Month: June 2020

  • Hakim ştatları üç dəfəyə yaxın artırılıb

    “Son dövrlər hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi məqsədilə hakim ştatları üç dəfəyə yaxın artırılıb”.

    Median.Az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından verilən məlumatda qeyd olunub.

    Dövlət başçısının Fərmanı ilə hakim ştatının 200 vahid artırılması məhkəmə fəaliyyətinin səmərəliliyinə əsaslı təsir göstərib. Ötən ay hakimlərin təyinatı ilə bağlı 60-dan çox mühüm qərar qəbul edilib, o cümlədən dövlət başçısının Sərəncamları ilə Ali Məhkəmənin sədr müavini və kollegiya sədrləri, apellyasiya instansiyası məhkəmələrinə 11 kollegiya sədri, 16 məhkəmə sədri təyin edilib.

    Bəzi hakimlərin iş yeri intizam qaydasında dəyişdirilib. Habelə Ali Məhkəmənin beş hakiminin aşağı işə keçirilib və 20-dək yeni nəsil gənc hakim ali və apellyasiya məhkəmələrinə irəli çəkilib. Bu isə öz növbəsində hakimlərin məsuliyyət hissinin artırılmasında mühüm əhəmiyyət kəsb edib.

  • İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib – RƏSMİ

    “Yoluxma sayının artması karantin rejiminin sərtləşdirilməsilə bağlı müraciəti labüd edib”.

    Median.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr qeyd edib ki, yaxın iki ayda tam üç gün ərzində küçəyə çıxma qadağası təklif olunub:

    “Bu təklif qəbul edilib və detalları müzakirə edilir. Təklif beynəlxalq təcrübəyə əsaslanıb. Biz bu barədə Ramazan bayramı zamanı demişdik. Lakin insanlarımız tərəfindən qaydalara əməl edilməməsi nəticəsində yoluxma artıb”.

  • Korrupsiya əməllərinə görə iki hakim barədə materiallar istintaqa verilib – RƏSMİ

    Ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib.

    Bu barədə Məhkəmə-Hüquq Şurasından verilən məlumatda qeyd olunub.

    “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlət başçısının fərmanına uyğun olaraq 60-dan çox məhkəmədə keçirilən monitorinqlər zamanı insanların haqlı narazılığını doğuran 150-dən artıq hal aşkar edilib.

    Bu faktlar hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatlarının başlanıldığı vurğulanıb. Məlumata görə, iki nəfərin səlahiyyətlərinə xitam verilib, yeddi nəfər işdən azad olunub, iki hakim barədə isə materiallar korrupsiya əməllərinə görə istintaqa verilib. Artıq onlardan biri, həmçinin vasitəçilik etmiş məhkəmə aparatı işçisi və vəkili cinayət məsuliyyətinə cəlb olunmaqla, məhkum edilib.

    Vətəndaşların haqlı narazılığına səbəb olan, məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə ən sərt tədbirlər görüləcək.

    Qeyd olunub ki, məhkəmə sistemində hüquq pozuntularının qarşısının alınması və onlara qarşı dözülməz münasibətin təşviqi üzrə tədbirlər davam etdirilir.

  • Belarus Prezidenti hökuməti buraxdı

    Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti buraxıb.

    Bu barədə BELTA məlumat yayıb.

    Məlumatda deyilir ki, dövlət başçısı hökumətin buraxılması haqqında əmr imzalayıb. Bundan öncə Lukaşenko keçirdiyi iclasda nazirlər kabinetinin tərkibini radikal şəkildə dəyişəcəyi ilə bağlı fikir səsləndirib.

    Qeyd edək ki, avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçiriləcək. Lukaşenko bildirib ki, seçkilər ədalətli olacaq.

    Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ildən Belarusa rəhbərlik edir.

  • Azərbaycanda işdən çıxma saatlarında dəyişiklik gözlənilir – RƏSMİ

    “İşə başlama vaxtı səhər saat 08:00, 08:30 və 09:00 olmaqla üç qrupa bölünsə, müvafiq olaraq işdən çıxma saatları da dəyişəcək. Bununla da ictimai nəqliyyatda sıxlıqla bağlı problemlər aradan qalxar”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr bildirib ki, bununla bağlı təklif operativ qərargaha təqdim olunub.

  • Mediaya da məhdudiyyət qoyulacaq – RƏSMİ

    “Kütləvi informasiya vasitələrinin həftəsonları işləyib-işləməyəcəyi hələ bəlli deyil”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, bu, baş nazirin çıxışından sonra bilinəcək.

    R.Bayramlı qeyd edib ki, məhdudiyyətlər kütləvi informasiya vasitələrinə də aid edilə bilər:

    “Məhdud sayda televiziya əməkdaşına işə gəlməyə icazə veriləcək”.

  • Azərbaycanda SMS icazə bərpa edilir – RƏSMİ

    “Vətəndaşlar yenidən icazə sistemi ilə yaşayış yerini tərk edəcəklər”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr qeyd edib ki, elə istehsalat sahələri var ki, fasiləiz işləməlidir, bununla bağlı sabah qərar veriləcək:

    “Zəruri işləməli olan müəssisələrin işçilərinin sayı məhdudlaşdırılacaq. Xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə getmək lazım olanda, zəruri xidmət sahələrində küçəyə çıxmağa SMS vasitəsilə icazə veriləcək. İctimai nəqliyyat və fərdi nəqliyyatdan istifadəyə icazə verilməyəcək”.

    Sədr qeyd edib ki, şənbə və bazar günləri həyati vacib bir sıra sahələrin fəaliyyəti davam etdiriləcək:

    “Qəza xidməti sahələri, təcili yardım, stasionar tibb müəsisələri işini davam etdirəcək. Bu sahələrdə işçilərin sayı məhdud olacaq”.

  • Prezident icra başçısına irad bildirdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

    “Report” xəbər verir ki, Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verib.

    Bildirilib ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

    Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

    Müstəqim Məmmədov: Baş üstə.

    Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

    Qeyd edək ki, muzeydə xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir. Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub.

  • Ибрагим Мамедов: Актуализируется вопрос ужесточения карантинного режима – ВИДЕО

    Есть предложение ограничить с вечера пятницы и до 05:00 понедельника передвижение как граждан, так и транспорта. Дополнительные детали будут обнародованы завтра.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 3 июня заявил глава пресс-службы правительства Ибрагим Мамедов.

  • Azərbaycanda hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır – RƏSMİ + VİDEO

    “Karantin rejiminin yumşaldılmasının dayandırılması və məhdudlaşdırmanın tətbiq edilməsi məsələləri aktuallaşır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O əlavə edib ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 05:00-a kimi tam qapadılma, məhdudlaşdırılma ola bilər:

    “Hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır”.