Month: June 2020

  • Bakı sakininin mənzilindən qızıl və pul oğurlandı

    Bakının Nəsimi rayonunda mənzildən oğurluq hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Rayonun Həzi Aslanov küçəsindəki evdə yaşayan 1966-cı il təvəllüdlü A.Mehdiyev 22-ci Polis Bölməsinə müraciət edib. Onun sözlərinə görə, iyunun 24-də naməlum şəxs mənzilinin qapısını sındıraraq, evdən 180 avro və 1200 dollar pulu, eləcə də, 8500 manat dəyərində qızıl-zinət əşyalarını aparıb.

    Hazırda əməliyyatçılar oğurluqda şübhəli şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.

  • QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

    Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyindən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına məktub daxil olub.

    Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

    İki Müqəddəs Məscid Xadiminin Azərbaycandakı Səfiri doktor Həməd bin Abdulla bin Xudeyrin imzaladığı müşayiət məktubu ilə Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatı QMİ-yə təqdim olunub.

    Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı Krallığı Müqəddəs Allah Evinin qonaqlarına və Peyğəmbər (S) Məscidinin ziyarətçilərinə öz Həcc və Ümrə ayinlərini təhlükəsiz, sağ-salamat şəraitdə icra etməsinə imkan yaratmaq üçün daim səy göstərir.

    Koronavirusun üzə çıxdığı ilk dövrlərdən Allahın qonaqlarının qorunması üçün Krallıq qabaqlayıcı tədbirlər görərək, ümrə ziyarətini dayandırıb, bu qərar müsəlman ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən bəyənilərək, pandemiyanın qlobal miqyasda qarşısının alınmasında böyük rol oynayıb.

    Yeni tip koronavirusun (COVID-19) dünyanın 180 dövlətində yayılması, vəfat edənlərin artması, dünya üzrə milyonlarla ölçülən yoluxma sayını nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı Səhiyyə Nazirliyi yoluxmanın fərdlərin təhlükəsiz formada məsafə saxlamasının təmini çətin olan toplantılarda təhlükə yaratması səbəbilə qərar verilib.

    Sənəddə bildirilir ki, hazırda pandemiyanın davam etdiyi, qlobal miqyasda yoluxma səviyyəsinin artdığı bir şəraitdə qərara alınıb ki, bu il (hicri 1441-ci il) Həcc ziyarəti Krallığın daxilindəki müxtəlif ölkə vətəndaşları arasından buna istəyi olanların iştirakı ilə çox məhdud sayda təşkil olunsun.

    Burada məqsəd bu ayini sağlamlıq cəhətdən təhlükəsiz formada həyata keçirməyə səy göstərməkdir. Bu, İslam şəriətində insan həyatının Allahın izni ilə qorunması hökmünə əsasən profilaktik tələblər, lazımi sosial məsafə, insan sağlamlığının qorunmasının təmini üçün həyata keçirilib.

    Bəyanatda xüsusi vurğulanır ki, İki Müqəddəs Məscid Xadiminin Hökuməti hər il milyonlarla Həcc və ümrə zəvvarlarına xidmət etməkdən şərəf duyaraq bəyan edir ki, bu qərar onun zəvvarların təhlükəsizliyi və salamat şəkildə ölkələrinə qayıtmaları üçün göstərdiyi davamlı səylərdən irəli gəlir.

    Azərbaycan Həcc Missiyasının təşkilatçısı olan dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatını təqdir edir, burada əksini tapan məqamların zəruri olduğunu qəbul edir və İki Müqəddəs Məscid Xadiminin milyonlarla insanın xəstəlikdən qorunması və həyatının xilası məramı ilə atdığı mühüm addımları bəyənir.

    Uca Allaha dünyanı, bəşəriyyəti pandemiyadan qoruması üçün dualar edir, gələcək Həcc və Ümrə ziyarətlərinin yerinə yetirilməsini niyyətində olanlara qismət etməsini diləyirik.

  • Karantin postlarını icazəsiz keçməyə çalışan 518 nəqliyyat vasitəsi geri qaytarılıb – RƏSMİ

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə son sutka ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 885 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 363 nəfər olmaqla, ümumilikdə 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 307 nəqliyyat vasitəsi paytaxt, 211-i isə rayon istiqamətinə olmaqla 518 avtomobil geri qaytarılıb.

  • Bakı metrosunda stansiyaların sayı 76-ya çatdırılacaq – RƏSMİ

    2030-cu ildə Bakının yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə çatacaq.

    Bu barədə məlumat “Bakı Metropoliteni” QSC-nin 2019-cu il üçün Maliyyə Hesabatında qeyd olunub.

    Bildirilib ki, hesabat ilində Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 30 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar altı parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

    Hazırda vaqonların inventar parkı 295 vaqondan ibarətdir. 2019-cu ildə texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verən və havalandırma imkanı əvvəlki avadanlıqlarla müqayisədə 3-4 dəfə çox olan yeddi ən müasir ventilyator alınaraq quraşdırılıb.

    Hazırda “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
    //oxu.az

  • Обнародована задолженность госбюджету крупного туристического комплекса

    Стала известна задолженность госбюджету ЗАО “Шахдагский туристический центр”.

    Как передает Report, на данный момент она составляет 2 353 003,39 маната.

    ЗАО было создано Государственным агентством по туризму в 2015 году. Его уставный капитал составляет 546 800 000 манатов.

    Комплекс, построенный рядом с Шахдагским национальным парком, является первым и крупнейшим горнолыжным курортом в Азербайджане.

  • Azərbaycanda məşhur turizm mərkəzinin külli miqdarda borcu var

    Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin dövlət büdcəsinə borcunun məbləği məlum olub.

    Report xəbər verir ki, bu günə olan borcun həcmi 2 353 003,39 manat təşkil edir.

    Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,8 milyon manatdır.

    Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

  • На западе Турции произошло сильное землетрясение

    В провинции Маниса на западе Турции 26 июня произошло землетрясение магнитудой 5,5.

    Об этом сообщает Управление по предотвращению и ликвидации последствий чрезвычайных ситуаций при турецком правительстве (AFAD), пишет агентство “Анадолу”.

    Подземные толчки зафиксированы в 10:21 по местному времени (11:21 по бакинскому времени – ред.) в районе Саруханлы. Их очаг залегал на глубине 9,29 км.

  • Türkiyədə güclü zəlzələ baş verdi

    Türkiyədə yerli vaxtla 10:21 radələrində İzmir şəhəri və ətrafındakı rayonlarda hiss edilən zəlzələ baş verib.

    Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin 5,5 bal gücündə olduğunu açıqlayıb.

    Zəlzələnin episentri Manisanın Saruhan rayonunda, 9,29 kilometr dərinlikdə qeydə alınıb.

    Zəlzələ nəticəsində dağıntılar və ya insan itkisi barədə məlumat verilməyib.

  • В Украине за сутки выявили 1 109 случаев заражения коронавирусом

    Число выявленных случаев инфицирования COVID-19 в Украине за сутки выросло на 1 109, умерли 19 человек.

    За все время пандемии в стране заболели 41 117 человек, количество летальных исходов составило 1 086, выздоровели 18 299 пациентов.

  • Ukraynada koronavirusun ikinci dalğası başladı

    “COVID-19 xəstələrini qəbul edəcək xəstəxanalarda iş yükü nəzərə çarpacaq dərəcədə artıb. Bu, Ukraynanın xəstəliyin ciddi dalğasına daxil olduğunu göstərir”.

    “İnterfaks” xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal deyib.

    O, axşam saatlarında rəsmi “Telegram” kanalında qeyd edib ki, ikinci dalğanın koronavirus xəstələrini qəbul etmək üçün xəstəxanalar hazırlanır:

    “Bu gün ölkədə anti-rekord qeydə alınıb – minə yaxın yoluxma halı var”.

    Ukraynalı nazir əlavə edib ki, COVID-19 xəstələrinin sayının artmasının əsas səbəbi karantin məhdudiyyətlərinə əməl olunmamasıdır.

    Qeyd edək ki, Ukraynada ötən sutka ərzində 1 109 nəfərdə koronavirus aşkar edilib, 19 xəstə ölüb. Ümumilikdə, ölkədə koronavirusa yoluxan 41 117 nəfərdən 1 086-sı ölüb, 18 299-u isə sağalıb.