Month: June 2020

  • Azərbaycanda meyitdən gözün buynuz qişasının götürülməsinə icazə verilir

    Azərbaycanda meyit üzərində gözün buynuz qişası hər hansı bir icazə və vəsiyyət olmadan transplantasiya məqsədi ilə götürüləcək.

    Bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

    Layihəyə əsasən, gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilər.

    Qanun layihəsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

  • Задерживаются водители, нарушающие режим карантина – Главное управление полиции Баку (ФОТО,ВИДЕО)

    Сегодня с 00:00 вступило в силу постановление Оперативного штаба при Кабинете министров об ужесточении правил карантина в стране. За исключением сотрудников некоторых госструктур, деятельность которых разрешена, с ночных часов гражданам запрещено покидать места жительства и нахождения. Сотрудники госструктур, чья деятельность разрешена, могут передвигаться только на служебных автомобилях. Сотрудники органов внутренних дел ужесточили контроль за соблюдением правил с ночных часов, лица, перемещающиеся без разрешения, привлекается к ответственности.

    Как сообщил в субботу Trend начальник отдела по связям с общественностью Главного управления Государственной дорожной полиции, полковник полиции Кямран Алиев, с момента вступления в силу постановления Оперативного штаба сотрудники дорожной полиции задерживают на дорогах водителей, нарушивших требования режима карантина.

    “Были установлены передвигающиеся без разрешения автомобили. Процесс продолжается и сейчас. Полицейские наряды привлекают к ответственности водителей, нарушающих правила карантина. Подробная информация об участниках дорожного движения, нарушивших требования режима карантина, в течение суток будет представлена завтра”, – сказал Кямран Алиев.

    Он добавил, что наряду с нарушителями в Баку, Сумгайыте, Гяндже, Лянкяране и Абшеронском районе, также находятся лица, которые пытаются пересечь полицейские посты на въездах и выездах этих территорий.

    “Несмотря на запрет, некоторые участники движения пытались выехать в районы или въехать из регионов на вышеуказанные территории. Эти лица были задержаны полицейскими нарядами”, – добавил Кямран Алиев.




  • “AGBank” və “NBC Bank”dakı əmanətlər “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə qaytarılacaq

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir.

    “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

    Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilmişdir.

    “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcəkdir.

    Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

    “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

    16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

    15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

    Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

    Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcəkdir.

    Qorunan əmanətçilər hesabdan çıxarışları 10 iyun 2020-ci il tarixindən ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

    “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

  • ABŞ-da polislərə boğma fəndinin öyrədilməsi qadağan ediləcək

    ABŞ-ın Kaliforniya ştatında polislərə boğma fəndlərinin öyrədilməsinə qadağa qoyulacaq.

    Bu barədə ştatın qubernatoru Qevin Nyusom qərar qəbul edib.

    “Biz polislərə insanların həyatını təhlükəyə atan boğucu fəndlər öyrədirik. XXI əsrdə polisin təcrübəsində belə hərəkətlərə yer yoxdur”, – deyə Q.Nyusom qeyd edib.

    Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

    Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

    Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

  • Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb

    Andrey Şevçenko Ukrayna millisinin baş məşqçisi kimi fəaliyyətinə davam edəcək.

    TASS-ın məlumatına görə, mütəxəssislə imzalanmış müqavilənin müddəti uzadılıb.

    Bildirilir ki, Şevçenko Ukrayna Futbol Assosiasiyası ilə yeni 2,5 illik razılaşma imzalayıb.

    Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasını çalışdırır.

  • Bu gün Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb

    Son sutka ərzində Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb.

    Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

    Məlumatda bildirilir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.

    Bu gün həmçinin daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfər olub.

  • Marketlərdə çörək tapılmır – VİDEO

    Cəmi iki günlük evdə qalmaq qadağası, bəlkə də qorxusu vətəndaşları ciddi təşvişə salıb.

    Elə ona görə də marketlərdə, mağazalarda ciddi sıxlıq yaşanır. Piştaxtalar artıq boşdur. Çörək isə demək olar ki, tapılmır.

    Baku.tv əməkdaşları şəhərdəki marketlərdə müşahidələr aparıblar.

    Ətraflı videonu təqdim edirik.

  • Cahangir Əsgərov Prezidentə müraciət etdi

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov ölkə başçısına müraciət edib.

    Müraciətdə deyilir:

    “Möhtərəm cənab Prezident.

    Azərbaycan mülki aviasiyasına yüksək diqqət və daimi qayğı göstərdiyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Peşə bayramımız münasibətilə bir qrup mülki aviasiya işçisinin mükafatlandırılması barədə bu yaxınlarda imzaladığınız Sərəncam kollektivimiz tərəfindən yüksək minnətdarlıqla qarşılandı.

    Sizin adınız Azərbaycan mülki aviasiyasının ən yeni tarixinin ayrılmaz hissəsinə çevrilib. Bu illər ərzində həyata keçirilən qlobal dəyişikliklər Azərbaycan mülki aviasiyasını dünya hava daşımaları sahəsində yüksək səviyyəyə qaldırıb.

    Aviasiyaya göstərdiyiniz daimi qayğınız sayəsində ölkəmizin hava daşımaları sahəsi gələcəkdə də inkişaf edərək Azərbaycan iqtisadiyyatının çiçəklənməsini və müvəffəqiyyətini təmin edəcək. Sizin nümayiş etdirdiyiniz mənəvi və peşəkar xüsusiyyətlər Azərbaycan aviatorları üçün nümunədir.

    Möhtərəm cənab Prezident, mülki aviasiyanın inkişafı məqsədilə gördüyünüz tədbirlərə görə Azərbaycanın çoxminli aviator kollektivi adından və şəxsən öz adımdan Sizə səmimi və dərin minnətdarlığımı bildirir, çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycanın işıqlı gələcəyi naminə yeni nailiyyətlər arzu edirəm”.

  • Ay tutulması başladı

    2020-ci ilin ikinci Ay tutulması başlayıb.

    Oxu.Az-ın məlumatına görə, ikinci Ay tutulması iyunun 5-dən 6-na keçən gecəyə təsadüf edir.

    Bu, yarımkölgəli Ay tutulmasıdır.

    Tutulma hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayır və saat 01:04-də sona çatacaq.

    Tutulmanın maksimumu saat 23:26-da olacaq.

    Bu hadisə Azərbaycan ərazisindən də müşahidə olunur.

    Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş vermişdi.

  • Küləkli hava şəraiti koronavirusa yoluxmanı artıra bilər?

    Havanın küləkli keçməsi ortaya yeni bir sual çıxarıb: Hava şəraiti koronavirusa yoluxmanı artıra bilər?

    Bu sual AzTV-nin “Çıxışa doğru” verilişinin də mövzusu olub. Mövzu ilə əlaqədar Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov danışıb:

    “Virutik, yoluxucu xəstəliklərin xüsusiyyətlərinə baxdığımız zaman külək hava-damcı yolu ilə yayılan infeksiyaların artmasına səbəb ola biləcək bir ehtimaldır. İkinci bir tərəfdən, hamını maraqlandıran bir sual var ki, temperatur yüksəldikcə virutik xəstəliklərin, hər bir dərəcə temperaturun artması bəlli bir faiz virusun azalmasına səbəb olur. Bəlkə də, böyük bir şansımızdır ki, biz yay mövsümünə başlamışıq. Əgər biz yenidən alovlanma hadisəsini sentyabr, oktyabr aylarında yaşasaydıq, bu daha dəhşətli rəqəmlərlə – bugünkü 325-lər yerinə insanların ictimai və fərdi münasibətinə görə daha çətin bir vəziyyətlə üzləşə bilərdik. Yay, isti havalar bizi bir qədər qoruyur”.