Month: June 2020

  • Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? – Telefonun işığı yandısa…

    Smartfon sahiblərinin bir çoxu qacetlərinin kənar şəxslər tərəfindən dinlənildiyini bilmirlər.

    “TelecomDaily” analitik-informasiya agentliyinin rəhbəri Denis Kuskov telefonunun dinləndiyini necə bildiyini açıqlayıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, ekspertin sözlərinə görə, smartfonun dinləmədə olduğunun əlamətlərindən biri telefonda proqram təminatının və ya əlavə tətbiqlərin yaranmasıdır, hansı ki, sahibi özü quraşdırmayıb.

    “Əgər görürsünüz ki, siz toxunmadığınız halda telefonunuz “öz həyatını yaşayır”, yəni qoşulub-sönür, o zaman dinləmə proqramı işə başlayıb”, – deyə ekspert izah edib.

    D.Kuskov bildirib ki, smartfon batreyasının tez enerji itirməsi də xoşagəlməz sürpriz ola bilər: “Həmin “sürprizlərin” qarşısını almaq üçün smartfonlarınızda quraşdırılmış tətbiqləri mütəmadi olaraq yoxlamaq məsləhət görülür. Özünüzü dinləmə prosesindən qoruya bilərsiniz, bu cür tətbiqlərin işini dayandıran xüsusi proqramlar mövcuddur”.

    Ekspert dinləmə variantlarının çox olduğunu vurğulayıb: “Leqal və qeyri-leqal üsul var (qanuni və qeyri-qanuni). Leqal və ya qanuni dinləmə məhkəmə və ya digər instansiyalar tərəfindən rəsmi olaraq əldə edilir. Başqa üsul isə ər, arvad, eləcə də rəqiblərin etməyə çalışdığı qeyri-qanuni dinləmədir”.

  • Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə təcili yardım xidmətinin iş rejimi – VİDEO

    Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu iki gün ərzində sərt karantin rejimi elan olunub və bununla da vətəndaşların çölə çıxışı tam olaraq məhdudlaşdırılıb.

    Belə olduqda isə polis və təcili yardım işçilərinin üzərinə böyük yük düşür.

    Onlar gücləndirilmiş iş rejimində çalışaraq vətəndaşların köməyinə gedirlər.

    8 saylı köməkçi təcili tibbi yardım stansiyasının əməkdaşları səhər-axşam demədən “103” çağrı mərkəzi tərəfindən onların stansiyasına yönləndirilən bütün çağırışların yardımına qaçırlar.

    Çağırış briqadasının üzvü Zəhra Məmədova deyir ki, bu gün ötən günlərə nisbətən gələn çağırılarda böyük artım var.

    Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva isə bildirir ki, çölə çıxması məhdudlaşdırılan vətəndaşlar 103 çağrı mərkəzindən maraqlı müraciətlərlə kömək istəyirlər.

    Adi günlərdə Bakı şəhəri üzrə xətdə hər gün 130 təcili yardım briqadası xidmət edirdisə, bu gün vəziyyətlə əlaqədar onların sayı 155-ə çatdırılıb.

  • Sumqayıtda bıçaqlanan iki qardaşdan biri ölüb – YENİLƏNİB

    Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

    Median.Az
    APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub.

    Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlə bıçaqlananlardan biri qardaşdır.

    * * * * *

    Sumqayıtda bıçaqlanma hadisəsi olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda baş verib.

    İki nəfər arasında düşən mübahisə zamanı bir nəfər bıçaqlanıb. Bıçaqlanan şəxs hadisə yerində ölüb.

    Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Çində postpandemiya dövründə həyat smartfonlarla idarə olunur

    Koronavirusdan sonra Çində həyat smartfonlar vasitəsilə idarə olunur. Tətbiqdəki yaşıl, sarı, qırmızı rəngli kod istifadəçinin virusa yoluxub-yoluxmadığını göstərir.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu sistem Çinin hakim Kommunist Partiyası tərəfindən cəmiyyətdə müşahidəni və nəzarəti gücləndirmək məqsədilə yaradılıb. Müşahidə “Big Data”lar vasitəsilə aparılır. Məsələn, keçən həftə Uhan metrosunda olarkən geyim fabrikinin müdiri Vu Shenqhonq telefonla sağlamlıq kodunu skan edib. Ekranda yaşıl rəng və şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin bir hissəsi görünüb. Beləliklə, xüsusi geyimli mühafizəçilər ona metroya daxil olmağa icazə veriblər.

    Qırmızı rəng istifadəçinin yoluxduğunu, hərarət və digər simptomlarının olduğunu göstərir. Sarı rəng isə onun virusa yoluxmuş şəxslə təmasda olduğunu, iki həftəlik karantin müddətini tamamlamadığını, evdə və ya xəstəxanada mütləq şəkildə karantin nəzarətində olmasını bildirir. Çin höküməti qırmızı və sarı rəng göstərdiyi halda həmin insanları qəti şəkildə ictimai yerlərə buraxmır.

    Belə ki, sağlamlıq kodunun istifadəsi işçilərin fabriklərə, ofislərə və marketlərə yenidən axın etməsi ilə infeksiyalarının qarşısını alır və ölkə iqtisadiyyatın canlandırmaq üçün mühüm rol oynayır. Uhan şəhərinin də daxil olduğu Hubei vilayətinə giriş-çıxış 23 yanvarda dayandırılıb və hal-hazırda karantin müddəti aprelin 8-nə qədər uzadılıb.

    Oksford Universitetinin tədqiqatçıları “Science” jurnalında dərc olunan hesabatda digər hökumətlərin bu rəqəmsal izləmə tətbiqini nəzərdən keçirməli olduğunu qeyd ediblər. Hazırda Uhandakı ticarət mərkəzləri, ofis binaları və digər ictimai yerlərdə içəri dail olmazdan əvvəl hərarətləri yoxlanır.

    Bu qaydalara riayət etmək əhalinin sosial borcudur. Bu kodlar internet nəhəngi Tencent LTD-nin məşhur We-Chat mesajlaşma xidməti və dünyanın ən böyük e-ticarət şirkəti “Alibaba Group” un Alipay elektron ödəniş xidmətləri vasitəsilə həyata keçirilir.

    Sağlamlıq kodunu almaq çox sadədir; istifadəçilər elektron formda şəxsi məlumatları ünvanı və hərhansı simptomlarının olub-olmadığını təsdiqləyən ərizəni doldururlar.

    Sərnişin Çinin Hubei əyalətindəki Uhan şəhərində metro stansiyasına giriş üçün QR kodunu skan edir. Çində post-koronavirusun yayılması bir smartfon ekranında yaşıl bir simvol ilə idarə olunur. Yaşıl rəng, istifadəçinin simptomsuz olduğunu söyləyən “sağlamlıq kodunu” bildirir.

  • Kanada kripto-əməliyyatları leqallaşdırdı

    2020-ci il 1 iyun tarixində Kanadada yeni tənzimləmə qaydaları qüvvəyə mindi və buna əsasən həm yerli, həm də xarici kriptovalyuta şirkətləri pul köçürmələri xidmətləri göstərən şirkətlər kateqoriyasına aid edilir. Müvafiq qanunvericilik üzrə dəyişikliklər 2019-cu ilin iyulunda dərc edilmişdi. Yeni qaydalarda pul köçürmələri, o cümlədən virtual valyutaların mübadiləsini təklif edən şirkətlərin Maliyyə Əməliyyatlarının Təhlili və Hesabatları Mərkəzində (FINTRAC) qeydiyyata alınması və onun tələblərinə əməl edilməsi tələb olunur.

    Yeni tələblərə əsasən kriptovalyuta xidmətləri göstərən şirkətlər və bitcoin-terminal operatorları 10.000 Kanada dollarından çox olan kripto-əməliyyatlarının həyata keçirilməsi zamanı hesabat və istifadəçinin identifikasiyasını təqdim etməlidirlər.

  • Üçqat parça maska istifadə edin, yüksək temperaturda yuyun – ÜST-dən YENİ TƏLİMAT

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib.

    Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-ya məlumat verilib.

    Məlumatda bildirilib ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır.

    Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib.

    Təlimatda səhiyyə müəssisələrində işləyən bütün işçilərin maska taxmalı olduğu bildirilib. Həmçinin 60 yaşdan yuxarı və sağlamlıq problemləri olan insanlara ictimai yerlədə olarkən və sosial məsafənin mümkün olmadığı yerlərdə tibbi maska taxması tövsiyə olunub.

    ÜST hökumətlərə ictimai nəqliyyatda, mağazalarda, digər qapalı və ya izdihamlı mühitdə xalqa maska taxmağı təşviq etmələrini və bu yerlərdə üçqat parça maskalardan istifadəni tövsiyə edib.

    Təlimata əsasən, belə maskalar yüksək temperaturda tez-tez yuyulmalıdır.

  • Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır

    Dünyada koronavirusa yoluxanların sayı 6 milyon 900 mini ötüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayı 6 milyon 902 min 338-dir. Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə virusa bir milyon 971 min 54 nəfər yoluxub.

    Sonrakı yerləri Braziliya (649514 nəfər), Rusiya (458689 nəfər),İspaniya (288058),Böyük Britaniya (284868), Hindistan (240932), İtaliya (234531), Peru (187 400), Almaniya (185 414) və iran (169425) tutur.

    İndiyədək virusdan 399 286 nəfər həyatını itirib. 3 milyon 378 min nəfər virusdan sağalıb, 3 milyon 119 min insan isə hazırda müalicə alır.

  • Ağdaşda “Niva” aşdı, sürücü öldü

    Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza saat 20:00 radələrində rayonun Kükəl kəndində qeydə alınıb.

    Kənd sakini, 33 yaşlı Qədirov Hacı Şakir oğlunun kənd ərazisində idarə etdiyi “Niva” markalı maşın idarəetmədən çıxıb.

    Nəticədə maşın aşıb, sürücü isə aldığı yaralardan hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Hər kəs polisin bu hərəkətindən danışır – VİDEO

    Bakıda tətbiq edilən sərt karantin rejimi maraqlı görüntülərlə yadda qalır.

    “Evdə qal” çağırışına əməl edən vətəndaşlar eyvanlarından maraqlı görüntülər lentə alır.

    Belə videolardan biri də Bakıda çəkilib. Polis əməkdaşı küçədə quşları yemləyərkən görüntülənib.

    Bu görüntülər böyük maraqla qarşılanıb və polisin bu hərəkəti müsbət qarşılanıb.

    Həmin videonu təqdim edirik:

  • Küçəyə çıxmaq qadağasını heçə sayan vətəndaşların polis görərkən etdikləri – VİDEO

    Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb.

    Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilir, bu barədə Baş nazir Əli Əsədov qərar verib.

    Lakin qadağalara baxmayaraq, bəzi vətəndaşlar küçələrə çıxır və növbə çəkən polisləri görən kimi ən ağılasığmaz hərəkətlər edirlər.

    Gün ərzində saytımıza müxtəlif videolar göndərilib.

    Onların bir qismini sizə təqdim edirik: