Month: June 2020

  • Magistraturaya qəbul olunmaq üçün müsabiqənin nəticələri sabah elan olunacaq

    Dövlət İmtahan Mərkəzi ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi etmiş bakalavrlara müraciət edib.

    DİM-dən APA-ya verilən məlumata görə, magistratura səviyyəsinə qəbul ounmaq üçün müsabiqənin nəticələri iyunun 25-də gün ərzində elan olunacaq.

    Məlum olduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi 8–21 iyun tarixlərində həyata keçirilib.

    Bu müddət ərzində 11380 bakalavr (Azərbaycan bölməsi üzrə 10549, rus bölməsi üzrə 831) öz ərizəsini təsdiq edib. Lakin ali təhsil müəssisələri tərəfindən bakalavrların ümumi orta müvəffəqiyyət göstəricilərinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi prosesi bu gün yekunlaşıb.

    Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturasının 56 saylı qəbul proqramına aid 2 il iş stajı tələb edən ixtisaslaşmalarına (217125 Biznesin təşkili və idarə edilməsi; 217141 Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri)) sənəd qəbulu və onların yoxlanılması prosesi də bu gün başa çatıb.

    Yuxarıda qeyd olunanlara əsasən magistratura səviyyəsinə qəbul olunmaq üçün müsabiqənin nəticələrinin 25 iyun tarixində – gün ərzində elan olunması nəzərdə tutulur.

  • Azərbaycanda bir gündə 590 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 590 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 103, ötən müddət ərzində isə ümumilikdə 441 961 test aparılıb.

  • Naxçıvanın Teleradio və Mətbuat şuralarına yeni səlahiyyətlər verilib

    “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 533-1-ci maddə əlavə edilib.

    “Report”un məlumatına görə, müvafiq maddəyə əsasən kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərə yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslərə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilməsi nəzərdə tutulub.

    Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişikliklər edilib.

    Həmin dəyişikliyə əsasən muxtar respublikada dövlət dili normalarının pozulması teleradio yayımlarında baş verdikdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, şöbə və sektor müdirinə, digər kütləvi informasiya vasitələrində aşkar edildikdə Naxçıvan Mətbuat Şurasının sədrinə protokol tərtib etmək səlahiyyəti verilib.

  • Qobustanda yük maşını minik avtomobili ilə toqquşdu: Yaralılar var – FOTO

    Qobustanda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

    Median.Az xəbər verir ki, “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.

    Nəticədə “Mercedes”də olan üç nəfər – 61 yaşlı Aydın Rəhimov, 28 yaşlı Elnur Qədirov, 24 yaşlı Şəhla Rəcəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Бывший полковник МНБ скончался от коронавируса – ФОТО

    Бывший полковник упраздненного Министерства национальной безопасности Гусейнгулу Мамедов скончался от коронавируса.

    Об этом Oxu.Az сообщила его дочь, журналистка Туран Рагимова.

    По ее словам, она также заразилась COVID-19:

    “20 мая у отца повысилась температура и ухудшилось состояние. Мы немедленно отвезли его в Клинический медицинский центр №1. В связи с текущей ситуацией у него взяли анализ на COVID-19, результат которого оказался положительным.

    Я оставалась в другом месте. Приблизительно через четыре дня – 24 мая у меня также ухудшилось состояние, я обратилась в больницу со слабостью, температурой и тошнотой. К сожалению, результат моего теста на коронавирус также оказался положительным. Врачи приступили к лечению, которое продлилось около 10 дней. Наше состояние было тяжелым. Но в период лечения меня не информировали о состоянии моего отца. Я начала беспокоиться. Затем мне сообщили, что он скончался. Это очень плохо повлияло на меня”, – отметила журналистка.

    Т.Рагимова отметила, что уже полностью выздоровела от коронавируса:

    “Я не знаю где и каким образом мы заразились. Мы следовали всем правилам в рамках карантинного режима. Но к сожалению, это произошло. Мы похоронили отца. Я полностью вылечилась, сейчас хорошо себя чувствую. Учитывая инкубационный период дома, стараюсь не контактировать с окружающими в течение 14 дней”, – рассказала Т.Рагимова.

  • MTN-in sabiq polkovniki koronavirusdan öldü – FOTO

    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki Hüseynqulu Məmmədov koronavirusdan ölüb.

    Bu barədə Oxu.Az-a onun qızı, jurnalist Turan Rəhimova məlumat verib.

    O bildirib ki, atası ilə bərabər, özü də koronavirusa yoluxub:

    “May ayının 20-də atamın hərarəti yüksəldi. Halı pisləşdi. Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə apardıq. Mövcud vəziyyətlə bağlı atamdan COVID-19-a qarşı analiz götürdülər. Nəticələr isə müsbət çıxdı.

    Mən atamdan ayrı qalırdım. Təxminən dörd gün sonra – mayın 24-də də mənim halım pisləşdi, halsızlıq, hərarət, ürəkbulantı ilə xəstəxanaya müraciət etdim. Təəssüf ki, mənim COVID-19-a qarşı verdiyim analizin nəticələri müsbət çıxdı. Hər ikimizin müalicəsinə başlanıldı.

    Təxminən 10 gün ərzində müalicə proseduru aparıldı. İkimizin də vəziyyəti ağır idi. Lakin 10 gün ərzində mənə atamla bağlı məlumat vermirdilər. Artıq narahat olmağa başlamışdım. Nəhayət, mənə dedilər ki, atam vəfat edib. Bu, mənə çox pis təsir etdi. Mən özüm hələ xəstəlikdən sağalmamışdım”.

    T.Rəhimova onu da qeyd edib ki, müalicələrdən sonra artıq tam olaraq sağalıb:

    “Harada və necə yoluxduğumuza dair heç bir məlumatımız yoxdur. Bu barədə özüm də məlumatlar yazırdım, gündəmi izləyirdim. Karantin rejimi çərçivəsində bütün qaydalara riayət edirdik.

    Təəssüf ki, bu hadisə yaşandı. Atamı dəfn etdik. Mən isə tam olaraq sağaldım, vəziyyətim yaxşıdır. Evdə də xəstəliyin inkubasiya dövrünü nəzərə alaraq, 14 gün ətrafdakı insanlarla əlaqə saxlamamağa çalışıram”.

  • 170 obyektdə kobud qayda pozuntuları aşkarlandı

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 88 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla, ümumilikdə 302 müəssisədə reyd keçirib.

    AQTA-dan verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

    Reyd keçirilən obyektlərdən 170-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

    Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

    Bakı şəhəri üzrə:

    Xətai rayonunda “İslam” market;

    Nizami rayonunda “Ulduz” market.

    Digər rayon və şəhərlər üzrə:

    Bərdə rayonunda “Lahmacun” kafe və “Yaşar” market;

    Gəncə şəhərində “Uğur” market;

    Göygöl rayonunda “Böyük İsgəndər” restoranı;

    Xaçmaz rayonunda “Ət dünyası”, Ağayev Abdulla Hüseynağa oğluna, Zülfüqarov Alim Aydın oğluna, İmanrzayev Üzeyir Ağarəhim oğluna məxsus ət satışı mağazaları;

    Neftçala rayonunda “Proqres” ərzaq mağazası, “Milla” market və Məmmədov Rasim Musa oğluna məxsus kafe;

    Salyan rayonunda “Rəvan” market və Eyvazov Qadir Nadir oğluna məxsus ərzaq mağazası;

    Göyçay rayonunda “Göyçay servis” və “Aysel” kafesi;

    Şamaxı rayonunda “Azay” market, Cavadov Seymur Ağagül oğluna məxsus meyvə-tərəvəz satışı mağazası, Ələkbərov Qahir Sabir oğluna məxsus ət satışı mağazası və Həsənov Qubad İbad oğluna məxsus ərzaq mağazası;

    Qəbələ rayonunda Osmanov İzzət Nüsrət oğluna, Aslanova Qəzalə Xandəmir qızına və Mirağayev Sahil Xanalı oğluna məxsus ərzaq mağazaları;

    Zaqatala rayonunda Ramazanov Şahlar Şəmsəddin oğluna məxsus ərzaq mağazası;

    Quba rayonunda “Olimp” və “Roman” kafesi;

    Qusar rayonunda “İmperial”, “Oazis” restoranları və Nurəhmədov Zaur Yüzbəy oğluna məxsus kafe;

    Cəlilabad rayonunda “Furqan” və “Sünbül” market.

    Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib

    İyunun 24-də Gəncə şəhərinin M.A.Abbaszadə küçəsində Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib.

    “Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

  • “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən 30 iyun – 2 iyul tarixlərində “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək. Tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə sahibkarları məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır.

    İyunun 30-da keçiriləcək açılış tədbirində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın ölkəmizdəki səfiri Zaxarie Qross, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte, “Medef International”ın direktor müavini Geraldine Lembe, BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Fracassetti çıxış edərək, KOB-ların fəaliyyətinə dəstəklə bağlı təcrübə və proqramları barədə məlumat verəcəklər.

    Açılış sessiyası üçün qeydiyyat – https://forms.gle/FTdgHwzz8f7U8F1T6 

    Sessiyanın işçi dili – İngilis dili

    1-2 iyul tarixlərində isə CCIAF-in üzvü olan “Baker Tilly”, “Deloitte”, “Ekvita”, “EY Azərbaycan” və “PwC” şirkətlərinin ekspertlərinin iştirakı ilə turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı ilə bağlı seminarlar təşkil olunacaq.

    Seminarlar üçün qeydiyyat – https://forms.gle/9TgEeQkJWQ7u3m9j7

    Seminarların işçi dili – Azərbaycan dili

    Qeyd: Qeydiyyat forumunda hər bir gün üzrə mövzu və seminarlar göstərilib. Maraqlı olduğunuz seminarları qeyd edərək iştirak edə bilərsiniz.
    Maraqlı olan hər kəs onlayn konfransda qeydiyyatdan keçərək iştirak edə bilər. Onlayn konfransda iştirak ödənişsizdir. Yalnız qeydiyyatdan keçmiş şəxslər konfransa qoşulmaq üçün link əldə edəcək.

    Qeydiyyat üçün son tarix: 28 iyun 2020-ci il.

  • Bakıda tibb müəssisəsi qolu çıxmış uşağı qəbul etmədi – VİDEO

    Bakıda xəstəxana işçiləri ağrıdan əzab çəkən azyaşlını qəbul etməkdən imtina ediblər.

    Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    İddia olunur ki, görüntülər 22 nömrəli Köməkçi Yardım Stansiyasının qarşısında lentə alınıb.

    Belə ki, ilkin məlumata görə, iyun ayının 20-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları ağrıdan əziyyət çəkən azyaşlı uşağı xidməti avtomobilləri ilə 22 nömrəli Köməkçi Yardım Stansiyasına çatdırıblar.

    Lakin tibb müəssisəsində çalışan şəxslər uşağı qəbul edib, ilkin tibbi yardım göstərməkdən imtina edərək, “gedin, sabah gələrsiniz” deyiblər. Həkimlərin qolu çıxan uşağa laqeyd münasibətinə dözə bilməyən polis əməkdaşları baş həkimə və tibb işçilərinə irad tutub.

    Özünü baş həkim kimi təqdim edən xanım isə hazırda müəssisədə uşağa qəbul edib, ilkin tibbi yardım göstərə biləcək heç bir həkimin olmadığını deyib.

    Uşağın anası azyaşlının velosipeddən yıxıldığını və qolunun çıxdığını bildirib.

    22 nömrəli Köməkçi Yardım Stansiyası uşağı qəbul etməkdən imtina etdiyi üçün polis əməkdaşları azyaşlını və anasını xidməti avtomobillərində 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıblar.

    Sözügedən videogörüntülərlə bağlı məlumatları dəqiqləşdirmək üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevaya sorğu ünvanladıq. Təəssüf ki, üç gün öncə ünvanlanan sorğuya hələlik heç bir münasibət bildirilməyib.

    Qeyd edək ki, görüntülər ypx.az saytına məxsusdur.

    //oxu.az