Month: June 2020

  • Şəmkirdə azyaşlı uşağı maşın vurub

    Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən 8 yaşlı Ə.Ramalı vurub.

    Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Nərimanov və Binəqədidə ətrafı zibilləyən şəxslər cərimələndilər – FOTO

    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçiriblər.

    DİN-dən Oxu.Az-a verilən məlumata görə, reydlər zamanı Nərimanov rayonunun Əliyar Əliyev küçəsində məişət tullantılarının qalaqlanmasına görə Xətai rayon sakini Əli Hüseynov, eləcə də Binəqədi rayonunun Binəqədi-Novxanı yolunda idarə etdiyi yük avtomobilində məişət tullantıları boşaltdığına görə paytaxt sakini Elmar Astanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə müəyyən edilərək hər biri 600 manat cərimə olunublar.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Qazaxda ağır qəza: Bir nəfər öldü, digəri yaralandı

    Qazaxda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

    APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Xanlıqlar kəndində qeydə alınıb.

    Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Олимпийский призер Азербайджана назначен начальником

    Олимпийский призер Азербайджана Мовлуд Миралиев получил назначение на должность.

    Как передает Oxu.Az, победитель Олимпиады в Пекине назначен начальником Гянджинского совета Спортивного общества “Динамо”.

    Отметим, что бронзовый призер Олимпийских игр и Чемпионата мира по дзюдо Мовлуд Миралиев также является чемпионом мира и двукратным чемпионом Европы по самбо.

  • ƏƏSMN-dən ölkə başçısının Fərmanı ilə bağlı AÇIQLAMA

    “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30 iyun 2020-ci il tarixli Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki publik hüquqi şəxslərin – Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin Nizamnamələri təsdiq edilir.

    Oxu.Az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yeni yaradılmış Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinə əsasən, qurum sosial xidmət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edəcək.

    “Sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək, sosial xidmət sahəsində fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s. də yeni qurumun fəaliyyət istiqamətlərinə daxildir.

    Həmçinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yeni təsdiq edilmiş Nizamnaməsinə görə, məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla, qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərir.

    Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərinə isə işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması, boş olan və işçi tələb edilən iş yerləri barədə məlumatları əsasında vakansiya bankının yaradılması, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması və s. daxildir. Agentlik həmçinin işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparacaq. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramı tərtib edəcək.

    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində işləri aparacaq.

    Nazirlər Kabineti dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

    Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqlar sırasında Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırığı da yer alıb.

    Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli digər Fərmanında isə “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanda bir sıra dəyişikliklər (həmçinin Nazirliyin Aparatının və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının işçilərinin say həddi ilə bağlı) edilməsi tapşırılır.

    Beləliklə, 30 iyun 2020-ci il tarixli hər iki Fərman ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində idarəçiliyin müasir yanaşmalara uyğun optimallaşdırılması və bu əsasda əhaliyə xidmətlərin vətəndaş məmnunluğu prinsipi üzrə inkişafına yönələn islahatların uğurla davam etdirilməsi məqsədi daşıyır.

    Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında müvafiq qurumların əsasında yeni publik hüquq şəxslər dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanına əsasən yaradılıb”.

  • Olimpiya mükafatçısı olan idmançımız rəis təyin edildi

    Olimpiya mükafatçımız Mövlud Mirəliyevə vəzifə verilib.

    Median.Az xəbər verir ki, Pekin Olimpiadasının mükafatçısı Dinamo İdman Cəmiyyətinin Gəncə şurasının rəisi təyin edilib.

    Qeyd edək ki, cüdo üzrə Olimpiya və dünya üçüncüsü olmuş Mövlud Mirəliyevin samboda da nəticəsi olub.

    Özbəkistan doğumlu Mirəliyev sambo üzrə dünya və ikiqat Avropa çempionudur. O həm də polis mayorudur.//oxu.az

  • Türkiyədə koronavirus xəstələrinin sayı 200 minə çatır

    Türkiyədə son sutkada koronavirusdan daha 16 ölüm qeydə alınıb.

    Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5 131 nəfərə çatıb.

    Bu gün koronavirusa 1 293 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 199 906 nəfərə yüksəlıb.

    Nazir qeyd edib ki, son sutka ərzində 1 302 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 173 111 nəfərə çatıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Qazaxda ağır qəza: Bir nəfər öldü, digəri yaralandı

    Qazaxda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

    APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Xanlıqlar kəndində qeydə alınıb.

    Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Hikmət Hacıyev: “Karantini pozmaqla fəxr edirlər”

    “İnsanlar karantin qaydalarını pozmağı özünə fəxr bilir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, bu davranışlara yol verən vətəndaşlar həm özlərini, həm də digər insanları risk qarşısında qoyur:

    “Bu məsuliyyətsizlik fəxr hesab edilə bilməz. Bununla vətəndaş dövləti, sizi, bizi yox, özünü aldadır. İnanmayan şəxslər varsa, vətəndaşlar ictimai qınaq formalaşdırmalıdır. Biz birlikdə güclüyük”.

  • DİN: Başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə sms icazə alan 88 nəfər müəyyənləşib

    “Ölkədə”Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb olmadan dəfələrlə əsassız, o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə müraciət edən şəxslərin kimliyi müəyyən edilib”.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, izahatları alınaraq xəbərdarlıq ediliblər. Onların nəzərlərinə çatdırılıb ki, növbəti dəfə belə hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi inzibati tədbirlər görüləcək: “Odur ki, vətəndaşlarımızı bir daha 8103 nömrəsindən aidiyyatı üzrə istifadə etməyə çağırır, bu zaman sui-istifadə hallarına yol verməməyi tələb edirik. İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil olan bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Müxtəlif əsassız bəhanələrlə və ya başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə qanunsuz olaraq 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində tərəfimizdən tədbirlər davam etdirilir”.