karantin rejimi elan olunan gündən bu yana, yəni 14 mart 2020-ci ildən nazirliyin idarə və xidmətləri vasitəsilə hər birinin dəyəri 50 min manatdan yuxarı olan 18 tender və dəyəri 50 min manatdan aşağı olan 12 kotirovka üsulu ilə keçirilmiş alqı-satqı əməliyyatlarının şəffaflığı barədə də istintaqçıların məlumatlara malik olmasıdır.

    Son 2 ayda nazirliyin qurumları “istehlak yönümlü müxtəlif xidmətlər”dən başlayaraq, “müxtəlif vasitələrlə muzeylərin fəaliyyətinin inkişafı işləri”, o cümlədən “təntənəli yubiley tədbirləri, ədəbi müsabiqələr, festivalların mükafatlandırma mərasimləri, poeziya günləri və s. təşkili” də daxil, 32 əməliyyat üzrə bu günə qədər büdcədən 5 milyon 970 min manat xərcləyib. Bu məbləğə işçilərin əmək haqları və s. bu tip heç bir ödəniş daxil deyil! Maraqlıdır ki, bütün bu alqı-satqı və xərclər bir daha təkrar edirəm ölkə rəsmi karantində olduğu zaman son 2 ayda rəsmiləşdirilib.

    Bu ağır günlərdə heç bir müəssisənin işləmədiyi müddətdə nazirliyin muzey və fond binalarındakı kondisioner, ventilyasiya, isitmə, isti və soyuq su təchizatı sistemlərinə texniki servisin göstərilməsi üzrə xərcləri də xüsusi diqqət çəkir. Bu məqsədlə dövlət büdcəsidən 297 min 931 manat, teatr binalarında isə eyni xidmət üçün 298 min 589 manat vəsait xərclənib.

    Başqa sözlə, muzey, fond və teatrlardakı havalandırma sisteminə sadəcə texniki servis xidməti (heç bir avadanlıq alınmadan) büdcəyə ümumilikdə 578 min 520 manata başa gəlib. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında qanuna əsasən “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” üçün 441 milyon 921 min 500 manat ayrılıb.

    Bu vəsaitin 178 milyon 714 min 885 manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyət, 156 milyon 180 min 776 manatı isə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üzrə xərclənə bilər. Yəni ümumilikdə 334 milyon 895 min 661 manat vəasait Mədəniyyət Nazirliyinin ixtiyarina verilib.


    Təşkilat bu vəsaiti İstanbuldakı Topqapı saray kompleksində “Azərbaycan evi”nə dair bədii-tərtibat işlərindən başlayaraq regional mərkəzlərindəki katriclərin doldurulması xidmətinə qədər ilin sonuna kimi xərcləyə bilər. Bu da maraqlıdır ki, rəsmi statistik məlumatlara əsasən, Mədəniyyət Nazirliyi şəhər və regional idarələri də daxil təkcə 2019-cu ildə dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 73 alqı-satqı əməliyyatı həyata keçirib. Və bunlardan 34-nü regional mədəniyyət idarələri vasitəsilə reallaşdırıblar….

    Təkcə Biləsuvar Regional Mədəniyyət İdarəsi yalnız dəftərxana xərcləri üzrə ötən il 391795.98 manat vəsait xərcləyib.

    Yazılanlardan Əbülfəs Qarayevin xəbərsiz olması isə sadəcə inandırıcı görünmür. Nazirin avtobioqrafiyası onun bu məsələlərdən hali olmasını ortaya qoyur.

    Kimdir Əbülfəs Qarayev?

    Əbülfəs Qarayev tanınmış cərrah Mürsəl Qarayevin ailəsində anadan olub. 13 noyabr 1956-cı ildə Bakı şəhərində doğulan Əbülfəs Qarayev 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə gedib və 1973-cü ildə həmin məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda Məşədi Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

    1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1989-1992-ci illərdə – Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvarında “1918-1930-cu illərdə – Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” mövzusunda dissertasiya müdafiə edərək “Fəlsəfə elmləri namizədi” elmi dərəcəsi alıb.

    1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında baş müəllim olub. 1993-1994-cü illərdə “İmproteks Kommers” kiçik müəssisəsində müdir vəzifəsində çalışıb.

    1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. 11 noyabr 2016-cı ildə “Şöhrət” ordeni alıb. 2018-ci ildə mədəniyyət naziri təyin edilib. Ailəlidir, bir övladı var.

    Belə bir həyat təcrübəsi olan, müəllimlikdən biznesə adlamış, sonradan nazir postuna qədər qalxan, 26 il bu postda qərarlaşan Əbülfəs Qarayevin əlinin altında böyük korrupsiya bataqlığı onun nəzarətindən kənar yarana bilərdi?

    “Yeni Müsavat”

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 14 мая, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 4 429 884.

    Из них излечились 1 659 797 человек, скончались – 298 174.

    В первую тройку стран по числу заразившихся входят США (1 430 348), Испания (271 095) и Россия (242 271).

    В соседней Турции COVID-19 был выявлен у 143 114 человек (9-е место в мире), в Иране – 112 725 человек (10-е).

    В Армении число инфицированных – 3 718, в Грузии – 647.

    В Азербайджане на сегодняшний день COVID-19 выявлен у 2 758 человек, выздоровели – 1 789, скончались – 35.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 4 429 884 insan koronavirusa yoluxub.

    Virusdan indiyə qədər 298 174 nəfər ölüb, 1 659 797 nəfər sağalıb.

    Dünya ölkələri arasında koronavirusa yoluxmaya görə ilk üçlüyə ABŞ (1 430 348 nəfər), İspaniya (271 095 nəfər) və Rusiya (242 271 nəfər) daxildir.

    Sərhəd qonşularımız olan Türkiyə 143 114 yoluxma ilə doqquzuncu, İran isə 112 725 yoluxma ilə onuncu yerdədir.

    Ermənistanda koronavirusa 3 718, Gürcüstanda isə 647 nəfər yoluxub.

    Azərbaycanda koronavirus indiyə qədər 2 758 nəfərdə aşkar edilib, 35 nəfər virusdan ölüb, 1 789 nəfər sağalıb.

  • Посольство Азербайджана обратилось к соотечественникам в Польше

    Посольство Азербайджана в Польше обратилось к соотечественникам, желающим вернуться на родину, передает Oxu.Az.

    В сообщении дипмиссии говорится: “Граждане Азербайджана, проживающие в Польше и желающие вылететь на родину специальным платным рейсом, организуемым авиакомпанией “Азербайджанские Авиалинии” (AZAL), должны до 12:00 14 мая отправить на адрес электронной почты посольства warsaw@mission.mfa.gov.az нижеследующие документы и данные:

    1) скан загранпаспорта;

    2) скан удостоверения личности;

    3) скан документа, подтверждающего право на проживание в Польше;

    4) номер контактного телефона;

    5) статус или цель визита в Польшу (студент, рабочий, турист и т. д.);

    6) скан обратного авиабилета в Азербайджан, если есть;

    7) дата прибытия в Польшу;

    8) город пребывания”.

  • Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi

    Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.

    Müraciətdə deyilir:

    “Hörmətli həmvətənlər!

    Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsilə ödənişli əsasda təxliyyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər səfirliyin warsaw@mission.mfa.gov.az elektron ünvanına göndərilməsi tələb olunur.

    1) Pasportun surəti;

    2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti;

    3) Polşada yaşamağı təsdiq edən sənədin surəti;

    4) Telefon nömrəsi;

    5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s);

    6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti;

    7) Polşaya gəlmə tarixi;

    8) Yerləşdiyiniz şəhər”.

  • Sabirabadda iki uşaq anası intihar edib

    Sabirabadda intihar hadisəsi qeydə alınıb.

    APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib.

    Rayon sakini, 1995-ci il təvəllüdlü Hüseynova Sevinc Aqil qızı atası evində özünü üzüm çardağından asaraq intihar edib.

    Qeyd edək ki, S.Hüseynova iki uşaq anası olub və epilepsiya xəstəliyindən əziyyət çəkib.

    Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Gənc qız popo şəkilləndirmə əməliyyatında niyə öldü? – 7 min manat ödəmişdi

    Son illərdə bir çox qız və qadınların üz tutduğu plastik cərrahiyə əməliyyatları ölüm təhlükəsi yüksək olan əməliyyatlardan sayılır. Belə ki, qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.

    Son ölüm halı isə may ayının 11-də “Baku Medical Plaza”da qeydə alınıb. “Yeni Sabah” bildirir ki, əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi məşhur plastik cərrah Sirus Qoçxani olub. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə o, xarici görünüşündən narazı olması ilə bağlı növbəti dəfə xəstəxanaya müraciət edib. Onun üzərində gluteoplastika- popo şəkilləndirmə əməliyyatı keçirilib.

    Xətai rayon prokurorluğunun əməkdaşları və məhkəmə-tibbi eksperti tərəfindən hadisə yerinə və meyitə baxış keçirildikdən sonra meyit daxili müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininə təhvil verilib. İşi araşdıran Xətai rayon prokurorluğunun müstəntiqi Araz Tağıyevin “Yeni Sabah”a verdiyi məlumata görə, təyin olunan məhkəmə-tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək. Baş vermiş ölüm faktı ilə bağlı hələlik heç kim dindirilməyib.

    Məlumat üçün bildirək ki, Turanə Musazadə əməliyyat üçün “Baku Medical Plaza”ya 7 min manat ödəniş edib.

    Qeyd edək ki, ötən ilin may ayında “Baku Medical Plaza”da Sirus Qoçxani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib.

    Araşdırmalarımız zamanı məlum oldu ki, Sona Gürgün vəfat edən zaman müğənni Zenfira İbrahimova piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb.

    Bundan başqa estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman “Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

    S.Qoçxani o zaman mətbuata açıqlamasında deyib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib: “Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi”.

    Həkim Leylanın əməliyyata girməsinin səbəblərini açıqlayıb: “21 yaşlı Leyla model idi. Buna baxmayaraq, onun qarın və bel nahiyyəsində piylənmə gedirdi. Bundan narahat idi. Ancaq o, kök deyildi. Bu piylənmə modelliyinə görə ona artıqlıq edirdi. Kompleksinə görə işini müvəqqəti dayandırmışdı. İşinə başlamaq üçün əməliyyatı özünə vacib bilirdi. Mən ona dedim ki, qızım, bu, sənə lazım olan əməliyyat deyil. Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu-sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq”.

    Xatırladaq ki, Siruz Qoçxaninin bu əməliyyatlarına qarşı onun həmkarları da çıxıb. Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov bildirib ki, iranlı estetik cərrah Sirus Qoçxanini “Milana” hospitalından qovub:

    “İranlı estetik cərrah Sirus Qoçxaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc, həm də model olan bir qızı əməliyyata alarkən onun valideyinləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər. Pula görə belə işlər görmək olmaz. Mən özüm “Milana” hospitalda direktor olanda Sirus Qoçxani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Kassanın pulunu ödətdirmədən xəstəni əməliyyata alır. Olmaz. Bax belə şeylərə görə mən onu “Milana” hospitaldan qovdum. Sirus Qoçxani ildə az qala neçə nəfəri bu günə qoyur”.

    Qeyd edək ki, bizim sənət adamları Sirus Qoçxaninin cərahi əməliyyatı etdiyi bir neçə şəxsin öldüyünü bilə-bilə yenə onun yanına getməkdə davam edirlər. Belə ki, bu gün səhər saatlarında müğənni Rəqsanənin qızı Aysun əməliyyatla bağlı Qoçxaninin yanına getməsini instaqram hesabında paylaşım edib. Ötən il Sona Gürgünün vəfatından sonra da müğənni Xatirə İslam Sirus Qoçxaniyə dəstəklə bağlı ikisinin birgə olduğu şəkili instaqram hesabında paylaşaraq belə bir cümlə yazmışdı: “Mənim gözəl həkimim. Darıxmışam sizsiz”.

    Sonda əslən iranlı olan Sirus Qoçxaninin Baku Medical Plazada özü barədə yerləşdirdiyi məlumatlar: 2006-2009-cu illərdə İranın Kuhenur klinikasında baş həkim, 2008-2015-ci illərdə Xətai klinikasında baş həkim, estetik cərrah, 2015-2017-ci illərdə Nordic Beynəlxalq Tibb Mərkəzində baş cərrah, estetik cərrah, 2018-ci ildən bu günə kimi isə Baku Medical Plazada estetik cərrah işləyir. Ancaq onun tibbi təhsilinin olmadığıda bildirilir.

    Maraqlı burasıdır ki, Sirus Qoçxani nə Zəfəran, nə də Milano klinikasında işləməsi ilə bağlı məlumatı yerləşdirməyib. Həmçinin faktiki mətbuatda ictimailəşən 3 ölüm faktı ilə bağlı Sirus Qoçxaniyə hüquq-mühafizə orqanları tərəfindən hər hansı cəza verilməyib.

  • Президент: Виновной в оккупации Кяльбаджара является предательская власть НФА-Мусават

    “Кяльбаджар является одним из красивейших уголков Азербайджана. Живописная природа, прекрасные леса, горы, реки, исторические памятники Кяльбаджара – национальное достояние азербайджанского народа. К сожалению, абсолютное большинство, можно сказать, все исторические памятники, находящиеся в Кяльбаджаре и на других оккупированных землях, разрушены или сожжены. В том числе разрушены принадлежащие азербайджанскому народу древние исторические памятники на территории Кяльбаджарского района”.

    Как передает Median.Az, об этом сегодня на встрече в видеоформате с назначенным на должность главы ИВ Кяльбаджарского района Азером Годжаевым заявил президент Ильхам Алиев.

    “Но настанет день, когда мы восстановим все разрушенные памятники, всю инфраструктуру на оккупированных землях. Азербайджан восстановит свой суверенитет. Есть много факторов, дающих основание говорить это, в том числе прочность наших международных позиций, признание всем миром территориальной целостности нашей страны. В последние годы в постановлениях и резолюциях всех ведущих международных организаций выражаются однозначная поддержка территориальной целостности нашей страны. В том числе непризнание мировым сообществом пресловутых выборов, проведенных недавно сепаратистами, и единодушное мнение ведущих международных организаций по этому поводу еще больше усилили наши позиции и явились очередным ударом по сепаратистам, их покровителям, агрессивной Армении. В то же время уверен, что наш растущий экономический потенциал, военная мощь и возрастающий авторитет в регионе – все эти факторы приведут к полному восстановлению суверенитета Азербайджанского государства. Каждый гражданин Азербайджана своей работой должен приближать этот день, и в данном направлении проводится очень активная работа”, – отметил президент.

    Глава государства отметил, что виновной в оккупации Кяльбаджара является предательская власть НФА-Мусават: “Именно в результате их предательской и нерадивой деятельности Кяльбаджар в апреле 1993 года был оккупирован, погибли наши граждане, и все наши соотечественники из Кяльбаджара оказались в положении вынужденных переселенцев. Это преступление было не первым преступлением власти НФА-Мусават. Огромная отрицательная роль принадлежит тандему НФА-Мусават также в оккупации Шуши и Лачина. В то время они вели в Азербайджане борьбу за власть. Их основной целью было любой ценой прийти к власти. Сегодня маргинальная группировка, именующая себя радикальной оппозицией, в действительности же оказавшаяся в нынешних условиях в очень жалком положении, во что бы то ни стало пытается обострить ситуацию в Азербайджане. Естественно, на это у них не хватает ни сил, ни ума. Но их намерение – запятнать Азербайджан, нанести удар по имиджу нашей страны, бросить тень на успешную политику, проводимую нами в период пандемии, обеспечить интересы зарубежных покровителей, как изменники, предательское сословие, «пятая колонна» выполнять приказы иностранных кругов”.

    Президент Ильхам Алиев отметил, что оккупация в 1992 году Шуши и Лачина – предательство, измена и преступление тандема НФА-Мусават в отношении молодого независимого Азербайджанского государства: “Еще раз хочу сказать: в то время их основной целью было прийти к власти. Да и власть была достаточно слабой, поэтому сдача Шуши, организация обороны Лачина не на должном уровне – это преступление непосредственно власти НФА-Мусават, тогдашнего руководства и членов данных партий. Один из элементов, якобы организовавший в то время оборону Шуши, предатель, человек, носивший шапку, но покинувший Шушу и бежавший как трус, сказал: если Шуша будет оккупирована, я застрелюсь. Он по сей околачивается в различных кругах. Вот их деяния. Они сдали Шушу, чтобы ситуация в Азербайджане обострилась, народ поднялся, свергнул власть и они пришли к власти. Так и произошло. Воспользовавшись этим, сдав родные земли армянам, предательский тандем НФА-Мусават пришел к власти в 1992 году после оккупации Шуши и Лачина. Однако в течение года они привели нашу страну в такое ужасное состояние, что народ поднялся, смел их, выбросив на свалку, и увидел единственный путь спасения в лице Гейдара Алиева. До этого они совершили большое преступление, сдав Кяльбаджар армянам. Потому что оккупация Кяльбаджара привела к установлению географической связи между Нагорным Карабахом и Арменией, и это был уже не коридор, а оказавшаяся под оккупацией обширная территория. Конечно, это стало большим ударом, нанесенным по нашей стране, молодому Азербайджанскому государству.

    Азербайджанский народ не должен забывать это, народ не должен забывать своих врагов. Я называю их своими именами. Так и должно быть, потому что тот, кто предал народ и государство, – предатель. Тот, кто пытается обеспечить здесь интересы внешних кругов, нанести удар по своему народу, интересам народа и государства, – враг. Другого названия этому нет. Все должны знать это”.

    “Как молодому кадру вам в первую очередь необходимо уделять большое внимание вынужденным переселенцам. По линии государства вынужденным переселенцам уделяется огромное внимание. Это направление нашей деятельности продолжается как основной курс с начала моей работы на посту президента в 2003 году. В то время я сказал, что в течение пяти лет в Азербайджане не останется ни одного палаточного городка. Но нам удалось добиться этого за четыре года. В 2007 году в Азербайджане уже не осталось ни одного палаточного городка. Должен также отметить, что палаточные городки, эта горькая картина тоже были результатом власти НФА-Мусават. После этого мы приступили к более активной работе, направленной на улучшение условий жизни переселенцев и обеспечение их занятости. Сегодня более 300 тысяч вынужденных переселенцев обеспечены домами и квартирами. Только в прошлом году было построено жилье для пяти тысяч семей переселенцев. В нынешнем году эта цифра достигнет 7 тысяч, а может, и 8 тысяч. Государство выполняет все стоящие перед ним задачи. В прошлом году моим Распоряжением было улучшено также материальное обеспечение вынужденных переселенцев. Объем выплачиваемого им пособия был увеличен на 50 процентов”, – отметил президент.

  • İctimai nəqliyyatdan maskasız istifadə edənlər hələ də var – VİDEO

    Koronavirusla əlaqədar sağlamlığımız üçün tibbi maska taxmaq zəruridir. Təəssüf ki, xəbərdarlıqlara rəğmən, bu qaydalara riayət etməyənlər hələ də var.

    Təhlükənin fərqində olmayan bu şəxslər maska taxmayaraq, həm özlərini, həm də ətrafdakıları yoluxma riski ilə üz-üzə qoyurlar. Xüsusən ictimai nəqliyyatda.

    Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: