Month: June 2020

  • Türkiyədə bu gündən beynəlxalq uçuşlara start verilir

    Türkiyənin “Sabiha Gökçen Beynəlxalq Hava Limanı”nda bu gündən xarici dövlətlərə uçuşlar başlayır.

    “HaberGlobal” məlumat verir ki, ilk uçuş yerli vaxtla 08:40-da, İstanbuldan Londona olacaq.

    Ardınca “Anadolujet” Amsterdam, Düsseldorf, Frankfurt, Berlin, Münhenə səfərlər edəcək.

    Eyni zamanda, Ankaranın “Esenboğa Hava Limanı”ndan Berlinə səfər planlaşdırılır.

    Qeyd edək ki, Türk Hava Yolları koronavirusa görə martın 28-dən uçuşları təxirə salmışdı. Ölkədə daxili uçuşlar artıq iyunun 1-dən başlayıb.

  • В автобусах Баку вновь заработают кондиционеры

    В автобусах Баку вновь заработают кондиционеры.

    Как говорится в сообщении Бакинского транспортного агентства (БТА), соответствующее решение было принято по итогам обсуждений между медицинским отделом оперативного штаба при Кабинете министров и Объединением по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “Системы кондиционирования воздуха в автобусах будут функционировать с учетом правил, рекомендованных специалистами. В связи с этим перевозчикам даны соответствующие поручения, и запуск этих систем будет осуществляться поэтапно”, – отметили в БТА.

  • Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi – VİDEO

    Bakıda marşrut avtobuslarında kondisionerlər qoşulub.

    Bununla bağlı Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    Bildirilib ki, operativ qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

    Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək. Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemlərinin işə salınması təmin olunacaq.

  • Azərbaycanda “Formula 1” yarışı ləğv olundu – İDDİA

    2020-ci ilin “Formula 1 Azərbaycan Qran Prisi” ləğv olunub.

    Bu iddia ilə “F1news” saytı çıxış edib.

    Müəllifin fikrincə, müvafiq qərar artıq qəbul edilib. Yaxın vaxtda təşkilatçıların bu qərarı rəsmi şəkildə açıqlayacağı iddia olunur.

    Qeyd edək ki, “Formula 1” rəhbərliyi ilə Bakı Şəhər Halqasının (BŞH) əsas fikir ayrılığı Azərbaycandakı yarışın tamaşaçısız keçirilməsi ilə bağlı idi. BŞH yarışı tamaşaçıların iştirakı ilə keçirmək istəyirdi.
    //oxu.az

  • Niderlandda kafelərdə narkotik paylayacaqlar

    Niderland hökuməti iyul ayından kafelərdə narkotik paylanacağını bildirib.

    “HaberGlobal” məlumat verir ki, bununla da, narkotiklərdən istifadənin cinayət səviyyəsinə təsiri hesablanacaq.

    Hökumət 2018-ci ildə 10 bələdiyyəyə qanuni olaraq narkotik yetişdirmək icazəsi verib.

    Məqsəd narkotiklərin cinayət, təhlükəsizlik, ictimai asayiş və sağlamlığa təsirini öyrənməkdir.

    Hökumət nümayəndələri müəyyən meyarlara uyğun olaraq, altı ay ərzində 10 narkotik istehsalçısını seçəcəklər.

    Müraciət etmək istəyən namizədlərin layihəsinə ən azı 6 500 kiloqram qurudulmuş narkotik və on müxtəlif növ narkotik maddə istehsalı daxil edilməlidir.

    Dövlət Şurası tərəfindən təsdiqlənmiş hökumət planına əsasən, müvafiq bələdiyyələr bir neçə il ərzində narkotik yetişdirilməsi və kafelərə paylanmasına nəzarət edəcək.

    Qeyd edək ki, Niderlandda hər bir vətəndaş qanuni olaraq istifadə edəcəyi dərəcədə evində narkotik istehsal edə bilər. Narkotik vasitələrin topdan satışı qadağandır.

  • Qadın beyin əməliyyatı zamanı dolma hazırladı – VİDEO

    İtaliyada beyin əməliyyatı keçirən qadın əməliyyat müddətində zeytun dolması hazırlayıb.

    BBC xəbər verir ki, 60 yaşlı qadın beynindəki şişə görə əməliyyat edilib.

    Bu müddətdə oyaq qalması lazım olduğundan, o, 90 ədəd zeytuna içlik doldurmaqla məşğul olub.

    Beyin cərrahı Roberto Triqnani qeyd edib ki, bu, beyin funksiyaları üzərində işləyərkən xəstəni izləməyə və hərəkətlərimizi idarə etməyə imkan verən bir üsuldur.

    O, 11 tibb personalın cəlb edildiyi, iki saat yarım davam edən əməliyyatın uğurlu keçdiyini deyib.

  • Xaçmazda idarəetmədən çıxan avtomobil ağaca çırpıldı – VİDEO

    Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza magistral yolun Xaçmazın Çarxı kəndindən keçən hissəsində qeydə alınıb.

    BMW markalı avtomobilin sürücüsü hərəkətdə olarkən qəfil idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

    Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər orqanlarında növbəti təyinat olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin edilib.

    O, bundan əvvəl Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində işləyib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Ağstafa RPŞ-nin rəisi Elsevər Aslanov vəzifəsindən azad edilmişdi.

  • Bakıda və Abşeronda yanğın – VİDEO

    Bakının Xətai rayonunda və Abşeronda yanğın baş verib.

    Sözügedən ərazilərdə qeydə alınan yanğınların görüntüləri sosial şəbəkədə yayılıb.

    Belə ki, hadisələrdən biri Xətai rayonunun Günəşli qəsəbəsində, digər isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, “Ceyranbatan” su anbarı ərazisində qeydə alınıb.

    Fövqəlada Hallar Nazirliyin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında hər iki ərazidə quru otların yandığını deyib:

    “Hadisə quru otların yanması səbəbindən baş verib. Əraziyə FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Artıq qeydə alınan yanğınlardan biri söndürülüb, digər yanğının söndürülməsi istiqamətində işlər görülür”.

  • Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? – AÇIQLAMA

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Qeyd olunan şəhər və rayonların ərazisində göstərilən müddətdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

    Bəs, görəsən, bu günlərdə cəza müddəti bitən məhbusların azadlığa buraxılması ilə bağlı məsələ necə tənzimlənəcək? İctimai nəqliyyatın işləmədiyini nəzərə alsaq, məhbuslar evlərinə necə gedəcək?

    Oxu.Az məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, bu kimi hallar olarsa, operativ qərargahın karantin tələblərinə ciddi riayət olunacaq.

    Eyni zamanda qeyd olunub ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərt karantin rejimi dövründə cəza müddəti bitən məhkumların azad olunması həmişə olduğu kimi, qanunvericiliyə uyğun prosedurlar çərçivəsində icra ediləcək.

    Ədliyyə Nazirliyindən sorğuya verilən cavab oxucular üçün daha aydın olsun deyə, məsələ ilə bağlı Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyevin mövzuya aydınlıq gətirməsini istədik.

    O bildirdi ki, mövcud vəziyyətlə bağlı sərt karantin günlərində azadlığa buraxılan məhkumlara müvafiq arayışlar veriləcək:

    “Məhkumlara verilən müvafiq arayışlar onların istənilən yerə rahat gedə bilməsini təmin edir. Digər məsələ ola bilər ki, artıq keçmiş məhbusların yaşayış yerlərinə çatması ilə bağlı problemləri olsun. Bu zaman Penitensiar Xidmət məsələnin həlli istiqamətində tədbirlər görməlidir.

    Çünki cəza müddəti bitən məhbusun əlavə bir saat belə cəzaçəkmə müəssisəsində saxlanılması yolverilməzdir. O, dərhal azadlığa buraxılmalıdır. Eyni zamanda, həmin şəxslər üzrlü hesab edildiyi üçün heç bir halda karantin rejimini pozmuş hesab edilə bilməzlər. Azadlığa çıxan məhkumların yaşayış yeri şəhər və ölkə xaricindədirsə, hazırda ora gedə bilmirsə, Penitensiar Xidmət həmin şəxslər üçün müvafiq yataqxanalar da təşkil etməlidir. Azadlığa çıxan məhkumların bütün yol xərcləri dövlət tərəfindən, yəni Penitensiar Xidmət tərəfindən qarşılanır.

    Eyni zamanda ictimai nəqliyyatın fəaliyyət göstərməməsini nəzərə alaraq, həmin şəxslərə nəqliyyat vasitələrinin təmin edilməsi məsələsi də müvafiq qaydada Penitensiar Xidmət tərəfindən nəzərə alınmalıdır. Bütün bunlar praktikada da mövcuddur. Penitensiar Xidmət öz vəzifəsini kifayət qədər qanunamüvafiq şəkildə həyata keçirir”.