Month: June 2020

  • Бакинская полиция об акции перед зданием Минобразования

    Группа лиц попыталась провести акцию перед зданием Министерства образования вопреки правилам особого карантинного режима и без согласования с соответствующими органами исполнительной власти.

    Как сообщили Oxu.Az в пресс-службе Главного управления полиции города Баку, правоохранители вывели протестующих с данной территории ввиду нарушения ими правила социальной дистанции.

    “Задержаны семь человек. В отношении шестерых из них составлены протоколы по статье 211 (нарушение противоэпидемического, санитарного и карантинного режима) Кодекса об административных проступках АР. Материалы в отношении организатора акции направлены на рассмотрение в районный суд”, – сообщили в пресс-службе.

  • Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı

    Bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunub ki, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, aksiyaçıların ərazidən uzaqlaşdırılması təmin olunub.

    Ümumilikdə yeddi nəfər saxlanılıb. Onlardan altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, bir nəfər aksiyanın təşkilatçısı barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib.

  • Назначен новый помощник Али Асадова

    Назначен новый помощник премьер-министра Азербайджана Али Асадова.

    Информация об этом размещена на сайте Кабинета министров.

    Распоряжением главы правительства его помощником назначен Мехман Тагиев.

  • Əli Əsədova yeni köməkçi təyin edildi

    Baş nazir Əli Əsədova yeni köməkçi təyin edilib.

    Bununla bağlı Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.

    Ə.Əsədovun müvafiq sərəncamı ilə Mehman Tağıyev Baş nazirin köməkçisi təyin olunub.

  • Эльман Рустамов: Валютные резервы Центробанка могут сократиться

    Фонд страхования вкладов Азербайджана (ADIF) обладает ликвидностью в 200 000 000 манатов для выплаты компенсаций по защищенным вкладам четырех закрывшихся банков в размере 680 000 000 манатов.

    Об этом на пресс-конференции 1 июня сказал председатель правления Центробанка Азербайджана Эльман Рустамов.

    По его словам, остальные 480 000 000 манатов Центробанк в соответствии с законом предоставит фонду в качестве кредита.

    “По этому вопросу между ADIF, ЦБ и Министерством финансов ведутся переговоры.

    200 000 000 манатов планируется выдать в виде иностранной валюты, эквивалентной этой сумме.

    Отмечу, что валютные резервы Центробанка до конца этого года могут сократиться”, – сказал Э.Рустамов.

  • Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər – RƏSMİ

    “Ölkədə bağlanmış dörd bankdakı 680 milyon manat sığortalı əmanətin 200 milyon manatının ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun likvidliyi var”.

    Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

    Sədr qeyd edib ki, 480 milyon manatı qanunamüvafiq olaraq Mərkəzi Bank fonda kredit kimi verəcək:

    “Bu məsələ ilə bağlı ADİF, AMB və Maliyyə Nazirliyi arasında danışıqlar aparılır”.

    E.Rüstəmov əlavə edib ki, vəsaitin 200 milyon manatlıq hissəsinin xarici valyuta formasında verilməsi planlaşdırılır:

    “Bu ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər”.

  • Tələbələrin aksiya keçirməsinə RƏSMİ MÜNASİBƏT

    “Bu gün 14:00 radələrində 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, onların dəvəti ilə gəlmiş 20-yə yaxın media mənsubu Təhsil Nazirliyinin inzibatı binasına yaxınlaşaraq, tələbələrin müraciəti ilə bağlı qəbul olunmalarını xahiş ediblər”.

    Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

    Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən 16 may 2020-ci il tarixində qəbul olunmuş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, karantin qüvvədə olduğu müddətdə “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb:

    “Buna baxmayaraq, Nazirliyə müraciət etmiş üç tələbə – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibatlıq fakültəsinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin IV kurs tələbəsi Zərifə Novruzova Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunub.

    Qəbul zamanı tələbə Rüstəm İsmayılbəyli Nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim edib. Bundan əlavə, tələbə Allahverdi Həsənov Nazirlik tərəfindən istifadəyə verilmiş sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün portalda (http://e-telebe.edu.az) anasının şəxsiyyət vəsiqəsinin müddətinin başa çatması ilə əlaqədar olaraq qeydiyyatdan keçə bilməməsi barədə məlumat verib.

    Nazirliyin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov Nazirlər Kabineti tərəfindən 19 may 2020-ci il tarixində qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarın müddəaları və bunun əsasında ali və orta ixtisas müəssisələri tərəfindən bu tədris ilinin sonunda imtahanların keçirilməsi qaydası barədə məlumat verib.

    Bundan əlavə, mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştirak etməyə hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) ali təhsil müəssisəsi tərəfindən həmin tələbələr üçün cari ilin avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacağı qeyd edilib.

    Bununla da yay imtahan sessiyasında bu və ya digər səbəbdən iştirak etməyə hazır olmayan tələbələrə seçim hüququnun verildiyi bir daha vurğulanıb. Tələbə Rüstəm İsmayılbəyliyə bu barədə oxuduğu ali təhsil universitetinə fərdi qaydada müraciət etmək tövsiyə olunub. Tələbə Allahverdi Həsənovun (http://e-telebe.edu.az) valideyninin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin başa çatması ilə əlaqədar isə valideynin ASAN mərkəzlərinə müraciət edərək vəsiqənin dəyişdirilməsi tövsiyə edilib, sənəd qəbulu prosesinin 10 iyun tarixinə qədər davam edəcəyi barədə məlumat verilib. Təqribən 20 dəqiqə davam edən qəbuldan sonra tələbələr Təhsil Nazirliyinin binasını tərk ediblər”.

  • Baş prokurordan YENİ TƏYİNATLAR

    Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

    Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları təyin ediliblər.

    Eləcə də, Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov tutduğu vəzifədən azad edilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsinə təyin olunub.

    Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə, Neftçala rayon prokuroru Aydın Əliyev tutduğu vəzifədən azad olunub.

  • YPX əməkdaşı yolu bağladı, yaşlı piyadaya kömək etdi – VİDEO

    Bakıda polis əməkdaşı yolu keçməkdə çətinlik çəkən yaşlı piyadaya kömək edib.

    Sosial şəbəkədə paylaşılan vidoegörüntülər maraqla qarşılanıb.

    İlkin məlumata görə, hadisə Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində lentə alınıb.

    Görüntülərdə yaşlı piyadanın yolu keçməkdə çətinlik çəkdiyi görünür. Yol Polisi Xidmətinin (YPX) əməkdaşı xidməti avtomobilini yol ayrıcında saxlayaraq, piyadanın yolu keçməsinə şərait yaradıb.

    Həmin görünütüləri təqdim edirik:

  • Запущен бот в WhatsApp для информирования азербайджанцев о COVID-19

    Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB), Программа развития ООН (ПРООН) и местный стартап Botbox запустили круглосуточный бот в WhatsApp, обеспечивающий граждан Азербайджана ответами на вопросы и последней информацией о COVID-19. Доступен он для всех азербайджанских граждан по всему миру. Об этом говорится в сообщении, опубликованном на странице TƏBİB в Facebook.

    Бот может одновременно обслуживать до одного миллиона пользователей и отвечать на любые запросы менее чем за секунду. Кроме того, есть возможность подписаться на ежедневную статистику. До сегодняшнего дня он был протестирован более чем 10 000 пользователей и уже имеет 2 200 подписчиков,

    В ведомстве обратили внимание на простоту получения информации, рассказав о процедуре обращения.

    “Когда вы отправляете сообщение на номер +13022020234, чтобы начать диалог с ботом, пользователям открывается общая страница с последними новостями о COVID-19, статистикой, мерами профилактики и советами по предотвращению распространения инфекции”, – отметили в TƏBİB.