Month: June 2020

  • Daha 22 Qazaxıstan vətəndaşı vətəninə yola salınıb

    Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 22 Qazaxıstan vətəndaşı, eləcə də bu ölkədə yaşamaq hüququ olan 10 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

    “Report” bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.

    Məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə gəmiləri ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə mənfi çıxıb.

    Xatırladaq ki, bu il mayın 13-ndən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 109 Qazaxıstan vətəndaşı və 67 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

  • Gəncə Dövlət Dram Teatrının tikintisinə 13,8 milyon manat ayrıldı

    Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncamla Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

  • Gəncədə İdman Sarayının tikintisi davam etdiriləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    “Report”un məlumatına görə, sərəncamla Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

  • “Dözə bilmirik, cavan adamlar gözümüzün önündə ölür” – HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALIR – VİDEO

    Burada gücü tükənən, həyatın ölüm adlı həqiqəti ilə mübarizə aparan tək xəstələr deyil, həm də ağ xalatlı həkimlərdir: “Biz özümüz də bilmirik kimlə mübarizə aparırıq. Kəsilmiş damar deyil ki, bağlayasan, sınıq deyil ki, gips qoyasan. Bilmirik xəstənin üstünə gedəndə nə edəcəyik”.

    Bu insanların eynək arxasından çox çətinliklə sezilən bir cüt gözlərinə baxdıqca, orada çağlayan ümidi, sevinci, qəmi – yaşadığı bütün hissləri gördükdən sonra tam anlamı ilə dərk edirsən və başa düşürsən ki, “görünməyən” qəhrəmanlar hansı çətin vəziyyətlərlə üz-üzə dayanıb: “Biz dözə bilmirik, cavan-cavan adamlar gözlərimiz önündə dünyasını dəyişir”.

    İnfeksiyanın yenicə yayıldığı zamanlarda xarici ölkələrdə çalışan həkimlərin göz yaşlarına sosial şəbəkələrdə rastlaşdıqca, bəşər aləminin bu ağır imtahanına üzülürdük. Və onu da dərk edirdik ki, bu dəfə ellə gələn bəla toy-bayram olmayacaq.

    Dünyanı bürüyən bu acı bəlanı çox gözləmək lazım gəlmədi. Dövlət olaraq qəfil yaxalansaq da, qısa müddətdə bütün imkanlarımızı səfərbər edə bildik. Qonşularımızda tüğyan edən gözəgörünməz düşmənin gəlişini gözləmədən hər cür hazırlıq tədbirləri görüldü. Lakin nə fayda? COVİD-19 görünməzliyindən aldığı gücü ilə özünü göstərirdi. Evdə qalan, ailəsini və yaxınlarını düşünən, tələb və tövsiyələrə əməl edən insanların sayəsində infeksiyanı dəf etməyə hazırlaşırdıq ki, yenidən artan gündəlik yoluxma faktları vəziyyətin heç də sadə olmadığını göstərdi.

    Bəli, “koronavirus boş şeydir” deyən insanlar uzun müddətdir öz övladlarından uzaq düşən ananın bu qədər stress içində keçirdiyi hisslərdən əlbəttə ki, xəbərsizdir. Alınlarının təri göz yaşlarına qarışan bu həkimlər isə ölümün bu qədər çətin və amansız olacağına tab gətirə bilmirlər. Onların, sadəcə, bir arzusu var: mübarizədən alnı açıq çıxmaq.

    Bu həkimlərin gözləri o vaxt güləcək ki, onlar döyüş meydanından qalib ayrılacaqlar. Neçə illərdir andlarına sadiq qalan, şəfa verdikləri xəstələri öz doğmaları sayan bu insanlar indi ölümün gözünə dik baxırlar. “Koronavirus yoxdur. Bu, sadəcə, bir oyundur” demək bəlkə də onlar üçün o zaman asan olardı ki, savaşın iştirakçısı yox, izləyicisi olsunlar.

    Gecəsini gündüzünə qatan, qoruyucu geyimdə nə az-nə çox – düz 8 saat yemək yemədən, su içmədən mübarizə aparan tibb işçiləri insanlardan özlərini qorumağı xahiş edirlər.

    Hər gün reanimasiyada ağır xəstələrlə çalışan, özü də COVİD-19-a yoluxaraq sağalan Kəmalə həkim APA TV vasitəsilə digər həmkarlarına səslənir, onların köməyinə ehtiyacları olduğunu bildirir: “Mən özüm də COVİD-19-a yoluxdum. Xəstə ola-ola insanlara yardım edirdim. İxtisaslı reanimatoloq həkimlərə ehtiyacımız var. Gücümüz tükənib. Həkimlərdən xahiş edirik ki, bizə kömək etsinlər”.

    Bu kadrlar “Yeni klinika”da keçirdiyimiz bir saat ərzində gözlərimiz önündə canlanan hadisələrin sadəcə kiçik bir hissəsidir. Çalışdıq ki, görünməyən qəhrəmanların yaşadıqlarını və arzularını bir neçə kadrlıq da olsa, sizin gözləriniz önündə canlandıraq. Burada qalib olmaq üçün həkimlərin, sadəcə, bir ümidi və gözləntisi var: insanlar özlərini qoruyacaq və nəticədə bütün palatalar boş qalacaq, onlar da bu havasız geyimlərdən azad olub, sağlam və alnıaçıq şəkildə öz doğmalarına qovuşacaqlar.

  • Gəncədə yeni ümumtəhsil məktəb binası tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Gəncə şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncamla Gəncə şəhərində 760 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

  • Prezident Ziyad Səmədzadəni təltif etdi

    Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    “Report”un məlumatına görə, Prezident İlham Əliyev iyunun 24-də bununla bağlı sərəncam imzalayıb.

    O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

  • Sabahdan havanın temperaturu 5-8 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında iyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 26-sı gündüz və 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək, maksimal temperatur 24-27 dərəcə isti olacaq.

    İyunun 25-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi gözlənilir.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Şərq küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda 33-35 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • Gürcüstanın azərbaycanlılar yaşayan kəndində karantin rejiminin ləğvi gözlənilir

    Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadğı Muşevani (Dəllər) kəndində sərt karantin rejiminin aradan götürülməsi üzrə hazırlıq işlərinə başlanılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

    Bu gün kənddə 50 nəfərdən COVID-19-la bağlı test nümunələri götürülüb. Nəticələrin sabah məlum olacağı gözlənilir.

    Bələdiyyədən qeyd olunub ki, Muşevanidə xüsusi rejimin ləğvi nəticələrdən asılı olacaq.

    Qeyd edək ki, aprelin 25-dən sərt karantin rejiminin tətbiq olunduğu kənddə indiyədək koronavirusa 80 yoluxma faktı təsdiqlənib.

  • Ильхам Алиев и Мехрибан Алиева прибыли в Гянджу

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева 24 июня прибыли в Гянджу.

    Как сообщает АЗЕРТАДЖ, Ильхам Алиев и Мехрибан Алиева возложили цветы к возведенному в центре Гянджи памятнику общенациональному лидеру Гейдару Алиеву.

  • Gəncədə modul tipli xəstəxananın açılışı olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.

    Median.Az
    xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər.

    Prezident İlham Əliyev görüşdə çıxış edib.