Month: June 2020

  • Gəncədə daha bir “ASAN xidmət” mərkəzi inşa ediləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncamla Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5,0 (beş) milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

  • Ильхам Алиев и Мехрибан Алиева приняли участие в открытии завода в Гяндже

    резидент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева 24 июня приняли участие в открытии в Гяндже завода ООО NB Satınalma və Ticarət по производству искусственного мрамора и гранита.

    Как сообщает АЗЕРТАДЖ, Ильхам Алиев и Мехрибан Алиева были проинформированы о предприятии.

    Президент Ильхам Алиев ввел завод в эксплуатацию.

    Новость обновляется

  • Azərbaycan Prezidenti Gəncədə zavodun açılışını etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

    Median.Az xəbər verir ki, dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

    Prezident İlham Əliyev zavodu işə salıb.

  • ГЭЦ о недопущенных на сегодняшний экзамен

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана 24 июня провел выпускные (приемные) экзамены на уровне общего (9-летнего) и полного (11-летнего) среднего образования.

    Как сообщили в ГЭЦ, в соответствии с требованиями карантинного режима, их участники заходили в здание в медицинских масках.

    Экзамены прошли в Газахе, Хызы, Загатале, Гахе, Уджаре, Исмаиллы, Сабирабаде, Сиязяни, Хачмазе – всего в девяти городах и районах.

    На них не были допущены двое учащихся по причине высокой температуры.

  • Президент Ильхам Алиев прибыл в Гянджу

    24 июня президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева прибыли в Гянджу.

    Как сообщает Median.Az, глава государства и первая леди посетили памятник общенациональному лидеру Гейдару Алиеву в центре Гянджи и возложили к нему цветы.

  • Prezident İlham Əliyev Gəncədə səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

    Median.Az xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

  • ASAN Хidmət и ASAN Кommunal не будут работать один день

    В связи с тем, что 26 июня отмечается День Вооруженных сил Азербайджанской Республики, в этот день центры ASAN Хidmət и ASAN Kommunal не будут работать.

    Об этом Report сообщили в Государственном агентстве по оказанию услуг гражданам и социальным инновациям при президенте.

    С 27 июня граждане смогут воспользоваться услугами, обратившись в центры на основе соответствующих правил.

    Напомним, что с 27 июня прием граждан в центрах ASAN Хidmət и ASAN Kommunal будет осуществляться через мобильное приложение ASAN Хidmət, сайт www.asan.gov.az и Call-центр “108” по заранее установленной онлайн-очереди.

  • “ASAN xidmət” və “ASAN Kommunal” bir gün işləməyəcək

    26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

    Bu barədə “Report”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, 27 iyun tarixindən etibarən isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

    Qeyd edək ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

    Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq edilib.

    Qeyd olunan müddətdə müvafiq Qərar ilə əlaqədar məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı “ASAN xidmət” və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

  • Azərbaycanla Qazaxıstan arasında yük daşımalarının həcmi 1 milyon tona çatdırılacaq

    Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləri arasında telefon danışığı baş tutub.

    Median.Az xəbər verir ki, bu barədə Qazaxıstanın ölkəmizdəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı naziri Beybut Atamkulov və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə telefon danışığında nəqliyyat, yük tranziti, hava nəqliyyatı kimi sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat mübadiləsi aparıblar.

    Tərəflər koronavirus pandemiyasının yayılmasına qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, yüklərin dəmir yolu və avtomobil yolu ilə daşınmasının müsbət dinamikasını qeyd ediblər.

    Belə ki, son bir ildə Qazaxıstan və Azərbaycan arasında avtomobil yolu ilə yük daşınmasının həcmi təxminən 22 min ton təşkil edib. Qazaxıstanın dəmir yolu ilə tranzit yüklərin həcmi 32% artaraq, 38,66 min ton təşkil edib. Ötən ilin aprel ayında Aktau-Bakı fider xəttinin açılması ilə əlaqədar olaraq, 2019-cu ildə konteyner daşımalarının həcmi 14,7 min iyirmi fut ekvivalentindən 24,8 İFE qədər artıb.

    Qeyd etmək lazımdır ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Qazaxıstan vətəndaşlarının vətəninə qayıtması istisna olmaqla, Aktau və Kurık dəniz limanları ilə sərnişin daşınmasına müvəqqəti qadağa tətbiq edilib. Bununla belə, yük daşınması həmişəki kimi həyata keçirilir. Bu ilin altı ayında daşımaların 1 milyon tona çatdırılması proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Tərəflər, həmçinin ölkələrdəki və dünyada baş verən epidemioloji vəziyyəti nəzərə alaraq, cari ilin avqustun 1-dən sonra iki ölkə arasında uçuşların bərpa olunmasını nəzərdən keçirmək qərarına gəliblər.

    Ölkələr arasında mövcud razılaşmalara əsasən, hər iki istiqamətə həftədə 16 sərnişin və yük uçuşunun həyata keçirilməsinə icazə verilir.

    Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsindən əvvəl Qazaxıstan aviaşirkətləri (“Air Astana”, SCAT) ilə həftədə 13 uçuş həyata keçirirdi. Azərbaycan aviaşirkətləri (AZAL, “Silk Way West”) ilə həftədə 5 uçuş həyata keçirilirdi.//oxu.az

  • Növbəti buraxılış imtahanı keçirildi: İki şagird buraxılmadı

    Dövlət İmtahan Mərkəzi iyunun 24-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

    Mərkəzdən verilən məlumata görə, imtahanlar Qazax, Xızı, Zaqatala, Qax, Ucar, İsmayıllı, Sabirabad, Siyəzən, Xaçmazda olmaqla, ümumilikdə doqquz şəhər və rayonda keçirilib.

    İmtahanların təşkil edilməsi üçün 43 imtahan binası, 696 imtahan zalı, 43 ümumi imtahan rəhbəri, 112 imtahan rəhbəri, 904 nəzarətçi – müəllim, 86 buraxılış rejimi əməkdaşı, 43 bina nümayəndəsi ayrılıb.

    İlkin məlumatlara əsasən, iki şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

    İyunun 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

    Doqquzuncu sinif üzrə buraxılış imtahanları, doqquz illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olanacaq.

    11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.