Month: June 2020

  • Azərbaycanda dəhşət: Kişi qadını traktora bağlayıb yandırdı – VİDEO

    Kürdəmirdə qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

    Qadının qaz sızması zamanı yaranan partlayışda yandığı bildirilib. Lakin qadın özünə gələndən sonra keçmiş əri tərəfindən yandırıldığını deyib.
    Şura adlı qadın bildirib ki, dünən keçmiş həyat yoldaşı gəlib yalvararaq onunla barışmasını istəyib. Əri ilə razılaşan qadın hadisəni törətməkdə şübhəli bilinən şəxslə evlərinə gedən zaman yarı yolda, keçmiş əri onu traktora bağlayaraq qisas məqsədi ilə yandırıb.

    Hadisənin Kürdəmirdə Muğanlı adlı sahəlikdə baş verdiyi bildirilir.

    Qeyd edək ki, yanandırılan qadın ərindən 2017-ci ildə ayrılıb.

    Ürəyi zəif olanlar baxmasın!

    //mediapost.az

  • Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlandı

    “Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub”.

    “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

    O bildirib ki, fonda indiyə qədər 113 502 948 manat ianə toplanıb.

    “O vəsaitdən hələ ki, istifadəyə ehtiyac duyulmayıb”, o bildirib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

    Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.

  • Счетная палата посчитала Али Гасанова и обратилась к генпрокурору

    Счетная палата выявила нарушения в Фонде государственной поддержке СМИ, связанные с расходованием бюджетных средств. Об этом говорится в сообщении Счетной палаты.

    Согласно информации, проведенный аудит выявил, что должностные лица Фонда не соблюдали требования законодательства о государственных тендерах. Кроме того, выявлены факты нецелевого использования средств, нарушения строительных норм, нарушения требований законодательства при выделении средств СМИ и др.

    Счетная палата приняла решение направить собранные материалы в Генпрокуратуру.

    Отметим, что Фонд государственной поддержки СМИ долгое время находился в курации бывшего завотделом Администрации президента Али Гасанова. Все эти годы деятельность Фонда подвергалась резкой критике. Фонд обвиняли в выделении государственной поддержки малотиражным газетам, которые были связаны с Али Гасановым, а также в нарушениях при строительстве и распределении квартир для журналистов.

  • Əməkdar artistin ittihamlarına teatr rəsmisindən sərt reaksiya: “Dediyi başqa yerdən ad alsın”

    Əməkdar artist Çingiz Əhmədov ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında ekspert qismində iştirak edərkən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayevin ünvanına ittihamlar irəli sürüb.

    Sənətçi indiyə kimi aldığı bütün mükafatlardan, eləcə də 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülməsindən teatrın rəhbəri Ə.Lalayevin xəbəri olmadığını vurğulayaraq, “Səninlə kəllə-kəlləyə gələcəyəm. Əl çəkməyəcəyəm. Teatrda aktyorların qanını içirsən. Aktyor bir gün işə gecikəndə onun maaşından 30 manat pul tutur. Həmin 30 manatları yığıb cibinə qoyur” deyib və qarşı tərəfi günahlandırıb.

    Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova ilə əlaqə saxlayıb.

    V.Mühacirova teatrın rəhbəri Ə.Lalayevin ünvanına səslənən ittihamlara belə reaksiya verib:

    “Yaradıcı insanlar bir az emosional olur. Ola bilər ki, Çingiz müəllim pandemiya dövründə işsizlikdən, ruhi vəziyyətinin gərginliyindən bu cür emosional çıxışlar edir. O, bizim teatrın sevilən və seçilən aktyorudur. Teatrdan çox, onun televiziya tamaşaçısı var. Əgər Çingiz müəllim belə layiqli insan idisə, televiziyalardan ona dəvətlər gələrdi. İstədiyi vaxt ona ad da verərdilər. Özü də qeyd edir ki, indiyə kimi fəxri adları və mükafatları teatrdan almayıb. Belə çıxır ki, başqa yerdən ala bilir. Getsin, həmin o dediyi başqa yerdən yenə ad alsın. Ona heç kim söz demir. Çingiz müəllim Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorudur və biz onun barəsində pis fikir söyləyə bilmərik. Aktyordur, yaradıcı insandır, uzun müddət səhnədə çalışıb. Teatrımızın ən çətin vaxtlarında gedib öz işləri ilə məşğul olub. Biz bu barədə danışmırıq. Məsələ ilə bağlı öz mövqeyimizi bildirmişik”.

    V.Mühacirova əməkdar artistin Ə.Lalayevin ünvanına səsləndirdiyi “aktyor bir gün işə gecikəndə onun maaşından 30 manat pul tutur, həmin 30 manatları yığıb, cibinə qoyur” fikirlərinə belə münasibət bildirib:

    “Çingiz müəllim bunu necə deyibsə, bilmirəm. Teatrda iş və maaş saathesabı təyin olunur. Ola bilər ki, o, bir müddət işə gəlməyib və maaşı işə gəldiyi günlərə görə hesablanıb. Yəqin bunu demək istəyir. Adını isə pulun tutulması qoyur. Biz onun özünə və hisslərinə hörmətlə yanaşırıq.

    Xalq artisti kimi fəxri adı necə və hara gəldi paylamaq həm məmur üçün böyük ayıb hesab olunardı, həm də ölkəmizə qarşı hörmətsizlikdir. Eləcə də Prezident təqaüdünü. 74 və ya 84 yaşı olanlara ucdantutma Prezident təqaüdü verilməlidir? İnsan var ki, əziyyət çəkir və həmin təqaüdə layiq görülür. Çingiz müəllim söyləyir ki, bunların heç birini teatrdan almamışam. Demək ki, başqa yerdən də almaq mümkündür”.

    Ç.Əhmədovun “Həmkarım Novruz Qartalın 74 yaşı var, 400 manata kirayədə qalır. Üç nəvəsi var. Ə.Lalayev 82 yaşlı Əməkdar artist Boris Qrafkiyə mükafat yazır, amma Novruza yazmır” sözlərinə teatrın direktor müavininin cavabı belə olub:

    “Əlbəttə, Ə.Lalayevin aktyor N.Qartalın vəziyyətinin yaxşı olmamasından xəbəri var. Məhz bu səbəbdən pandemiya dövründə yaşı ilə əlaqədar Novruz müəllim bizdə yalnız müqavilə ilə çalışır. Bizim yaşlı nəsilə hörmətsizliyimiz olsaydı, N.Qartalı 65 yaşı tamam olandan sonra (teatrda cəmi bir-iki rol ifa edir – red.) teatrdan uzaqlaşdırardıq. Amma bir aktyor kimi onu teatrımızda qoruyub saxlayırıq, müəyyən rollar veririk. Pandemiya dövründə o, səhnəyə çıxmadığı üçün əslində, maaş almalı deyil. Lakin biz ona maaş da veririk, pandemiya dövründə əlavə yardım da etmişik. Yer üzündə hamı kirayədə yaşayır. Belə çıxır ki, teatr hamıya ev verməlidir? (gülür). Bu nə dərəcədə məntiqli düşüncədir? Ölkədə evi olmayıb, kirayədə yaşayan təkcə musiqi teatrının aktyorudur? Biz nə dərəcədə böyük müəssisə olduq ki, hamıya ev verək, kasıbları varlandıraq? Öz işimizlə məşğul oluruq. Pandemiya dövründə də tamaşaçılarımızla virtual olaraq görüş üçün layihələr hazırlayırıq. Çingiz müəllim efirə çıxıb danışmaq əvəzinə, bu layihələrin birində iştirak etsəydi, hər halda tamaşaçı tərəfindən alqışa layiq bir iş görmüş olardı”.

    Aktyorun səsləndirdiyi “Ə.Lalayev teatrın direktor müavini Vəfa xanıma səlahiyyət verib ki, hansı aktyor məşqə gəlməsə, onun məvacibindən pul kəssin” ittihamına isə V.Mühacirova “Çingiz müəllimə mənə bu cür dəyər verdiyi üçün təşəkkürümü bildirirəm (gülür)” dəyərək, fikirlərini belə davam etdirib:

    “Teatrın direktor müaviniyəm, burada öz işimi görürəm. İşim nədən ibarətdirsə, onun öhdəsindən gəlməyə çalışıram. Əgər Çingiz müəllim məni belə yüksək rütbədə görürsə, nə xoş mənə…”

  • Qapanma günlərində itləri harada gəzdirmək olar? – RƏSMİ AÇIQLAMA

    “Ölkədə elan edilən sərt karantin günlərində vətəndaş itini gəzdirmək üçün ancaq yaşadığı evin yaxınlığına çıxa bilər”.

    Bunu Oxu.Az-a açıqlamasında Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

    Onun sözlərinə görə, əhali iti yaşadığı evin həyətində, yaxınlığında qısa müddətdə gəzdirib, evə qayıtmalıdır.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, qapanma günlərində insanlar itləri gəzdirməkdə azaddırlar:

    “Bununla bağlı məhdudiyyət yoxdur. Amma insanlar bundan sui-istifadə etməməlidirlər”.

  • Sumqayıtda uçan binada məskunlaşmış məcburi köçkünlər yeni binaya köçürüləcək – RƏSMİ

    Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verən uçqunda xəsarət alanlar evə buraxılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, şəhərin 12-ci mikrorayon ərazisində Çerkassı və Koroğlu küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb:

    “Belə ki, beş ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir.

    Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.

    Xatırladaq ki, ötən gün Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində dağıntılar altında qalanların olduğu bildirilib. Ərazidən dördü azyaşlı olmaqla, beş nəfərin təxliyyə olunduğuna dair məlumatlar qeyd olunub.

  • Keçmiş ərin yandırdığı qadın Bakıya gətirildi: Bədən səthinin 70 faizi yanıb – RƏSMİ

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Kürdəmirdə keçmiş əri tərəfindən üzərinə benzin tökülərək, yandırılan qadının vəziyyəti barədə açıqlama verib.

    TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yandırılan qadın Bakıya gətirilib:

    “Həmin qadın Respublika Yanıq Mərkəzinə gətirilib. Bədən səthininin 70 faizinin 3-4-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib”.

    O qeyd edib ki, qadının vəziyyəti ağır stabildir.

    Qeyd edək ki, Nurlan Hüseynov Kürdəmirin Muğanlı kəndindəki evində ailə-məişət münaqişəsi zəminində 2017-ci ildə boşandığı arvadı Şura Əmirovanın üzərinə benzin tökərək yandırıb.

  • Qiyas İbrahimov sərbəst buraxıldı

    Gənc fəal Qiyas İbrahimov sərbəst buraxılıb.

    Oxu.Az-ın xəbərinə görə, Q.İbrahimov jurnalistlərə açıqlamasında polis bölməsində zorakılığa məruz qalmadığını deyib.

    O, həmçinin, məqsədinin intihar etmək olmadığını bildirib.

    Qeyd edək ki, iyunun 9-da Q.İbrahimov Bakıda yaşadığı evin damına çıxaraq, etiraz aksiyası keçirib.

    Hadisə yerinə gələn polis əməkdaşları onu binanın damından düşürməyə nail olublar. Q.İbrahimov daha sonra polis bölməsinə aparılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, Q.İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək məqsədilə qanunsuz çağırışlar edib:

    “Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

    Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək”, – deyə E.Hacıyev əlavə edib.

  • Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT

    Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinifə qəbulu üçün onlayn müsahibələr davam edir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması baxımından onlayn müsahibələr xüsusi əhəmiyyətə malikdir.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, valideynlərə (qanuni nümayəndələrə) onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılıb. Təsadüfi deyil ki, valideynlər daha çox onlayn müsahibələrə üstünlük verirlər.

    Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə uyğun olaraq, onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarırlar. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir:

    “Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.

    Onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır. Həmçinin, onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib”.

    Qurumdan bildirilib ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə uşaqların I sinifə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək, onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.

    Onu da qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir.

  • Abşeronda yol polisindən yayınan sürücü qəza törətdi

    Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, sürücü yol polisinin “saxla” əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb. Sonda o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.

    Qəza zamanı 1998-ci il təvəllüdlü Hüseynov Şahmar Faiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qabırğa sınığı, bədənin müştərək travması diaqnozu qoyulub.