Month: June 2020

  • Şəkidə ağac kəsənlərlə bağlı cinayət işi başlandı

    Şəki şəhəri, M.Ş.Həmidov küçəsində ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəki rayon prokurorluğuna daxil olmuş material araşdırılıb.

    Şəki Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq müxtəlif diametrlərdə olan köküstə yaş şam və cökə cinsinə məxsus ağacları dib köklərindən kəsərək, təbiətə 3800 manat məbləğində xeyli miqdarda zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış material üzrə Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

    Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilib.

    Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

  • Xaçmazda dörd uşaq anasına 190 manat niyə ödənilməyib? – RƏSMİ AÇIQLAMA

    Ötən həftə mətbuatda Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon İdarəsinin rayon sakininə ayrılan sosial müavinəti mənimsədiyinə dair iddialar yer almışdı.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, Xaçmaz rayon sakini Məryəm Mütəllim qızı İmanquliyevanın şikayəti həqiqəti əks etdirmir:

    “Ailə başçısını itirməyə görə qanunvericilikdə iki sosial ödəniş növü nəzərdə tutulur: ailə başçısını itirməyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə müavinət. Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmayan şəxslər ailə başçısını itirməyə görə müavinət hüququndan yararlana bilirlər.

    Müraciətlə əlaqədar araşdırma zamanı aşkar olub ki, M.İmanquliyevanın əmək qabiliyyətli olmayan ailə üzvlərinin əmək pensiyasının bu növünü almaq hüququ yarandığı üçün ona 12 yanvar 2001-ci il tarixdən etibarən dörd uşaq üçün ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin olunub.

    M.İmanquliyevaya son olaraq Aysel adlı uşağı üçün 30 iyun 2018-ci il tarixədək 144,93 manat məbləğində əmək pensiyası ödənilib. Eyni zamanda, 22 may 1998-ci il təvəllüdlü Aysel adlı uşağa görə pensiya ödənişinin davam etdirilməsi üçün onun Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi olması barədə təhsil müəssisəsi tərəfindən verilmiş arayışlar Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə təqdim edilib.

    M.İmanquliyevanın adına olan pensiya işi Pensiya Alt Sisteminə işlənib, lakin pensiyanın müddəti bitdiyi üçün dayandırılıb. Pensiya təminatına dair normativ-hüquqi aktlara əsasən, hərəkətdən çıxarılmış (müddəti bitmiş) ailə başçısını itirməyə görə pensiya növü 10 il müddətinə pensiyaçının uçot vərəqində saxlanılır. Buna əsasən, ölkə üzrə minimum əmək pensiyasının məbləğinin 200 manata çatdırılması və 2020-ci il 1 yanvar tarixinə pensiyaların sığorta hissəsinin indeksləşdirilərək 16,6% artırılması səbəbindən mövcud bazada qeydiyyatda olan pensiyanın məbləği 233,19 manat qeyd edilib”.

    Xatırladaq ki, kütləvi informasiya vasitələrindən birinə müraciət edən Məryəm Mütəllim qızı İmanquliyeva xüsusi karantin dövründə 190 manat birdəfəlik ödənişi almaq üçün “e-sosial.gov.az” portalında qeydiyyatdan keçdiyini, bir neçə gündən sonra ona imtina cavabının gəldiyini bildirib. İmtinaya səbəb kimi xanıma 20 il bundan əvvəl həyat yoldaşının vəfat etməsi və himayəsində dörd azyaşlı körpəsi olduğu üçün ona ailə başçısını itirdiyinə görə, təyin edilən 233 manat müavinət alması göstərilib. Lakin M.İmanquliyeva deyilən məbləğdə müavinət almadığını deyib.

  • Из России в Азербайджан сегодня вернутся 120 соотечественников

    Азербайджанская делегация прибыла 8 июня в город Дербент (Дагестан, Российская Федерация) для подготовки и уточнения списков граждан Азербайджана, которые завтра должны будут перейти границу и вернуться на родину.

    Об этом сообщает golos-vremeni.ru.

    Азербайджанцы остались на территории РФ из-за пандемии коронавирусной инфекции и закрытия границ.

    Отмечается, что в списке 120 человек, и они вернутся на родину сегодня, 9 июня.

  • Bu gün daha 120 vətəndaşımız Rusiyadan vətənə qayıdır

    Azərbaycan nümayəndə heyəti dünən Rusiyanın Dərbənd şəhərində olub.

    Golos-vremeni.ru xəbər verir ki, heyət tərəfindən Rusiya-Azərbaycan sərhədində qalan azərbaycanlıların siyahısı dəqiqləşdirilib.

    Bu gün 120 Azərbaycan vətəndaşı Rusiyadan vətənə yola düşür.

    Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanılması nəticəsində Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddə qalıb. Azərbaycan hökuməti vətəndaşların ölkəyə qayıtmasını təmin edir.

  • Karantində kökələn uşağın məktəbli formasını geyinmə cəhdi güldürdü – VİDEO

    Karantin müddətində kökələn uşağın məktəbli formasını geyinmə cəhdi sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb.

    Çində çəkilən məzəli video “Daily Mail” tərəfindən yayımlanıb.

    Kadrlarda uşağın nənəsinin köynəyin düyməsini bağlama cəhdləri əks olunub. Bu vaxtı uşaq üz-gözünü turşudaraq, qəzəbləndiyini göstərir.

    Videonun sonunda nəhayət formanı geyinən uşağın məmnun təbəssümü görünür.

    Qohumlarının sözlərinə görə, karantin müddətində uşaq kökələrək 50 kq çəkiyə çatıb.

    Video böyük maraqla qarşılanıb. İstifadəçilər karantindən sonra özlərinin də bu hala düşəcəklərini bildiriblər.

  • Azarkeşlər karantinə baxmayaraq, doğma klublarını tək qoymadılar – VİDEO

    Futbol üzrə Çexiya çempionatında keçirilən “Bohemians 1905” – “Sparta” oyununda maraqlı görüntülər qeydə alınıb.

    “Championat” xəbər verir ki, meydan sahiblərinin arenaya buraxılmayan azarkeşləri oyuna nərdivanlarla gəliblər.

    Stadionun hasarından klublarına dəstək verən azarkeşlərin fədakarlığı ətrafdakı insanların marağına səbəb olub.

    Qeyd edək ki, oyun 0:1 hesabı ilə qonaq komanda “Sparta”nın qələbəsi ilə yekunlaşıb.

  • В Кыргызстане открылись мечети

    В Кыргызстане открылись мечети, закрытые с 21 марта в рамках мер по предотвращению распространения коронавирусной инфекции (СOVID-19).

    Как передает агентство “Анадолу”, на входе в мечеть Имама Сарахси в Бишкеке верующим измеряют температуру и раздают медмаски.

    При совершении коллективной молитвы здесь соблюдается социальная дистанция в 1,5 метра.

    Главный муфтий Кыргызстана Максатбек Токтомушев поблагодарил власти за этот шаг.

    “Мечети в арабских странах и в Турции также открылись с соблюдением мер безопасности. Соблюдение социальной дистанции, норм гигиены и ношение медмасок там обязательно”, – добавил он.

  • Qırğızıstanda məscidlər açıldı

    Qırğızıstanda koronavirusla əlaqədar martın 21-dən qapadılan məscidlər yenidən dindarların istifadəsi üçün açılıb.

    “Anadolu” agentliyi xəbər verir ki, göstərişə əsasən, məscidə daxil olan insanların hərarəti ölçüləcək, onlara tibbi maska paylanılacaq.

    Camaat namazları qılınarkən isə dindarlar arasında azı 1,5 metr sosial məsafə gözlənilməlidir.

    Qırğızıstanın baş müftisi Maksatbek Toktomuşev verilən qərara görə hökumətə öz minnətdarlığını bildirib.

  • Bakıda polisə zibil atanların cəzaları məlum oldu – VİDEO

    Bir neçə gün əvvəl Yasamal rayonu ərazisindəki yaşayış binalarından polis əməkdaşlarının üzərinə zibil atan şəxslər barədə məhkəmə qərarı verilib.

    Saxlanılan şəxslər inzibati qaydada həbs edilib.

    Onlar İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

    Yasamal Rayon Məhkəməsi saxlanılan 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verib.

  • Bakıda bıçaqlanan şəxs xəstəxanadan evə buraxıldıqdan sonra ölüb

    Bakıda kirayənişini tərəfindən ötən ay bıçaqlanmış şəxs ölüb.

    “Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində qeydə alınıb.

    Məlumata görə, bu il mayın 2-də Sərdar Hacıyev ona məxsus evdə kirayədə yaşayan Vüqar Məmmədov arasında mübahisə baş verib.

    Bu zaman kirayənişin ev sahibinə bıçaqla xəsarət yetirib. V.Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət başlanılıb və o, tutulub.

    S.Hacıyev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və 20 gün sonra yəni, mayın 22-də xəstəxanadan evə buraxılıb. O, xəstəxanadan buraxıldıqdan 17 gün sonra sonra qəfildən ölüb.

    Hazırda hüquq-mühafizə orqanları və tibbi ekspertiza işçiləri tərəfindən onun ölümünün dəqiq səbəbləri araşdırılır.