Month: June 2020

  • Azərbaycanlı müğənninin həyat yoldaşı 30 minlik dələduzluq edib – VİDEO

    Acınacaqlı vəziyyətdə yaşayan müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəylinin dələduzluq etdiyi barədə iddialar səslənib.

    Median.Az xəbər verir ki, Ofeliya Kərimova adlı qadın ARB televiziyasında yayımlanan “Elgizlə izlə” sosial-ictimai proqramında N.Əzizbəylinin onu aldadaraq, 30 min manatını mənimsədiyini açıqlayıb.

    O.Kərimova məhkəməyə qədər uzanan qalmaqallı məsələni belə nəql edib:

    “O, xanıma inandım. Onun adı Nərmin yox, Afaqdır. Məni aldatdı. Onların “Nizami” metrosu yaxınlığında anasından qalan bir otaqlı köhnə evləri var. Söhbət 2014-cü ildən gedir. Uşaqlarımız bir məktəbdə oxuyurlar. Bu qadın həmin evi mənə göstərdi, dedi ki, 30 min manatım var. Ağladı ki, başqa yerdən ev alma, anamdan qalan ev var, gedək, göstərim. Evə baxdım və razılaşdım həmin evi almağa.

    Banka getdik, pulumu çəkdirdi və məni aldatdı. Pulları alandan sonra söylədi ki, evin sənədləri yoxdur. Sənəd düzəltdirirəm. Məsələ ilə bağlı dəfələrlə məhkəmədə olmuşuq. Məhkəmə mənim xeyrimə qərar çıxarıb. Hazırda iş icradadır”.

    Müğənninin həyat yoldaşı N.Əzizbəyli canlı efirə zəng edərək, O.Kərimovanın həqiqəti söylədiyini və bir ay ərzində həmin məbləği ona geri qaytaracağını bildirib:

    “Ofeliya xanımı tanıyıram. Bizim övladlarımız bir məktəbdə oxuyurlar. Ərimin bu məsələdən xəbəri yoxdur. O, 30 mini bütöv verməyib, az-az verib. Ona üç il ərzində hər ay 200 manatı əlbəəl qaytarmışam. O pulu ondan alanda notarius yox idi.

    Bir il sonra o xanıma dedim ki, sizi aldatmıram, evimiz sökülsün, pulunuzu qaytaracağam. Ondan sonra dedi ki, mən notariusa qol çəkmirəm ki, mənə hər ay 200 manat ödəmisiz. Ofeliya xanıma borcum olduğunu danmıram. Bu ayın axırına 30 minini qaytaracağam.

    Evimiz pis vəziyyətdədir, söküləcək. Təzyiqim yüksək olduğundan sabah xəstəxanaya yerləşəcəyəm. Üç dəfə ağır əməliyyat keçirmişəm”.

    Qeyd edək ki, müğənni Nurlan Əzizbəyli maddi baxımdan sıxıntılar yaşadığı və ona məxsus həyət evi yararsız vəziyyətə düşdüyü üçün ATV telekanalında yayımlanan “Bizimləsən” proqramına müraciət edərək, kömək istəyib.

  • В Азербайджане избили бывшего чиновника

    В Агдашском районе избит бывший председатель муниципалитета села Ашагы Леки – 64-летний Ваджиб Гасанов.

    Как передает Qafqazinfo, в настоящее время бывший председатель муниципалитета находится в тяжелом состоянии.

    Сообщается, что в ночь на 31 мая он пробрался во двор другого человека в селе. Хозяйка дома увидела в своем дворе чужого человека, и сообщила об этом близким родственникам, которые пришли на помощь, и избили В.Гасанова.

    Согласно утверждениям, экс-председатель муниципалитета совершал во дворе такие действия, которые беспокоили женщину.

    Также сообщается, что в результате избиения бывший чиновник потерял зрение в одном глазу. В настоящее время он проходит лечение в отделении интенсивной терапии Мингячевирской центральной больницы.

    Во время инцидента при Ваджибе Гасанове был нож и он пытался напасть на своих обидчиков.

    По данному факту в Агдашском Районном управлении полиции в отношении В.Гасанова было возбуждено уголовное дело по статье 228 (ношение холодного оружия).

    В пресс-службе Министерства внутренних дел подтвердили данную информацию. Было отмечено, что следствие по уголовному делу продолжается.

    Отметим, что В.Гасанов – брат старшего советника главы ИВ Агдашского района Галиба Гасанова. В настоящее время должность председателя муниципалитета в селе занимает сын В.Гасанова – Бахруз Гасанов.

  • Azərbaycanda keçmiş məmuru döyüb xəstəxanalıq etdilər

    Ağdaş rayon Aşağı Ləki bələdiyyəsinin keçmiş sədri 64 yaşlı Vacib Həsənov döyülüb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq bələdiyyə sədrinin vəziyyəti hazırda ağırdır.

    Belə ki, mayın 31-nə keçən gecə o, kənddə başqa şəxsin həyətinə girib. Ev sahibi olan xanım isə həyətə kiminsə girdiyini görərək yaxın qohumlarına məlumat verib. Həmin şəxslər köməyə gəlib və V.Həsənovu həyətdə taparaq döyüblər.

    İddialara görə, eks-bələdiyyə sədri həyətdə xanımı narahat edəcək hərəkətlər edibmiş.

    Nəticədə keçmiş bələdiyyə sədrinin gözünün birinin görmə qabiliyyətini itirdiyi də bildirilir. Hazırda o, Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

    Dava zamanı Vacib Həsənovun üzərində bıçaq olub və ətrafına yığışan insanlara bıçaqla hücum etməyə cəhd edib.

    Faktla bağlı Ağdaş rayon polis idarəsində V.Həsənov barəsində Cinayət Məcəlləsinin 228-ci (soyuq silah daşıma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişatında əlavə xüsusatlar ortaya çıxarsa, ona yeni maddələrlə ittiham verilə bilər.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam etdirilir.

    Qeyd edək ki, V.Həsənov Ağdaş Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyən Qalib Həsənovun qardaşıdır. Hazırda kənddə bələdiyyə sədri isə V.Həsənovun oğlu Bəhruz Həsənovdur.

  • Адвокаты об обвиняемом в смерти 10-летней Нармин Гулиевой: Илькин Сулейманов не виновен

    Адвокаты Илькина Сулейманова, обвиняемого в убийстве 10-летней жительницы села Дондар Гушчу Товузского района Нармин Гулиевой, заявили о его безусловной невиновности.

    Напомним, что Н.Гулиева была похищена 21 ноября 2019 года во время свадебного торжества, организованного по соседству. 6 января она была найдена убитой и сожженной недалеко от дома, в котором проживала. И.Сулейманов первым сообщил соседям и полиции о найденном теле девочки. Позднее его обвинили в совершении преступления и инкриминировали две статьи – 120.2 (умышленное убийство) и 145 (незаконное лишение свободы) Уголовного кодекса АР.

    В частности, адвокат Муртузали Аббасов заявил oxu.az о том, что их подзащитный не причастен к преступлению, то есть признательные показания обвиняемого были получены следствием под давлением.

    “Естественно, мы не согласны с ходом расследования, но раскрывать подробности не можем, поскольку подписали акт о неразглашении тайны следствия”, – сказал адвокат.

    В то же время родственники И.Сулейманова в последнем интервью одному из местных СМИ заявили, что защита подала ходатайство о проведении эксгумации останков Н.Гулиевой с дальнейшей повторной судебно-медицинской экспертизой. Обвиняемая сторона недовольна ее заключением.

    В связи с этим М.Аббасов заявил, что адвокаты подали следствию ходатайство, где среди прочих предметов требования значится и эксгумация трупа.

    Защита добавила, что в ближайшие дни планирует созвать пресс-конференцию и рассказать журналистам о существующем положении дел вокруг обвиняемого И. Сулейманова. Проведение мероприятия планируется в середине июня.

    Отметим, что интересы И.Сулейманова представляют три адвоката: М.Аббасов, Забиль Гахраманов и Алибаба Рзаев.

    Ранее они заявляли, что недовольны ходом следствия, потому что оно закрыто от защиты, что является нарушением процессуальных норм.

    Согласно закону, обвиняемый и его защитник имеют право на ознакомление с материалами уголовного дела. Это позволяет им оценить собранные доказательства, заявить ходатайства о проведении дополнительных следственных действий и сформировать свою позицию для участия в судебном процессе.

  • On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil”

    Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkilləri onun qeyd-şərtsiz günahsız olduğunu bəyan ediblər.

    Xatırladaq ki, N.Quliyeva 21 noyabr 2019-cu ildə qonşuluqda təşkil olunan toy şənliyi zamanı yoxa çıxmışdı. Bu ilin yanvarın 6-da onun öldürüldüyü və yaşadığı evin yaxınlığında yandırıldığı məlum oldu. İ.Süleymanov qızın meyiti haqqında qonşulara və polisə məlumat verən ilk şəxs olmuşdu. Daha sonra o həmin cinayətdə şübhəli bilindi və iki maddə – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2 (qəsdən adam öldürmə) və 145 (qanunsuz həbs) ilə ittiham edildi.

    Xüsusilə vəkil Murtuzəli Abbasov oxu.az-a deyib ki, müdafiə etdiyi şəxsin cinayətlə əlaqəsi yoxdur, yəni təqsirləndirilən şəxsin etirafı istintaq tərəfindən təzyiq altında alınıb.

    “Təbii ki, istintaqla razılaşmırıq, ancaq istintaqın məxfiliyinin açıqlanmaması haqqında akt imzaladığımız üçün təfərrüatları açıqlaya bilmərik” – deyə vəkil bildirib.

  • В Азербайджане от COVID-19 вылечились еще 80 человек

    За прошедшие сутки в Азербайджане от COVID-19 вылечились еще 80 человек.

    Об этом 1 июня сообщает оперативный штаб при Кабинете министров.
    Все излечившиеся были выписаны домой.

    До сегодняшнего дня в Азербайджане коронавирус выявлен у 5 662 человек, 3 508 из которых излечились.

    В республике на сегодняшний день проведено 302 933 теста на COVID-19.

  • Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı

    Bu gün Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıblar.

    Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, onlardan 3508 nəfər müalicə olunaraq sağalıb.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılmışdır.

  • Masallıda zəhərli ilanlar yaşayış evinə hücum etdilər

    Masallının Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evi ilanlar basıb.

    Baku.Tv xəbər verir ki, yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər.

    Artıq 17 ilan zərərsizləşdirilib. Ən iri ilanın uzunluğu 1.3 metrə çatır. Kənd sakininin evi gölə yaxın yerləşir. 25 ildir burada yaşayan İlham Əkbərov deyir ki, əvvəllər də həyətyanı sahədə belə hadisələr olub. Amma bu qədər dəhşətli yox.

    “Gördüm səs gəlir, elə bildim siçandır. Yastığımı qaldırdım, gördüm ilanlar var. Bir deyil, iki deyil. Çoxlu sayda ilan vardı. 17 ədəd ilan öldürmüşəm,”- deyə ev sahibi qeyd edir.

    Bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib. Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib.

    Bu gün həyətdə dezinfeksiya işləri aparılıb. Amma Əkbərovlar ailəsi hələ də qorxu içində yaşayır.

  • Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı – VİDEO

    RF prezidenti Vladimir Putinin Rostov vilayətində yaşayan çoxuşaqlı ailə ilə söhbəti zamanı maraqlı anlar yaşanıb.

    Belə ki, ailə başçısı dövlət rəhbərinə yaradılan şəraitlə bağlı təşəkkür edərkən efirə ailənin ən kiçik üzvü də qoşulub və prezidentlə salamlaşıb. Ata uşağını susdurmaq istədikdə isə Putin gülərək, uşağa danışmağa imkan verilməsini istəyib.

    “Life Shot” bununla bağlı maraqlı kadrları yayımlayıb.

  • Prokurorluğun bir əməkdaşı koronavirusa yoluxub

    Baş Prokurorluğun bir əməkdaşında koronavirus aşkarlanıb.

    Qurumdan bildirilib ki, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktik tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib. Onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.

    Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir.