Month: June 2020

  • В Турции от COVID-19 скончались шесть азербайджанцев

    На данный момент число граждан Азербайджана, инфицированных коронавирусом в Турции, превысило 20, шесть соотечественников скончались.

    Об этом в эфире REAL TV сказал азербайджанский посол в Анкаре Хазар Ибрагим.

    Дипломат также уточнил информацию о возможности возобновления авиасообщения между Турцией и Азербайджаном.

    “Турецкая и азербайджанская стороны работают над тем, чтобы создать как можно более благоприятные условия для передвижения наших граждан. Естественно, здесь есть разные факторы, которые учитываются и в Азербайджане, и в Турции, а именно: условия карантина, число заболевших. В настоящее время нет решения об открытии границ”, – сказал Х.Ибрагим.

  • Türkiyədə altı azərbaycanlı koronavirusdan öldü – RƏSMİ

    “Bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə altıya çatıb”.

    Bunu REAL TV-yə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim COVID-19-a yoluxan və bu virusdan ölən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayarkən deyib.

    Səfir sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

    “Türkiyə və Azərbaycan qardaş dövlətlərdirlər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər.

    Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var.

    Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var. Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur”.

  • Azərbaycanda qadının müəmmalı qətli: Qardaş öldürdü, ata boynuna götürdü – YENİLƏNİB

    Daşkəsən rayonunda qardaşı qadını odunla öldürüb.

    Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Elgün Abbasovanın qardaşı Elvin Abbasovun namus üstündə bacısını öldürdüyü bildirilir.

    Qızın atası Elşad Abbasov cinayəti öz üzərinə götürməyə cəhd edib.

    Hazırda araşdırma aparılır, hər ikisinin izahatı alınır.

    ***

    Daşkəsən rayonunda qadın öldürülüb.

    Report-un xəbərinə görə, rayonun Əhmədli kəndinin sakini Elgün Abbasova qətlə yetirilib.

    Qadının atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib.

    Qadının qardaşı Elvin Abbasov isə bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Cinayət işi ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

  • DİN-dən İmişlidə baş verən insidentlə bağlı AÇIQLAMA – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunun Hacalmuradlı kəndində örüş sahəsində ötən gün baş verən insidentlə bağlı məsələyə aydınlıq gətirib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayonunun Hacalmuradlı kəndindən olan bir qrup şəxs örüş sahəsinin digər sakin tərəfindən zəbt edilməsinə etiraz olaraq toplaşıb:

    “Bu zaman tərəflər arasında insident baş verib, iki kənd sakini bir-birinə xəsarət yetirib. İnsidentlə əlaqədar İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kənd ərazisinə gəlib. İctimai asayiş qaydalarını pozan iki kənd sakini – F.Əbişov və İ.Həsənov saxlanılaraq, Polis Şöbəsinə gətirilib”.

    “Saxlanılan şəxslər barəsində İmişli RPŞ-də qanunamüvafiq tədbirlər görülüb, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

  • Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

    Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu “BP Exploration (Shah Deniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

    Report xəbər verir ki, bu barədə “BP Azerbaijan” və SOCAR-ın birgə məlumatında bildirilib.

    Məlumata görə, bu, martın 20-də baş tutub.

    Cənubi Qafqaz Boru Kəməri Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir.

    Texniki operatorluğun SOCAR-a keçməsi, “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış “Düzəliş Edilmiş və Yenilənmiş Boru Xətti Sahiblərinin Müqaviləsinə” uyğun olaraq həyata keçirilib. Müqavilədə CQBKG-nin tikintisinin başa çatmasının birinci ildönümündə SOCAR-ın CQBK-nın texniki operatoru olması nəzərdə tutulub.

    Bildirilib ki, texniki operatorluğun ötürülməsi Azərbaycanda və Gürcüstanda CQBK-yə aid bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə BP şirkəti ümumi operator qismində davam etdirəcək:

    “Səngəçal terminalının, BTC-nin və Qərb İxrac Boru Kəmərinin (QİBK) operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu BP şirkəti icra edəcək.

    Texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və BP 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər”.

    SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, 2015-ci ildən bəri şirkət Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatorudur və kəmərin bütün kommersiya əməliyyatları yüksək səviyyədə həyata keçirilib:

    “İndi isə SOCAR boru xətti sahiblərinin müqaviləsində nəzərdə tutulduğu kimi, kəmərin texniki operatorluğunu da öz üzərinə götürür.

    Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarı kimi biz kəmərin texniki təhlükəsizlik göstəricilərindən daim məmnun olmuşuq, bu göstəricilər bizim sənayemizdə ən yüksəklər sırasındadır. BP şirkətinə çox yaxşı tərəfdaşlığına və operatorluğuna görə təşəkkür edirik. Kəmərin yeni texniki operatoru kimi biz boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcəyik”.

    BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz SOCAR-ın CQBK-nin yeni texniki operatoru olmasını məmnuniyyətlə qarşıladıqlarını bildirib.

    “Şahdənizin və CQBK-nin ən iri payçısı kimi biz boru kəmərinin təhlükəsiz və etibarlı istismarının davamlı olmasını təmin etmək üçün SOCAR-la birgə işləməkdə davam edəcəyik.

    Düşünürük ki, layihələrin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində SOCAR-ın böyük təcrübəsi var. SOCAR bunu TANAP-ın dörd illik uğurlu tikintisi və onun ardınca təhlükəsiz istismarı zamanı nümayiş etdirib. Bundan əlavə, SOCAR artıq beş ildir ki, çox səmərəli şəkildə CQBK-nin kommersiya operatoru qismində çıxış edir. Biz keçid mərhələsinin təhlükəsiz qaydada və ümumilikdə, qazın nəqli əməliyyatlarına heç bir təsir yaratmadan tamamlanmasını təmin etmək üçün planlaşdırılmış dəyişikliklərin idarə olunması prosesində SOCAR-a dəstək olacağıq.

    Bütün ixrac sisteminin mükəmməl təhlükəsizlik göstəricilərinə nail olmasında əməkdaşlarımızın və işçi qüvvəmizin əzmkarlığı və fədakarlığı mühüm rol oynayıb, biz onlarla qürur duyuruq. Əminik ki, operatorluğun ötürülməsi ilə əməliyyatların təhlükəsizliyinə eyni dərəcədə yüksək diqqət və əməkdaşların iş icrasının eyni dərəcədə yüksək keyfiyyəti davam edəcək”.

    Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin səhmdarları bunlardır: BP (28,8%), TPAO (19%), SOCAR (10%), Cənub Qaz Dəhlizi (6.7%), “Petronas”(15,5%), “LUKoil” (10%), “Nico” (10%).

    CQBK dünya səviyyəli boru kəməri sistemidir və 2006-cı ildən təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına qaz nəql edir. CQBK sistemi Türkiyəyə (ildə 6 mlrd. kubmetr) və Avropaya (ildə 10 mlrd kubmetr) “Şahdəniz-2” həcmlərinin ixrac edilməsi üçün genişləndirilib.

    Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb.

    2020-ci ildən başlayaraq bu kəmər, ilk dəfə olaraq “Şahdəniz” qazının Avropaya ixrac edilməsinə imkan yaradacaq.

    2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 milyon kubmetr qaz təşkil edirdi.

    CQBK ixrac sistemi Azərbaycanda 443 km boru kəmərindən və Gürcüstanda 248 km boru kəmərindən ibarətdir. Sistemə, həmçinin, Səngəçal terminalında iki kompressor, Gürcüstanda iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.

  • Vergi və sosial qanunvericiliyə edilən əsas dəyişikliklər şərh edildi – VİDEO

    Prezident İlham Əliyevin fərmanları ilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda dəyişikliklər təsdiq edilib. Bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

    Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.

    Median.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib.

    Ə.Quliyev bildirib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər müvəqqəti vergi rejiminin tətbiqini və pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmaları nəzərdə tutur:

    “Belə ki, qanun 1 yanvar 2020-ci ildən etibarən tətbiq olunmağa başlanılıb və ilin sonuna qədər qüvvədə olacaq.

    Qanunda müvəqqəti vergi rejiminin tətbiq edildiyi və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri dəqiq göstərilib.

    Bu siyahıya, əsasən, ictimai iaşə fəaliyyəti, sərnişin daşımaları sahəsi, mehmanxanalar və bu tipli obyektlərin fəaliyyəti, turoperatorlar, turagentlər, sifarişlər üzrə malların çatdırılması xidmətlərinin göstərilməsi, tədris kursları, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, idman və sağlamlıq mərkəzləri, istirahət və əyləncə, kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, eyni zamanda Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən fəaliyyətləri məhdudlaşdırılmış fəaliyyət sahələri daxildir.

    Sadalanan sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə bir il müddətinə əhəmiyyətli vergi güzəştlərinin verilməsi nəzərdə tutulub. Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad edilir, əldə etdikləri mənfəətin və ya gəlirin 75 faizi miqdarında vergi güzəştləri əldə edirlər.

    Digər vergi güzəştlərinə gəldikdə, idarə rəisi qeyd edib ki, pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, həmin əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.

    Qeyd olunan güzəştlər ilin sonuna kimi tətbiq ediləcək. Bundan əlavə, fərqlənmə nişanı almaqla sabit şəkildə vergi öhdəliyi yerinə yetirən daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə münasibətdə verginin bazasını təşkil edən məbləğ 50 faiz həcmində azaldılacaq.

    Pandemiyadan zərər çəkməyindən asılı olmayaraq, respublika üzrə fəaliyyət göstərən və 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləri olan mikro sahibkarlar üçün vergi dərəcəsi 1 faizə endirilir”.

    Ə.Quliyev vergi güzəştləri və azadolmaları ilə yanaşı, həmin kateqoriyadan olan vergi ödəyicilərinə münasibətdə hesabatların təqdim edilməsi və vergilərin ödənilməsi müddətlərinə vergi tətillərinin verilməsi barədə də məlumat verib:

    “Zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergilərinin ödəmə müddətləri 1 sentyabr 2020-ci il tarixinə kimi uzadılır.

    Həmin müddətdə bu vergi ödəyicilərinə faizlər hesablanmayacaq. Eyni zamanda, mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə vergi orqanına verməli olduqları sadələşdirilmiş vergi, eyni zamanda gəlir və əmlak vergisinin bəyannamələrinin verilmə müddəti 2020-ci ilin sentyabrın 1-nə kimi uzadılır və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilib.

    Pandemiya dönəmində bir çox vergi ödəyiciləri öz təsərrüfat subyektlərində və ofislərində mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsini təmin ediblər və bununla bağlı müəyyən xərclər çəkiblər.

    Müvəqqəti vergi rejimi ilə bağlı qanuna gətirilən fəsildə qeyd edilib ki, həmin vergi ödəyicilərinin dezinfeksiya və profilaktik tədbirlər barədə sənədləşdirilmiş xərcləri məhdudlaşdırılmadan, birbaşa gəlirdən çıxılan xərclərə aid ediləcək”.

    Ə.Quliyev Vergi Məcəlləsi ilə yanaşı, “Sosial sığorta haqqında” qanuna da dəyişiklikləri də şərh edib. O bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə bəzi fərdi sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü optimallaşdırılıb və azaldılıb.

    İdarə rəisi qeyd edib ki, ölkədə minimum əməkhaqqının məbləği artırılaraq, 250 manat müəyyən edilib:

    “Sosial sığorta haqları fərdi sahibkarlar tərəfindən minimum əməkhaqqının faiz nisbətində hesablandığından və minimum əməkhaqqı da müxtəlif vaxtlarda artdığından, sosial sığorta üzrə fərdi sahibkarların sığorta yükü artmış olurdu.

    Bu məqsədlə sosial sığorta üzrə qanunvericiliyə dəyişiklik olundu və 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 50 faizindən 25 faizə, digər sahələrdə isə 25 faizindən 15 faizə endirilib.

    Eyni zamanda, faiz dərəcələri Bakı şəhəri və regionlar üzrə differensiallaşdırılıb. Bunlarla yanaşı, fərdi peşə fəaliyyəti ilə məşğul olan, yəni öz vergi öhdəliklərini sabit qəbz almaqla yerinə yetirən şəxslərə münasibətdə sosial sığorta öhdəliklərinin də sabit qəbz almaqla yerinə yetirmələri ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla da, həmin şəxslərin sosial sığorta üzrə öhdəlikləri azaldılıb.

    Nəticə etibarilə, sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri artıq vahid qəbz almaqla həm vergi öhdəliklərini, həm də sosial sığorta öhdəliklərini yerinə yetirmiş olurlar. Bununla da, göstərilən fəaliyyət üzrə vergi orqanlarına vergi hesabatı və sosial sığorta hesabatı təqdim etmirlər”.

  • Qanuna dəyişiklik – İki min və dörd min manat rüsum tutulacaq

    Tibb müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumu tutulacaq.

    Oxu.Az-ın xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna 32.2 və 32.3-cü maddələrin əlavə olunması təklif edilir.

    Ambulator xidmət göstərən tibb müəssisələrinə görə 2000 manat, stasionar xidmət göstərən tibb müəssisələri üçün 4000 manat rüsum nəzərdə tutulur.

    Qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də qeyd olunub.

    Sənəddə yazılıb ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulan rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

    Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilməsi təklif edilir.

    Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 4-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

  • Sabahdan iş saatının vaxtı dəyişir

    Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub.

    Unikal.org-un məlumatına görə, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək.

    Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onların qaydalara ciddi əməl etmələri tövsiyə olunub.

    Qeyd edək ki, hazırda Baş nazir Əli Əsədovun başçılığı ilə iclas keçirilir və yaxın saatlarda qərarla bağlı detallar ictimaiyyətə açıqlanacaq.

  • Beşinci mərtəbədə narkotik yetişdirən xızılı “Pedro” tutuldu – FOTO

    Xızıda yaşayış binasında narkotik becərən şəxs saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

    Araşdırmalarla onun həmin qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.

    Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

    Polis əməkdaşları tərəfindən T.Ağayev tərəfindən dibçəklərdə əkilmiş səkkiz ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

    Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

  • Bakı sakini taksidə qarət olundu

    Bakı sakini küçədə qarət olunub.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

    Bakı şəhər sakini Anar Piriyev Nizami rayonu, R.Şərifli küçəsində taksidən düşərkən çantasından 50 manat və dəyəri 630 manat olan mobil telefonunun oğurlandığını görüb.

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Umud Qurbanov saxlanılıb.