Month: June 2020

  • Nazirlər Kabineti rəsmisindən toylarla bağlı MÜHÜM AÇIQLAMA

    “Toylarla bağlı Nazirlər Kabineti yanında operativ qərargahın əvvəlki qərarı qüvvədə qalır”.

    Median.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O qeyd edib ki, toyların keçirilməsi qadağandır.//oxu.az

  • İlham Əliyev həftəsonu qadağasından danışdı

    “Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.

    Dövlət başçısı bildirib ki, indi bütün ölkələrdə, o cümlədən Azərbaycanda yumşaldıcı addımlar atılır:

    “Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir”.

    Prezident İlham Əliyev vurğulayıb ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq:

    “Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır”.

  • 400 mindən çox şəxsə pensiyalar ödənildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə iyun ayının pensiyalarının ödənişini həyata keçirib.

    Nazirlikdən verilən məlumata görə, pensiya vəsaitləri ümumilikdə 407 298 pensiyaçının bank hesablarına köçürülüb.

    Respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaçıların (857 092 pensiyaçı) iyun ayı üzrə pensiyasının da müəyyən olunmuş qrafik üzrə onların bank hesablarına köçürülməsi təmin olunacaq.

  • Сколько врачей лечат одного больного коронавирусом в Азербайджане? – ЗАЯВЛЕНИЕ

    Карантинные учреждения способны принять от 200 до 500 человек. Возвращенные в страну соотечественники проходят обследование в больницах, в которые их поместили.

    Как передает Median.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 9 июня сказал председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, при выявлении у них COVID-19 контактировавшие с ними люди продолжают оставаться на карантине.

    “По мере роста числа больных увеличивается и число врачей, привлеченных к лечению. За одним больным в реанимации следят 10 врачей.

    При подключении к аппарату искусственной вентиляции легких (ИВЛ) на пятерых больных нужен один опытный врач-реаниматолог.

    В лучшем случае для двух больных нужна одна медсестра. До сих пор нехватки персонала не было”, – отметил Р.Байрамлы.

  • Azərbaycanda bir koronavirus xəstəsinə neçə həkim xidmət edir? – AÇIQLAMA

    “Karantin müəssisələri həftədə 200-500 nəfəri qəbul etmək imkanına malikdir. Ölkəmizə gətirilən vətəndaşlarımız yerləşdirildikləri xəsrtəxanalarda müayinədən keçirilir”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr qeyd edib ki, pozitiv hallar olduqda, onlarla təmasda olanların karantində saxlanılmasına davam edilir:

    “Bu hal dəyişə bilər. Xəstə sayı artdıqca, cəlb olunan həkimlərin sayı artır. Bir reanimasiya xəstəsinə sutka ərzində 10 həkim xidmət edir”.

    “Süni nəfəs aparatına qoşulduqda beş xəstəyə bir təcrübəli həkim-reanimatoloq tələb olunur.

    Ən yaxşı halda iki xəstəyə bir tibb bacısı tələb olunur. İndiyə qədər tibbi heyətlə bağlı çatışmazlığa rast gəlinməyib”, – deyə, R.Bayramlı qeyd edib.

  • Дежурные аптеки в условиях жесткого карантина работать не будут

    В Азербайджане дежурные аптеки не будут работать в период жесткого карантинного режима.
    Как передает Median.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 9 июня сказал председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    “Что касается граждан, страдающих хроническими заболеваниями, то необходимо заранее позаботиться о лекарственных препаратах. Обезболивающие и жаропонижающие средства может купить каждый. На прошлой неделе у нас не было серьезных проблем с этим.

    Скорая помощь окажет поддержку, если не будет случаев злоупотребления”, – сказал Р.Байрамлы.

  • Sərt karantin günlərində növbətçi apteklər işləyəcək? – RƏSMİ

    “Növbətçi apteklər xüsusi karantin rejimində işləməyəcək”.

    Median.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    “Hər kəs xroniki xəstəliyini bilir. Həmin dərmanları əldə etsinlər. Ağrıkəsiciləri, hərarəti aşağı salan preparatları hər kəs ala bilər. Ötən həftə bununla bağlı ciddi problem yaşamadıq.

    Bununla bağlı təcrübəmiz var. Hər hansı müraciət olarsa, təcili yardım xidməti sui-istifadə halına yol vermədən öz dəstəyini göstərəcək”, – deyə sədr bildirib.

  • Kimlərin qapanma günlərində işləyəcəyi açıqlandı – RƏSMİ

    “Onlayn televiziya əməkdaşlarının işə gəlməsinə qərarda icazə verilmir”.

    Median.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, qərarda televiziya və radio yayımlarının, kabel TV-lərin fəaliyyətinə icazə verilib.

    “Sərt karantin rejimi cəmi iki gündür. Bu, situasiyanın diktəsindən irəli gələn zərurətdir. Növbəti həftədən fəaliyyətlərini davam etdirərlər”.

  • Ибрагим Мамедов: Готовится график чартеров для возвращения соотечественников на родину

    Разрабатывается график реализации чартерных авиарейсов по доставке граждан Азербайджана на родину из стран СНГ, Ближнего Востока и Европы.

    Как передает Median.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 9 июня сказал глава пресс-службы правительства Ибрагим Мамедов.

    По его словам, возвращение соотечественников будет осуществляться в соответствии с этим графиком.

    “В неделю будет выполняться по одному рейсу”, – сказал И.Мамедов.

  • İbrahim Məmmədovdan çarter reysləri ilə bağlı AÇIQLAMA

    “MDB, Yaxın Şərq və Avropa ölkələrindən – üç istiqamətdən vətəndaşların çarter reysləri ilə gətirilməsi üçün qrafik hazırlanır”.

    Median.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, vətəndaşların gətirilməsi qrafik üzrə həyata keçiriləcək:

    “Həftədə bir çarter reysi olmaqla, proses davam edəcək”.