Month: June 2020

  • Bakıda park zəbt edilib, tikinti gedir… – Video

    Bakının Z.Bünyadov prospekti ilə A.Gəraybəyli küçələrinin kəsişməsində yerləşən keçmiş trolleybus parkının ərazisi işbazlar tərəfindən zəbt edilməkdədir.

    Axar.az-a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, 10 hektardan artıq sahəsi olan bu parkda 500-ə qədər şam ağacı var. Lakin Bakıda trolleybusların hərəkəti ləğv olunandan sonra parkın ərazisində müxtəlif müəssisələr, o cümlədən 20-yə qədər avtomobil yuma, maşın təmiri sexi, bir neçə dəmir qəbulu, xeyli sayda heyvan saxlama və kəsimi məntəqəsi fəaliyyətə başlayıb.

    Ətraf binalarda yaşayanlar maşın yuma səslərindən, heyvan saxlanan yerlərdən gələn pis qoxudan evdə otura bilmirlər. Sakinlər qeyd ediblər ki, ərazidə yeni tikililər əsasən gecə saatlarında aparılır və bu da onların qeyri-qanuni olmasına dəlalət edir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, burada görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyacaq park salınmasını dəfələrlə xahiş etdiklərini, lakin bir nəticə olmadığını deyiblər. Bildirilib ki, həmin ərazi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindədir, lakin nəzarət olmadığından işbazlar buranı ələ keçirmək üzrədirlər.

    Məsələ ilə bağlı saytımıza açıqlama verən Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov bildirib ki, sözügedən ərazi Nazirlər Kabinetinin 2013-cü ildə verdiyi müvafiq qərarla səfirliklərin və diplomatik korpusların yerləşdirilməsi üçün ayrılıb:

    “Ərazi dövlət torpağıdır və orada heç bir özəlləşdirmə aparıla bilməz. Tam olaraq dövlətin, Əmlak Məsələləri Dövlət Komitəsinin nəzarətindədir. Hazırda orada müəyyən hissə Gürcüstan səfirliyinə verilib və onlar da öz ərazisini hasarlayıblar. Orada hər hansısa qeyri-qanuni tikinti aparılması mümkün deyil. Qeyd etdiyim kimi, ora ölkəmizdə digər ölkələrin diplomatik korpuslarının və səfirliklərinin yerləşdirilməsi üçün dövlət tərəfindən ayrılmış bir ərazidir”.

  • Безлюдный Баку – ВИДЕО

    Из-за запрета на выход из дома на два дня Баку погрузился в тишину.

    Сотрудники Baku TV побывали в различных частях города, который стал безлюдным.

    Подробнее – в сюжете.

  • Səssiz və “kimsəsiz” Bakı – VİDEO

    Bakı iki gün ərzində səssiz və “kimsəsiz” olacaq.

    Buna səbəb isə həftəsonu küçəyə çıxmaq qadağasının tətbiq olunmasıdır.

    Baku.Tv əməkdaşları şəhərin müxtəlif yerlərində olublar. Vəziyyəti, şəhərdəki səssizliyi müşahidə ediblər.

    Ətraflı süjeti təqdim edirik:

  • Bakıda yol polisi yaralı qadına kömək etdi – VİDEO

    Bakıda polis əməkdaşları yaralı qadına kömək ediblər.

    Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

    Ərazidə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları yaralı qadına ilkin təcili yardım göstərməklə xəstəxanaya çatdırıblar.

    Məlumata görə, qadın mətbəxdə qab yuyarkən sınan şüşə onun qoluna batıb və damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onun qolunu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq, ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.

    Hazırda qadının vəziyyəti yaxşıdır.

  • Bakı polisindən vətəndaşlara qadağa xəbərdarlığı – VİDEO

    Bu gün ölkədə həftə sonu vətəndaşların küçəyə çıxması ilə bağlı tətbiq edilən qadağaların birinci günüdür.

    Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi qərara əsasən, həftə sonu insanların küçəyə çıxması qadağan olunub.

    Eyni zamanda, məhdudiyyətlərin tətbiq edildiyi iki gün ərzində iaşə obyektləri, ərzaq mağazaları, apteklər də daxil olmaqla heç bir müəssisənin fəaliyyətinə icazə verilməyib.

    Hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır.

    Paytaxt küçələrində polislər xidməti avtomobillər vasitəsilə elan verərək, vətəndaşları karantin rejimi çərçivəsində tətbiq olunan qaydalara əməl etməyə çağırır.

    Həmin görüntülər:

  • Sabahın hava PROQNOZU

    Ölkə ərazisində iyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə olacaq.

    İyunun 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə olacaq.

  • Bakı sakinlərinə XƏBƏRDARLIQ – FOTO

    İyun ayının 7-si səhər saatlarından etibarən paytaxtda dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.

    Bildirilib ki, şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt, eləcə də, yollarında növbəti dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.


  • Bakıda yolu təmir etmək əvəzinə, yamaq vurdular – RƏSMİ AÇIQLAMA + FOTO

    Sosial şəbəkə istifadəçiləri Sabunçu rayonunda küçənin təmir olunması ilə bağlı yayılmış fotoşəkli birmənalı qarşılamayıb.

    Paylaşılan kadrda yolun tam təmiri əvəzinə, müxtəlif hissələrinə yamaqların vurulduğu diqqətdən qaçmayıb.

    Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

    Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, yolun fotodakı kimi təmir olunmasında qeyri-adi heç nə yoxdur:

    “Əksinə, tam olaraq qayda-qanunla təmir işləri görülür. Yayılan şəkildəki yol asfalt örtüklü yoldur və müəyyən hissələrində xırda dağılmalar var. Həmin yerlərdə asfalt beton örtük sökülür və yeni asfalt-beton örtüklə əvəzlənir”.

    A.Nəcəfli yolların belə təmir edilməsi səbəbindən də danışıb:

    “Bu, ona görə edilir ki, həmin çat əmələ gəlmiş yerin sahəsi daha da böyüməsin. Bu cür cari təmir işləri aparılmasa, nəticədə, biz həmin işləri daha böyük sahələrdə görməli olacağıq.

    Bu fotonu yayan şəxs və ya şəxslər istəyirlər ki, bir-iki kvadrat metrlik ərazi əvəzinə, 10-20 kv.m-lik ərazi qaşınıb asfaltlansın? Bu cür yanaşma düzgün deyil. Görülən işləri məsxərəyə qoymaq olmaz. Elə olur ki, bir, on, yüz, hətta min kvadrat metrlik sahədə belə işlər görülür. Bu da yolda əmələ gəlmiş çat və dağılmaların qarşısını almaq üçündür”.

  • В первый день жесткого карантинного режима на дорогах выявлены нарушители

    С начала действия жесткого карантинного режима были выявлены и привлечены к ответственности нарушители.

    Об этом Oxu.Az сообщил начальник отдела по связям с общественностью Главного управления Государственной дорожной полиции Кямран Алиев.

    “В связи с ужесточением карантинного режима полиция работает в усиленном режиме на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана и Абшеронского района. Были выявлены случаи нарушения запрета покидать место жительства, а также предотвращены попытки водителей транспортных средств проехать полицейские посты, установленные на выезде из Баку”, – сказал он.

    Отметим, что в связи с ростом числа случаев инфицирования коронавирусом в Азербайджане с 00:00 6-го до 06:00 8 июня в Баку, Сумгайыте, Гяндже, Лянкяране и Абшеронском районе введен жесткий карантинный режим.

  • Bakıda icazəsiz küçəyə çıxan sürücülər saxlanıldı – RƏSMİ

    “Sərt karantin rejimi qüvvəyə mindiyi vaxtdan etibarən karantin qaydalarını pozan nəqliyyat vasitələri müəyyən olunub”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

    O bildirib ki, respublika ərazisində icazəsiz hərəkət edən avtomobillər müəyyən olunaraq, qanunvericilik normaları əsasında məsuliyyətə cəlb ediliblər:

    “Sərt karantin rejimi ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun polis naryadları gücləndirilmiş iş rejimində çalışır. İki günlük küçəyə çıxmaqla bağlı karantin rejiminin tələblərinin pozulması ilə yanaşı, sözügedən ərazilərdə giriş-çıxış postlarından keçməyə cəhd edən nəqliyyat vasitələri də aşkarlanıb.

    Həmin nəqliyyat vasitələri polis naryadları tərəfindən geri qaytarılıb. Karantin rejiminin tələblərini pozan hərəkət iştirakçıları ilə bağlı növbəti gün ərzində yekun məlumat veriləcək”.

    Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.