Month: June 2020

  • XXI əsrin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb

    XXI əsrdə qol və ötürmə sistemində ən çox xal toplayan futbolçuların siyahısı açıqlanıb.

    Apasport.az saytının məlumatına görə, cədvələ “Barselona”nın kapitanı Lionel Messi başçılıq edir.

    Argentinalı futbolçu 1014 xalla rəqibləri üçün əlçatmaz olub. Onu 985 xalla “Yuventus”un hücumçusu Kriştianu Ronaldo izləyib. İlk “üçlüy”ü isə “Milan”ın forvardı Zlatan İbrahimoviç qapayıb.

    XXI əsrin ən məhsuldar 10 futbolçusu:
    1. Lionel Messi – 1014 xal (861 oyun, 699 qol, 315 assist)
    2. Kriştianu Ronaldo – 985 xal (1004, 727, 258)
    3. Zlatan İbrahimoviç – 717 xal (860, 521, 196)
    4. Luis Suares – 714 xal (713, 459, 255)
    5. Robert Levandovski – 600 xal (698, 466, 134)
    6. Tyerri Anri – 559 xal (716, 369, 190)
    7. Serxio Aquero – 545 xal (733, 414, 131)
    8. Ueyn Runi – 543 xal (864, 364, 179)
    9. Samuel Eto – 524 xal (805, 408, 116)
    10. Kərim Benzema – 513 xal (735, 337, 176).

  • İranda tibb mərkəzində güclü partlayış nəticəsində 13 nəfər ölüb – YENİLƏNİB

    İranın paytaxtı Tehranın şimalında baş verən partlayışda 13 nəfər ölüb.

    APA-nın Tehran bürosunun məlumatına görə, ölənlərdən 6 nəfər əməliyyat otağında olub.

    ***

    İranın paytaxtı Tehranın şimalında partlayış olub.

    APA-nın Tehran bürosunun məlumatına görə, partlayış tibb mərkəzində baş verib.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

    Partlayışın başvermə səbəbi qaz balonu olub.

    Hadisə nəticəsində 3 nəfər yaralanıb.

  • В Азербайджане подорожал бензин марки A-95

    С 1 июля бензин марки A-95 в Азербайджане подорожает на 10 копеек.

    Как передает Median.Az, стоимость бензина этой марки составит 1,2 маната.

    Напомним, что 1 мая премиум бензин Aİ-95 подешевел на 10 копеек.//oxu.az

  • Azərbaycanda “Aİ 95” markalı benzinin qiyməti artacaq

    İyulun 1-dən etibarən Azərbaycanda “Aİ 95” premium markalı benzinin qiyməti 10 qəpik artacaq.

    Median.Az xəbər verir ki, bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.

    Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.//report.az

  • В Тегеране произошел взрыв

    В северной части Тегерана прогремел взрыв, передает агентство ISNA.

    Инцидент произошел в медицинском центре.

    Причина случившегося устанавливается.

    Данные о разрушениях и пострадавших не приводятся.

  • В Баку оштрафованы нарушители санитарно-гигиенических норм – ФОТО

    Главное управление общественной безопасности Министерства внутренних дел совместно со структурами Министерства экологии и природных ресурсов провели рейды на территории столицы.

    Об этом Report сообщили в Министерстве внутренних дел.

    Согласно информации, в ходе рейдов житель Хатаинского района Али Гусейнов был оштрафован на 600 манатов за сжигание бытовых отходов на улице Алияра Алиева в Наримановском районе столицы, а водителя грузового автомобиля, жителя столицы Эльмара Асланова оштрафовали на ту же сумму за сброс отходов на автомобильной дороге Бинагади-Новханы в Бинагадинском районе.

  • Bakıda sanitar-gigiyena qaydalarını pozanlar cərimələndi – FOTO

    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçirib.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən bildirilib.


    Məlumata görə, reydlər zamanı Nərimanov rayonunun Əliyar Əliyev küçəsində məişət tullantılarının qalaqlanmasına görə Xətai rayon sakini Əli Hüseynov, eləcə də Binəqədi rayonunun Binəqədi-Novxanı yolunda idarə etdiyi yük avtomobilində məişət tullantıları boşaltdığına görə paytaxt sakini Elmar Astanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə müəyyən edilərək hər biri 600 manat cərimə olunublar. 


    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Обнародованы результаты выпускных экзаменов

    Государственный экзаменационный центр (ГЭЦ) объявил результаты выпускных экзаменов, проведенных для учащихся 11-х классов 10 и 11 июня 2020 года.

    Как сообщили Report в ГЭЦ, участники экзамена могут узнать свои результаты на интернет-сайте ГЭЦ (http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov), используя свой рабочий номер и номер документа, удостоверяющего личность (либо FIN-код).

    Узнать свой рабочий номер абитуриенты могут на сайте https://eservices.dim.gov.az/sagird/infosh.aspx.
    Учащиеся также могут узнать результаты экзамена (общий балл по каждой дисциплине), отправив свой рабочий номер на номер 7727 для мобильных операторов Azercell, Bakcell, Nar, Naxtel.

  • Buraxılış imtahanlarının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

    DİM-dən “Report”a verilən məlumata görə, imtahanda iştirak edənlər DİM-in internet saytına (http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov ) olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini https://eservices.dim.gov.az/sagird/infosh.aspx linkindən öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. 

    Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
    Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə http://dim.gov.az/…/86e/86e60cbf6784329fcc67225290254201.pdf linkində tanış ola bilərsiniz.

    Bu imtahanlarında iştirakı nəzərdə tutulan 20896 nəfərdən 463 nəfər imtahana gəlməyib. 10 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahan nəticəsi ləğv olunub. 


    İmtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhəri 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb. İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib. Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb.

    Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

    İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 iyul 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 6-8 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • Тяжелое ДТП в Газахе: Есть погибший и пострадавший

    В Газахском районе в результате столкновения двух автомобилей погиб один человек, еще один получил травмы.

    Как передает АПА, авария зарегистрирована в селе Ханлыглар.

    На место происшествия привлечены сотрудники Государственной дорожной полиции и бригада врачей скорой помощи.

    По данному факту проводится расследование.