Month: June 2020

  • Bu günə qədər 200 min manatdan artıq ƏDV geri qaytarılıb

    Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi uğurla tətbiq edilir. Prosesin başlandığı may ayı ərzində alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 264 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 194 711-i və ya 74%-i əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

    Bildirilir ki, may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 1,7 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

    Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Bu günə ölkə üzrə 6 102 vergi ödəyicisində 15 379 yeni nəsil kassa aparatı mövcuddur. Hazırda bu cür aparatların mərhələli tətbiqi prosesi davam edir.

    İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

    İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

    İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.

    Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

  • Bakıda çoxmərtəbəli binada yanğın: 20 nəfər təxliyyə edildi

    Bakının Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 55 kv.m olan mənzildə ev əşyaları 20 kv.m sahədə yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzil yanğından mühafizə edilib.

    Yanğın söndürülüb.

  • Ağır qəza törədən rusiyalı aktyor polislərlə getməkdən imtina etdi – VİDEO

    Ağır qəza törədən rusiyalı aktyor Mixail Yefremov arxasınca yaşadığı ünvana gəlmiş polislərlə getməkdən imtina edib.

    Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

    Məlumata görə, aktyor özünü pis hiss etdiyini bildirib.

    İstintaq orqanı məhkəmə qarşısında aktyorun həbs edilməsi ilə bağlı iddia qaldırmağa hazırlaşır.

    Xatırladaq ki, rusiyalı aktyor M.Yefremov idarə etdiyi avtomobillə Moskva şəhərinin Smolenskaya meydanında ağır qəza törədib. Aktyorun sükanı arxasında olduğu “Jeep Grand Cherokee” markalı avtomobil qarşı yola çıxaraq, “Lada” markalı maşınla toqquşub. Qəza nəticəsində “Lada”nın sürücüsü ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Ekspertiza nəticəsində tanınmış aktyorun içkili vəziyyətdə olduğu müəyyənləşdirilib.

    Məhkəmədə M.Yefremovun günahı sübut olunarsa, onu 12 ilə qədər həbs həyatı gözləyir.

  • В Баку полиция разыскивает автохулигана – ВИДЕО

    В Сети появилось видео грубого нарушения водителем Mercedes правил дорожного движения.

    Мужчина сначала двигался по встречной полосе дороги Зиря-Пираллахи, а затем обогнал другой автомобиль, преградил ему дорогу, нецензурно оскорбив при этом водителя. Прежде чем покинуть место происшествия, нарушитель разбил передние фары “подрезанного” им автомобиля.

    Как сообщил Oxu.Az начальник отдела Главного управления Государственной дорожной полиции Вагиф Асадов, по данному факту в Хазарском РУП начато расследование.

    “Принимаются необходимые меры по установлению личности нарушителя”, – сказал он.

  • Bakıda yol kəsən daha bir sürücü “lom”la hücum etdi – VİDEO

    “Zirə-Pirallahı yolunda qaydaları pozaraq, əks istiqamətdə hərəkət edən sürücünün müəyyənləşdirilməsi üzrə araşdırma aparılır”.

    Bunu Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

    O qeyd edib ki, təqdim olunan video ilə bağlı araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Xəzər Rayon Polis İdarəsində müvafiq tədbirlər davam etdirilir.

    Qeyd edək ki, Zirə-Pirallahı yolunda qaydaları pozaraq, əks istiqamətdə hərəkət edən sürücü ilə bağlı video yayılıb.

    90 OX 705 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə magistral yolda əks istiqamətdə hərəkət edərək, digər sürücüyə təhlükə yaradıb. Daha sonra yoluna çıxdığı avtomobilin ardınca gedərək, onu saxlayıb.

    Avtomobildən düşən sürücü nalayiq ifadələrlə digər hərəkət iştirakçısını təhqir edib. Bununla kifayətlənməyərək, əlindəki dəmir əşya ilə əvvəlcə sürücüyə hücum edib. Sonuncu hadisə yerindən uzaqlaşmaq istəyərkən qayda pozucusu avtomobilə ardıcıl zərbələr endirərək, maşının arxa faralarını sındırıb.

  • İyun ayında işsizlərə 190 manat veriləcəkmi? – VİDEO

    Xüsusi karantin rejimində işsizlər üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik ödəmənin iyun ayında da verilmə məsələsi gündəmə gəlib.

    Belə bir təkliflə çıxış edən millət vəkili Əli Məsimli hesab edir ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehtiyac var.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

  • В Азербайджане коронавирусом заразились сотрудники госструктуры – ВИДЕО

    Семь сотрудников Гобустанского отдела Госфонда социальной защиты Минтруда и соцзащиты населения заразились коронавирусом.

    Об этом Baku TV сообщил завотделом по связям с общественностью ведомства Фазиль Талыблы.

    По его словам, тест на COVID-19 у руководителя отдела Иршада Гасанова и шести других сотрудников оказался положительным.

    “Их состояние оценивается как стабильное. Заболевшие проходят лечение, осложнений нет”, – сказал Ф.Талыблы.

    Он также отметил, что в указанном отделе были проведены дезинфекционные работы.

  • Azərbaycanda dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu – VİDEO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

    Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı Baku TV-yə məlumat verib.

    O bildirib ki, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb: “Onların vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur”.

    Nazirlikdən bildirilib ki, həmin şöbədə COVID-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib.

  • В Баку мужчине нанесли шесть ножевых ранений

    Шесть ножевых ранений насчитали врачи бакинской клинической больницы № 3 на теле Ильхама Нагиева (1983 г.р.), доставленного 8 июня, в 22:30, из поселка Бакиханова.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Сабунчинского района. Ранения пришлись в область груди и живота, одно из них – проникающее.

    Пока сотрудники 13-го отделения полиции не установили личность подозреваемого в нанесении тяжкого вреда здоровью. В этом направлении ведется работа.

    Отметим, что за минувшие сутки по столице Азербайджана было зарегистрировано два факта поножовщины.

    Второй инцидент зарегистрирован на территории Низаминского района. Здесь в ночь на 9 июня был ранен житель Габалинского района Тарлан Абдулгусейнов (1986 г.р.). Молодой человек с проникающим ножевым ранением в область живота был доставлен в больницу Azersutikinti. Личность нападавшего пока неизвестна.

  • Bakıda kişiyə altı bıçaq zərbəsi endirildi

    İyunun 8-də saat 22:30 radələrində Bakıxanov qəsəbəsindən 3 saylı Bakı Klinik Xəstəxanasına gətirilən 1983-cü il təvəllüdlü İlham Nağıyevin bədənində həkimlər tərəfindən altı bıçaq yarası müəyyən olunub.

    Bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

    Sinə və qarın nahiyələrinə nüfuz edən yaralardan biri dərindir.

    Hələlik 13-cü Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin kimliyini müəyyənləşdirməyiblər. Bu istiqamətdə araşdırma davam etdirilir.

    Qeyd edək ki, son bir gündə Azərbaycan paytaxtında iki bıçaqlanma faktı qeydə alınıb.

    İkinci hadisə Nizami rayonunda baş verib. İyunun 9-na keçən gecə 1986-cı il təvəllüdlü Qəbələ rayon sakini Tərlan Abdulhüseynov yaralanıb. O, qarın nahiyəsinə nüfuz edən bıçaq yarası ilə “Azərsutikinti” xəstəxanasına aparılıb. Bu fakt üzrə də hücum edən şəxsin kimliyi hələlik məlum olmayıb.