Month: June 2020

  • Həftəsonu icazəsiz küçəyə çıxanlar nə qədər cərimələnəcək? – VİDEO

    Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar polis, əvvəlki kimi, gücləndirilmiş iş rejimində çalışacaq.

    Baku TV xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir.

    K.Əliyev bildirib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq:

    “İnzibati Xətalar Məcəlləsi”nin 211-ci maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilə bilər”.

  • Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür

    “Yaşadığımız mühitə birlikdə dəyər veririk, ətraf mühit gününü də birlikdə qeyd etməliyik. Bu gün ətraf mühitə qayğı ilə yanaşan, işimizə dəstək verən hər kəsin, o cümlədən, media təmsilçilərinin də əlamətdar günüdür, onlara da təbrik düşür”.

    5 iyun Beynəlxalq Ətraf Mühit Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın yaydığı açıqlamada belə deyilir.

    “Cəmiyyət, onun müxtəlif təbəqələrinin nümayəndələri, xüsusən ictimai fəallar, qeyri-hökumət təşkilatları, media təmsilçiləri təbiətə qarşı xeyirxah niyyətləri, nümunəvi vətəndaş məsuliyyətləri ilə bizim işimizi daha da asanlaşdırır.

    Etiraf edilməlidir ki, bu gün cəmiyyətimizdə ətraf mühitə münasibət dəyişib və bu, bizə ruh verir, addımlarımızı daim möhkəmləndirir.

    Çox sevindiricidir ki, artıq cəmiyyətimizdə “evimin bir küncü” bizi əhatə edən ətraf mühit, planetin bir guşəsi, hamımızın ocağı anlamında qəbul edilir. Evimizdən uzaqda da olsa, təbiətdə baş verən hər hansı dəyişiklik, ətraf mühitə mənfi təsir, laqeyd münasibət bu gün böyük əksəriyyətimizin narahatlığı, sərt reaksiyası ilə qarşılanır, təbiətimiz-evimiz kimi qəbul olunur.

    Sevindiricidir ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir.

    Deyə bilərik ki, bunlar bütün dünyada, o cümlədən Azərbaycanda da ətraf mühitin mühafizəsinə diqqətin daha da artırılması fonunda aparılan maarifləndirmə işlərinin, təbliğat tədbirlərinin, ağac əkilməsinin ümumxalq kampaniyasına çevrilməsi kimi kütləvilik ənənələrinin davamlı prosesi sayəsində baş verir.

    Bu işdə isə cəmiyyətin bütün təbəqələri ilə birgə əsas aparıcı qüvvə media orqanları, ayrı-ayrı jurnalistlər, ictimai fəallar, bloqerlər və qeyri-hökumət təşkilatlarıdır.

    Hamımızı birləşdirən dəyərləri qoruduğunuz və qoruduğumuz üçün 5 iyun Beynəlxalq Ətraf Mühit Günümüzü təbrik edirik!”

  • Минобразования: От сдачи госэкзамена освобождены более 40 000 студентов

    Министерство образования Азербайджана обратилось к студентам в связи с летней экзаменационной сессией.

    Как сообщили в ведомстве, есть решения Кабмина и Минобразования, принятые на основании предложений, поступивших от вузов и средних специальных учебных заведений в связи с проведением летней экзаменационной сессии. Полная ее отмена была бы несправедливостью по отношению к десяткам тысяч студентов, участвовавших все это время в дистанционном обучении, и их педагогам. Это также может создать препятствия для получения стипендии в следующем семестре и привести к другим нежелательным последствиям.

    В то же время более 40 000 студентов выпускного курса освобождены от сдачи госэкзамена (на основании предыдущих академических показателей).

    “Принято решение провести в августе-сентябре для тех, кто не смог принять участие в дистанционном обучении, очные бесплатные обобщающие лекции. Для этого студенты должны обратиться в свои учебные заведения.

    В то же время Министерство образование будет следить за оперативным рассмотрением жалоб в связи с сессией”, – говорится в сообщении.

  • Təhsil Nazirliyi: “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

    Təhsil Nazirliyi yay sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb, həll edilməsinə bilavasitə nəzarət edəcək.

    Nazirlikdən verilən məlumata görə, yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələri tərəfindən daxil olmuş təkliflər əsasında Nazirlər Kabinetinin və Təhsil Nazirliyin qərarları var.

    İmtahan sessiyasının tamamilə ləğv edilməsi bu dövr ərzində məsafədən tədrisdə iştirak edən on minlərlə tələbəyə və onlara dərs deyən müəllimlərə münasibətdə əsassız və haqsız, habelə qazanılmış kreditlərin tanınmasına, növbəti semestr tələbələrin təqaüd almasına maneə törədə və onların xeyrinə olmayacaq digər nəticələrə səbəb ola bilər.

    Bununla belə, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə). Sessiyada iştirak etməyə hazır olan, mart-aprel ayından başlayaraq təşkil edilmiş məsafədən tədrisə qoşulmuş 100 mindən artıq tələbə ilə yanaşı bu prosesdə iştirak edə bilməyənlər də var və bu da nəzərə alınır.

    Məhz bu məqsədlə verdiyimiz qərarda da bu tələbələr üçün avqust-sentyabr aylarında əyani və ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq. Bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidirlər.

  • Bərbərxanalar və gözəllik salonları onlayn növbə rejiminə keçməlidir – VİDEO

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bərbərxanalarda və gözəllik salonlarında onlayn növbə sisteminin yaradılmasını tövsiyə edir.

    Hesab edilir ki, məhz bu yolla insanların kütləvi toplaşmasının, salonlarda, bərbərxanalarda saatlarla növbə gözləməsinin qarşısı alına bilər.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

  • Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi – VİDEO

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb, heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək, qidaya yararsız, ölü at və iribuynuzlu mal ətlərinin satışı ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

    Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanılması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə o, İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq, özünə məxsus olan Biləsuvar rayonunun Çaylı kəndində yerləşən fermada toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib.

    Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları tərəfindən Mirzə Abbasova məxsus Biləsuvar rayonu Çaylı kəndi yaxınlığında yerləşən fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan dörd ton mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

    Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanılıb. Mirzə Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digərləri isə istintaqa cəlb olunublar.

    Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin, həmçinin, Mirzə Abbasovun yararsız ətləri satdığı ictimai iaşə obyektlərinin sahiblərinin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Стала известна дата очередного заседания Милли Меджлиса

    Следующее заседание внеочередной сессии Милли Меджлиса (парламента) Азербайджана состоится 12 июня.

    Об этом сказала 5 июня спикер ММ Сахиба Гафарова.

  • Milli Məclisin növbəti iclasının vaxtı bilindi

    Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb.

    Bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova məlumat verib.

    O bildirib ki, Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 12-də keçiriləcək.

  • Azərbaycanda çimərliklərin istifadəsi ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

    Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edib.

    Xəbərdarlıqda bildirilib:

    “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 4 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün göstərilən ərazilərdə yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək tərk etməsi qadağan edilib:

    “Yuxarıda qeyd olunanları, habelə son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan vətəndaşların göstərilən tarixlərdə evdə qalmaları bildirilir. Eyni zamanda, vətəndaşların çimərlikdən istifadə məqsədilə yaşayış və ya olduğu yerləri tərk etmələri qəti şəkildə qadağan olunur.

    Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”.

  • Komitə sədri aliment ödəməyənlərin saxlanılmasını təklif edir

    Milli Məclisin iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova alimenti ödəməyənlərlə bağlı məsələ qaldırıb.

    H.Hüseynova “Məhkəmə-Hüquq Şurası” haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, bəzən aliment ödəməyən şəxslər barədə tədbirlər görülmür.

    Deputat qeyd edib ki, alimenti ödəməyən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalıdır.

    “Təklif edirəm ki, alimenti ödəməyənlər axtarışa verilsin, saxlanılsın və barələrində tədbirlər görülsün”, – deyə H.Hüseynova əlavə edib.
    //oxu.az