Month: June 2020

  • Bərdədə ağac kəsən şəxs cəzalandırıldı

    Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətindən bildirilib ki, araşdırma zamanı ağacların Bərdə rayonu Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

    Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.

  • Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, bir nəfər ölüb

    Azərbaycanda yeni növ koronavirusa yoluxan jurnalistlərin sayı açıqlanıb.

    Bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli məlumat verib.

    O bildirib ki, koronavirusun yayıldığı ilk dörd ay ərzində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan olmayıb:

    “İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib”.

  • Koronavirus testi verməyən şəxsə “müsbət cavab” SMS-i gəldi – TƏBİB-dən AÇIQLAMA

    “Ola bilər ki, əlaqə nömrəsi ilə bağlı texniki problem olsun, məlumat səhv göndərilsin. Lakin epidemioloqlar pozitiv cavab çıxan şəxslərlə birbaşa əlaqə saxlayıb, məlumat verir”.

    Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat katibi Rəvanə Əliyeva bildirib.

    O deyib ki, bu kimi məqam o vaxt ola bilər ki, kimsə əlaqə nömrəsini verəndə bir rəqəmdə yanlışlıq baş versin:

    “Bu kimi məqamlara çox rast gəlinmir. Bəlkə də, kimsə öz nömrəsini verəndə bir rəqəm səhvə yol verib. Bu səbəbdən SMS-in yanlış şəxsə yollanması ola bilər. Amma bu, texniki problemdir”.

    “İnformasiyanın lazımi şəxsə getməməsi səbəbindən, həqiqətən, COVID-19-a yoluxan şəxs xəstə olduğunu bilmədən küçəyə çıxıb ətrafdakı insanları yoluxdura bilərmi?” sualına isə mətbuat katibi belə cavab verib:

    “Xeyr, bu, mümkün deyil. Çünki məlumatların şəxsin birbaşa özünə getməsində problem ola bilər, amma epidemioloqlar əlaqə saxlayıb vətəndaşlara lazımi məlumatı verir və onlar zəruri prosedurlardan keçirilir”.

    Xatırladaq ki, ötən həftə sosial şəbəkədə yayılan məlumat geniş müzakirələrə səbəb olub. Belə ki, ümumiyyətlə, COVID-19-a görə test verməyən bir vətəndaşa SMS vasitəsilə test nümunələrinin müsbət (pozitiv) çıxması barədə məlumat göndərilib.

  • ЦБА: Лицензии частным пунктам обмена валюты не выдавались

    Центробанк Азербайджана (ЦБА) прокомментировал распространенную в СМИ информацию о функционировании в Баку частных пунктов обмена валюты.

    Об этом говорится в заявлении регулятора.

    “В настоящее время право на обмен валюты имеют только банки и их филиалы, а также отделения ООО “Азерпочт” Министерства транспорта, связи и высоких технологий.

    ЦБА не выдавала лицензии на деятельность по обмену валюты другим юридическим и физическим лицам в соответствии с законом “О валютном регулировании”. Если какое-либо юридическое или физическое лицо, кроме вышеперечисленных организаций, занимается данной деятельностью, это незаконно”, – отметили в ЦБА.

  • Bakıda özəl valyutadəyişmə məntəqələri fəaliyyət göstərir? – RƏSMİ

    Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirilib.

    Bununla bağlı Mərkəzi Bankdan məlumat verilib.

    Bildirilib ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.

    Məlumatda qeyd edilib ki, qurum tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib:

    “Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.

    Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək, həqiqətən də belə faktlarla rastlaşarlarsa, dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik”.

  • Президент Ильхам Алиев подписал распоряжение о праздновании юбилея национальной прессы

    Президент Азербайджана Ильхам Алиев 30 июня подписал распоряжение о проведении 145-летнего юбилея национальной прессы.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

    2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın:

    2.1. koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

    2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.

    Qeyd edək ki, 145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümünəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

    1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır.

    Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

    Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.

    Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.

  • В России предотвратили теракт – ВИДЕО

    Сотрудники Федеральной службы безопасности (ФСБ) России предотвратили теракт во Владикавказе, сообщает РИА Новости со ссылкой на пресс-службу ведомства.

    По данным ФСБ, сторонник “Исламского государства” (ИГ) готовил взрыв у одного из административных зданий города. После теракта мужчина (1990 г.р.) планировал уехать на Ближний Восток, чтобы участвовать в террористической деятельности. Он задержан, в его тайнике обнаружены компоненты самодельного взрывного устройства и переписка с боевиками ИГ.

  • Rusiyada terror aktının qarşısı alındı: İŞİD üzvü saxlanıldı – VİDEO

    Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın Vladiqafqaz şəhərində terrorun qarşısını alıb.

    Bu barədə RT xəbər yayıb.

    Məlum olub ki, terror aktını törətməyə cəhd etmiş şəxs İŞİD terror təşkilatının 30 yaşlı üzvüdür. O, inzibati binaların birində partlayış həyata keçirərək, sonra Yaxın Şərqə getmək istəyirmiş.

    FTX onun saxlanılması ilə bağlı görüntüləri yayıb.

  • Rusiyada koronavirusa qarşı peyvəndin effektivliyi açıqlandı

    Koronavirusa qarşı Rusiyada hazırlanan peyvəndin üç prototipi sınaqlardan uğurla keçib və immun reaksiya meydana gətirmə qabiliyyəti ilə bağlı effektivliyini göstərib.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada “Vektor” mərkəzinin direktoru Rinat Maksyutov bildirib.

    “Bunlar əldə edilən nəticələr baxımından ən qabaqcıl dərmanlardır”, – deyə o vurğulayıb.

    Hazırda mərkəz yeni nəsil peyvəndlərin bir neçə qrupu üzərində işləyir. Ümumilikdə, prosesə 100-dən çox işçi cəlb olunub.

    “Ən əsası, vaksinasiyadan keçənlərin xəstəlikdən müdafiəsini təmin etməkdir. Bu müdafiəni bərqərar edən təhlükəsiz preparat hazırlamaq isə ən böyük çətinliyimizdir”, – deyə Maksyutov sözlərini yekunlaşdırıb.

    Xatırladaq ki, Rusiyada peyvəndin sınaqlarına iyunun 18-də başlanılıb.