Month: May 2020

  • Bakıda 18 yaşlı oğlanı döyüb, telefonunu aldılar

    Bakıda oğlanı küçədə döyüb, qarət ediblər.

    Hadisə paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində baş verib.

    Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü X.Cəfərli polisə müraciət edib və küçədə naməlum şəxslərin onu döyərək, mobil telefonunu əlindən aldığını deyib.

    Müraciət əsasında Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü E.Məmmədov və 2002-ci il təvəllüdlü E.Abdullayev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.

  • DİN-dən iş adamının silahının itməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Daxili İşlər Nazirliyi “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus tüfəngin itməsi barədə məlumata münasibət bildirib.

    DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.

    Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.

  • ВС Азербайджана проведут широкомасштабные оперативно-тактические учения

    Согласно утвержденному Президентом Азербайджана, Верховным главнокомандующим Вооруженными силами Ильхамом Алиевым плану, с 18 по 22 мая пройдут широкомасштабные оперативно-тактические учения азербайджанской армии.

    Об этом сообщает пресс-служба Минобороны.

    В учениях будут задействованы до 10 000 военнослужащих, около 120 танков и другой бронетехники, до 200 ракетно-артиллерийских установок разного калибра, реактивных систем залпового огня и минометов, до 30 самолетов и вертолетов армейской авиации, а также беспилотники различного назначения.

    Армия отработает вопросы боевой готовности, планирования и всестороннего обеспечения операций, взаимодействия органов управления различными видами и родами войск, а также проверит огневые и маневренные возможности созданных по условиям учений ударных группировок.

    Кроме того, предусматривается применение войск на выбранных направлениях, нанесение массированных ракетных и артиллерийских ударов.

  • Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır

    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

    Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin, təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

    Təlimin niyyətinə əsasən, düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin, silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

    Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.

  • Vilayət Eyvazov rəis müavinini işdən çıxardı – YENİ TƏYİNAT

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin Əməliyyat üzrə rəis müavini, polis mayoru İsa Çıraqov vəzifəsindən azad olunub.

    O, Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsinə müstəntiq təyin edilib.

  • 190 manatlıq yardımın verilməsi bu tarixdə yekunlaşacaq – RƏSMİ

    190 manatlıq yardımın ikinci ay üçün ödənişi may ayının sonunadək veriləcək.

    Bunu Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildiriblər.

    Qeyd olunub ki, cari ayın 12-dən etibarən birdəfəlik ödəmənin ikinci ay üçün ödənişinə başlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürülüb:

    “Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir. Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər. Almayıbsa, mesajda göstərilən bank filalına yaxınlaşaraq əvvəlcə kartını və sonra kart vasitəsilə bankomatdan vəsaitini əldə edir. May ayının sonuna qədər ödənişlər bütün kartlara köçürüləcək”.

  • Правоохранительные органы расследуют причастность Абульфаза Гараева к коррупции

    Правоохранительные органы расследуют возможность причастности министра культуры Абульфаза Гараева к коррупционным преступлениям, выявленным в его министерстве. Об этом в интервью газете «Ени Мусават» заявил заместитель исполнительного секретаря правящей партии «Ени Азербайджан», депутат Сиявуш Новрузов.

    Сиявуш Новрузов разделяет мнение о том, что министр Абульфаз Гараев не мог не знать о масштабной коррупции в своем министерстве. Депутат считает, что министр в любом случае несет моральную ответственность за своих подчиненных, а если выяснится, что он причастен к этим преступлениям, то будут приняты соответствующие меры.

    Отвечая на вопрос журналиста о том, должен ли министр Абульфаз Гараев подать в отставку после разоблачения его подчиненных, Сиявуш Новрузов отметил, что такая практика существует во многих странах мира.

    «Во многих странах мира после разоблачения случаев коррупции министр подает в отставку и ведется расследование. Но политическая культура в Азербайджане подходит к этому поэтапно. У нас есть случаи, когда уволенные за коррупцию чиновники присоединяются к оппозиции. Во всем мире, если чиновник не доволен политикой властей, то он открыто объявляет об этом, подает в отставку и переходит в оппозицию. За всю историю нашей страны таких случае не было. К оппозиции присоединяются те, кто был уволен за коррупцию и другие нарушения», – сказал он.

  • Bakıda polis narkotacirlərə qarşı əməliyyat keçirdi

    Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunun ərazisində baş verib.

    Daxil olan məlumat əsasında Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri – 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.

    Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.

    Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.

  • 21 günlük körpə sarılıqdan öldü

    Azərbaycanda yeni doğulan körpə ölüb.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, aprelin 19-da Gəncə Perinatal Mərkəzində doğulmuş Babayev Sirac Elnur oğlu anası ilə birlikdə evə buraxılıb.

    Lakin sonradan uşağın səhhətində problem yaranıb.

    Mayın 9-da ailəsi körpəni Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasına aparıb. S.Babayevə “dəqiqləşdirilməmiş neonatal sarılıq” diaqnozu qoyulub. O, sonradan müalicə olunduğu xəstəxanada vəfat edib.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Siyavuş Novruzov: “Korrupsiya üstündə tutulan Əli insanov indi onların ağsaqqalıdır”

    “Kim rüşvət üstündə, korrupsiya üstündə məsuliyyətə cəlb olunursa, müxalifətin bir hissəsi, o radikal müxalifət adlandırdıqlarımız dağıdıcı müxalifət, xəyanətkar müxalifət onun böyründədir”.

    Bu fikirləri Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat”da iştirak etdiyi verilişdə sualları cavablandırarkən deyib.

    Siyavuş Novruzov dünyada dırnaqarası hüquq müdafiəçilərinin də korrupsiyaya görə məsuliyyətə cəlb edilənləri müdafiə etdiyini deyib.

    “Götürək Əli İnsanovu. Korrupsiya üstündə tutulmuşdur. İndi onların ağsaqqalıdır. Dünyada dırnaq arasında hüquqları müdafiə edənlər bunları dəstəkləyir. Tutulan icra başçıları da belə olacaq. Qaçqının, məcburi köçkünün müdafiəsinə qalxmırlar – bir dəfə belə biz bunun şahidi olmamışıq”.