Month: June 2020

  • Tibbi maskalar hansı halda bizi təhlükələrdən qoruyur?

    Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələri koronavirus pandemiyası ilə mübarizə aparır. Mübarizə çərçivəsində bir çox ölkələr müxtəlif qərarlar qəbul edib, səhiyyə sistemi qabaqlayıcı tədbirlər görüb. Lakin bu gün müşahidə edilən nəticə odur ki, İran da daxil olmaqla, 30-dan artıq ölkədə COVID-19-a yoluxma sayı artmaqda davam edir.

    Qonşu ölkələrlə yanaşı, digər dünya ölkələrində pandemiya ilə mübarizə tədbirlərinə nəzər salsaq görərik ki, atılan addımlar həmin ölkələrdə yaşayan əhalinin sayına görə hesablanmayıb. Yoluxma sayının artması bir çox ölkələrin səhiyyə sistemində ciddi problemlərin yaranmasına səbəb olub.

    İtaliya daxil olmaqla, bəzi ölkələrin xəstəxanalarında artıq yerlər dolub. Xəstələrin müalicə və müayinəsi üçün çətinliklər yaranıb. Bütün bunlarla müqayisədə, Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində görülən işlər yüksək səviyyədə nəticələr verib. Digər ölkələrlə müqayisədə, Azərbaycanda əhali arasında yoluxma, eləcə də, ölüm faktları 2-3 dəfə azdır.

    Təəssüf ki, pandemiya dövründə qeydə alınan hadisələrin fonunda əhali arasında koronavirus infeksiyasının mövcud olmadığını iddia edən, tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməyən vətəndaşlar da var.

    Onların bəziləri paytaxtda tibbi maskaların tapılmamasından və ya qiymət artımından şikayətlənsələr də, bu gün ölkədə gündəlik tibbi maska istehsalı 200-300 minə yaxındır.

    Bununla yanaşı, ölkədə 15 milyona qədər maska ehtiyatı da var. Bu səbəbdən vətəndaşlar arasında bənzər ajiotajların yaranmasına ehtiyac yoxdur.

    Bəs maskalar lazımdırmı və onların effektivliyi necədir?

    Bu gün Azərbaycanda fəaliyyətə başlayan tibbi maska fabrikində birdəfəlik istifadə üçün üçqat maskalar istehsal olunur. Maskaların orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir.

    Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. Praktiki istifadə qaydalarına gəldikdə, tibbi maskaların qapalı məkanlarda, insanların çoxluq təşkil etdiyi mühitlərdə istifadə edilməsi tövsiyə olunur.

    Ölkənin tanınmış, peşəkar həkimləri dəfələrlə vətəndaşlara müraciət edərək, infeksiyadan qorunmaq üçün tibbi maskalardan istifadə etmələrinin zəruriliyini vurğulayıblar.

    Bəzən tibbi maskanı ard-arda bir neçə gün istifadə edirlər. Bu isə gigiyenik cəhətdən doğru deyil. Həkimlər birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi maskaların təkrarən istifadəsini dəstəkləmir.

    Maska nəm olarsa, onu mütləq şəkildə dəyişmək lazımdır. İstifadə olunan maskanı arxa tərəfdən çıxarmaq lazımdır. Maskanın ön hissəsinə toxunmaq doğru deyil. Həkimlərin tövsiyələrinə görə, maskanı asqıran və ya öskürən şəxslər mütləq qaydada taxmalıdır. Xüsusilə diqqətli olunmalı məqam maska taxılan zaman əllərin dezinfeksiya edilməsidir.

    Xüsusilə qeyd olunmalı məqamlardan biri də vətəndaşların taxdığı maskaların ağız və burun nahiyəsini tam şəkildə örtməsidir. Digər halda maska üz nahiyəsinə tam oturmadığı üçün boşluqdan keçən infeksiya tənəffüs yollarına düşə bilər.

    Ümumilikdə, pandemiya ilə mübarizə çərçivəsində dövlətin atdığı addımlar öz müsbət nəticəsini verir. Belə ki, bu gün qonşu dövlət olan İranda koronavirusa yoluxanların sayı 173 mini keçdiyi halda, Azərbaycanda bu virusa yoluxanların sayı 7 min 876 nəfərdir.

    Eyni zamanda, ölüm halları da İranda daha yüksəkdir. Belə ki, İranda səkkiz min nəfərdən çox insan koronovirusdan öldüyü halda, Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində bu virusdan ümumi ölənlərin sayı 93 nəfərdir.

  • Nazirlikdən təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə MÜRACİƏT

    Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir. 

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, proses iyunun 10-da yekunlaşacaq. İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir.

    Eyni zamanda, Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.

    Bu günədək elektron portalda bakalavriat təhsili alan 18 252, magistratura təhsili alan 1061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547, tam orta tədris bazasından orta ixtisas təhsili alan 1939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər ərizələrini təsdiq edib.
    Eyni zamanda, portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi http://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.

  • Bakıda 24 nəfər metil spirtindən ölüb

    Binəqədi rayon sakini, 1968-ci il təvəllüdlü Fərman Xudaverdiyev aptekdə tibbi adı ilə satılan texniki (metil) spirtdən zəhərlənib.

    Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

    Respublika Toksikologiya Mərkəzinə gətirilən həmin şəxsin həyatını həkimlər xilas edə bilməyiblər.

    Mərkəzin rəhbəri Azər Maqsudovun Oxu.Az-a verdiyi məlumata görə, martın 20-dən bu günə qədər 28 nəfər metil spirtindən zəhərlənmə diaqnozu ilə klinikaya daxil olub, onlardan 19-u ölüb. Ümumilikdə, göstərilən müddətdə Bakıda 24 nəfər metil spirtindən həyatını itirib.

    Bundan əvvəl, müvafiq qurumların paytaxt apteklərində reydlər keçirdikləri və metil spirtinin satışdan çıxarıldığı bildirilmişdi.

  • Cкончался экс-глава Баиловского СИЗО – ФОТО

    Сегодня, 9 июня, после продолжительной болезни скончался бывший начальник Баиловского следственного изолятора Дамир Байрамов, передает Unikal.org.

    Отметим, что он возглавлял исправительное учреждение в 1995-2005 годах, а также работал в одном из управлений МВД.

  • Azərbaycanda sabiq məmur vəfat etdi – FOTO

    Bayıl Təcridxanasının sabiq rəisi bu gün dünyasını dəyişib.

    Unikal.org-un məlumatına görə, 1995-2005-ci illərdə təcridxananın rəisi olmuş Dəmir Bayramov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum böyrək çatışmazlığından əziyyət çəkib.

    Qeyd edək ki, D.Bayramov DİN strukturunda işləyib.

  • Dünya Bankı hesabat yaydı: İkinci Dünya Müharibəsindən sonra ən dərin durğunluq…

    Dünya Bankı Qlobal İqtisadi Proqnozlar Hesabatının 2020-ci ilin iyun sayını dərc edib.

    “Cumhuriyet” xəbər verir ki, hesabatda bu il qlobal iqtisadiyyatın 5,2 faiz azalacağı bildirilir.

    Qeyd olunur ki, koronavirus pandemiyasının yaratdığı sürətli və böyük şok, həmçinin virusun yayılmasına qarşı görülən tədbirlər iqtisadiyyatı ciddi daralmaya sürükləyib.

    Bu, İkinci Dünya Müharibəsindən sonra baş vermiş ən dərin durğunluqdur.

    Bankın hesabatında 2021-ci il üçün qlobal iqtisadi artım proqnozu 2,6 faizdən 4,2 faizə qədər artırılıb.

    İnkişaf etmiş ölkələrdə daxili tələb və təklif, ticarət və maliyyədə ciddi pozulmaların olduğu bildirilən hesabatda bu ölkələrin iqtisadiyyatının 2020-ci ildə orta hesabla 7 faiz azalması, gələn il isə 3,9 faiz böyüməsi gözlənilir.

    İnkişaf etmiş ölkələr qrupunda olan ABŞ iqtisadiyyatının bu il 6,1 faiz azalacağı, gələn il 4 faiz artacağı proqnozlaşdırılır.

    Digər tərəfdən, avro zonası iqtisadiyyatının bu il 9,1 faiz nisbətində tənəzzül edəcəyi və gələn il 4,5 faiz yüksələcəyi qeyd olunur.

    Bu il Yaponiya iqtisadiyyatı 6,1 faiz azalsa da, gələn il onun 2,5 faiz artacağı proqnozu da hesabata daxil edilib.

    İnkişaf etməkdə olan ölkələrdə bu il orta hesabla adambaşına düşən gəlirin 3,6 faiz azalmasının gözlənildiyi və həmin vəziyyətin milyonlarla insanın ifrat yoxsulluq səviyyəsinə düşəcəyinə səbəb olacağı bildirilir. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında 2021-ci ildə 4,6 faiz artım proqnozlaşdırılır.

    Bu qrupdakı ölkələr arasında Çinin cari il üçün iqtisadi artım proqnozu 5,9 faizdən 1 faizə endirilib. Çin iqtisadiyyatının gələn il 6,9 faiz artacağı güman olunur.

    Rusiya iqtisadiyyatının bu il 6 faiz azalması gözlənilsə də, 2021-ci ildə 2,7 faiz artacağı təxmin edilir. Hindistan iqtisadiyyatının bu il 3,2 faiz azalmasına baxmayaraq, gələn il onun 3,1 faiz artacağı proqnozlaşdırılır.

    Hesabatda Türkiyə iqtisadiyyatının bu il 3,8 faiz azalacağı, 2021-ci ildə 5 faiz artacağı təxmin olunur.

  • В Баку лежачий больной свел счеты с жизнью

    В Сабунчинском районе Баку 8 июня совершено самоубийство.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    В 09:00 родственники обнаружили Вахида Гасанова (1955 г.р.), проживавшего на улице Буниятзаде, с перерезанными венами на руке. Мужчину доставили в городскую клиническую больницу №3, где он скончался спустя два часа от кровопотери.

    В.Гасанов страдал от тяжелой формы астмы и был лежачим больным.

    По данному факту ведется расследование районной прокуратурой.

  • Bakıda yataq xəstəsi intihar etdi

    İyunun 8-də Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Saat 09:00 radələrində Bünyadzadə küçəsində yaşayan 1955-ci il təvəllüdlü Vahid Həsənovun qohumları onu venaları kəsilmiş vəziyyətdə tapıblar. Kişi 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb və orada iki saat sonra qanaxmadan ölüb.

    V.Həsənov bronxial astmanın ağır formasından əziyyət çəkib və yataq xəstəsi olub.

    Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Azərbaycanda bir milyonluq mənimsəmə: Vəzifəli şəxs həbs edildi

    Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri barədə daxil olan məlumat əsasında başlanan araşdırma yekunlaşıb.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi istiqamətində tədbirlər keçirilir. Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

    Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan MMC-nin təsisçisi və direktoru Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranın lizinq yolu ilə alınması ilə bağlı 24 iyul 2014-cü il tarixdə “Aqrolizinq” ASC tərəfindən elan edilmiş tenderin qalibi olduqdan sonra ümumilikdə 3 milyon 692 min avro (həmin dövrün məzənnnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində olan 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək, qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri oluduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

  • В Шеки возбудили уголовное дело по факту вырубки деревьев

    Группа лиц, вступив в сговор, вырубила деревья на улице М.Ш.Гамидова в городе Шеки.

    Как говорится в сообщении прокуратуры Шекинского района, это было установлено в ходе изучения материалов о незаконной вырубке. Ущерб, нанесенный природе, оценивается в 3 800 манатов.

    По данному факту возбуждено уголовное дело по статье 259.3 (незаконная вырубка деревьев, совершенная группой лиц по предварительному сговору или организованной группой, с нанесением значительного ущерба) УК АР.