Month: June 2020

  • Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı

    Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev sabah – iyunun 12-də dəfn olunacaq.

    Median.Az xəbər verir ki, T.Mustafayevin cənazəsi doğulduğu Cəlilabad rayonunun Alar kəndinə aparılacaq.

    Onun evində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra T.Mustafayevin cənazəsi kənd qəbiristanlığında – həyat yoldaşının və oğlunun məzarı yanında torpağa tapşırılacaq.

    Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

    Xatırladaq ki, xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb. (report.az)

  • İmişli sakini tanışını güllələdi

    İmişli rayon sakini ehtiyatsızlıqdan öz tanışını odlu silahla yaralayıb.

    “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Bəhrəmtəpə qəsəbəsi ərazisindəki süni gölün ətrafında qeydə alınıb.

    Belə ki, həmin qəsəbənin sakini, 1990-cı il təvəllüdlü Ənvər Abuzər oğlu Sadıqov “MR-27” markalı ov tüfəngi ilə quşa atəş açan zaman güllə tanışı, 1992-ci il təvəllüdlü Röyal İlqar oğlu İbrahimliyə dəyib. Yaralının Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın müvafiq radio yayım stansiyaları beynəlxalq qeydiyyata alındı

    Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün müvafiq tədbirlər görülüb.

    Nazilrikdən verilən məlumata görə, BTİ-nin rəhbər şəxsləri, eyni zamanda mütəxəssislərinin iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim etdiyi FM radio yayım stansiyalarının, Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla BTİ-nin mütəxəssislərinə və qarşı tərəfə sübut olunub.

    Nəticədə Ermənistan tərəfindən edilmiş əsassız etirazlar geri götürülüb və Azərbaycanın qeyd olunan radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınması təmin edilib.

    Qeyd edək ki, son illər ərzində Azərbaycanın radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqına tərəfimizdən edilmiş müraciətlər Ermənistan Rabitə Administrasiyası tərəfindən əsassız etiraz edilirdi. Ermənistan Rabitə Administrasiyasının bu əsassız etirazları ölkəmizin radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınmamasına, bununla da Azərbaycan tərəfinin fəaliyyətinə maneə təsirlərinin yaranmasına səbəb

  • Bu gün Türkiyədə 17 nəfər koronavirusdan ölüb

    Bu gün Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.

    Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

    Bildirilib ki, bununla da COVID-19-dan ölənlərin sayı 4 763 nəfərə çatıb.

    Bu gün ərzində Türkiyədə koronavirusa daha 987 nəfərin yoluxduğu bildirilir. Bununla da koronavirusa yoluxanların ümumi sayı 174 023 nəfərə yüksəlib.

    Türkiyədə koronavirusdan sağalanların ümumi sayı isə 147 860 nəfər təşkil edir.

  • Желающие вылететь из Азербайджана в Турцию лица не могут найти билетов – ВИДЕО

    Граждане Турции, которые уже несколько месяцев не могут вернуться на свою Родину, жалуются на отсутствие билетов.

    Так, некоторым из них удалось вернуться в свою страну чартерными рейсами, однако около 300 из них все еще остаются в Азербайджане.

    Жалобщики, собравшиеся перед офисом “Турецких Авиалиний”, заявляют, что два дня назад в авиакомпании им сообщили, что сегодня будет организован чартерный рейс, однако им не было продано билетов.

    Отвечая на вопросы граждан, менеджер по продажам авиоперевозчика заявила, что они должны ждать только новостей от посольства.

  • Azərbaycandan Türkiyəyə getmək istəyənlər bilet tapa bilmir – VİDEO

    Aylardır evlərinə gedə bilməyən Türkiyə vətəndaşlarının səbr kasası artıq daşıb.

    Bu gün “Türk Hava Yolları”nın ofisinin qarşısında toplaşan vətəndaşların etirazı bilet çatışmazlığınadır. Belə ki, şirkət tərəfindən onların bir hissəsi çarter reysləri ilə vətənlərinə dönsə də, 300-ə yaxın şəxs isə hələ də Azərbaycanda qalıb. Şikayətçilərin sözlərinə görə, iki gün əvvəl şirkətdən bu gün çarter reysinin təşkil olunacağı barədə məlumat verilsə də, onlara bilet satılmayıb.

    Etirazçıların suallarına cavab verən “Türk Hava Yolları” aviaşirkətinin satış meneceri bildirdi ki, vətəndaşlar yalnız səfirlikdən xəbər gözləsinlər. Yeni reys təyin olunsa, onlarla əlaqə saxlanılacaq.

  • Azərbaycanda yas mərasimində koronavirusa kütləvi yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

    “İsmayıllı rayonu Quşencə kəndində koronavirusa yoluxmaya qarşı tədbirlərin görülmədiyini və yas mərasiminin keçirildiyini iddia edən, sosial şəbəkələrdə yayılan məlumatları, birmənalı olaraq, təkzib edirik”.

    İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən məlumatda belə deyilir.

    Bildirilir ki, iyunun 1-də Bakı şəhərində yaşayan Mustafayev Azər Bəyoğlan oğlu COVID-19 virusu səbəbindən vəfat etdikdən sonra cəsədi Quşencə kəndinə gətirilib və doğulduğu kənddə dəfn olunub:

    “Dəfn mərasimi karantin qaydalarına uyğun aidiyyəti qurumların nəzarəti altında həyata keçirilib. Mərhumun ailə üzvləri Quşencə kəndində qohumlarına məxsus evdə qalıblar. Onlardan test nümunəsi götürülüb, laboratoriyaya göndərilib.

    İyunun 4-də ailənin digər oğlu Bakıda eyni səbəbdən vəfat edərək Quşencə kəndinə gətirilib və dəfn olunub. Bu dəfə də dəfn mərasimi tam nəzarət altında icra edilib. Ailə üzvlərindən təkrar test nümunələri götürülüb.

    Ailə yas mərasimi keçirməyib, Quşencədə olduğu günlərdə tam nəzarətdə olub. Bu müddətdə iki dəfə test nümunəsi götürülsə də, neqativ nəticələr əldə olunub. Sonrakı günlərdə təkrar testləri pozitiv olan ailənin bütün üzvləri Ağdaş Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

    Xüsusilə qeyd edək ki, İsmayıllı rayonunda pandemiyaya qarşı mübarizə tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş tələblərə uyğun davam etdirilir”.

    İcra hakimiyyəti kütləvi informasiya vasitələri əməkdaşları və sosial şəbəkə istifadəçilərinə müraciət edir:

    “Son günlər artmaqda olan yoluxma hallarının İsmayıllıdakı gedişatı ilə bağlı nigaranlıqlarını anlayırıq. Bu səbəbdən irәli gәlәn emosional çıxışlar da başadüşüləndir.

    Lakin bəzən bu cür nigaranlıq və emosional hislər əhalidə çaşqınlığa səbəb olur, dövlət tərəfindən görülən tədbirlərə kölgə sala bilir. Unutmayaq ki, pandemiyanın yaratmış olduğu çәtinliklәrdәn biri də informasiya mәkanında mәsuliyyәtin vә sağlam düşüncənin qorunması ilә bağlıdır. COVID-19 epidemiyasının yalnız virus təhlükəsi deyil, informasiya sahәsindә də tәhlükәlәr burulğanı olduğunu nәzәrә alaq və məlumatlar yayarkən daha məsuliyyətli olaq. Bəzi məsuliyyətsiz sosial şəbəkə istifadəçilərinə dezinformasiyalar əsasında “jurnalistlik” etməməyi və peşəkar müxbirlərin işinə əngəl olmamağı tövsiyə edirik. Bu cür arzuolunmaz məşğuliyyətdən uzaq duraq, məsuliyyətli KİV-lərin, dövlətin, həkim və polislərin işinə yardımçı olaq”.

  • İradə Aşumova: “Müharibə şəraitində olduğumuz üçün silah və güllə almağımıza embarqo qoyulub”

    “Azərbaycan və Ermənistan müharibə şəraitində olan ölkələr olduğu üçün bizə və onlara 5,6 kiçik çaplı tapançaların güllələri satılmır, embarqo qoyulub. Almaniya, İtaliya, İsveçrə, İngiltərə kimi ölkələr bizə bu güllələri satmırlar. Hələ o vaxtdan bizə embarqo qoyulub. Ermənilər o qədər də atıcılıqda yarışmırlar, amma biz iştirak etdiyimizdən, Azərbaycana belə güllələr lazımdır”.

    Bunu Oxu.Az-a Olimpiya Oyunları və dünya birinciliklərinin üçqat mükafatçısı, atıcılıq üzrə yığmamızın baş məşqçisi İradə Aşumova deyib.

    O, yığmamızın yeni növ silahlar və güllələr almaqda çətinlik çəkdiyini bildirib:

    “Oğlum Ruslan Lunyov yarışlara gedəndə 1000-2000 belə güllə gətirir. Bir idmançının 5 kq-dan artıq güllə gətirməsinə icazə verilmir. Bizə 25 və 50 metr məsafədən atıcılıq yarışı keçirməyi təklif edirlər. Deyirik ki, keçirə bilərik, ancaq bütün respublikada nə bu güllələrdən, nə də o tapança-tüfənglərdən var.

    1998-ci ildə Barselonadakı dünya çempionatında 25 metr məsafəyə atəşaçmada gümüş medal qazananda istehsalçı firmaya dedim ki, məndəki tapança köhnəlib, sovet vaxtından qalıb, yenisini hədiyyə verin. O vaxt da Azərbaycanda indiki kimi maliyyə yox idi ki, yeni idman silahı ala bilək və ya təmir etdirək. Təşkilatçılar da dedi ki, biz sizə yeni silah verə bilmərik, versək, lisenziyamızı əlimizdən alarlar, zavodu da bağlayarlar. Dedim ki, pulla alsaydım, elə verərdiniz ki. Düzdür, sonradan 1998-ci ilin sentyabrında almanlar baxdılar ki, nəticəm var, hədiyyə kimi göndərdilər. İndi də pul var, amma embarqoya görə ala bilmirik.

    Firma özü məsləhət görüb ki, üçüncü tərəf vasitəsilə alaq. Belə də sərf etmir. İkinci tərəf bunu 2 min avroya alacaq, mənə də 3500 avroya satacaqlar. Belə nəyimə lazımdır ki?! Yeni silahlar olmadığı üçün idmançıların da həvəsi qaçıb”.

    İradə Aşumova bildirib ki, artıq dörd yeni tapança ala biliblər. O bunun qiymətlərini də açıqlayıb:

    “Atıcılıq Federasiyasının prezidenti Vaqif Axundovun sayəsində Ruslan Lunyova yeni tapança alınıb. Bunu da İtaliyadan 2007 və ya 2008-ci ildə “mən ölüm, sən ölüm”lə ala bilmişik. Dörd yeni tapança aldıq. İkisi 7,65, ikisi də 5,6 ölçülüdür.

    Dörd dənəsinə hər biri 1700 avrodan olmaqla 6800 avro pul verilib. Amma səhv etmirəmsə, federasiya aldığı üçün karqoda bu pula 18 və ya 36 faiz güzəşt edilmişdi.

    Məhz bu 7,65-lik tapança ilə Ruslan ötən ilin sentyabrında İtaliyanın Bolonya şəhərində Avropa çempionu oldu. 2018-ci ildə İsveçrənin Tun şəhərində keçirilmiş hərbçilərin dünya çempionatında da bu tapança ilə qalib gəlib”.

  • Corc Floydun ölümünə səbəb olan polislərdən biri azadlığa çıxdı – 750 min dollar girov müqabilində

    ABŞ-da afroamerikalı Corc Floydun ölümünə səbəb olan dörd polisdən biri – Tomas Leyn 750 000 dollarlıq girov müqabilində sərbəst buraxılıb.

    Bu barədə “Hürriyet” ABŞ mətbuatına istinadən yazıb.

    Hennepin həbsxanasında saxlanılan polisin azadlığa çıxmasından sonra açıqlama verən vəkili Örl Grey T.Leynin cinayət zamanı C.Floyda yardım etməyə çalışdığını bildirib.

  • Şengenin daxili sərhədləri iyunun 15-i, xarici sərhədləri isə iyulun 1-i açılacaq

    Avropa Komissiyası ölkələrə daxili sərhədləri 2020-ci il iyunun 15-də açmağı, üçüncü ölkələrdən gələn turistlərə qoyulan giriş məhdudiyyətlərini isə iyunun 30-dək uzatmağı tövsiyə edir.

    Banker.az xəbər verir ki, bundan əlavə, Avropa Komissiyası bu ölkələrin siyahısını hazırlamağı tapşırıb. Qeyd edildiyi kimi, bu siyahı vaxtaşırı yenidən nəzərdən keçiriləcək.