Month: May 2020

  • Müəllimlərin işə qəbul imtahanlarında bu suallar olmayacaq – AÇIQLAMA

    “Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəsinin tarixi məlum deyil. Dünyada koronavirus pandemiyası var və vəziyyətin hara getdiyini bilmirik”.

    Bunu Oxu.Az-a açıqlamasında Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva bildirib.

    Onun sözlərinə görə, müsabiqədə iştirak edən namizədlər məntiqdən imtahan verməyəcək:

    “Bunun əvəzində isə ixtisas fənni, metodika və pedaqogikadan imtahan verəcəklər. Əvvəllər metodika və pedaqogikadan birlikdə 10, məntiqdən də 10 sual düşürdü. İndi onun yerinə metodika və pedaqogikadan 20 sual olacaq”.

    Direktor qeyd edib ki, suallar üç əsas sahəni əhatə edir:

    “Metodiki bacarıqlar, pedaqoji bacarıqlar və təhsil qanunvericiliyidir. Təhsil qanunvericiliyində qanunverici sənədlər və sair sual olacaq.

    Metodiki bacarıqlardan doqquz, pedaqoji qabiliyyətdən səkkiz, təhsil qanunvericiliyindən üç sual ola bilər”.

  • Bu gecə ikinci Qədr gecəsidir

    Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

    Bu gün, Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci gecəsidir.

    Ramazanın 22-ci günü – mayın 16-da isə üçüncü gecəsi olacaq.

    Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

    Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

    Qeyd edək ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.

  • DİM ali məktəblərə sənəd qəbulu ilə bağlı yeni xidmət yaratdı

    Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

    Məlumata görə, təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edir.

    Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır.

    Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini sıxmaq lazımdır.

    Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız bir dəfə istifadə etmək mümkündür.

    Elektron ərizənizi yenidən doldurarkən diqqətli olun və onu təsdiq etməyi unutmayın.

    Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

    Qeyd edək ki, abituriyentlər mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

    Elektron ərizələrin qəbulu 5 iyun saat 23:59-dək davam edəcək.

  • В Азербайджане в отношении главного редактора возбуждено уголовное дело

    В СМИ появилась информация о том, что главный редактор новостного портала Azel TV Афган Садыгов задержан правоохранительными органами.

    На запрос Oxu.Az руководитель пресс-службы Генпрокуратуры Азербайджана Эльдар Султанов сообщил, что на основании информации о незаконных действиях А.Садыгова, поступившей в Главное управление по борьбе с коррупцией при генпрокуроре, по соответствующим статьям УК было возбуждено уголовное дело.

    “По делу проводятся необходимые следственные и оперативно-разыскные мероприятия. А.Садыгов задержан в качестве подозреваемого в совершении деяний, предусмотренных конкретными статьями УК.

    Общественность будет проинформирована о деталях”, – отметил Э.Султанов.

  • Baş redaktora cinayət işi açıldı – RƏSMİ

    Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumata münasibət bildirib.

    Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Oxu.Az-a açıqlamasında bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb:

    “İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

    Təfərrüat barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.

  • Президент Ильхам Алиев выделил средства ОАО “Мелиорация и водное хозяйство Азербайджана”

    Президент Азербайджана Ильхам Алиев 14 мая подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения поливной водой посевных площадей и используемых для посева приусадебных участков в Гусарском районе.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, в целях улучшения обеспечения поливной водой посевных площадей и используемых для посева приусадебных участков в селе Зухул Гусарского района ОАО “Мелиорация и водное хозяйство Азербайджана” выделяется 652 000 манатов, указанных в подпункте 1.8.21 “Распределение средств, предусмотренных для государственных капитальных вложений (инвестиционных расходов) в госбюджете Азербайджанской Республики на 2020 год”.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении, а Кабинету министров – решить вытекающие из него вопросы.

  • İlham Əliyev bu ASC-yə vəsait ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 652 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • Samirə Musayeva Dövlət Vergi Xidmətinin rəis müavini təyin edildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

    Nazirlikdən verilən məlumata görə, sərəncama əsasən, Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

  • KİV: Bakıdakı “Formula-2” yarışının vaxtı açıqlandı

    Koronavirus pandemiyası səbəbindən startı gecikən “Formula-1” yarışlarının 2020-ci il mövsümü üçün təqvimi dərc edilib.

    Median.Az “Autosport”a istinadən xəbər verir ki, 12 mərhələdən ibarət “Formula-1” yarışlarına iyul ayında Avstriya mərhələsi ilə start veriləcək.

    Azərbaycan və Rusiya Qran-Prilərinin hələlik keçiriləcəyi vaxt bəlli deyil. Amma “Formula-2” yarışının 19-20 sentyabr tarixlərində Bakıda keçiriləcəyi ehtimal olunur.

    Yarışlarda azarkeşlərin iştirakı isə sual altındadır.

    2020-ci il üçün hazırlanmış təqvimi diqqətinizə çatdırırıq:

    4-5 iyul – Red Bull Rinq (Avstriya)

    11-12 iyul – Red Bull Rinq (Avstriya)

    25-26 iyul – Silverstoun (Böyük Britaniya)

    1-2 avqust – Silverstoun (Böyük Britaniya)

    8-9 avqust – Hokenheym (Almaniya) və ya Barselona (İspaniya)

    22-23 avqust – Hunqarorinq (Macarıstan)

    29-30 avqust – Spa (Belçika)

    5-6 sentyabr – Montsa (İtaliya)

    19-20 sentyabr – Bakı (Azərbaycan, yalnız “Formula-2”)

    26-27 sentyabr – Soçi (Rusiya, yalnız “Formula-2”)

    5-6 dekabr – Bəhreyn

    12-13 dekabr – Yas Marina (BƏƏ)

    Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə istinadən təqvim dərc etmişdi. Azərbaycan Qran Prisinin həmin təqvimdə daha tez – 5-6 sentyabr tarixlərində keçiriləcəyi bildirilirdi.

  • В Баку избили 18-летнего юношу

    На проспекте Гара Гараева в Низаминском районе Баку 18-летнему юноше нанесли тяжкие телесные повреждения.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, Х.Джафарли (2002 г.р.) обратился в полицию и сообщил, что его избили и отобрали мобильный телефон.

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками 24-го отделения Низаминского РУП, были задержаны подозреваемые в ограблении уроженцы Шамкирского района Э.Мамедов (1999 г.р.) и Э.Абдуллаев (2002 г.р.).

    По данному факту возбуждено уголовное дело по статье 221 (хулиганство) УК АР.