Month: June 2020

  • Azərbaycan polisindən qürurverici davranış – VİDEO

    Bakıda polislərin bu hərəkəti vətəndaşlar tərəfindən alqışlanıb.

    Videogörüntülər paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan sakinlər tərəfindən lentə alınıb.

    Belə ki, ərazidə xidmət aparan Qaradağ Rayon Polis İdarəsinin (RPİ), Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbçilərinin səslənən Azərbaycan Respublikasının Dövlət Himninə verdiyi reaksiya sakinləri kövrəldib.

    Xidməti vəzifələrini yerinə yetirən DİN əməkdaşları himn səslənən zaman xidməti avtomobillərindən düşərək fərəqət vəziyyəti alıblar.

    Qürurverici görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb:

  • Bakıda polis öz övladının qidasını xəstə uşaq üçün apardı – VİDEO

    Bakıda polis öz övladının qidasını xəstə uşaq üçün gətirib.

    Hadisə bu gün paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

    Ərazidə yaşayan vətəndaş Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib.

    102 xidməti dərhal məsələyə reaksiya verib və müraciət Nərimanov rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanaraq ünvanı müəyyən edib və həqiqətən də xəstə uşağın qidasının bitdiyinin şahidi olublar.

    Paytaxt ərazisində aptek və mağazalar açıq olmadığından polis əməkdaşları uşaq qidası tapa bilməyib. Çarəsiz qalan polis əməkdaşlarından biri xidməti ərazini icazə ilə tərk edərək evinə yollanıb. Polis əməkdaşı yaşadığı evdən öz övladının qidasını götürərək, əraziyə qayıdıb və həmin qidanı azyaşlının ailəsinə təqdim edib.

    Gənc ailə polisin bu xeyirxah əməlinə görə həmin polisə və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirib.

  • В Грузии открываются гостиницы

    Гостиницы, междугородные перевозки, а также рестораны всех типов открываются на территории Грузии с понедельника. Они были закрыты с 21 марта, когда правительство объявило о введении режима чрезвычайного положения в связи с пандемией коронавируса.

    Как передает Median.Az со ссылкой на ТАСС, решение об открытии гостиниц, ресторанов всех типов и междугородных перевозок было принято премьер-министром Грузии Георгием Гахарией 27 мая в рамках заседания межведомственного координационного совета по борьбе с коронавирусом и с учетом улучшающейся эпидемиологической ситуации.

    По решению правительства республики, в стране заработают лишь те гостиницы и рестораны, которые будут удовлетворять стандартам и требованиям министерства здравоохранения. С понедельника также откроются и пункты обмена валюты. Они не работали с 31 марта. В течение всего этого времени граждане страны могли менять валюту лишь в коммерческих банках.

    Некоторые грузинские СМИ считают, что междугородные перевозки в связи с новыми правилами, которые запрещают перевозку большого количества пассажиров, подорожают, однако официального подтверждения пока нет. Что же касается железнодорожного сообщения между городами Грузии, то его открытие планируется с 15 июня.

    В Грузии в связи с пандемией с 21 марта по 22 мая действовал режим чрезвычайного положения. С 27 апреля власти стали смягчать введенные ранее ограничения. В республике выявлены 809 случаев заражения коронавирусом. Еще трое граждан страны с диагностированной инфекцией доставлены на родину из-за рубежа, 674 человека выздоровели. На карантине находятся более 2,9 тыс. человек, в стационарах – 237, 13 пациентов умерли.

  • Azərbaycan ilə Rusiya arasında uçuşlar bu tarixdən bərpa olunacaq

    Rusiya koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbi ilə dayandırılan beynəlxalq hava rabitəsini ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycan ilə iyulun 15-də bərpa edəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

    Bildirilib ki, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

    Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbilə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.

  • Ev tikmək üçün rüsum və icazəyə ehtiyac yoxdur – Hər kəsin bilməsi vacib olduğu qayda

    Yerli icra hakimiyyətlərinin tikinti sahəsində nöqsanları və özbaşınalıqları Azərbaycan Respublikasında yaşayan hər bir insana məlumdur.

    Bunların qarşısı alınmaz dərəcədə mövcud qanunların pozulmasına yönəldilmiş hərəkətlərinə rəvac verən orqanlarla yanaşı elə sadə vətəndaşların özləridir.

    Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olub. Son zamanlar isə Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənib.

    Bu sahədə çoxlu sualların olduğunu nəzərə alaraq qeyd etmək istəyirik ki, hal-hazırda qüvvədə olan qanunun tələblərinə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.

    Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub. Təbii ki, “məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilib. Göstərilən tələblər daxilində yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:

    – ərizə,

    – şəxsiyyət vəsiqəsinin surəti,

    – torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti),

    – torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti).

    Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli) icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir. Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəssisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır. Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər.

    Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Ümumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur. Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

    Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-cı ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apelyasiya Şurasına müraciət etməklə həll etmək mümkündür. Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər.

    Konkret olaraq icra hakimiyyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz.

    Bu hüquq Məhkəmə Hakimiyyətinə məxsusdur.

    Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayınmaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər. Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır. Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir. Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər.

    Əks halda, tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndaşlardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri-qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.

    Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə “Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”.//atv.az

  • Bakıda polisin başına zibil atanlar saxlanıldı – VİDEO

    Bakının Yasamal rayonunda yaşayış məntəqəsində polisin başına zibil atanlar və təhqur edənlər tutulub.

    İyunun 7-də sərt karantin rejimi zamanı Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakinləri polisin üstünə zibil torbaları atıblar.

    Keçirilən əməliyyat zamanı həmin əraziyə polis əməkdaşları cəlb olunub.

    Onlar binaya daxil olaraq bir neçə nəfəri saxlayıblar.

  • TƏBİB-dən ictimai nəqliyyatla bağlı AÇIQLAMA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün tövsiyələr hazırlayıb.

    TƏBİB bu tövsiyələrini sosial şəbəkədəki səhifəsi vasitəsilə sərnişinlərə çatdırıb:

    “İctimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:

    – Xəstəsinizsə, evdə qalın

    – İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin

    – Tranzit stansiyanı tərk edərkən və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin”.

  • Sahibkarlıq sahəsində yeni sosial sığorta haqları (qanunvericiliyə edilmiş dəyişikliklər üzrə məlumat)

    Bu yazımızda Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Sosial Sığorta haqqında” Qanuna edilmiş dəyişikliklər üzrə sahibkarlara tətbiq ediləcək məcburi dövlət sosial sığorta haqqı ödənişləri, həmçinin güzəştlər barədə məlumat verməyə çalışacağıq.

    Müvafiq dəyişikliklər aşağıdakı kimidir:

    1) 01.04.20-01.01.21-ci ilədək tikinti və ticarət sahələrində çalışan sahibkarlar minimum aylıq əmək haqqının (250 AZN) 25%-i = 62.5 manat, digər sahələrdə çalışanlar 15%-i = 37.5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Qeyd edək ki, Sumqayıt və Gəncə şəhərlərində bu məbləğin 90%-i (56.25 manat və 33.75 manat), digər şəhərlərdə 80%i (50 manat və 30 manat), qəsəbələrdə 60%-i (37.5 manat və 22.5 manat), kənd yerlərində 50%i (31.25 manat və 18.75 manat) miqdarında sosial sığorta haqqı ödəniləcək. 2021-ci ildən isə 5 il müddətinə bu məbləğ regionlar üzrə faiz nisbəti dəyişmədən qalmaqla, tikinti sektoru üçün minimum aylıq əmək haqqının 50%-i = 125 manat, digər sektorlar üzrə 25%-i = 62.5 manat həcmində tutulacaq.

    2) Muzdlu işçi cəlb etmədən fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslər üçün yeni sığorta haqları müəyyən ediləcək

    – şənliklərdə aparıcı, çalğıçı, rəqqas, aşıq, məzhəkəçilik edənlər minimum aylıq əmək haqqının 5%-i = 12.5 manat

    – fərdi foto, audio-video xidməti üzrə fəaliyyət 5% = 12.5 manat

    – çəkməçi, pinəçi, saat, məişət avadanlığı təmirçisi, ev və mənzillərdə işləyən qulluqçu, bağban, aşpaz, gözətçi, dayə, fərdi bərbər, dərzi, fərdi sürücü, iaşə müəssisəsində ofisiant, nəqqaşlıq emalatxanasının fəaliyyəti 3% = 7.5 manat

    – kənd təsərrüfatına yararlı torpağa görə 5 hektar üçün 2% = 5 manat, 5-10 hektar üçün 6% = 15 manat, 10+ hektar üçün 10% = 25 manat

    Torpağı olanlardan başqa digər ödəyicilər üçün bu əmsal Bakı şəhərində 2yə, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində isə 1.5ə vurulacaq. Bu dəyişiklik 2026-cı ilədək qüvvədə olacaq.

    //banker.az

  • Трагикомичный случай в Баку: Завидев полицию, нарушители карантинного режима разошлись по домам – ВИДЕО

    Забавную картину пришлось наблюдать жителям азербайджанской столицы в субботу. Несмотря на введенный в выходные дни в Баку, Сумгайыте, Гяндже, Лянкаране и Абшеронском районе усиленный режим карантина, некоторые граждане по-прежнему продолжают игнорировать правила жесткой самоизоляции и выходят на улицы.

    Oxu.Az в течение дня опубликовала несколько материалов о нарушителях и призывающих их к соблюдению действующих ограничений полицейских. Однако, этот случай отличается особой трагикомичностью.

    Нижеследующие видеокадры были опубликованы в социальных сетях.

    Так, в одном из столичных кварталов жители домов вышли на улицу в массовом порядке. В определенный момент здесь появились патрулирующие общественный порядок сотрудники пост-патрульной службы. Завидев полицейских, взрослые нарушители усиленного карантинного режима стали расходиться, а дети бросились врассыпную по домам.

  • Bakıda tragikomik hadisə: Evdən çıxmaq qadağasını kütləvi şəkildə pozan sakinlərə polis müdaxiləsi – VİDEO

    Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb.

    Ancaq bəzi paytaxt sakinləri heç də bu qadağa ilə barışmaq niyyətində deyillər.

    Oxu.Az gün ərzində bir neçə dəfə bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbər versə də, budəfəki hadisə bir az tragikomik alınıb.

    Görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, Bakıdakı məhəllələrdən birində sakinlər kütləvi şəkildə həyətə çıxıblar. Bu zaman isə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.

    Polis avtomobilinin səsini eşidən “qayda pozucular” isə sürətlə evlərinə doluşublar.

    Əksər hissəni uşaqların təşkil etdiyi kütlənin təlaşlı anları maraqlı görüntülərə səbəb olub.