Month: June 2020

  • В Азербайджане оглашаются последние данные по COVID-19 – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров проводит 4 июня очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвуют председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы, завотделом TƏBİB Ягут Гараева и глава представительства Всемирной организации здравоохранения (ВОЗ) в Азербайджане Ханде Харманджи.

    На брифинге обсуждается ситуация после очередного ужесточения карантинного режима.

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, qurumun şöbə müdiri Yaqut Qarayeva, ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı iştirak edirlər.

    Konfransda ölkədə tətbiq edilən karantin rejiminin yenidən uzadılmasından sonra koronavirusla bağlı bir sıra məsələlər barədə müzakirələr aparılır.

  • DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA

    “Vətəndaşlar polisə deyil, karantin qaydalarını pozan şəxslərə dəstək olurlar”.

    Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində metronun “Qara Qarayev” stansiyasında polis əməkdaşları ilə sərnişinlər arasında yaşanan mübahisəyə münasibət bildirərkən deyib.

    O qeyd edib ki, son günlər sosial şəbəkədə polis əməkdaşının metro stansiyasında karantin qaydasını pozan şəxsə irad bildirməsinə vətəndaşlar kəskin reaksiya veriblər:

    “Bu məsələdə ictimaiyyətin münasibəti qəbuledilməzdir. Əslində, həmin şəxsin ətrafındakı vətəndaşlar polisə dəstək olmalı idilər. Çünki pandemiya dövründə ön cəbhədə duran həkimlər, polislər bunu özləri üçün deyil, vətəndaşlar üçün edirlər. Çox təəssüf edirəm ki, insanlar bir-birinə bu qaydalara riayət edilməsinin məcburiliyini izah etmirlər”.

  • Operativ Qərargah: Xüsusi karantin rejimini pozanlar inzibati və cinayət məsuliyyəti daşıyır

    Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

    Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

    “Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq”, – məlumatda bildirilib.

  • Evdən çıxmaq istəyənlər belə icazə alacaq

    Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib.

    Bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

  • Yalnız bu işçilərə küçəyə çıxmağa icazə veriləcək

    Xəbər verdiyimiz kimi, Azərbaycanda həftə sonları sərt karantin rejimi tətbiq ediləcək.

    Median.Az 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlərin siyahısını təqdim edir:

    xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

    sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

    kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

    elektrik enerjisinin istehsalı və təchizatı;

    meliorasiya və su təsərrüfatı;

    rabitə xidmətləri;

    teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

    dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

    boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

    fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

    neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

    fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

    Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

  • Həftəsonu metro və avtobuslar işləməyəcək

    Xəbər verdiyimiz kimi, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərt karantin elan olunub.

    Qərara əsasən, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.

    Burada xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır.

  • Türkiyədə 6 azərbaycanlı koronavirusdan dünyasını dəyişib

    Azərbaycanın Türkiyədəki səfirindən sərhədlərin açılması ilə bağlı açıqlama

    REAL TV-yə danışan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “COVİD-19”a yoluxan və bu virusdan dünyasını dəyişən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayıb. Səfir bildirib ki, bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə 6-a çatıb.

    REAL TV-yə danışan səfir, sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

    “Türkiyə və Azərbaycan qardaş dövlətlərdilər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər. Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var. Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var… Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur “.

  • Sürücülərin DİQQƏTİNƏ! Parklanmalara görə heç kimə pul verməyin – VİDEO

    Bakıda nəqliyyat vasitəsi olan sürücülər parklanmalara görə heç bir şəxsə ödəniş etməməlidir.

    Bu barədə İTV-nin hazırladığı süjetdə bəhs olunur.

    Paytaxtda gizli və qanunsuz fəaliyyət göstərən parklanmalar sürücülərdə ciddi narazılıq yaradıb.

    Qeyd edək ki, küçə parklanmasına görə tariflər hələ müəyyənləşməyib. Belə olan vəziyyətdə sürücülərdən pul tələb olunması tam qanunsuzdur.

  • “İnsanların bölgələrə gedib istirahət etməsi mümkün olmayacaq”

    “Bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi, təəssüf ki, mümkün olmayacaq. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər”.

    Bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev Musavat.com-a müsahibəsində deyib.

    İnfeksionist bildirib ki, hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz:

    “İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin?”