Month: June 2020

  • Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi – FOTO

    Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib.

    Median.Az “Qafqazinfo”- ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda reyd keçirilib.

    Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

    Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək.



  • Bu şəxslərin cərimələri ləğv edilə BİLƏR

    Bizim sistemlə Daxili İşlər Nazirliyinin sistemi inteqrasiya olunub”.

    Median.Az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

    Ü. Mehdiyevin sözlərinə görə, sistemdə şəxsin icazəsi varsa, bu o deməkdir ki, onun karantin müddətində icazəsi var: “Belə şəxsə inzibati cərimə yazılıbsa, o, ləğv oluna bilər. Şəxs evdən çıxan zaman elektron hökumət portalında icazəsinin olub-olmadığını yoxlaya bilər”.

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev nəzərə çatdırıb ki, “icaze.e-gov.az” portalında şəxsin adı yoxdursa, cərimə tərtib olunmalıdır: “Elə hallar da olub ki, şəxsin adı 1-2 saat sonra portala daxil edilib. Təşkilatın rəhbəri adları gec daxil etdiyi üçün polisin yazdığı cərimə qanunidir və ləğv oluna bilməz. İddia edən şəxslər varsa ki, adları hansısa texniki səbəbdən portala düşməyib, biz o cərimələri ləğv edə bilərik”.//sfera.az

  • DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs tutuldu

    Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan şəxs həbs edilib.

    Median.Az demokrat.az-a istinadən xəbər verir ki, Abubəkirov Caməmməd Məmmədağa oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
    Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

    İstintaq gedir.

  • Azərbaycanda 10 tibb işçisi COVID-19-dan ÖLÜB

    “İndiyə kimi yeni növ koronavirusa yoluxan 10-a yaxın tibb işçisi vəfat edib”.

    Median.Az
    xəbər verir ki, bunu açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

    V. Əliyev deyib ki, xəstələnən insanlarla ən çox ünsiyyətdə olanlar tibb işçiləridir: “Xəstələnən insanlarla ən çox ünsiyyətdə olanlar həkimlər, tibb bacıları və xadimələrdir. Bu insanlar yüksək risk qrupundadır və onlar arasında yoluxma çoxdur. Daha çox yoluxma orta və kiçik tibb işçiləri arasında qeydə alınıb. Ancaq bunun sayını söyləmək çətindir. Çünki tibb işçiləri özlərini evdə də müalicə edə bilərlər. Yoluxan və yaşı çox olan tibb işçilərində bu xəstəlik daha ağır keçir, ölüm riski daha yüksəkdir. İndiyə qədər koronavirusdan 10-a yaxın tibb işçisi dünyasını dəyişib”. (unikal.org)

  • Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

    Bakının Nərimanov rayonunda avtobus qəzaya uğrayıb.

    APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

    Z.Bünyadov və Atatürk prospektlərinin kəsişməsində 211 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun qəfil təkəri partlayıb. İdarəetmədən çıxan avtobus səkiyə çırpılıb. Qəza zamanı avtobusdakı sərnişinlər – 1957-ci il təvəllüdlü Mirzəxanova Dilarə Cəlil qızı və 1977-ci il təvəllüdlü Allahyarova Bikə xəsarətlər alıb.

    Yaralılar D.Mirzəxanova hər iki ayağının topuq sümüklərinin sınığı, B.Allahyarova dizinin sınığı diaqnozları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

  • Samur-Abşeron kanalında batan 2 şəxsin meyiti tapılıb – YENİLƏNİB

    Bu gün Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti tapılıb.

    APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu, Samur qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Tovuzda bıçaqlanma olub

    Tovuz rayonunda yerli sakin bıçaq xəsarəti alıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, yerli sakin (kişi) naməlum şəraitdə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

    O, xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Названо число жертв коронавируса в мире

    Количество случаев заболевания COVID-19 в мире превысило 7,4 миллиона, умерли свыше 418 тысяч человек.

    Как передает Median.Az, об этом сообщает Всемирная организация здравоохранения (ВОЗ).

    Согласно данным организации, за сутки зарегистрировано 136 572 случая заболевания новым типом коронавируса, умерли 4 925. Таким образом, общее число выявленных случаев COVID-19 в мире составляет 7 410 510, количество летальных исходов – 418 294. Больше всего случаев заражения зарегистрировано в Северной и Южной Америке – 3 560 591.

  • ÜST: Son bir gündə dünyada koronavirusa 136,5 min nəfər yoluxub

    Dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 7,4 milyon nəfəri ötüb, 418 mindən çox insan yeni növ virusdan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına əsasən, son bir gün ərzində yeni növ koronavirusa 136 572 yoluxma qeydə alınıb, COVID-19 analizi müsbət çıxmış 4 925 nəfər ölüb. Beləliklə, dünyada təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 7 410 510 təşkil edir. İndiyədək virusun aşkarlandığı ayrı-ayrı ölkələrdə 418 294 koronavirusun qurbanı olub.

    Koronavirusa ən çox yoluxma Şimali və Cənub Amerikada qeydə alınıb. Bu qitədə 3 560 591 nəfərin COVID-19 analizi müsbət olub.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Çəkilişdə Naziləyə əmisinin ölüm xəbərini çatdırdılar – VİDEO

    ARB televiziyasında yayımlanan “Ona qalsa” səhər şousunun aparıcısı, şairə Nazilə Səfərliyə kadrarxasında bəd xəbər çatdırılıb.

    Median.Az xəbər verir ki, telekanalın digər aparıcısı Yeganə Cansail həmkarından müsahibə aldığı zaman Naziləyə zəng gəlib və Rusiyada əmisinin dünyasını dəyişdiyi bildirilib.

    Aldığı ürəkdağlayan xəbərdən göz yaşlarına hakim ola biləmyən N.Səfərli bu sözləri dilə gətirib:

    “Adam qardaşlarının çiynində getmədi. Pandemiya səbəbi ilə sərhədlər bağlıdır. Nə pis dövrə gəldik. Bir gün yaranan bir gün köçəcək. Biz bunu qəbul edəcək bir şüurdayıq. Heç kim bilmir ki, sonu necə olacaq. İnsanlar dünyadan köçdüyü zaman nə aparırlar? Biz də bir-birimizin ətini didirik. İnsanlar yola getmirlər (ağlayır)”.//oxu.az