Month: June 2020

  • Трамп прошел ежегодный медосмотр

    Президент США Дональд Трамп прошел ежегодный медосмотр, который показал, что президент здоров.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщила официальный представитель Белого дома Кейли Макинани.

    “Президент прошел ежегодный медицинский осмотр, результаты которого будут обнародованы позднее. Но если вкратце, то президент по-прежнему здоров”, – заявила Макинани на пресс-конференции.

  • Tramp tibbi müayinədən keçdi

    ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının 45-ci rəhbəri qismində yenidən tibbi müayinədən keçib.

    Median.Az xəbər verir ki, bunu Ağ Ev rəsmisi Keyli Makinani bildirib.

    “Tibbi müayinə ilə bağlı bəzi təfərrüatlar sonra açıqlanacaq. Ancaq bir sözlə, prezident sağlamdır”, Makinani bildirib.

    Qeyd edək ki, ABŞ prezidentləri tibbi müayinə keçməyə məcbur deyillər, lakin 37-ci administrasiya başçısı Riçard Niksonun (1913-1994) dövründən bu, adi praktika halını alıb.

    Əvvəlki belə hallarda HDQ-nin Vaşinqton yaxınlığındakı Betesda yaşayış məntəqəsində yerləşən tibb mərkəzinin həkimləri adətən tibbi müayinənin nəticələrinə prezidentin səhhətinin ona səlahiyyəti başa çatanadək vəzifəsini icra etməyə imkan verdiyi barədə imza da atırdılar.

  • В Турции число умерших от коронавируса превысило 4600 человек

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки на 867, скончались 24 человека.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня выявлены 867 новых случаев, всего заразившихся – 166 422. Мы потеряли сегодня 24 пациента, всего умерших – 4609. Вылечился сегодня 931 пациент, всего – 130 852”, – написал Коджа в Twitter.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией. По последним данным ВОЗ, в мире выявлены уже более 6,1 миллиона случаев заражения, свыше 376 тысяч человек скончались.

  • TƏBİB bugünkü test sayını açıqladı

    Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 626 test edilib.

    Median.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 3-nə açıqladığı statistikada qeyd olunub.

    Bildirilib ki, indiyə kimi ölkədə 315 527 test edilib və 6 260 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 665 nəfəri sağalıb, 76-sı dünyasını dəyişib.

    Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 325 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər vəfat edib, 101 xəstə sağalıb.

  • İbrahim Məmmədov : “190 manat ödəmənin verilməsi yalnız aprel və may ayları üçün nəzərdə tutulmuşdu”

    “Əhaliyə 190 manat ödəmənin verilməsi yalnız aprel və may ayları üçün nəzərdə tutulmuşdu”.

    Bunu APA-ya açıqlamasında bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    İ. Məmmədov deyib ki, bu da aprel və may aylarında bütün ölkədə əmək fəaliyyətinin dondurulması ilə bağlı idi: “İyun ayında 190 manat ödəmənin verilməsi nəzərdə tutulmayıb. Hazırda iş rejimi tam bərpa olunub”.

  • Azərbaycanda koronavirusdan ölənlərin dəfni xüsusi qaydalara uyğun həyata keçirilir – VİDEO

    Azərbaycanda son günlərdə koronavirusdan ölənlərin sayı artıb.

    Elə ilk ölüm halı qeydə alınan gündən hər kəsi maraqlandıran məsələ vəfat edən şəxslərin necə dəfn olunmasıdır. Gəncədə koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin dəfni xüsusi nəzarət altında həyata keçirilir.

    Belə ki, xəstəlikdən həyatını itirən şəxslər Operativ Qərərgahın təsdiq etdiyi qaydalara uyğun torpağa tapşırılır. Qəbiristanlıqlarda çalışan şəxslərə xüsusi geyimlər, əlcəklər və maskalar verilib. Dəfn işləri məhz bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Bu günə kimi Gəncə şəhərində virusdan dünyasını dəyişən şəxslərin əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır.

    Dəfn və Mərasim Xidmətinin müdiri Ələddin Hüseynov bildirir ki, dəfn qaydaları bu dəfə ənənəvi şəkildə aparılmır.

    “Biz onları xüsusi qaydada dəfn edirik. Meyitlər tabutda bura gətirilir, elə tabutda da dəfn edilir. Hər kəsə xidmət paltarları verilib, mütəmadi olaraq yenilənir” – deyə Ələddin Hüseynov əlavə edib.

    Qəbiristanlıqlarda dəfn işlərini həyata keçirən işçilər üçün ayrılan qoruyucu vasitələr mütəmadi şəkildə yenilənir. Bu şəxslərə hər gün yeni xüsusi geyimlər, əlcəklər, maskalar verilir.

    Bundan əlavə, qəbiristanlıqlarda həftə ərzində üç dəfə dezinfeksiya işləri aparılır. Kütləvi qəbirüstü ziyarətlər tamamilə məhdudlaşdırılıb.

  • Qaxın kəndinə dolu yağıb

    Bu gün Qax rayonu ərazisində hava şəraiti kəskin dəyişib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Almalı kəndinə dolu yağıb.

    Təxminən 5 dəqiqə davam edən dolunun diametri 5-20 millimetr olub. Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

    Qeyd edək ki, bu gün axşam saatlarında şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və bəzi rayonlara ildırımla müşahidə olunan leysan yağışları yağıb və dolu düşüb.

  • В Турции за сутки от COVID-19 умерли 24 человека

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки на 867, умерли 24 человека.

    Как передает Median.Az, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня выявлены 867 новых случаев, всего заразившихся – 166 422. Мы потеряли сегодня 24 пациента, всего умерших – 4 609. Вылечился сегодня 931 пациент, всего – 130 852”, – написал Коджа в Twitter.

  • Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb

    Son 24 saatda Türkiyədə daha 931 nəfər koronavirusdan sağalıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

    O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan sağalanların ümumi sayı 130 852 nəfərə çatıb.

    Son bir gündə daha 24 nəfər koronavirusdan ölüb. Beləliklə, pandemiya qurbanlarının ümumi sayı 4 609 nəfərə çatıb.

    Son 24 saat ərzində qonşu ölkədə təhlükəli virusa 867 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların sayı 166 422 nəfərə çatıb.

    Bu gün koronavirusla bağlı 52 305 test aparılıb. Pandemiya ərzində bu rəqəm 2 155 349 təşkil edib.

  • Dövlət başçısı: “Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi”

    “Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq”.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib.

    “Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır. Mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki, onlar öz torpağından heç bir yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpağında möhkəm dayanıblar. Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara – Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər”, – dövlət başçısı deyib.

    Prezident İlham Əliyev vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan – qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir.

    Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir”.