Month: June 2020

  • Kürdəmir sakini həyətində özünü asıb

    Kürdəmirdə intihar hadisəsi baş verib.

    Report xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə allnıb.

    Beləki, kənd sakini 41 yaşlı Fərman Məmməd oğlu Məmmədov yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

    Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kurdəmir rayon şöbəsinə aparılıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • İşğalçı Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • “WhatsApp”dan istifadəçiləri sevindirəcək möhtəşəm YENİLİK

    “WhatsApp” messencerində yeni funksiya işə salınacaq.

    Bu barədə “WABetaInfo” portalı xəbər yayıb.

    Nəşrin məlumatına görə, bu yenilik istifadəçilərə çatlarda tarix üzrə axtarış imkanı verəcək.
    Hazırda messencerdə axtarış funksiyası var, ancaq istifadəçilər müəyyən tarixdə aldıqları, yaxud göndərdikləri postu tapmaqda çətinlik çəkirlər.

    Yeni funksiya işə salınandan sonra istifadəçilər lazımi tarixi seçməklə ismarıcı tapa biləcəklər. Bunun üçün onlar çatda axtarış rejimində təqvim işarəsinə vurmalıdır.

    Hazırda funksiya alfa-test mərhələsindədir, geniş ictimaiyyətə təqdim olunacağı vaxt açıqlanmayıb.

    Yeniliyin həm iOS, həm də Android qurğularında eyni anda işə düşəcəyi ehtimal edilir.

  • Heroin alverçisi Bakıda küçədə yaxalandı

    Bakıda narkotik alveri ilə məşğul olan şəxs yaxalanıb.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunun ərazisində baş verib.

    Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 221-ci (xuliqanlıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş 1982-ci il təvəllüdlü Ramin Quliyev saxlanılıb.

    Üzərinə baxış keçirilərkən ondan 110 qram heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd preqobalin narkotik həb aşkar edilib.

    Faktla bağlı cinayət işinə başlanılıb.

  • Azərbaycanda daha bir həkim koronavirusdan öldü

    Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

    BakuPost-un məlumatına görə, N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova vəfat edib.

    Məlumata görə, həkim Ramazan bayramından sonra işə gəlməyib. O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.

    Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, bir gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.

    Xatırladaq ki, o, virusun qurbanı olan ilk tibb işçisi deyil. Ancaq ötən gün travmatoloq Mehman Hüseynov da adıçəkilən xəstəlikdən vəfat edib.

  • Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub – RƏSMİ

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 622 test edildiyi bildirilib.

    Məlumata görə, ölkə ərazisində indiyə qədər 362 654 test aparılıb.

    Koronavirusa yoluxan 127 nəfər hazırda reanimasiyada müalicə alır. 22 nəfər isə süni tənəffüs cihazına qoşulub.

  • Azərbaycanda İLK: Yanacaqdoldurma məntəqəsində QR-kod əsasında ödəmə xidməti işə düşəcək

    E-PUL ödəmə xidməti və VISA Azərbaycanda “Lukoyl” yanacaqdoldurma məntəqəsində QR-kod texnologiyası əsasında ilk ödəmə xidmətinin işə salınacağını elan ediblər.

    Median.Az bildirir ki, bunu Trend-ə E-PUL ödəmə xidməti hüquqi mülkiyyətçisi olan “PaySis” şirkətinin baş direktoru Samir Nəsibov deyib.

    Onun sözlərinə görə, bu xidmətin üstünlüyü ondan ibarətdir ki, istehlakçıya POS-terminal lazım olmur, operatorun isə terminalla sürücüyə yaxınlaşmaq zərurəti yaranmır və beləliklə, fiziki təmas olmur:

    “Biz “Lukoyl” və trans-milli VISA şirkəti ilə birgə Azərbaycanda ilk olaraq istehlakçılara QR-ödəmə xidməti təklif etdiyimiz üçün qürur duyuruq. Bu, nağd vəsaitlərdən daha az asılı olmaqla rəqəmsal iqtisadiyyata keçidə xidmət edəcək”.

    S.Nəsibov bildirib ki, istehlakçılar “Lukoyl” yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın dəyərini rahat şəkildə ödəyə biləcək. Bunun üçün E-PUL tətbiqini yükləmək, qeydiyyatdan keçmək və plastik kartı təhlükəsiz mobil tətbiqə bağlamaq lazımdır. Operator kassada çeki qeydiyyata aldıqdan sonra, yanacaq qurğusunda quraşdırılan QR-kod vasitəsilə skan edilir və mobil tətbiqdə tələb olunan məbləğ göstərilir. Ödəmə məbləği bir toxunuşla avtomatik olaraq kartdan silinir, istehlakçılar ödəmə barədə məlumatları E-PUL tətbiqində ödəmə tarixçəsində izləyə bilərlər.

  • Bakıda günvurma hallarının sayı xeyli azalıb – Coğrafiya İnstitutu

    Bakıda anomal isti günlərin sayının artmasına baxmayaraq, günvurma halları xeyli azalıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

    Onun sözlərinə görə, 2006-cı ildən sonra kəskin istilər zamanı tibbi meteoroloji xəbərdarlıqların verilməsi sayəsində əhali arasında günvurma hallarının sayı əvvəlki dövrlə (1995-2005-ci illər) müqayisədə xeyli azalıb:

    “Məsələn, 2005-ci ildə havanın temperaturunun 35 dərəcədən yüksək olduğu günlərin sayı 17, günvurma hallarının sayı 230 olub. Amma 2010-cu ildə müvafiq olaraq 44 günə 160, 2014-cü ildə isə 20 günə 47 hadisə qeydə alınıb”.

    R.Məmmədov əlavə edib ki, son onilliklərdə Bakıda hər il isti hava dalğası müşahidə edilir. Bakıda ən güclü isti dalga isə 2010-cu ildə qeydə alınıb.

  • Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR

    14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

    Yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa fonunda insanların rayonlara üz tutması yenidən aktuallaşıb. Sosial şəbəkədə aktiv müzakirələr zamanı insanlar iki günlük qadağa zamanı Bakını tərk edərək rayonlara üz tutmağa üstünlük verdiklərini açıqlayıblar. Mövcud vəziyyətdə iki günlük qadağalar zamanı vətəndaşların rayonlara üz tutması ilə bağlı Operativ Qərargahın məsələyə münasibətini öyrənməyə çalışdıq. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil. Məsələ ilə bağlı münasibət bildirən deputat Aqil Abbas isə Bakı sakinlərinin rayonlara buraxılması ilə bağlı Milli Məclisdə məsələ qaldıracağını qeyd etdi: “Açığı deyim ki, bu təklifi 5-ci gün Milli Məclisdə qaldıracağam. Bakı qeydiyyatı olan vətəndaşların rayonlara rahat getməsinə icazə verilməsi məsələsini irəli sürəcəm. İmkan verilsin ki, vətəndaşlarımız rayonlara gedib öz evlərində, qohumlarıgildə və ya kirayə ev tutub qala bilsinlər. Bununla həm Bakı şəhəri boşalmış olacaq, həm də insanlarımız rahat və təmiz hava almış olacaqlar. Düşünürəm ki, o rayonlarda ki, xəstəlik yoxdur, Bakı sakinlərinin həmin ərazilərə buraxılmasını reallaşdırmaq mümkündür. Bunu həm uzun müddətli, həm də bir neçə günlük rayonlara üz tutmaq istəyən vətəndaşlar üçün tətbiq etmək olar. Ola bilər ki, insanların Ağcabədidə, Bərdədə və və ya başqa bölgədə evi və ya qohumlarının evləri ola bilər. Bu insanlar həmin ərazilərdə rahat yerləşə biləcəklər. Belə olan təqdirdə rayonlarda infrastruktur işləyəcək. Hotellər və mağazalar gəlir əldə etməyə başlayacaq”. Aqil Abbas əlavə etdi ki, əgər bu koronavirus getdikcə şiddətlənirsə, əhalini qorumaq lazımdır: “Əhalini ünsiyyəti azaltmaqla qorumaq mümkündür. İki günlük küçəyə çıxmaq qadağasına əməl etmək də vacib şərtlərdəndir. Mən qətiyyən karantinin əleyhinə deyiləm. Dövlət əhalini qorumaq istəyir. Bunun üçün bəzi qadağa və məhdudiyyətlər tətbiq olunur. Bu qadağalar qonşu Türkiyədə 4 günlük müddətdə də olub. Bunun əleyhinə getmək olmaz. Amma Bakı qeydiyyatı olan vətəndaşlara rayonlara getməyə icazə verilə bilər. Bu məsələyə mən normal baxıram və onu Milli Məclisdə qaldıracam”.
    Ad – 00:32
    ƏTRAFLI
    hunergroup.az

    11.06.2020
    23:15
    1969
    A
    PAYLAŞ
    FACEBOOK
    TWITTER
    GOOGLE+
    WHATSAPP

    DİGƏR XƏBƏRLƏR

    CƏMİYYƏT
    Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR
    11.06.2020, 23:151926

    CƏMİYYƏT
    Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub – RƏSMİ
    11.06.2020, 22:301149

    CƏMİYYƏT
    Muxtar Babayev xidmət rəisini işdən azad etdi – YENİ TƏYİNAT
    11.06.2020, 22:001068
    DÜNYA
    Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” – AÇIQLAMA
    Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” – AÇIQLAMA
    Elmi araşdırmalar göstərir ki, koronavirus zəifləyir.

    Sfera.az cebhe.info-ya istinadən xəbər verir ki, bu sevindirici xəbəri Milan Universitetinin prorektoru, virusoloq Massimo Klementi ararılan elmi araşdırmaların nəticəsinə istinadən deyib. O bildirib ki, bu, payzıda virusun ikinci dalğasının olmayacağını söyləməyə ümid yaradır.

    Klementinin sözlərinə görə, kəskin vəziyyətdə olan xəstələrin sayı azalır. Həmçinin xəstəxanalardakı şəxslərin də sayında azalma qeydə alınır. Buna baxmayaraq, virusu daha yüngül keçirənlərin, evdə müalicəylə kifayətlənənlərin sayı artır.

    Araşdırmalar mart və mayın ikinci yarısındakı göstəricilərə əsasən aparılıb. Məlum olub ki, martda virus maydakına nisbətən onlarla dəfə artıq olub:

    “Bu, onu demeyə əsas verir ki, virus zəifləyir. Müxtəlif ölkələrdən aldığımız məlumatlar da bunu təsiqləyir”.

    Klementi bildirib ki, virus digər koronavirus infeksiyaları kimi son həddə qədər zəifləyə bilər. Bu isə insan həyatı üçün ciddi təhlükə yaratmaz:

    “Belə olarsa, payızda ikinci dalğa olmayacaq”.

    11.06.2020
    23:00
    974
    A
    PAYLAŞ
    FACEBOOK
    TWITTER
    GOOGLE+
    WHATSAPP

    DİGƏR XƏBƏRLƏR

    DÜNYA
    Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” – AÇIQLAMA
    11.06.2020, 23:00577

    DÜNYA
    Bu şəxslər də koronavirus yayır – ÜST açıqlamasını DƏYİŞDİ – FOTO
    11.06.2020, 16:45930

    DÜNYA
    Yeni epidemiya sürətlə yayıldı – 872 nəfər…
    10.06.2020, 17:402779
    GÜNDƏM
    Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
    Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
    Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev sabah – iyunun 12-də dəfn olunacaq.

    Sfera.az xəbər verir ki, T.Mustafayevin cənazəsi doğulduğu Cəlilabad rayonunun Alar kəndinə aparılacaq.

    Onun evində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra T.Mustafayevin cənazəsi kənd qəbiristanlığında – həyat yoldaşının və oğlunun məzarı yanında torpağa tapşırılacaq.

    Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

    Xatırladaq ki, xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb. (report.az)

    11.06.2020
    22:45
    2510
    A
    PAYLAŞ
    FACEBOOK
    TWITTER
    GOOGLE+
    WHATSAPP

    DİGƏR XƏBƏRLƏR

    GÜNDƏM
    Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
    11.06.2020, 22:452234

    GÜNDƏM
    “OĞRU, QULDUR, BANDİT” NAZİRLƏR?! – Siyavuş Novruzovdan sensasiyalı fikirlər
    11.06.2020, 16:52936

    GÜNDƏM
    İcaze.e-gov.az portalı yenidən fəaliyyətə başladı
    10.06.2020, 16:201196
    CƏMİYYƏT
    Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub – RƏSMİ
    Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub – RƏSMİ
    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

    Sfera.az TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 622 test edildiyi bildirilib.

    Məlumata görə, ölkə ərazisində indiyə qədər 362 654 test aparılıb.

    Koronavirusa yoluxan 127 nəfər hazırda reanimasiyada müalicə alır. 22 nəfər isə süni tənəffüs cihazına qoşulub.

    11.06.2020
    22:30
    1313
    A
    PAYLAŞ
    FACEBOOK
    TWITTER
    GOOGLE+
    WHATSAPP

    DİGƏR XƏBƏRLƏR

    CƏMİYYƏT
    Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub – RƏSMİ
    11.06.2020, 22:301166

    CƏMİYYƏT
    Karantin günlərində işləyəcək qurumlar – SİYAHI
    09.06.2020, 21:453964

    CƏMİYYƏT
    Yoluxmanın ən çox qeydə alındığı məkanlar AÇIQLANDI
    09.06.2020, 21:003021
    CƏMİYYƏT
    “Xalqımız heç zaman demokrat çarşabına bürünmüş qisasçılara ölkəni dağıtmaq şansı verməyəcək”

    Qüdrət Həsənquliyev: “Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək”

    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:

    – Qüdrət bəy, Əli İnsanov bəyan edib ki, ölkəni vəziyyətdən çıxarmaq üçün 4 partiyanın etmad hökuməti formalaşdırmasına ehtiyac var. Siz necə düşünürsünüz?

    – Əli İnsanov ahıl yaşında yenidən siyasi hakimiyyətə qayıtmaq istəyir. Siyasi rəqabətin güclü olduğu bir zamanda özünə diqqəti cəlb etməyin başqa yolunu tapa bilmir. Yəqin fikir verdinizsə, dediklərinə özü də gülürdü. Bu gün Qərbdən siyasi dəstək almaq ümidi ilə Azərbaycanın Avratlantik məkana inteqrasiya olinmasının zəruriliyindən danışır. Amma hakimiyyətdə olarkən Qərb dəyərlərini Azərbaycandan silmək üçün ən amansız möqe sərgiləyən hökumət üzvü olub. Müxalifətə həqarət edən, addımbaşı onu ən pis formada aşağılayan şəxs kimi yadda qalıb. Amma həbs olunandan sonra təhqir etdiklərinin dəstəyini almaq üçün onlardan üzr də istəyib. Bunu dəstək almaq istədiyi Qərb dairələri də bilir. Hakimiyyətdən də Prezidentlə fikir ayrılığına görə getməyib. Dediyinə görə, onunla mehriban şəkildə görüşüb icazə alaraq xaricə gedib, qayıdanda isə həbs olunub.

    Bundan başqa ölkədə fövqəladə nə baş verib, hansı böhran yaranıb ki, etimad hökuməti qurulması məsələsi gündəmə gəlsin?! Həm də İnsanovun müəyyənləşdirdiyi partiyalarla. Cəmiyyətimiz inkişaf edib və dəyişikliklər istəyir. Bu dəyişikliklər Konstitusion yolla, Prezident tərəfindən islahatlar yolu ilə həyata keçirilməlidir.

    Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək.

    – Qüdrət bəy, bəlli müsahibəsində Əli İnsanov dolayısı ilə Prezidenti yaxın ətrafına xəyanətdə ittiham edib. Bu məsələyə münasibətiniz necədir?

    – Diqqətli vətəndaşlar görürlər ki, Prezident ona xəyanət edənləri, ya da işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edir, yaxud cəzalandırır. Əslində bəzi hallarda Prezidenti belə məsələlərdə çox gözləməklə bağlı tənqid etmək olar. Əli İnsanov bilir ki, keçmiş komanda üzvləri onu nədə ittiham edir. Ona görə də “adımı sənə qoyum, səni yana-yana qoyum” el məsəlinə uyğun davranır.

    11.06.2020
    22:15
    1767
    A
    PAYLAŞ
    FACEBOOK
    TWITTER
    GOOGLE+
    WHATSAPP

    DİGƏR XƏBƏRLƏR

    CƏMİYYƏT
    Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR
    11.06.2020, 23:151865

    CƏMİYYƏT
    Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub – RƏSMİ
    11.06.2020, 22:301138

    CƏMİYYƏT
    “Xalqımız heç zaman demokrat çarşabına bürünmüş qisasçılara ölkəni dağıtmaq şansı verməyəcək”
    11.06.2020, 22:151669

    XƏBƏR LENTİ
    CƏMİYYƏT
    Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR
    23:15
    DÜNYA
    Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” – AÇIQLAMA
    23:00
    GÜNDƏM
    Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
    22:45
    CƏMİYYƏT
    Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub – RƏSMİ
    22:30
    CƏMİYYƏT
    “Xalqımız heç zaman demokrat çarşabına bürünmüş qisasçılara ölkəni dağıtmaq şansı verməyəcək”
    22:15
    CƏMİYYƏT
    Muxtar Babayev xidmət rəisini işdən azad etdi – YENİ TƏYİNAT
    22:00
    MÜSAHİBƏ
    “Bu sınaqdan üzüağ çıxdıq, qaldı…” – Şahin Seyidzadə
    21:45
    SİYASƏT

    “Yollar nəzarətə götürülüb” – Müdafiə Nazirliyindən BƏYANAT
    21:30
    AKTUAL

    Müdafiə Nazirliyinin Hospitalında YENİ TƏYİNAT
    21:15
    SİYASƏT
    Nazim İbrahimovun qardaşını 15 illik cəza gözləyirdi, həbs edilmədi
    21:00
    CƏMİYYƏT

    Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik etdi
    20:45
    AKTUAL
    Səfər Əbiyevin seolit biznesi, 17 bank hesabı və əlaltıları… – FAKTLAR
    20:30
    İQTİSADİYYAT
    SOCAR-da işçilərin təhlükəsizliyi üzrə islahatlara start verilib
    20:15
    CƏMİYYƏT
    Qanunsuz tikililər dəmir yolu infrastrukturuna ciddi ziyan vurur – FOTO
    20:00
    CƏMİYYƏT
    Prezidentdən mühüm SƏRƏNCAM – Rəis vəzifəsindən azad edildi
    19:45
    MÜSAHİBƏ
    “Məsuliyyətli şəxs cərimə haqqında yox, ilk öncə özünün və doğmalarının sağlamlığı haqqında düşünür”-Deputatla MÜSAHİBƏ
    19:36
    İQTİSADİYYAT
    Nəqliyyat sektorunda alternativ enerjidən istifadə: Beynəlxalq təcrübə və Azərbaycan
    19:30
    İQTİSADİYYAT
    Sabahın rəsmi məzənnəsi
    19:15
    AKTUAL
    Deputat: “Heç kimin Vüqar Səfərli kimi zəlil vəziyyətə düşməsini arzulamıram”
    19:14
    CƏMİYYƏT
    Teledərslər yeni formatda başlayır
    19:00
    CƏMİYYƏT
    “Pandemiya dönəmi sübut etdi ki, dəmir yolu ən optimal nəqliyyat növüdür”
    18:00
    CƏMİYYƏT
    Millət vəkili Pərvin Kərimzadə seçiciləri ilə görüşüb – FOTO
    17:50
    CƏMİYYƏT
    BNA: “BakuBus”a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq
    17:40
    HADİSƏ
    SON DƏQİQƏ! Xalq artisti Teymur Mustafayev vəfat edib
    17:30
    CƏMİYYƏT
    “Ay İşığı” karantin qaydalarını pozaraq toy mərasimi təşkil edib?
    17:20
    CƏMİYYƏT
    6 ölüm, 352 yoluxma – Koronavirusla bağlı bugünkü STATİSTİKA
    17:07
    GÜNDƏM
    “OĞRU, QULDUR, BANDİT” NAZİRLƏR?! – Siyavuş Novruzovdan sensasiyalı fikirlər
    16:52
    DÜNYA
    Bu şəxslər də koronavirus yayır – ÜST açıqlamasını DƏYİŞDİ – FOTO
    16:45
    BÜTÜN XƏBƏRLƏR
    « İyun 2020 »
    B.eÇ.aÇC.aC.Ş.B
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30

    Ana Səhifə
    Haqqımızda
    Bizimlə Əlaqə

    SFERA.AZ – ANALİTİK İNTERNET MEDIA. Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Saytda yer alan informasiyadan istifadə etdikdə LİNK-lə istinad mütləqdir. © 2012-2018

  • Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” – AÇIQLAMA

    Elmi araşdırmalar göstərir ki, koronavirus zəifləyir.

    Median.Az
    cebhe.info-ya istinadən xəbər verir ki, bu sevindirici xəbəri Milan Universitetinin prorektoru, virusoloq Massimo Klementi ararılan elmi araşdırmaların nəticəsinə istinadən deyib. O bildirib ki, bu, payzıda virusun ikinci dalğasının olmayacağını söyləməyə ümid yaradır.

    Klementinin sözlərinə görə, kəskin vəziyyətdə olan xəstələrin sayı azalır. Həmçinin xəstəxanalardakı şəxslərin də sayında azalma qeydə alınır. Buna baxmayaraq, virusu daha yüngül keçirənlərin, evdə müalicəylə kifayətlənənlərin sayı artır.

    Araşdırmalar mart və mayın ikinci yarısındakı göstəricilərə əsasən aparılıb. Məlum olub ki, martda virus maydakına nisbətən onlarla dəfə artıq olub:

    “Bu, onu demeyə əsas verir ki, virus zəifləyir. Müxtəlif ölkələrdən aldığımız məlumatlar da bunu təsiqləyir”.

    Klementi bildirib ki, virus digər koronavirus infeksiyaları kimi son həddə qədər zəifləyə bilər. Bu isə insan həyatı üçün ciddi təhlükə yaratmaz:

    “Belə olarsa, payızda ikinci dalğa olmayacaq”.