Month: June 2020

  • Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb

    Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri və regionlarda yerləşən inzibati binalarında yalnız əvvəlcədən götürülmüş onlayn növbə əsasında vətəndaşların qəbulu həyata keçirilir.

    DİM-dən verilən məlumata görə, vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir:

    “Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur. Son günlər vətəndaş qəbulu mərkəzlərinə edilən müraciətlərin statistikasına baxsaq, “Şəxsi kabinet”lərinin parollarını itirənlərin sayının çox olduğunu müşahidə edə bilərik.

    “Şəxsi kabinet” yaradılan zaman parol vətəndaşın özü tərəfindən müəyyən edilir və bu məlumatların qorunub saxlanılması, itirilməməsi üçün həmin şəxs özü məsuliyyət daşıyır. İtirilmiş parolun bərpa edilməsi üçün DİM elektron xidmət təqdim etsə də, “Şəxsi kabinet” yaradılan zaman orada qeyd edilməli məlumatların natamamlığına görə insanlar bu xidmətdən yararlana bilmirlər.

    Ona görə də bir daha tövsiyə edirik ki, hər kəs kabineti özü yaratsın və tanımadığı insanlara bu cür xidmətlərdən istifadə üçün müraciət etməsin. Bu tip müraciətlərin çoxluğu hazırda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu üçün yaradılmış komissiyaların da fəaliyyətinə mənfi təsir göstərir. Ərizələrini SQK-da təsdiq etdirməli olan insanlar vaxtında bu prosesi həyata keçirə bilmirlər. Bununla əlaqədar SQK-ların fəaliyyət müddətinin uzadılması zərurəti meydana gəlib və ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyun ayının 9-dək uzadılıb (SQK-lar şənbə və bazar günləri fəaliyyət göstərmir).

    Məlumatda bildirilir ki, ərizə qəbulunun bitməsinə bir neçə gün qalsa da, I-IV ixtisas qrupları üzrə sənəd verənlərin siyahısı ötən il ilə müqayisədə bu il daha çoxdur. Belə ki, ötən il qeyd olunan ixtisas qrupları üzrə 67837 abituriyent, bu il isə artıq 68527 abituriyent ərizəsini təsdiq edib:

    “Digər bir müraciətimiz 6 və ya 7 iyun 2020-ci il tarixlərində imtahan verən abituriyentlər, şagirdlərlə əlaqəlidir. Bu həftəsonu imtahanda iştirak etməli olan şəxslər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər”.

    3 iyun saat 17:00-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 97%-i, Azərbaycan dili imtahanı verənlərin 51%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 86%-i Mərkəzin saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

    Abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır”.

  • В Азербайджане оглашаются последние данные по COVID-19 – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров 3 июня проводит очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвуют глава пресс-службы правительства Ибрагим Мамедов и председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    На брифинге обсуждается ситуация после очередного продления и одновременного смягчения карантинного режима.

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak edir.

    Konfransda ölkədə tətbiq edilən karantin rejiminin yenidən uzadılmasından sonra koronavirusla bağlı bir sıra məsələlər barədə müzakirələr aparılır.

  • Gəncə sakini 85 yaşlı anasını döydü

    Gəncədə oğul 85 yaşlı anasını döyərək, ona xəsarət yetirib.

    Report-un məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

    Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi qiymətləndirirlər.

    Hadisənin səbəbi isə hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdədə su kanalına atılmış heyvan leşləri ilə bağlı RƏSMİ AÇIQLAMA

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.

    AQTA-dan verilən məlumata görə, agentliyin əməkdaşları 1003 – Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Bərdə rayonu, Alpoud kəndi ərazisindən keçən köməkçi su kanalına baxış keçiriblər. Su kanalında tələf olmuş, sahibi məlum olmayan 13 baş iribuynuzlu heyvan aşkarlanıb.

    Heyvanların hansı səbəbdən tələf olduğunu müəyyən etmək məqsədilə daxili orqanlarından nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

    Tələf olmuş heyvanlar Bərdə rayonu ərazisində Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək məhv edilib. Ərazidə aidiyyəti üzrə müvafiq qurumun əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

  • DYP-nin aprelin 13-dək yazdığı cərimələr qanunsuzdur – VİDEO

    Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr ilə bağlı mübahisələr böyüyür.

    Baku TV xəbər verir ki, bir neçə gün əvvəl yüzdən artıq vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünaslar və ekspertlər Baş nazir Əli Əsədova müraciət edərək, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13 aprel 2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlbetmə səlahiyyətinin olmadığını, bu səbəbdən həmin tarixə qədər yazılan cərimələrin ləğv olunmasının zəruri olduğunu bildiriblər.

    Müraciətdə qeyd olunub ki, aprelin 13-nə qədər DYP əməkdaşları tərəfindən respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında 18 mindən çox hərəkət iştirakçısı cərimələnib.

    Daha ətraflı məlumat almaq üçün süjeti izləyin:

  • SOCAR Polymer начал производство сырья для медмасок

    Резидент Сумгайытского химико-промышленного парка ООО SOCAR Polymer начал производство сырья для специальных видов тканей, используемых при изготовлении медицинских масок.

    Об этом сообщает пресс-служба Министерства экономики Азербайджана.

    Отметим, что ООО производит полипропилен и полиэтилен высокой плотности и является одним из крупнейших инвесторов среди резидентов Сумгайытского химико-промышленного парка.

  • Azərbaycanda tibbi maskalar üçün xammal istehsalına başlandı

    Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammal istehsalına başlayıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, “SOCAR Polymer” MMC polipropilen (PP) və yüksək sıxlıqlı polietilen istehsal edir və Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında ən iri investorlardan biridir.

  • Президент Ильхам Алиев посетил N-скую воинскую часть в Агдаме

    Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев 3 июня посетил N-скую воинскую часть в Агдамском районе.

    Как сообщает АЗЕРТАДЖ, министр обороны генерал-полковник Закир Гасанов и замминистра, начальник Генштаба генерал-полковник Наджмеддин Садыков отдали рапорт Верховному главнокомандующему.

    Президент Ильхам Алиев ознакомился с созданными в воинской части условиями.

  • İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

    AZƏRTAC xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

    Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.