Month: June 2020

  • Koronavirusla əlaqədar sentyabrın 1-dək Azərbaycandan çıxarılmasına məhdudiyyət qoyulmuş malların SİYAHISI

    Nazirlər Kabineti “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Qərarda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.

    Dəyişikliyə əsasən daha əvvəl iyulun 1-nə qədər nəzərdə tutulmuş məhdudlaşdırma sentyabrın 1-nə qədər uzadılıb.

    Bundan əlavə, sözügedən məhsulların siyahısında dəyişiklik edilərək yeni siyahı təsdiqlənib.

    Siyahıya aşağıdakı mallar daxildir:

    – Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

    – Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

    – Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

    – Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

    – Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)

    – Dezinfeksiyaedici vasitələr

    – Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

    – Baxillər

    – Steril və qeyri-steril əlcəklər

    – Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi

    personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)

    istehsalında istifadə olunan parçalar

    – Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

    – Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi

    personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

    – Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər

    – Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik

    tənəffüs aparatı

    – İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.

    Qeyd edək ki, Nazirlər Kabinetinin “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına əsasən, bu il iyulun 1-dək yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılmışdı. Beləliklə, qərara edilən dəyişikliklə həm ölkədən aparılması məhdudlaşdırılan malların siyahısı genişləndirilib, həm də malların ölkədən aparılmasına qoyulan məhdudiyyətin müddəti iyulun 1-dən sentyabrın 1-dək uzadılıb.

  • Şəxsi maşınında maska taxmayan sürücülər kamera ilə cərimə olunur? – AÇIQLAMA

    Sosial şəbəkələrdə avtomobili idarə edən və maşında tək olan sürücünün maska taxmadığına görə yol polisinin səlahiyyətində olan kameralar vasitəsilə avtomatik cərimələnməsi haqda məlumat yayılıb.

    Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin sürücü kamera vasitəsilə cərimə edilməyib:

    “Sürücü iyunun 29-u saat 18:21-də Binəqədi-Xırdalan yolunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Onun barəsində əməkdaşımız tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin şəxsin hansı səbəbdən cərimə olunması araşdırılır.

    Şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır. Maşında sürücünün tək olması və ya bir neçə şəxsin olmasının əhəmiyyəti yoxdur. Ailə üzvləri ilə birgə olanların maska taxmasının bir əhəmiyyəti yoxdur.

    Sadəcə öz şəxsi avtomobilinə ailə üzvlərindən kənar şəxsi götürənlərə tövsiyə olunur ki, maskadan istifadə etsinlər. Amma taxmamağa görə də heç kim cərimə olunmur. Yalnız ictimai nəqliyyatda maskalardan istifadə məcburidir və maska taxılmaması inzibati məsuliyyətə, cərimə olunmağa səbəb olur”.

  • AZAL-dan kənar şirkətlərin bilet satması ilə bağlı RƏSMİ AÇIQLAMA

    Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabiletlərin müxtəlif şəxslər tərəfindən satılması barədə müxtəlif məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi məlumata etibar etməyi və digər mənbələrdən alınan müxtəlif təkliflərə inanmamağı sərnişinlərdən xahiş edir.

    Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.

    Belə ki, hazırda aviabiletlər yalnız AZAL və “Türk Hava Yolları” aviaşirkətlərinin rəsmi internet saytlarında satılır.

    Xatırladırıq ki, 2020-ci ilin 2 iyul tarixindən 29 avqust tarixinədək AZAL həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək.

    “Türk Hava Yolları” aviaşirkəti 1 iyul tarixindən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.

    Aviabiletlər hər hansı digər kənar resurslardan alındığı təqdirdə etibarsız aviabilet əldə etmək və ödənilən vəsaiti itirmək təhlükəsi mövcuddur. Bu qəbildən təkliflər meydana çıxdığı halda araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

    Qeyd edək ki, bəzi turizm şirkətləri insanlara rəsmi elan edilməyən müxtəlif vaxt üçün biletlər satılır.

  • Azərbaycanda tibbi kadr çatışmazlığı var?

    “Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı yoxdur”.

    Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

    O bildirib ki, bu gün tibb işçiləri arasında ümumi kadr çatışmazlığı olmasa da, bəzi ixtisaslar üzrə bu vəziyyət mövcuddur:

    “Pandemiyadan əvvəl də ölkədə vəziyyət belə olub. Bu, normal haldır, çünki bəzi ixtisaslar xüsusi dar çərçivələri əhatə edir. Bəzi dar ixtisaslı sahələr istisna olmaqla, Azərbaycanda ciddi kadr çatışmazlığı heç bir dövrdə olmayıb.

    Lakin Azərbaycanda həkimlərin hamısı infeksionist, anestezioloq deyillər. Bu gün təcili yardım xidməti üçün həkimlərin qəbulu elan olunub ki, işlərimizi optimallaşdıraq”.

  • TƏBİB rəsmisindən koronavirusun peyvəndi ilə bağlı AÇIQLAMA

    “Bir infeksiya üçün peyvəndin hazırlanıb satışa çıxarılması çox uzun müddət tələb edir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    Onun sözlərinə görə, hazırda bu xəstəliklə bağlı peyvəndin hazırlanması işləri davam edir:

    “Bu peyvəndin hələ hazırlanıb hansısa ölkədə istifafə olunması faktı yoxdur. Peyvənd hazırlanandan sonra ziyanlı olub-olmaması araşdırılmalıdır.

    Keçən brifinqdə Hande Harmancı çıxışında qeyd etdi ki, bir neçə peyvənd üzərində işlər gedir. Bir peyvəndin ilin sonuna kimi hazırlanması gözlənilir. Hələlik hazırlanan peyvəndlərin istifadəsinə başlanmayıb. Bu barədə danışmaq hələlik tezdir”.
    //oxu.az

  • TƏBİB-dən Cəlilabad xəstəxanasındakı vəziyyətlə bağlı AÇIQLAMA

    “Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında xəstələrin istifadə etdiyi ləvazimatların bu formada mərkəzin həyətinə atılması qəbuledilməzdir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    Onun sözlərinə görə, pandemiya xəstəxanalarında istifadə edilən ləvazimatların xüsusi qaydalar əsasında utilizasiyasına ciddi nəzarət olunmalıdır:

    “Bu mənzərə bizi çox üzdü. Təəssüf ki, belə bir hal yaşanıb. Çox həssas məqamdır və gərək diqqətli olsunlar. Xəstəxananın həyətində o şəkildə qalması yolverilməzdir. Bu istiqamətdə xəstəxana rəhbərliyi ilə danışıqlar aparılıb. Belə halların təkrarlanmaması üçün tədbir görülüb”.

  • TƏBİB: О результатах тестов на COVID-19 не будут сообщать с помощью SMS

    В Азербайджане граждане больше не будут получать информацию о результате теста на коронавирус посредством SMS.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на брифинге оперативного штаба при Кабинете министров 30 июня сказала завотделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева.

    По ее словам, результаты анализов можно будет узнать через мобильное приложение E-TƏBİB, куда граждане могут зайти при помощи своего FİN-кода.

    “В связи с тем, что программа запущена недавно, могут возникнуть определенные технические проблемы. К сожалению, подобное уже имело место”, – сказала Я.Гараева.

  • Test nəticələri daha SMS vasitəsilə göndərilməyəcək – RƏSMİ

    “Vətəndaşlara test nəticələri daha SMS vasitəsilə getməyəcək”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    Onun sözlərinə görə, artıq E-TƏBİB proqramı vasitəsilə nəticələri öyrənmək mümkündür:

    “Həmin şəxslər FİN-kod vasitəsilə proqrama daxil olub, öz nəticələri barədə məlumat əldə edə bilərlər. Sadəcə olaraq, proqramın yeni olması səbəbindən müəyyən texniki problemlərin yaşanması mümkündür. Təəssüf ki, belə bir məqam qeydə alınıb”.
    //oxu.az

  • Yaqut Qarayeva: “Ramin Bayramlı işinin başındadır” – VİDEO

    “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri Ramin Bayramlı işinin başındadır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    O deyib ki, TƏBİB sədri REACT-C19 layihəsi çərçivəsində ölkəyə gələn həkimlərimizlə birlikdə çalışır:

    “Pandemiya xəstəxanalarında monitorinqlər keçirilir. R.Bayramlı da həmin proseslərə şəxsən nəzarət edir. Lahiyə başa çatsa da, həkimlər hələ də işlərini davam etdirirlər”.
    //oxu.az

  • Граждане со слабо выраженными симптомами COVID-19 могут быть обеспечены лекарствами – ОФИЦИАЛЬНО

    Лечиться на дому могут граждане, у которых симптомы не проявляются, либо болезнь переносится в легкой форме.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на брифинге оперативного штаба при Кабинете министров 30 июня сказал глава аппарата Минздрава Азербайджана Надир Зейналов.

    По его словам, граждане со слабо выраженными симптомами коронавируса могут быть обеспечены лекарствами.

    “Лечащимся дома от COVID-19 категорически запрещено выходить за лекарствами в аптеку. Вопрос обеспечения указанных лиц необходимыми препаратами будет рассмотрен”, – отметил Н.Зейналов.