Month: June 2020

  • В Гяндже пекарня работала в нарушение жесткого карантинного режима – ФОТО

    Сотрудники Главного управления полиции Гянджи обнаружили на территории Низаминского района города пекарню, работавшую в нарушение жесткого карантинного режима.

    Как говорится в сообщении гянджинской региональной группы пресс-службы МВД, объект закрыли, а его владелец и работники оштрафованы.

    Отметим, что в связи с ростом числа случаев инфицирования коронавирусом в Азербайджане с 00:00 6-го до 06:00 8 июня в Баку, Сумгайыте, Гяндже, Лянкяране и Абшеронском районе введен жесткий карантинный режим.







  • Gəncədə sərt karantin qaydalarını pozan çörək sexi aşkarlandı – FOTO

    Ölkənin beş şəhəri üzrə bu gündən başlayaraq bazar ertəsi səhər saatlarınadək küçəyə çıxmaq qadağası olsa da, buna əməl etməyənlər var.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumat görə, Gəncənin Nizami rayonu ərazisində icazəsiz fəaliyyət göstərən çörək sexi aşkarlanıb:

    “Polis əməkdaşları obyektin fəaliyyətini dayandırıb. Sexin sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görülür”.







  • Bilgəhdəki “Köhnə qəbiristanlıq” dövlət tərəfindən qorunurmu? – RƏSMİ AÇIQLAMA

    Bakının Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqdakı təxminən 500 illik qəbirlər abidə kimi qeydiyyata alınıb.

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən qəbiristanlıq tarixi abidə kimi qeydiyyatdadır:

    “Bilgəh qəsəbəsində yerləşən “Köhnə qəbiristanlıq” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına arxeoloji abidə kimi salınıb”.

    Xatırladaq ki, Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqda təxminən 500 il əvvəl tikilmiş 50-yə yaxın qəbirin olması ilə bağlı məlumat vermişdik.

  • Yanacaqdoldurma məntəqəsində yanğın

    Ağcabədi rayonunda, yanacaqdoldurma məntəqəsinin ərazisində ümumi sahəsi 60 kvadrat metr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tikilinin qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • В Баку двое детей отравились бытовой химией

    За последние 10 суток в отделение токсикологии Клинического медицинского центра №1 (КМЦ) Баку обратились 24 человека с симптомами отравления.

    Об этом Oxu.Az сообщил глава отделения Азер Магсудов.

    “За указанный период в отделение токсикологии обратились два человека с признаками отравления уксусной кислотой, восемь – медикаментозного отравления, четыре – отравления угарным газом, а также шесть граждан с различными аллергическими реакциями.

    Четверым отравившимся угарным газом была оказана первая медицинская помощь, после чего их выписали домой, лечение остальных продолжается”, – сказал врач.

    Кроме того, отметил А.Магсудов, два человека – жители Имишлинского района и поселка Гюздек Абшеронского района – поступили в КМЦ после укуса змей.

    “Летальных исходов не зафиксировано”, – сказал он.

    Токсиколог также отметил, что с подозрением на отравление бытовой химией в отделение поступили двое детей.

    “После оказания необходимой медпомощи их отпустили домой”, – добавил А.Магсудов.

  • İki azyaşlı kimyəvi məhluldan zəhərlənib – AÇIQLAMA

    “Son 10 gün ərzində səkkiz nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib”.

    Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

    O bildirib ki, son 10 gün ərzində metil spirtindən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət daxil olmayıb:

    “Son 10 gün ərzində xəstəxananın Toksikologiya Şöbəsinə sirkə turşusu ilə zəhərlənən iki nəfər, müxtəlif dərman zəhərlənmələri ilə səkkiz nəfər, dəm qazından zəhərlənmə ilə dörd nəfər, allergik reaksiya ilə isə altı nəfər müraciət edib.

    Onlardan yalnız dəm qazından yüngül zəhərlənənlərə ilkin yardım göstərilib və evə buraxılıb. Digər şəxslərin müalicəsi xəstəxanada davam etdirilir.

    Bundan başqa, İmişli rayonundan və Güzdək qəsəbəsindən ilan sancması ilə bağlı iki nəfər müraciət edib. Müraciətlər arasında ölüm faktı qeydə alınmayıb”.

    A.Maqsudov onu da əlavə edib ki, məişətdə istifadə edilən kimyəvi məhlullardan zəhərlənmə şübhəsi ilə müraciət edən iki azyaşlıya isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 6 июня, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 6 850 597.

    Из них 3 351 249 человек вылечились, 398 244 – скончались.

    В Северной Америке зафиксирован самый высокий уровень заболеваемости вирусом (2 228 972 случая) среди континентов, в США (1 965 708) – среди стран.

    Соседняя Турция с 168 340 заболевшими занимает 10-е место, Иран с 167 156 инфицированными – 11-е.

    В Армении коронавирусом заразились 11 817 человек, в Грузии – 805.

    На данный момент в Азербайджане подтверждено 6 860 случаев коронавирусной инфекции, 3 871 человек выздоровел, 82 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 6 850 597 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan ölənlər 398 244, sağalanlar isə 3 351 249 nəfər təşkil edir.

    Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (2 228 972 nəfər), ölkə ABŞ-dır (1 965 708 nəfər).

    Virusa yoluxma sayına görə ölkələr arasında 10-cu sırada olan sərhəd qonşumuz Türkiyədə 168 340, 11-ci yerdə olan İranda isə 167 156 yoluxma müşahidə edilir.

    Ermənistanda koronavirus 11 817, Gürcüstanda isə 805 nəfərdə qeydə alınıb.

    Azərbaycanda koronavirus indiyə qədər 6860 nəfərdə aşkar olunub. 82 nəfər virusdan ölüb, 3871 nəfər sağalıb.

  • Azərbaycanda kişi keçmiş arvadını bıçaqladı

    Kürdəmir rayonunda kişi keçmiş arvadına bıçaq xəsarəti yetirib.

    “BakuPost” xəbər verir ki, hadisə rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsi, 47 ünvanında qeydə alınıb.
    Belə ki, Kürdəmir rayon sakini, 35 yaşlı Abdullayeva Gülarə Hacıqara qızı aralarında yaranan ailə münaqişəsi zəminində keçmiş əri Nəsirov Vasif Əhliman oğlu tərəfindən bıçaqlanıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Polis zorakılığına qarşı aksiyada hüquq mühafizəçisini yandırdılar – VİDEO

    Polis zorakılığına qarşı etiraz aksiyasında hüquq mühafizəçisinə od vurdular.

    RT Meksikada baş verən dəhşətli hadisənin görüntülərini yayımlayıb.

    Bildirilir ki, hadisə Qvadalaharda hüquq mühafizəçilərinin kobud davranışı nəticəsində həyatını itirən Covanni Lopesə görə keçirilən aksiyalar zamanı baş verib.

    İğtişaşlar zamanı şəhərdə həmçinin polis maşınları yandırılıb, binaların pəncərələri sındırılıb.