Month: June 2020

  • Sosial şəbəkələrdəki bu qrup nəzarətə götürüldü – DİN

    Yasamalda polisin keçirdiyi əməliyyatdan sonra ölkədə bəzi şəxslərin sabitliyi pozmaq istiqamətində atdığı addımlar tam nəzarətimizdədir.

    Median.Az xəbər verir ki, bunu “Axar.az”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

    O qeyd edib ki, baş verən hadisələrlə bağlı araşdırmalar davam edir:

    “Sosial şəbəkələrdə dövlətçiliyimiz, millətimiz əleyhinə provokativ xarakterli məlumatlar yayan, insanları kütləvi etirazlara sövq edən şəxslərin kimliyi bizə məlumdur. Bu şəxslər hazırda nəzarətdədir. Biz onların əsl məqsədlərini, niyyətlərini yaxşı bilirik. Qəti olaraq bildirim ki, şəxslər haqda əsaslı ölçülər götürüləcək”.

    Qeyd edək ki, sosial şəbəkələrdə təşkilatlanmış qrupun cəmiyyətdə aqressivliyi artırmaq üçün bütün vasitələrdən istifadə etdiyi haqda məlumat vermişdik.

  • Bakıda 2000-dən çox obyektdə qaydalar pozulub – FOTO

    İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində monitorinqləri davam etdirir.

    Qurumdan verilən məlumata görə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə son üç gündə keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Min bir xırdavat” mağazasında, “Zeytun Aptek”də, Nəsimi rayonunda “Old castle”, “Akvarium” mağazalarında, “Carolla studio”, “By Hüseyn Kaya” xidmət obyektlərində, Yasamal rayonunda “Caspian market”də, “Market”də, “Kənd məhsulları” mağazasında, “Aptek Optika”da, Vüqar Həsənova məxsus “Kserokopiya” xidmət obyektində, Xəzər rayonunda “Oba market”, “Market”, “Geyim mağazası”, “Fidan market”, “Meyvə tərəvəz” mağazalarında, Ramiz Salmanova və Ağahüseyn Sultanova məxsus “Avto təmir” xidmət obyektlərində, Xətai rayonunda “İnşaat materialları”, “King kişi geyimləri” mağazalarında, “Star market”də, Nənəxanım Əliyevaya məxsus “Ərzaq dükanı”nda, Tahir Mehdiyevə məxsus “Market”də, “Qardaşlar kafesi”ndə, “Dost qapısı kafesi”ndə, “Trabzon Döner”də, Müşfiq Abbasova məxsus “Atelye” xidmət obyektində, “Zeytun Aptek”də, Səbail rayonunda “Candland”, “Chirros”, “Mekas”, “Market”, “Lokms Geyim”, “Milantsa” mağazalarında, Musalim Mamedova məxsus “Kafe”də, Sabunçu rayonunda “LC Waikiki”, “Fədək”, “Dostluq Ət”, “Oba market”, “Aytac geyim” mağazalarında, “Dərzi Atelye”də, Qaradağ rayonunda Ruslan Sarıyevə, Zülfi Allahverdiyevə, Rövşən Bədəlova, Ziyad Rəhmətova, Sahib Hüseynova, Rüxsarə Quliyevaya, Asəf Musayevə, Qurban Novruzova, Knyaz Eminova, Əli Qəniyevə, Novruz Nadirova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Elnur Məmmədova, Cabbar Həsənova, İqrar Fərzəliyevə məxsus mağazalarda, Gəncə şəhərində “Bizim Market”də, “Bizim Çörəkçi” un məmulatları mağazasında, Şamaxı rayonunda “Titanik” tikinti materiallarının satışı mağazasında, Habil Mikayılovun “Avtomobil Ehtiyyat Hissələri” pərakəndə ticarət obyektində, “Dostluq Kafesi” və “Qonaq Evi” ictimai iaşə obyektlərində, “Şöhrət-A” MMC-yə məxsus “Aptek”də, “Dokta Aptek”də, Bərdə rayonunda “Nəsiboğlu” mebel mağazasında, “Xəzər Aptek”də, “Tural” kişi salonunda, Qax rayonunda “Payız Market”də, Lənkəran rayonunda “Best Telecom” və “Yeni stil” mağazalarında, Ağabala Sadıxovun “Velosiped satışı və təmiri” pərakəndə ticarət obyektində, Babək Hüseynova məxsus “Mebel salonu”nda, Füzuli rayonunda “Avto Ehtiyyat Hissələri” mağazasında, Füzuli Mehdiyev və Murad Əliyevə məxsus mağazalarda, Astara rayonunda “Avtomobil ehtiyyat hissələri”, “Telefon aksesuarları və mobil nömrələr” mağazalarında, “Cənub Dönər”də, Balakən rayonunda Sevda Muradovaya məxsus “Yeməkxana”da, Elvin İsayevə məxsus “Dönərxana”da, Şəmkir rayonunda “Food mart”, “Viano Butik”, “Optimal Elektroniks” mağazalarında, Qusar rayonunda “Sarı Mahmud” mağazasında, “Köz dönər”də, “Elit Kafe”də, Yevlax rayonunda “Sənəm market”, “AL market”, “Silver hədiyyə” mağazalarında, Mətanət Əhmədovaya məxsus “Kafe”də, “Aynur gözəllik” salonunda, Zaqatala rayonunda “Mix telekom telefon mağazası”nda, “Fujifilm Foto” xidmət obyektində, Xaçmaz rayonunda “F.R.M Mebel”, “Əla mebel”, “Un mağazası” pərakəndə ticarət obyektlərində, “Nurel” oteldə, “KAMAZ sentr” xidmət obyektində, ümumilikdə monitorinq aparılan 755 obyektin 349-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

    Qeyd edək ki, mayın 22-dən iyunun 9-dək 4290 sahibkarlıq subyektində monitorinq keçirilib və 2004 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.


  • ABŞ-dakı azərbaycanlılar çarter reysi ilə ölkəyə gətiriləcək

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən təbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə Azərbaycan və ABŞ arasında növbəti çarter reysi həyata keçiriləcək.

    “Report”un xüsusi müxbirinin xəbərinə görə, iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutacaq uçuşda ABŞ-da təhsil alan və vətənə dönə bilməyən vətəndaşların təxliyəsi nəzərdə tutulur.

    Çarter uçuşlar Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

    Qeyd edək ki, Nyu-Yorkdan ilk təxliyə uçuşu mart ayında baş tutub.

  • В Иране произошло землетрясение

    В южной части Ирана произошло землетрясение магнитудой 5,7.

    Как передает Median.Az со ссылкой на зарубежную прессу, об этом сообщил сейсмологический центр страны.

    По данным сейсмологов, эпицентр подземных толчков находился в провинции Фарс в 22 километрах от населенного пункта Бейрам на глубине 10 километров и в 239 километрах от Шираза – крупнейшего города провинции и его административного центра.

    Толчки были зафиксированы в 21:48 по местному времени. Примерно часом ранее в том же районе произошло землетрясение магнитудой 5,1.

  • İranda zəlzələ olub

    İranın cənub hissəsində 5,7 maqnitudalı zəlzələ olub.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi bildirib.

    Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 22 kilometr məsafədə, zəlzələ ocağı Şirazdan 239 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.

    Yeraltı təkanlar yerli vaxtla saat 21:48-də qeydə alınıb. Qeyd edək ki, təxminən 1 saat əvvəl həmin ərazidə 5,1 maqnitudalı ilk zəlzələ olub.

  • Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı – STATİSTİKA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bugünkü test sayını açıqlayıb.

    “Report” xəbər verir ki, bu gün ölkədə COVID-19-la bağlı 5 809 test aparılıb.

    Bununla da ölkədə koronavirusla bağlı ümumi test sayı 349 200-ə çatıb.

    Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3 487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.        
        

  • Названо число жертв коронавируса в Турции

    Сегодня в Турции от коронавируса скончались еще 18 человек.

    Как передает Median.Az, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня были выявлены 993 новых случая, всего заразившихся – 172 114. Мы потеряли сегодня 18 пациентов, всего умерших – 4 729. Вылечились сегодня 3 218 пациентов, всего – 144 598”, – написал Коджа в Twitter.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией. По последним данным ВОЗ, в мире выявлены уже более 6,9 миллиона случаев заражения, более 400 тысяч человек скончались.

  • Türkiyədə koronavirusa yoluxanların sayı 172 mini ötdü

    Türkiyədə bu gün koronavirusdan daha 18 nəfər ölüb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 729 nəfərə çatıb.

    O, qeyd edib ki, son sutkada koronavirusa 993 nəfər yoluxub. Beləliklə, Türkiyədə COVID-19-a yoluxanların sayı 172 114 nəfərə yüksəlib.

    Bu gün ölkədə koronavirusla bağlı 37 225 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 2 415 179-a çatıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,2 milyonu ötüb. Bunların 3,5 milyon nəfərdən çoxu sağalıb, 408 mindən çoxu isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Azərbaycan Prezidenti vətəndaşlara təşəkkür etdi

    “Beynəlxalq müstəvidəki rolumuza gəldikdə, bildiyiniz kimi, Azərbaycan özünü çox məsuliyyətli aparır. Mən qeyd etdim ki, ilk növbədə, ölkə daxilində və beynəlxalq arenada bizim təşəbbüsümüzlə iki Zirvə görüşü keçirilibdir: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir. Azərbaycan liderlik göstərib”.
    “Report”un məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.

    Dövlət başçısı bildirib: “Eyni zamanda biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, – o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, – müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək.

    Çünki burada əsas məsələ özünə qapanmamaqdır. Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir”.

    “Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.

    Bütün bu məsələlərlə yanaşı, bir daha bundan sonrakı dövrə qayıtmaq istəyirəm. Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur”, – Prezident İlham Əliyev vurğulayıb.

  • Azərbaycan Prezidenti əhalini maskadan istifadə etməyə çağırdı

    “Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur”.

    Median.Az
    -ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.

    “Biz eyni zamanda sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”, – dövlət başçısı bildirib.