Month: June 2020

  • Azərbaycan Ordusu Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürüb – RƏSMİ

    Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

    Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”.

  • Muxtar Babayev xidmət rəisini işdən azad etdi – YENİ TƏYİNAT

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Mürsəl Əliyev nazir Muxtar Babayev tərəfindən vəzifəsindən azad olunub.

    Unikal.org xəbər verir ki, M.Əliyev nazirlikdə digər vəzifəyə təyin edilib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə İbrahimova məlumatı təsdiqləyib

  • В Словакии мужчина напал на школу

    В городе Врутки на севере Словакии 22-летний мужчина совершил нападение на начальную школу.

    Как передает РБК, об этом сообщает словацкая полиция в Facebook.

    В результате нападения погиб один человек.

    Кроме того, двоих взрослых и двоих детей госпитализировали в больницу города Мартин. Полиция застрелила нападавшего.

    По данным портала Aktuality, злоумышленник был вооружен ножом. Погибший являлся сотрудником школы, нападавший встретил его сразу после входа в учебное заведение.

    Мотивы преступника неизвестны.

    TVnoviny.sk со ссылкой на представителя службы спасения уточняет, что в результате произошедшего ранения получили пять человек, включая двоих детей. Среди пострадавших – директор школы и двое полицейских, отмечает портал.

  • Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var – YENİLƏNİB

    Slovakiyada məktəbə hücum edən 22 yaşlı şəxs əvvəllər həmin təhsil müəssisənin şagirdi olub.

    “RİA Novosti” xəbər verir ki, o, bıçaqla məktəbin direktor müavinini öldürüb.

    Direktor müavini və məktəb rəhbərinin təsərrüfat işləri üzrə müavini həmin şəxsin qarşısını kəsmək istəyiblər. Məktəbin direktoru, təsərrüfat işləri üzrə müavin və iki şagird yaralanıb.

    Məktəbin direktoru polis müdaxiləsi zamanı öldürülən şübhəlinin təhsil aldığı müddətdə məktəbdə hər hansı problem yaşanmadığını bildirib.

    * * * * *

    Slovakiyanın şimalında silahlı şəxs məktəbdə müəllimlərə hücum edib.

    “Reuters” bu barədə ölkənin hüquq-mühafizə orqanlarına istinadla xəbər yayıb.

    Nəticədə, müəllimlərdən biri ölüb. Şagirdlər arasında xəsarət alan yoxdur.

    Hadisə yerinə cəlb edilən polislər silahlı şəxsi öldürüblər.

    Fakt üzrə araşdırma aparılır.

  • Etnik qrupların COVİD-19-a yoluxma və ölmə riski daha yüksəkdir

    Britaniya hökumətinin açıqladığı hesabatda BAME – qaradərili, asiyalı və azlıq təşkil edən etnik qrupların ağ etnik qruplarla müqayisədə COVID-19-a yoluxaraq ölmək ehtimalının 50 faizə qədər çox olduğu bildirilir.

    Hökumətin Public Health England təşkilatının hesabatında deyilir ki, məsələn, Banqladeş mənşəli insanların ağ ingilislərlə müqayisədə COVID-19-dan ölüm riski iki dəfə çoxdur. Çin, Hindistan, Pakistan və ya digər Asiya etnik qrupların, habelə Karib və ya digər qaradərili etnik mənşəli olanların ölüm riski 10 faizdən 50 faizə qədər yüksəkdir.

    Londonun Tayms qəzetinin yazdığına görə, ölkədə böyüməkdə olan “Qaraların Həyatı Mühümdür” etirazları zamanı gərginlik yarada biləcəyindən ehtiyat edildiyin üçün hesabatın bu ayın əvvəlində açıqlanmasına icazə verilməyib. Hökumət isə bu xəbəri təsdiq etməyib.

    Hesabatın dərcindən sonra Britaniyanın səhiyyə katibi Mat Hankok əlavə araşdırma tələb olunduğunu bildirib. “Belə fərqlərə nəyin səbəb olduğunu və fərqli risk faktorlarının qarşılıqlı əlaqəsini başa düşmək üçün çox iş görülməlidir və biz bunun qarşısının alınmasında qərarlıyıq” deyib Hankok iyunun 2-də jurnalistlərə.

    Hesabatın nəticələri ABŞ və Finlandiyada oxşar tədqiqatların nəticələri ilə eynidir. “Bu, ABŞ üçün unikal bir araşdırma deyil” – deyə, keçən fəftə Amerikanın Səsinə Skypla verdiyi müsahibəsində Nortumbria Universitetinin molekulyar bioloqu, doktor Stergios Moşos bildirib.

  • Qanınızı adi soğanla necə təmizləyə bilərsiz? – SADƏ METOD

    Bütün orqan və sistemləri təmizləyən, oksigenlə təmin edən qandır. Qan normal tərkibdə və miqdarda olmasa xəstəliklər buketi yaranır.

    Median.Az medicina.az-a istinadən məhz qanın keyfiyyətlərini yaxşılaşdıran, təmizləyən sadə soğan metodunu təqdim edir.

    Sizə bir soğanın kəsilmiş halqası lazımdır. Sadəcə 2 yumru halqa.
    Qabığı soyulmuş soğan halqasının hər birini pəncənin, ayağın duz ortasına (dabanlara yox, çökək hissəyə) qoyursuz.
    Üstündən pambıq corab geyinib yatırsız.

    Soğan halqası gecə boyu öz təsirini göstərəcək.

    Prosedur üçün şirəli, iri, qırmızı ya və ya ağ baş soğan götürə bilərsiz.

    Metod yalnız gecə yatmazdan əvvəl olunur. Səhər soğanlar götürülüb atılır.
    Belə ki, soğanda olan fosfor turşusu ayaq altında olan xüsusi nöqtələrə təsir edərək, dəridən hoparaq, bütün bədəni, qanı zərərli bakteriyalardan təmizləyir.

  • Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik etdi

    Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarında dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, qeyd olunan ərazilər üzrə sərt karantin günlərində fəaliyyət göstərəcək iş və xidmət sahələri artırılıb.

    Qərasa əsasən, xəstəxanalar və təcili tibbi yardım müəssisələri ilə yanaşı, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər də fəaliyyət göstərəcək.

    Bununla yanaşı, rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək.

    Bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək.

  • 24 il əvvəlki iyunda qeydə alınan yüksək temperatur bu il təkrarlana bilər – Baş hidroloq

    Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib.

    Onun sözlərinə görə, iyunun son günlərində Bakıda və Abşeron yarımadasında temperaturun yüksəlməsi müşahidə edilir. Dünən Bakıda 35-37 dərəcə isti müşahidə edilib ki, bu da iqlim normasından 4-5 dərəcə çox olub.

    A.Verdiyev qeyd edib ki, iyunun 13 və 14-də temperaturun bir qədər də yüksələcəyi gözlənilir. Həmin günlərdə Bakıda Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək, Mərkəzi Aran rayonlarında 42 dərəcəyədək yüksəlməsi gözlənilir.

    Nazirlik rəsmisi bildirib ki, son 25-27 il ərzində iyunda ən yüksək temperatur 40 dərəcə olmaqla, 1996-cı il iyunun 17-də müşahidə edilib:

    “Əgər iyunun 13-14-də Bakıda 40 dərəcə isti müşahidə edilərsə, onda bu il iyun ayında 1996-cı ildəki yüksək temperatur təkrar qeydə alınacaq” .

    Baş hidroloq son 25-27 ildə ən isti iyun ayının 2019-cu ildə qeydə alındığını söyləyib:

    “Lakin ötən il iyunun isti keçməsi yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilib. Bu il iyun ayı hələlik isti keçir. Qeydə alınan temperatur uyun ayı üçün xarakterik deyil, amma indiyədək iyun ayı üçün anomal temperatur müşahidə edilməyib”.

  • Sabah virtual “Son zəng” keçiriləcək

    Sabah orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.

    Bu l barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

    Virtual “Son zəng”də bütün bölgələrdəki məzunlarla himn oxunulacaq. Eyni zamanda, son üç ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

    Virtual “Son zəng” 12 iyun saat 12:25-də “İctimai Televiziya”da, 12:30-da “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin “Facebook” səhifəsində yayımlanacaq.

    Qeyd edək ki, 2019/2020-ci tədris ilində XI sinfi bitirən şagirdlərin sayı 80 646, IX sinfi bitirənlərin sayı isə 119 852 nəfərdir.

    Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur.

  • ABŞ-da koronavirusdan ölənlərin sayı 115 mini ötüb

    ABŞ-da son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 974 nəfər vəfat edib.

    Median.Az APA-ya istinadən bildirir ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 115 163 nəfərə çatıb.