Month: June 2020

  • Bakıda evdən çıxmaq yasaqlandı, binanın başında manqal qaladılar – VİDEO

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri çərçivəsində evdən çıxmaq yasaqlansa da, bunu özünəməxsus şəkildə pozanlar var.

    Qaydalara əməl etməyən Bakı sakinləri şəhərin mərkəzində, binanın damında manqal qalayıblar.

    Onların manqal macərası kameraların yaddaşına əks olunub.

    Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi 8 iyun saat 06.00-dək davam edəcək.

  • В Азербайджане от COVID-19 излечились еще 153 человека

    В Азербайджане от коронавируса (COVID-19) излечились еще 153 человека.

    Об этом 6 июня сообщает оперативный штаб при Кабинете министров.

  • Azərbaycanda daha 153 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

  • В Азербайджане выявлено 379 новых случаев заражения COVID-19, еще два человека скончались

    В Азербайджане выявлено 379 новых случаев инфицирования коронавирусом.

    Об этом 6 июня сообщает оперативный штаб при Кабинете министров.

    Также от COVID-19 за прошедшие сутки скончались два человека (1941 и 1956 г.р.).

    До сегодняшнего дня в Азербайджане COVID-19 выявлен у 7 239 человек, 4 024 из которых излечились, 84 – скончались, 3 131 – продолжает лечение в больницах особого режима. Состояние 72 из них оценивается как тяжелое, 86 – средней степени тяжести, остальных – как стабильное.

    В республике на сегодняшний день проведено 334 863 теста на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 379 yeni yoluxma – RƏSMİ+VİDEO

    Azərbaycanda 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334 863 test aparılıb.

  • В Баку сын ударил отца ножом

    В Бинагадинском районе Баку сын во время конфликта ударил отца ножом.

    Как сообщает АПА, бригада скорой медицинской помощи доставила пострадавшего Шахлара Аскерова в больницу.

    По данному факту проводится расследование.

  • Bakıda oğul atasını bıçaqladı

    Bakıda oğul atasını bıçaqlayıb.

    APA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon adlanan ərazidə qeydə alınıb.

    Rayon sakini Əsgərov Şahlar Abulhəsən oğlu mübahisə zəminində oğlu tərəfindən bıçaqlanıb.

    Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda itləri öldürənlərin hücumuna məruz qaldığı deyilən şəxs: “Silahı içəri salaraq, ərazidən uzaqlaşdılar”

    “Həmin gün axşam küçədən atəş səsləri gəldi. Küçəyə çıxanda ağacın yanında yaralı, inildəyən iti gördüm. İt ilə məsafəm bir metr olmağıma baxmayaraq, atəş açmaqdan çəkinməyən naməlum şəxslər yük maşının pəncərəsindən silahı içəri salaraq, ərazidən uzaqlaşdılar”.

    Bu sözləri ötən gün silahlı hücuma məruz qalması ilə bağlı məlumatlar yayılan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurov Oxu.Az-a açıqlamasında deyib.

    F.Mansurov qeyd edib ki, sözügedən hadisədə birmənalı şəkildə ona qarşı silahlı hücum olmayıb:

    “Hiss olunurdu ki, səs boğucudan istifadə edirlər. Qaranlıq olduğu üçün yük maşınının nömrəsini və içərisindəki şəxsləri görmədim. Amma onlar ətrafda insanların olmasına məhəl qoymadan itlərə atəş açaraq, heyvanları öldürürlər.

    Dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verdim. Məsələyə yerindəcə reaksiya verildi, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin əməkdaşları əraziyə yaxınlaşdılar. Müvafiq tədbirlərin görüləcəyini bildirdilər. Onlara da izah etdim ki, bu vəziyyət insanların həyatı üçün də potensial təhlükədir. Hərəkətdə olan avtomobildən atəş açılır və yaxınlıqda insanların olub-olmaması, güllənin yanlışlıqla onlara dəyə biləcəyi həmin şəxsləri maraqlandırmır. Bu hallar davam edərsə, bədbəxt hadisələr qaçılmaz ola bilər”.

    F.Mansurov sosial şəbəkələrdə polis əməkdaşlarının ona qarşı təzyiq etmələrinə, bölməyə aparılması məsələsinə də münasibət bildirib:

    “Paytaxtda itlərin öldürülməsi ilə bağlı məsələ bu gün aktualdır. Bu məsələyə səssiz qalmayan vətəndaşlardan biri kimi mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Polis əməkdaşları məni 16-cı Polis Bölməsinə apardılar. Orada izahat yazdım, vəziyyəti izah etdim. Həmin an faktiki olaraq mənim həyatım da təhlükədə idi. Çünki, güllə mənə də dəyə bilərdi. İzahatım alındıqdan sonra sərbəst buraxıldım. Mən sizin vasitənizlə bu məsələyə diqqətlə yanaşan polis əməkdaşlarına təşəkkür edirəm. Eyni zamanda, bir daha Daxili İşlər Nazirliyinə müraciət edərək, şəhərdə qanunsuz şəkildə itlərin güllələnməsi ilə bağlı faktların araşdırılmasını xahiş edirəm. Bu, çox ciddi sosial təhlükədir. Axşam saatlarında küçələrdə olan insanların da həyatı risk qarşısındadır. İtləri güllələyən şəxs və ya şəxslərin müəyyən olunaraq, qanunamüvafiq şəkildə məsuliyyətə cəlb olunacaqlarına inanıram”.

  • Житель Баку превратил свой дом в маркет – ВИДЕО

    В Гарадагском и Хатаинском районах Баку выявлены незаконно работавшие маркеты.

    Как передает Median.Az со ссылкой на qafqazinfo, житель столицы, проживающий на первом этаже жилого дома в Гарадагском районе, превратил часть своего дома в маркет, который продолжал функционировать, несмотря на запрет.

    В Хатаинском районе также был выявлен незаконно работавший крупный маркет.

    В отношении владельцев этих объектов по соответствующей статье Кодекса об административных проступках был составлен протокол.

  • DYP: Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib

    “Nazirlər Kabinetinin qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən 900 nəfər cərimələnib”.

    Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev deyib.

    Onun sözlərinə görə, karantin rejimi təqbiq olunan vaxtdan (6 iyun saat 00.00) bu gün saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib.

    Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi 8 iyun saat 06.00-dək davam edəcək.