Month: June 2020

  • Президент Ильхам Алиев выделил средства на строительство дороги в Агджабединском районе

    Президент Азербайджана Ильхам Алиев 4 июня подписал распоряжение о дополнительных мерах по строительству автомобильной дороги Мингячевир – станция Мингячевир – Бахрамтепе (109 км) – Авшар – Салманбейли – Ашагы Авшар – Ходжавенд.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, в целях строительства автомобильной дороги Мингячевир – станция Мингячевир – Бахрамтепе (109 км) – Авшар – Салманбейли – Ашагы Авшар – Ходжавенд, соединяющей четыре населенных пункта с численностью населения 14 000 человек, из резервного фонда Президента АР, предусмотренного в госбюджете на 2020 год, Государственному агентству автомобильных дорог Азербайджана первоначально выделяется 5 000 000 манатов.

  • İlham Əliyev yol tikintisinə vəsait ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC xəbər verir.

    Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq beş milyon manat ayrılıb.

  • В Загатале уничтожили свыше двух тонн дикорастущей конопли – ФОТО

    Сотрудники Загатальского районного управления полиции обнаружили и уничтожили на территории села Енгиян 5 348 кустов дикорастущей конопли общим весом 2 т 640 кг.

    Об этом сообщает шекинская региональная группа пресс-службы МВД.

  • Zaqatalada 2,6 ton çətənə kolu məhv edildi – FOTO

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək, məhvi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 2 ton 640 kiloqram olan 5348 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • Deputat fəaliyyətinə dair hesabat verdi: “1815 ünvanda olmuşuq”

    “May ayında dairəmizin sakinləri tərəfindən 456 müraciət qəbul etmişik. Bu müraciətlərin 448-i şifahi və əsas etibarilə pandemiya ilə əlaqədar karantin rejiminin məhdudiyyətləri ilə bağlı olub. Seçicilərimizin müraciətlərinin böyük əksəriyyəti təmin olunub”.

    Bunu Qafqazinfo-ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

    Millət vəkilinin sözlərinə görə, altıncı çağırış Milli Məclisin fəaliyyəti qlobal pandemiya dövrünə təsadüf edib və bu, bütövlükdə dövlət kimi, qanunverici orqan üçün də bir çağırış olub.

    “Bir tərəfdən qanunvericilik fəaliyyətimiz pandemiyanın törətdiyi çətinliklərin aradan qaldırılması, milli sahibkarlığın dirçəldilməsi və karantin rejimindən əziyyət çəkən vətəndaşlarımızın rifah halının yüksəldilməsi məqsədilə iqtisadiyyatla bağlı qanunlarda dəyişikliklərə və yumşaldılmalara həsr olundu. Digər tərəfdən, bu məhdudlaşdırıcı rejim millət vəkilləri üçün əlavə stimul yaratdı ki, seçicilərin problemlərinin daha operativ həlli üçün icra strukturları ilə birgə sıx fəaliyyətdə olsunlar”, – deyə E.Allahverdiyev bildirib.

    Deputat deyib ki, sərt karantin rejimi tətbiq olunan ilk gündən könüllülər komandası ilə dairə üzrə ehtiyacı olan, ahıl, fiziki məhdudiyyətli, şəhid və qazi ailələrinə ərzaq və gigiyenik məhsullardan ibarət yardım kampaniyasına başlayıblar. İki ay yarım ərzində 17 saylı Yasamal üçüncü seçki dairəsinin hüdudlarında yaşayan yüzlərlə ailəyə yardım çatdırılıb:

    “Mart ayının ortalarından etibarən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə yardım kampaniyasına başladıq. İlk olaraq dairə daxilindəki MİS-lərdə qeydiyyatdan keçmiş imkansız ailələrin siyahısını aldıq. Detallara vararaq deyə bilərəm ki, təqribən 120-130 nəfərlik siyahı ilə başladıq. Kampaniyamızın son günü Ramazan bayramına təsadüf etdi və həmin gün könüllülərimiz sayca 1815-ci ailədə oldular. Bu ünvanların hamısını könüllülərimiz və YAP Yasamal təşkilatının gəncləri küçə-küçə, ev-ev gəzib qeydə alıblar. Yəni konkret ünvana yardım aparılmamışdan əvvəl bizim burada yaşayan sakin və ya ailə barədə təfərrüatlı məlumatımız olub”.

    E.Allahverdiyev deyib ki, yardım kampaniyası zamanı Yasamal Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin yaxın dəstəyini görüblər.

    Deputatın sözlərinə görə, seçicilərin müraciətlərinin bir qismi mərkəzi və yerli icra orqanlarına yönəldilib, onlardan həll olunanı da var, icraatda olanı da.

    “Məsələn, pandemiya dövrü ilə əlaqədar olmayan infrastruktur problemi xarakterli müraciətlər olunub. Xeyli müddətdir Zülfi Adıgözəlov və Nabat Aşurbəyova küçələrinin işıqlandırmasında problem mövcud idi və bizə çoxsaylı müraciətlər edilirdi. Vəziyyəti Yasamal İH və “Azərişıq” ASC ilə dəyərləndirdik və bu küçələrə yeni işıqlandırma sistemi çəkildi”, – deyən E.Allahverdiyevin sözlərinə görə, dairədə icra orqanları ilə çox pozitiv işgüzar əməkdaşlıq aurası formalaşıb. Bəzi həyətlərdə və küçələrin yollarında asfalt örtüyü ilə problemin həllinə nail olunub. Müraciətlərə çox operativ reaksiya verilib:

    “Elə hallar da var ki, problemi sakinlərlə birgə özümüz həll etmişik. Məsələn, illərlə yığılıb qalmış tullantı sahəsini sakinlər və könüllülərimiz təmizləyib. Məncə, bu çox yaxşı bir təcrübədir.

    Biz təşəbbüs göstərdik, sakinlər bizi dəstəklədi. Fikrimcə, pandemiya dövrünün əsas şüarı olan “Biz birlikdə güclüyük” sözlərini gündəlik həyatımızın və fəaliyyətimizin hər anı üçün aktual etsək, bir çox çətinliklərin həllinə nail ola bilərik. Hər şey öz əlimizdədir”.

  • Заразившийся коронавирусом спортсмен: У меня синдром “матового стекла” – ФОТО

    Азербайджанский спортсмен, трехкратный чемпион мира и Европы по пауэрлифтингу Байрам Алиев рассказал о заражении коронавирусом.

    “Сдал анализы 20 мая. В этот день результат теста оказался положительным. Меня отвезли в Деревню атлетов, где я находился на карантине в течение 10 дней. Второй тест на COVID-19 оказался отрицательным. Поэтому меня выписали домой. Я сделал рентген. В легких был обнаружен синдром “матового стекла”, я не мог дышать.

    Пришлось вновь вызвать скорую помощь. Меня привезли в Клинический медицинский центр №1, где я повторно сдал анализы. Результат снова оказался положительным. Я нахожусь здесь уже несколько дней. Меня подключили к аппарату искусственной вентиляции легких”, – рассказал Oxu.Az Б.Алиев.

    Задыхаясь, спортсмен, который также по совместительству является сотрудником Главного таможенного управления Баку, попытался донести свои мысли.

    “Если я не умру, то лечение продолжится еще 10-15 дней. Наверное, после этого я вновь сдам тест. Не могу сказать точно, где и от кого я “подцепил” этот вирус. Все может быть. Не хочу клеветать на кого-то. В Госкомтаможни результаты тестов оказались положительными не только у меня, но и у многих сотрудников. Все они проходят лечение. Слава Богу, умерших среди них нет”, – сказал спортсмен.

    Заслуженный мастер спорта посетовал, что население не верит в коронавирус, и призвал людей отнестись к этому серьезнее.

    “В этой новости прошу вас разместить мои фото, на которых видно, что я не наркоман, а профессиональный спортсмен. До сих пор я никогда не жаловался на легкие. Если я заразился, то и обычные граждане могут. Поэтому берегите себя и свою семью. Я тоже не верил в коронавирус. После инфицирования осознал, насколько это серьезно”, – сказал Б.Алиев.

  • Koronavirusa yoluxmuş idmançımız danışdı: “Ağciyərimdə kristal şüşə görüntüsü var” – FOTO

    “Mayın 20-də analiz verdim. Həmin gün testin nəticəsi pozitiv çıxdı. Məni Atletlər Kəndinə apardılar. 10 gün orada karantində qaldım. Sonra verdiyim testin nəticəsi neqativ çıxdığı üçün evə buraxıldım və rentgendən keçdim. Ağciyərimdə “kristal şüşə” görüntüsü var. Nəfəs ala bilmirəm.

    Yenidən təcili yardıma zəng vurdum. Məni 1 saylı Kliniki Tibbi Mərkəzə gətirdilər. Təkrar analiz verdim, cavab pozitiv çıxdı. Hazırda Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunuram. Bir neçə gündür buradayam, dəqiq yadımda deyil. Məni süni nəfəs aparatına qoşublar”.

    Bunu Oxu.Az-a koronavirusa yoluxmuş pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyev deyib.

    Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru, pauerliftinqin benç-press növündə yarışan idmançının testinin nəticələri pozitiv çıxıb. O, təngnəfəs halda bizə fikirlərini çatdırmağa çalışdı:

    “Ölməsəm, 10-15 gün müalicə olunmalıyam. Yəqin ki, bundan sonra yenidən testdən keçiriləcəm.

    Nədən, kimdən mənə virusun yoluxduğunu deyə bilmərəm. Hər şey ola bilər. Kiməsə şər ata bilmərəm. Dövlət Gömrük Komitəsində tək məndə deyil, bir çox işçidə testin nəticəsi pozitiv çıxıb. Hamısı müalicə olunur. Şükürlər olsun ki, əməkdaşlarımızdan dünyasını dəyişən yoxdur”.

    Əməkdar idman ustası olan B.Əliyev onu da bildirib ki, əhali koronavirusa inanmır. O, insanları bu xəstəliyə ciddi yanaşmağa çağırıb:

    “Yazıya mənim idmançı şəkilimi qoyun. İnsanlar görsünlər ki, mən nəşə çəkən deyiləm, idmançıyam. 2003-cü ildən peşəkar idmandayam. İndiyədək ağciyərimdə heç bir xəstəlik olmayıb. Mən koronavirusa yoluxdumsa, adi vətəndaşlar da bu xəstəliyə tutula bilər. Ona görə də özünüzü və ailənizi qoruyun. Mən də koronavirusa inanmırdım. Amma özüm yoluxandan sonra gördüm ki, çox ciddi xəstəlikdir”.

  • В Азербайджане для проведения онлайн-экзаменов создано специальное программное обеспечение

    Для проведения онлайн-экзаменов специалистами Государственного экзаменационного центра (ГЭЦ) Азербайджана разработано специальное программное обеспечение (ПО) ProctorDİM.

    Как говорится в сообщении ГЭЦ, участники могут сформировать навыки сдачи онлайн-экзаменов, а также проверить умение пользоваться программой.

    С целью тестирования ПО подготовлена пробная версия экзамена по азербайджанскому языку для учащихся 11-х классов, обучение которых проводится не на государственном языке.

    Желающие принять участие в испытательном онлайн-экзамене должны пройти регистрацию на странице ГЭЦ в “Личном кабинете” по ссылке https://eservices.dim.gov.az/elimt/BurSinaq.

    Участие в экзамене бесплатное. Регистрация проводится 4 июня, с 11:30 до 17:00.

    Для участия в испытательном онлайн-экзамене пользователь должен скачать и установить программу ProctorDİM на свой компьютер (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

    Ознакомиться с необходимыми требованиями можно по ссылке https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements.

  • XI sinif şagirdlərinin onlayn Azərbaycan dili imtahanının sınaq versiyası hazırlandı

    Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün hazırlanan “ProctorDİM” adlı xüsusi proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb.

    DİM-dən verilən məlumata görə, onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

    İmtahanda iştirak ödənişsizdir.

    Qeydiyyat 4 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla üç seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır.

    Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi “ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

    Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış olmaq mümkündür (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).

  • Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq” – ÖZƏL

    “11 gündür M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunuram. İki dəfə koronavirusla bağlı analiz götürülüb. İlk gündə və bu gün verdiyim testin nəticələri neqativ çıxıb. Ağciyərlərimdə sətəlcəm aşkarlandığı üçün dərmanlar qəbul edirəm, təkrar rentgendən keçəcəyəm. Sağlamlığımda heç bir problem aşkar edilməsə, yaxın 3-4 gün ərzində evə buraxılacağam”.

    Bu sözləri Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

    Sənətçi xəstəxanaya düşdüyü ilk günlərdə yaşadıqlarını belə nəql edib:

    “Bir gün reanimasiyada oldum. Elə bildim ki, nəfəsim bir daha geri qayıtmayacaq. Bu təhlükəli və acınacaqlı anı yaşadım. Şəkərim 60 vahidə düşdü. Bir tərəfdən şəkərim, bir tərəfdən də ürəyimdəki problemlər… Xəstəliklərim birdən-birə baş qaldırdı. Xəstəxanada yoluxanların əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Burada vəziyyət həqiqətən ciddidir.

    Ailəmlə görüşə bilməsəm də, onlarla mütəmadi telefonla əlaqə qururam. Şükürlər olsun ki, onlardan götürülən test nümunələrinin nəticələri də mənfi çıxıb”.

    S.Əliyev xüsusilə gənclərin virusa laqeyd yanaşdıqlarını, onların potensial daşıcıya çevrilərək, təhlükə saçdığını söyləyib.

    “Palatalar koronaviruslu xəstələrlə tam doludur. Hətta ötən gün koronavirusa yoluxmuş xəstələri klinikaya qəbul etmədilər. Çünki boş yer yoxdur. Vəziyyət olduqca gərgin və ciddidir.

    Redaksiyanız vasitəsi ilə üzümü gənclərə tutub deyirəm ki, siz yaşlı insanları özünüz də bilmədən yoluxdura bilərsiniz. Cavanların immun sistemi güclüdür. Zənn edirlər ki, belə olduğu təqdirdə koronavirusa yoluxa bilməzlər. Lakin bu, doğru düşüncə deyil. Koronavirusa yoluxaraq, xəstəliyin daşıyıcısına çevrilirsən. Hansısa xəstəlikdən əziyyət çəkən bir şəxsin yanında olub, təmasa girsən, bilmədən onu da yoluxduracaqsan. Bu kimi xırda, lakin olduqca vacib məsələləri gənclər dərk etməlidir.

    İnsanlar buna laqeyd yanaşırlar. Elə bilirlər ki, koronavirus yoxdur. Amma xəstəxanadakı vəziyyətin necə ağır olduğunu görsələr, bəlkə onda baş verənləri doğru anlayarlar. Burada körpə övladlarını üç aydır ki, görməyən həkimlər var.

    Yoluxmanın sayının artığını görən həkimlərin vəziyyəti daha da gərginləşir. Onların tək istəyi xəstəliyin bitməsi və yenidən ailələrinə qovuşmaqdır.

    Operativ qərargahın son addımını alqışlayıb, yüksək qiymətləndirirəm. Türkiyə kimi böyük dövlət bayram günlərində üç günlük ciddi karantin rejimini tətbiq etdi. Ölkəmizdə də bu cür qərarın verilməsi doğrudur”.